Axtarış

The search found 105828 results in 0.028 seconds.

Search results

  1. Əlcəzair və Marokkonu qar basıb – Təbiət insanlara qəzəblənib!

    Anomal soyuqlar təkcə İspaniya və İtaliyanı yox, Afrikanın şimal-qərbini də «ağzına alıb». Əlcəzair və Marokkonun bir neçə bölgəsinə qar yağıb, sahil rayonlarında isə qasırğa tüğyan edir. Pis hava şəraiti Afrikaya bir həftə əvvəl gəlib. Əlcəzairdə isə anomal miqdarda yağıntı olub. Bəzi rayonlarda qar örtüyünün qalınlığı 15 santimetrə çatıb. Ölkə üçün bu, qeyri-adi təzahür hesab olunur. Burada qar adətən, dağlara yağır, həm də dekabr ayından tez olmayaraq.

    Muxalifet - 17-11-2019

  2. Pampersdən istifadə edənlərin NƏZƏRİNƏ: "Bunu etməsəniz..." - Uşaqlar üçün çox təhlükəlidir

    Hazırda valideynlərin əksəriyyəti uşaqlar üçün pampersdən istifadə edirlər. Müxtəlif firmaların məhsulları olan körpə bezləri həm təmizlik, həm də gecələr rahatlıq baxımından analar üçün çox əlverişli vasitədir. Ancaq son günlər uşaq bezlərinin mənfi təsirləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bu fikirlərdən birinə görə, pamperslər oğlan uşaqlarında sonsuzluğa səbəb olur.
    Maraqlıdır, uşaq bezləri onlar üçün həqiqətən təhlükəlidirmi?

    Muxalifet - 17-11-2019

  3. Qubada minik avtomobilləri toqquşdu - Xəsarət alanlar var

    Qubada yol-nəqliyyat hadisəsi baş verib. "Report"un verdiyi məlumata görə, hadisə Bakı-Quba avtomobil yolunun Quba şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Lada Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Qəza zamanı "VAZ-2107" aşıb. İlkin məlumata görə hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 17-11-2019

  4. Azərbaycan siyasətindəki Əlilərin – SİYAHISI

    Azərbaycanda siyasi gündəm boz rəngdədir desək, yəqin ki yanılmarıq. Ara-sıra hansısa hadisə siyasi gündəmə rəng qatsa da, ümumilikdə siyasət aləmində davamlı qaynar olaylara şahid ola bilmirik. Baxmayaraq ki, bu il bələdiyyə, gələn il parlament seçkiləri keçiriləcək, di gəl ki, siyasi müstəvidə coşub-daşma baş vermir...

    Bəlkə də bu ondan irəli gəlir ki, hazırda Azərbaycanda siyasi gündəmi əsasən iqtidar formalaşdırır. Xeyli passiv olan müxalifət isə ona təqdim olunan rəy ətrafında “oynamağa” məcbur qalır.

    Muxalifet - 17-11-2019

  5. "Elnarəyə yaxından baxanda, qoca görünür"

    Müğənni Elnarə Xəlilova "Zaurla Günaydın" verilişinin qonağı olub. Muxalifet.az Axşam.az-a istinadən xəbər verir ki, veriliş boyunca aparıcı Zaur Baxşəliyev sənətçiyə söz atıb. O, Elnarənin dəyişkən xasiyyətdə olduğunu deyib. Günay Baxşəliyevanın "Elnarə deyir ki, sosial şəbəkədə mənə yazırlar qocalmısan" sözlərinə Zaurdan qəribə reaksiya gəlib. "Qəribə adamdır. Hərdən çox istəyirik, hərdən yox. Birdən şirin olur, birdən dəyişir. Düz deyirlər, bir az hə. Yaxından baxanda qoca görünür. Şam ağacı deyilik ki, yaşıl qalaq" deyə, Zaur bildirib.

    Muxalifet - 17-11-2019

  6. Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq

    Məşhur detektiv Şerlok Holms haqqında çəkilmiş və 2010-ci ildə ekranlara çıxmış serial vaxtilə milyonlarla fanatın qəlbini fəth etmişdi. Serial 4 mövsüm efirdə olmuşdu. İzləyicilər serialın 5-ci mövsümünü gözləsələr də, istehsalçılar 4-cü mövsümün sonuncu olduğunu deyərək onları qorxutmuşdular. Səbəb isə aktyorların həddindən artıq yüklənməsi və tamaşaçıları bezdirmək ehtimalı idi. Lakin 2017-ci ildən sürən bu gözləntiyə nəhayət ki son qoyulacaq. Belə ki, yeni ildən bu teleserial bir-birindən maraqlı yeni bölümləri ilə ekranlara gələcək.

