Axtarış
The search found 105828 results in 0.029 seconds.
Search results
Putin 2020-ci ilin ilk həftəsində Türkiyəyə gəlir
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya prezidenti Putinin yanvar ayının ilk həftəsində Türkiyəyə gələcəyini açıqlayıb.
“Prezident Putinin yanvarın ilk həftəsində Türkiyəyə gəlməsi gözlənilir. Rusiya ilə birgə patrullar davam edəcək. Qamışlıda hələ YPG terrorçuları var. Əvvəldən razılaşdığımız kimi sərhəd xəttindən 30 km daxili ərazinin terrorçularından təmizlənməlidir. Soçi sazişinin maddələri məlumdur, məsuliyyət Rusiyanın üzərindədir”, deyə Qalın bildirib.
Muxalifet.azMuxalifet3 - 15-11-2019
Türkiyədə daha bir təhlükəli terrorçu zərərsizləşdirildi
Türkiyə təhlükəsizlik qüvvələri ölkə ərazisində daha bir uğurlu antiterror əməliyyatı keçirib.AzərTAc xəbər verir ki, noyabrın 7-9-da Ağrı vilayəti ərazisində həyata keçirilən bu antiterror əməliyyatında zərərsizləşdirilən 15 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında yer alan Halis Ersayandır. Onun tapılması üçün böyük məbləğdə vəsait ayrılmışdı. H.Ersayan bir sıra ağır terror aktlarının təşkilində və icrasında ittiham olunur.
Muxalifet - 15-11-2019
Silah anbarında partlayış - Ölənlər var
Ukraynada silah anbarında partlayış baş verib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbçi həlak olub.
Daha iki nəfərin yaralandığı deyilir.Muxalifet - 15-11-2019
SON DƏQİQƏ: Generaldan plyonka haqda SON QƏRAR
Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti sabah başa çatsa da, sürücülər barəsində inzibati tənbeh görülməyəcək. Muxalifet.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov göstəriş verib. Göstərişə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər cərimələnməyəcək.
Muxalifet - 15-11-2019
Nikola Yurçeviç: "Qazanmaq üçün optimist olmalıyıq"
"Beş gündür ki, toplanışdayıq. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Heyətdə bəzi oyunçular var ki, oynaya bilməyəcək. Bunlara Maksim Medvedev də əlavə olunub. Onun da oynamaq ehtimalı çox azdır. Matçlara baxanda görürük ki, son beş dəqiqədə məğlub oluruq. Bu görüşlərdə bəxtimiz də gətirməyib. Optimist olmalıyıq ki, qarşıdakı matçlarda yaxşı nəticələr olsun".
Bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bakıda Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Muxalifet - 15-11-2019
Tiflisdə etirazlar yenidən başladı
Gürcüstanın paytaxtı Tiflisdə parlament binası önündə növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası yenidən başlayıb.
Virtualaz.org bildirir ki, dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsi Tiflisdə etirazlara səbəb olub.
Muxalifet - 15-11-2019
Orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb
2019-cu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq 1 milyon 639,1 min nəfər olub, onlardan 909,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muxalifet - 15-11-2019
Bakıda toydan 10 gün sonra gəlinin başını divara çırpıblar - TƏFƏRRÜAT
Ailə həyatı qurduğu qadını 10 gün sonra döyərək ağır xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O deyir ki, arvadını söyüş söydüyünə görə döyüb. Amma qarşı tərəf bunu inkar edir.
Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nuru Salahovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.Muxalifet - 15-11-2019
S-400 və F-35 mexanizmi bu gündən etibarən işə düşdü
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın TRT Xəbərə verdiyi müsahibədə "S-400 və F-35 üçün birgə işəsalma mexanizmi bu gündən etibarən başlamış sayılır”, dedi.
Bİzim nöqteyi-nəzərimizdən prezident Ərdoğanın ABŞ səfəri çox məhsuldar keçdi. Sülh mənbəyi hərəkatının uğurları Türkiyəyə qarşı mövqeləri dəyişdi.
Türkiyə-ABŞ əlaqəsi bərabər oyunçular səviyəsində qurulub. Prezidentimiz ABŞ-la danışarkən “sizin də, bizim də maraqlarımız var, bunu qarşılıqlı uduşlara çevirə bilərik”, dedi.Muxalifet3 - 15-11-2019
Gəncədə DƏHŞƏT - Oğul atasını qətlə yetirdi
Gəncə şəhərində oğul atasını qətlə yetirib.
"Report"un məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Muxalifet - 15-11-2019
Tramp Londona NATO zirvəsinə gedəcək
ABŞ prezidenti Donald Tramp, Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunacaq NATO dövlətlərinin liderləri Zirvə görüşündə iştirak etmək üçün 2-4 dekabr tarixlərində rəsmi səfərə gedəcək.
