Axtarış
The search found 105828 results in 0.051 seconds.
Search results
Fransada “sarı jiletlilər”in aksiyasında 147 nəfər saxlanıldı - YENİLƏNİB
Fransada "sarı jiletlilər"in aksiyası zamanı 147 nəfər saxlanılıb, 8 min 861 nəfər isə yoxlandıqdan sonra sərbəst buraxılıb.
“Report” xəbər verir ki, bu barədə Paris şəhər prefekturası məlumat yayıb.
Aksiya zamanı ticarət obyektlərinə, avtomobillərə, ictimai məntəqələrə, küçələrə ciddi zərər yetirilib. Ən çox ziyan Parisin İtaliya meydanındakı “İtaliya 2” ticarət mərkəzinə dəyib.
Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, aksiyada Fransa üzrə 28 min nəfər, paytaxtda isə 4 min 700 nəfər iştirak edib.
Muxalifet4 - 17-11-2019
Bu gün Tiflisdə 100 min nəfərlik mitinq gözlənilir - "İVANİŞVİLİ ERASI" SONA YETİR, YOXSA...
Tbilisidə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib. APA-nın yerli bürosu xəbər verir ki, aksiyada həm parlament, həm də parlamentdən kənar müxalifətin nümayəndələri iştirak edirlər. Etirazçılar hökumətə üç əsas tələb irəli sürüblər. Bunlar müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı MSK-nın tərkibinin dəyişdirilməsidir.
Muxalifet4 - 17-11-2019
Xorvatiya, Almaniya, Hollandiya və Avstriya AVRO-2020-yə yüksəldi
AVRO-2020-nin seçmə mərhələsində IX tur başa çatıb.
Apasport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yer aldığı E qrupunda Xorvatiya Slovakiyanı qəbul edib.
Dünya çempionatının gümüş mükafatçısı ilk yarıdan sonra hesabda geri olsa da, əzmkar qələbə qazanıb. Bu, Xorvatiyaya qrupda 1-ci yeri və AVRO-2020-yə vəsiqəni təmin etmək imkanı verib.
G qrupunda Polşa səfərdə İsrailə, Avstriya evdə Şimali Makedoniyaya qalib gəlib. Bununla da Polşa 1-ci yeri təmin edib. Avstriya isə final mərhələsinə vəsiqəni 2-ci yerlə qazanıb.
Muxalifet4 - 17-11-2019
BU GÜN AZƏRBAYCANDA MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur. Muxalifet.az xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayıb. 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Muxalifet4 - 17-11-2019
75 yaşlı ulduz o suala CAVAB VERDİ - "SEÇMƏYİ SEVİRƏM"
Türkiyəli aktrisa Nebahat Çehre çoxdan gözlənilən cavabı verib.
Muxalifet.az xəbər verir ki, 75 yaşlı ulduz "Koruncuk" vəqfinin 40 illiyi münasibəti ilə təşkil olunan ziyafətdə jurnalistlərin suallarını cavablandırıb.
"Niyə 26 ildir sevgiliniz yoxdur?" sualına aktrisa maraqlı cavab verib:
"Bu, mənim seçici olmağıma görədir. Yalnızlığıma son qoyacaq biri ilə hələ ki, qarşılaşmamışam".
Qeyd edək ki, Nebahat Çehre öz dekoltesi ilə ziyafətə damğa vurub.//PublikaMuxalifet - 17-11-2019
İntihar edən gənc müəllimənin ölümündə "Mobbing" iddiası - FOTO
Gənc müəllimənin intiharı haqda detallara keçmədən əvvəl "mobbing" sözünün mənasını izah edək.