    Muxalifet - 17-11-2019

  7. ​ŞOK İDDİA: Ərdoğan AKP-dəki sədr postunu ona verəcək - FOTO

    Prezident Rəcəb Tayyib Ərdoğan AKP-dəki sədr postunu inandığı şəxsə ötürəcək.
    “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir iddia siyasət dünyasını hərəkətə gətirib. İddialara görə, yeni sədr keçmiş Baş Nazir Binali Yıldırım ola bilər. Dəyişiklik qərarının AKP ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) arasında yaranan koordinasiya problemi və bu problemi aradan qaldırmaq üçün yeni düsturlar axtarışı səbəbindən veridliyi deyilir.
    AKP heyəti isə hər hansı dəyişikliyin sistemdə mübahisələrə səbəb olacağını bildirir.

    Muxalifet - 17-11-2019

  8. ŞOK! Enerji içkiləri qaraciyər serrozu və beyin şişlərinə səbəb olur

    Enerji içkiləri orqanizmə çox ciddi ziyan vurur və hətta ani ölümə səbəb ola bilir. Artıq dünyada bir neçə belə ölüm hadisəsi qeydə alınıb.

    Muxalifet - 17-11-2019

  9. SON DƏQİQƏ: güclü zəlzələ baş verdi

    Fici sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Publika.az xəbər verir ki, yeraltı təkanların episentri Lau adalar qrupundan 93 kilometr şərqdə, ocağı isə 493 metr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

    Muxalifet - 17-11-2019

  10. “Hansısa axmaq müğənninin bir-iki saatına 10-15 min manat pul ödəyəcəksə...” - DEPUTAT

    Tanınmış televiziya aparıcısı Rövşanə Ağasəfqızı dünən Moderator.az-a açıqlamasında etiraf edib ki, ciddi verilişlər hazırlayanda tamaşaçı qıtlığı yaşandığından məcbur qalaraq istəmədən qeyri-ciddi verilişlər hazırlamalı olur.
    Görəsən, niyə tamaşaçı ciddi verilişlərə baxmır? Eyni vəziyyət saytlardadır. Rəqsanəyə, Röyaya, Pərvinə, Damlaya sərgilənən oxucu marağı Trampa, Ərdoğana, Putinə maraqdan min qat artıqdır.

    Muxalifet - 17-11-2019

  11. Yanacağın bahalaşmasından zərər çəkənlərə maddi yardım ödəniləcək - İRAN PREZİDENTİ

    İran prezidenti Həsən Ruhani bazar günü yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödəmək barədə fərman imzalayıb.
    Bu barədə İran Prezidenti açıqlamasında deyib.
    O bildirib ki, yanacağın qiymətinin artması ilə maddi cəhətdən zərər çəkmiş şəxslərə maddi yardımın ödənilməsi barədə fərman imzalayıb.
    Həsən Ruhaninin sözlərinə görə, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi sabahdan etibarən ödəniləcək./APA

    Muxalifet - 17-11-2019

  12. Bu Xalq artistini tanıdınız? - ARXİVİ ÜZƏ ÇIXDI

    Xalq artisti Zümrüd Məmmədovanın arxiv fotosu üzə çıxıb.
    Muxalifet.az lent.az-a istinadən bildirir ki, onun şəkillərini teleoperator Bəxtiyar Babayev sosial şəbəkədə paylaşıb. Bildirib ki, fotolar 1980-ci ildə çəkilib.

    Bu Xalq artistini tanıdınız? - ARXİVİ ÜZƏ ÇIXDI

    Muxalifet - 17-11-2019

  13. ABŞ Rusiyanın üç iri hərbi bazasını necə “yox etdi”... - UNİKAL ƏMƏLİYYAT

    ABŞ bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının “məhv edilməsinə” dair unikal əməliyyat keçirib. Bu haqda nüfuzlu “The National İnterest” nəşri yazır.

    Muxalifet - 17-11-2019

  14. Paytaxtda DƏHŞƏT - Gənc oğlan ana və bacısını qətlə yetirdi

    Gürcüstanın paytaxtı Tbilisidə gənc oğlan iki ailə üzvünü qətlə yetirib.
    O daha sonra özünü öldürüb.
    Gəncin qətlə yetirdiyi şəxslər onun anası və bacısıdır.
    Faktla bağlı istintaqa başlanılıb.