70 il əvvəl qurulan NATO-nun “tarixdə ən güclü ittifaq” olduğu vurğulanan açıqlamada, Donald Tramp maliyyə yükünün paylaşılması mövzusunda NATO dövlət və hökumət başçılarıyla görüşlər keçiriləcək.
Muxalifet.az
Muxalifet3 - 16-11-2019
Parisdə 9 dekabrda Normand formatında sammit keçiriləcək
Rusiya, Fransa, Almaniya və Ukraynanın iştirakı ilə dekabrın 9-u Parisdə “normand formatında” sammit keçiriləcək.
İnterfaksın verdiyi xəbərə görə, Bloomberg agentliyi Fransa prezidenti Emmanuel Makronun press-klubuna əsaslanaraq xəbər verib. Bu xəbər, həmçinin Almaniya kansleri Anqela Merkelin və Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən də təsdiq edilib.
Muxalifet.azMuxalifet3 - 16-11-2019
Mayk Pompeodan BƏYANAT: ABŞ Suriyada hədəfinə çatdı
ABŞ dövlət katibi Mayk Pompeo bəyanat verdi: ABŞ Suriyadakı hədəflərinə çatıb. O bəyan edib ki, ABŞ qüvvələri əməliyyatda uğurun vacib elementi olan “havadan müdafiəni təmin ediblər”. Onun sözlərinə görə, Vaşinqton öz nailiyyətlərindən qürur duyur. Pompeo ABŞ ordusunun bir hissəsinin geri çəkilməsini düzgün addım hesab etdiyini bildirib. Həmçinin, əmin edib ki, bununla əlaqədar ABŞ-ın təhlükəsizliyinə təhdid yoxdur- “İraqda böyük bir hərbi kontingent” və “Suriyada lazım olan qədər qüvvə” qalacaq. Muxalifet.az
Muxalifet3 - 16-11-2019
Azərbaycan yığması Uelsə qarşı
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxacaq.
Muxalifet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edəcək.
"Bakcell Arena"da baş tutacaq matç saat 21:00-da start götürəcək.AVRO-2020
Muxalifet - 16-11-2019
Bakirə olmayan qızların yeni fırıldağı – Dünya etiraz edir
Dünyanın ən məşhur onlayn alış-veriş saytı olan Amazonda satışa çıxarılan məhsul narazılıqlara səbəb olub. Muxalifet.az Milli.az-a istinadən xəbər verir ki, hindistanlıların satışa çıxardığı məhsul sayəsində gəlinlər toy gecəsi ərlərini asanlıqla aldada bilərlər. Belə ki, içərisində qan rəngində maye olan kapsulları qadınlar intim münasibətdən əvvəl cinsiyyət orqanlarına yerləşdirməklə seks vaxtı özlərini bakirəymiş kimi göstərə bilirlər. "i-virgin" şirkəti tərəfindən satışa çıxarılan məhsulları saxta bakirəlik qanı adıyla təqdim edirlər.
Muxalifet - 16-11-2019
Azərbaycandan dünyaya Qarabağ xəbərdarlığı
İşğalçı Ermənistan və havadarlarına Bakının prinsipial mövqeyi növbəti dəfə çatdırıldı; prezident: “Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”; politoloq: “Faktiki olaraq burada Lavrovun açıqlamalarına cavab da var...”
Muxalifet - 16-11-2019
İtaliyada boşanan kişilərə sığınacaq veriləcək
İtaliyanın bütün ərazisində boşanan və mənzilindən məhrum olan kişilər üçün sığınacaq evləri açıla bilər. Muxalifet.az İtaliya KİV-nə istinadla xəbər verir ki, bu ölkədə nikahın xətm edilməsindən sonra mənzillərin 60 faizi uşaqlı qadınlara qalır. Belə halların 94 faizində isə kişilər həm uşaqlara, həm də qadınların özlərinə aliment verməli olurlar. İtaliya standartlarında bu ödənişlərin məbləği 1000-1500 avro arasındadır. Bu cür çətin vəziyyətə düşmüş keçmiş ərlər bir anda yoxsul və evsiz-eşiksiz insanlara çevrilirlər. Hətta onların bəziləri öz şəxsi avtomobilində gecələməli olurlar.
Muxalifet - 16-11-2019
Bu gündən məktəblilərin payız tətili başlayır
Bu gündən Azərbaycanın orta məktəblərində payız tətili başlayır.
Muxalifet.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.
Noyabrın 21-də dərs olacaq.
Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.Muxalifet - 16-11-2019
Ramiz Zeynalovun qohumunu öldürən şəxs məhkəmə qarşısına çıxarıldı
Bakıda qətl törətməkdə təqsirli bilinən Həmid Babaverdiyev, Rüfət Bünyadzadə, Cahandar Cavadlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.
Muxalifet - 16-11-2019
Xaricdə təhsil alanlara bu qədər pul veriləcək – Qərar verildi
Nazirlər Kabienti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib.
Muxalifet - 16-11-2019