Sözün mənşəyi: təxmini olaraq zorbalıq münasibətləri deməkdir. Mobbing, xüsusilə möhkəm iş qruplarında, iyerarxiya olaraq gücü əlində tutan adamın, bu gücü itirməmək üçün, digər qrupa tətbiq etdiyi psixoloji şiddəttir. Bu elə bir emosional hücumdur ki, özünü ifadə etməkdə çətinlik çəkən bir işçi bu zaman özünə olan güvən və hörmətini itirə bilər. Daha çox özəl və dövlət şirkətlərində iş mühitində mobbing ilə qarşılaşmaq mümkündür.Muxalifet - 17-11-2019
Kemal Sunal haqqında sənədli film çəkildi - FOTOLAR
Türkiyə kinosunda adını qızıl hərflərlə yazan, məşhur “Yeşilçam” aktyoru Kemal Sunalın həyatı haqqında sənədli film çəkilib. 19 il öncə vəfat edən aktyorun filmi həyat yoldaşı Gül Sunal, övladları Ali və Ezo Sunal tərəfindən hazırlanıb. Aktyorun oğlu Ali Sunal filmdə atasının bu günə kimi heç kəsin görmədiyi şəkil və videolarının təqdim olunacağını bildirib. İki il öncə çəkilişləri yekunlaşan film yaxın günlərdə tamaşaçılara təqdim olunacaq. Qeyd edək ki, Kemal Sunal “Yeşilçam” filmlərində “Şaban” obrazı ilə tanınıb.
Muxalifet - 17-11-2019
Bakıda avtomobil körpüdən aşdı - FOTO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı avtomobil körpüdən aşıb. APA-nın məlumatına görə, "Ravon" markalı avtomobil Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən yolötürücü körpü ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb və körpüdən aşağı düşüb. Əraziyə polis əməkdaşları yaxınlaşan zaman orada sürücünü aşkar etməyiblər. Onun ərazidən yayındığı, eyni zamanda xəsarət aldığı ehtimal olunur. Hazırda polis sürücünün şəxsiyyətini və qəzanın təfərrüatlarını müəyyənləşdirməyə çalışır.
Muxalifet4 - 17-11-2019
Türkiyə Andorra ilə üz-üzə gələcək - AVRO-2020
Bu gün AVRO-2020-nin seçmə mərhələsində sonuncu - X tura start veriləcək.
Apasport.az-ın məlumatına görə, A, B və H qruplarında mübarizəyə yekun vurulacaq.
Muxalifet4 - 17-11-2019
“İcra başçısı rayonu işğal edib” - SAYSIZ-HESABSIZ OBYEKTLƏRİ VƏ...
Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib. Bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”.
Muxalifet4 - 17-11-2019
İRANDA POLİSLƏ VƏTƏNDAŞLAR ARASINDA QARŞIDURMA - Benzinin bahalaşması etiraz doğurdu
İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.
Belə ki, Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.
Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazlar zamanı bir nəfərin öldüyü deyilir. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. Axşam saatlarında aksiya iştirakçıları dağılışıb.
Muxalifet4 - 17-11-2019
23 nəfər həlak oldu, 715 yaralı var - BU ÖLKƏDƏ TOQQUŞMALAR SƏNGİMİR
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub, daha 715 nəfər yaralanıb. “TASS” xəbər verir ki, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb. “Son bir gün ərzində polis və hərbi qüvvələrin güc tətbiqi nəticəsində doqquz nəfər ölüb, 122 nəfər yaralanıb. Ümumilikdə, ölkədə siyasi böhran başlayandan bu günə qədər ölənlərin sayı 23-ə çatıb, 715 nəfər xəsarət alıb”, deyə təşkilatın “Twitter” səhifəsində qeyd olunub.
Muxalifet4 - 17-11-2019
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
Almaniya saxta sənədlə qaçqın statusu alan “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər.
“Report”un Avropa Bürosunun məlumatına görə, Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsinin (BAMF) əvvəllər də bununla bağlı qərarları olub.
Muxalifet4 - 17-11-2019
Savadsız həkimlərin yalandan reklam olunması ağır fəsadlara səbəb olur - EKSPERTDƏN AÇIQLAMA
Bir neçə gün öncə Gürcüstanda Həkimlik Fəaliyyətinin İdarə Olunması üzrə Dövlət Agentliyi 6 həkimin fəaliyyətindəki qüsurlar səbəbindən lisenziyasının ömürlük ləğv edildiyi və həkimlik fəaliyyətlərinə son qoyulduğu barədə məlumat yaymışdı.
Məlumatda qeyd olunurdu ki, həkimlik fəaliyyətinə qadağa qoyulmasına səbəb onların səhlənkarlığı nəticəsində xəstə ölümlərinin baş verməsidir.