    Muxalifet - 17-11-2019

  15. Nazir vaxtilə marixuana istifadəçisi olduğunu etiraf etdi

    Ukraynanın İqtisadi inkişaf və kənd təsərrüfat naziri Tinofey Milovanov ABŞ-da təhsil aldığı və namizədlik dissertasiyasını müdafiəsini müdafiə etdiyi zaman marixuananı “daddığını” söyləyib.

    Muxalifet.az Ukrayna mediasına istinadən xəbər verir ki, nazir Milovanov narkotikdən olduqca az bir zaman içində istifadə etdiyini bildirib.

    Muxalifet - 17-11-2019

  16. Sibel Canın hamam fotoları yayıldı

    Türkiyəli müğənni Sibel Can hamam xalatında çəkilən fotolarını paylaşıb.
    Publika.az xəbər verir ki, hamam xalatında pozalar verən ifaçını sosial şəbəkə istifadəçiləri tənqid ediblər. Ona belə poza verməyi yaraşdırmayıblar.

    Muxalifet - 18-11-2019

  17. “Gilan Holdinq”də nə baş verir? – Heydərov “Qəbələ”dən imtina edir

    "Gilan Holdinq” şirkətinin 2020-ci ilin yanvarın 1-dən "Qəbələ” klubuna sponsorluğu dayandıracağı haqda məlumat vermişdik. 

    Həmin xəbərlərə görə şirkət növbət il üçün kluba pul ayrılmayacaq və bu klubun başqa sponsor tapa bilməyəcəyi halda dağılması ilə nəticələnəcək.

    Qol.az saytı yazır ki, sponsorluqdan imtinaya holdinqin özünün maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olub. Belə bir durumun yaranacağından "Qəbələ” rəhbərliyi bir neçə ay əvvəldən məlumatlı olub. Ona görə də klub rəhbərliyi hələ bir müddət əvvəl yeni sponsor axtarışına çıxıb. 

    Muxalifet - 18-11-2019

  18. Azərbaycanla sərhəd ölkə od içində - İranda benzin inqilabı

    Qonşu dövlətdə yaşananlar ölkəmizə nə vəd edir? Ekspertlər danışır; “Necə ki, Suriyada hadisələr zamanı Türkiyəyə böyük axın oldu, Azərbaycana da ola bilər...” İranda benzinin üçqat bahalaşmasına etiraz olaraq 15 noyabrdan başlayan etiraz aksiyaları iğtişaşlarla və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla müşayiət olunur. Yazı çapa hazırlananadək yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölənlərin sayı 12-yə çatırdı. Məlumata görə, bir etirazçı cümə günü axşam Sircan şəhərində öldürülüb. Həmin şəhərdə kütlə neft bazasına hücum edərək yandırmağa çalışıb.

    Muxalifet - 18-11-2019

  19. Türkiyədə Azərbaycan bayrağına etiraz edən gəncin cavabını BELƏ VERDİLƏR - VİDEO

    9 noyabr Azərbaycanda Bayraq günü kimi qeyd olunub. Bu məqsədlə Azərbaycan Gənclərinin Həmrəyliyi Dərnəyi sosial eksperiment keçirib. Eksperiment Ankaranın ən sıx bölgələrindən olan Kızıla və Güvenparkda baş tutub. Gənclərdən biri çiyninə Azərbaycan bayrağını asaraq hərəkət etməyə başlayıb. Digər isə ona yaxınlşaraq bayrağı çıxarmağı və bundan narahat olduğunu bildirib. Ətrafda gəzən insanlar baş verənlərin eksperiment olmasından məlumatlı olmayıb. Ankara sakinlərinin Azərbaycan bayrağına etiraz edən gəncə münasibəti mənfi olub. //Baku.vs

    Muxalifet - 18-11-2019

  20. Многоликая демократия…

    2016 год ознаменовался приходом к власти Дональда Трампа, что многое изменило во всем мире. По сути, демократические ценности в политике и глобализм, который проповедовало демократическое крыло политического истеблишмента США, пошли крахом. Словом, как бы хорош не был Барак Обама для США, Европы, Китая и в целом для либерал-демократической модели, именно при нем в мире начался такой хаос, выход из которого на сегодня не предвидится. Уже не вернуть ситуацию в арабских странах в довоенное состояние, не вернуть Украину в прежние границы, невозможно остановить повсеместный натиск России.

    Muxalifet - 18-11-2019

Pages