Azərbaycanda analoji cəzadan niyə istifadə edilmir? Ölümə səbəb olan həkim hətta şərti cəza müddətində belə həkimlik fəaliyyətini necə davam etdirir?
Muxalifet4 - 17-11-2019
Bankomatlardan nağd pul çıxarılmasına məhdudiyyət qoyulur
Macarıstanın hakim FIDES partiyası ölkə bankomatlarından nağd əsginasların rüsumsuz çıxarılmasının sayına və məbləğinə məhdudiyyət qoyub. Publika.az xəbər verir ki, indi ayrı-ayrı şəxslərin ayda iki dəfə 150 min forint (450 avro) məbləğində rüsumsuz nağd pul çıxarmalarına icazə verilir. FIDES-in parlament fraksiyasının nümayəndələri mətbuat konfransında bildiriblər ki, bu addım hökumətin ev təsərrüfatlarının xərclərinin azaldılması siyasətinin bir hissəsidir. Bundan əlavə, hökumət kölgə iqtisadiyyatına mübarizə çərçivəsində ölkədə “qara” nağd pul dövriyyəsini məhdudlaşdırmaq niyyətindədir.
Muxalifet4 - 17-11-2019
"Fövqəlnazir"in oğlu Qəbələyə sponsorluğu dayandırır
Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır. Klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq.
Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.
Muxalifet4 - 17-11-2019
Çox yemək ölüm, ac qalmaq şəfadır – YAPON ALİMİN KƏŞFİ
Autofagiya yunan dilindən "öz özünü yeməkdir”. Bu proses insan orqanizmində hüceyrə səviyyəsində utilizasiyasının aparılmasıdır. Hüceyrə membranında olan orqanell və makromolekullar zaman keçdikcə hüceyrəni öldürür, insanı qocaldır, hüceyrəni dəyişərək şiş hüceyrələrinə yem edir. Autofagiya zamanı hüceyrə ac qaldığından çətin şəraitə uyğun proqram işə salınır və özündə olan bu makromolekulları tükətməyə başlayır. Autofagiya prosesi hüceyrədə olan zədələnmiş zülal aqreqatorları məhv etmək üçün lazımdır.
Muxalifet4 - 17-11-2019
Azərbaycanda iki yüksək vəzifəli məmur quda oldu - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub. Axşam.az-ın əldə etdiyi məlumata görə, toy məclisi dünən "Böyük Saray” şadlıq evində baş tutub. Saleh Məmmədovun oğlu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib. Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.
Muxalifet4 - 17-11-2019
Xeyirxah olmaq daha çox yaşamağınıza kömək edə bilər - ARAŞDIRMA
Yaxşılıq etmək, xeyirxah olmaq insana nə verə bilər?
ABŞ-ın Los-Angeles şəhərinin California Universitetindəki (UCLA) Bedari Xeyirxahlıq İnstitutunun alimləri hesab edirlər ki, xeyirxahlıq ömrü uzada bilər.
"Biz bu məsələyə elmi nöqteyi-nəzərdən baxırıq. Pozitiv sosial əlaqələr barədə, psixologiya, biologiya barədə danışırıq", - institutun birinci direktoru Daniel Fessler deyib.
Xeyirxahlıq anlayışı bu yaxınlarda qəzet başlıqlarında da yer alıb.
Muxalifet4 - 17-11-2019
Əsgərlər əllərində süpürgə, küçələri təmizləməyə yardım edir
Çinin qoşunları şənbə günü Honq Konqda kazarmadan çıxaraq küçələri təmizləməyə yardım edib.
Bu, Xalq Qurtuluş Ordusunun yarı-muxtar ərazinin küçələrinə çıxdığını nadir hallardan biridir.
Orada yerli hökümərin beç aydır davam edən və bəzən zorakı hal alan etirazlara son qoya bilməməsi Pekinin əraziyə qoşun göndərə biləcəyinə dair spekulyasiyaları artırıb.
Onlar əllərində süpürgələr Honq Konqun Baptist Universiteti yaxınlığında küçələri təmizləyib. Polis bu həftənin əvvəli orada etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Muxalifet4 - 17-11-2019