Axtarış

The search found 105830 results in 0.027 seconds.

Search results

  1. Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı - XALQ ARTİSTİ OLMAQ İSTƏYİR

    Rusiyalı jurnalist Artyom Şeynin hesab edir ki, tanınmış yumorist, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinə senzura ilə bağlı çıxışına görə Xalq artisti adı vermək lazımdır. Şeynin "Danışır Moskva" radiosuna verdiyi müsahibəsində, teleaparıcının bəzi fikirlərini xatırladıb: "Qalkin, Novosibirskdəki konsertində bildirdi ki, ölkədəki ağır vəziyyətlə bağlı televiziyada senzura hökmranlıq sürür. O eyni zamanda zarafatla deyib ki, Şeynin öz şousunda xarici ekspertlərə danışmağa imkan vermir. Düşünürəm Qalkin diqqət çatışmazlığına görə oxşar nəticələr çıxarır.

    Muxalifet - 18-11-2019

  2. “Lotu Quli”nin dəstəsinin üzvü saxlanıldı - Rusiyada əməliyyat

    Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) rəhbərlik etdiyi cinayətkar dəstənin üzvünün saxlanması barədə məlumat yayıb.
    Muxalfet.az
    -ın APA-ya istinadən verdiyi xəbərə görə, Samara vilayətinin Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Nadir Səlifovun rəhbərlik etdiyi mütəşəkkil etnik cinayətkar qrupun üzvü saxlanılıb.

    Muxalifet - 18-11-2019

  3. "Bu işdə direktorun da marağı var" - Cümşüd tələbə yoldaşını niyə öldürüb? - TƏFƏRRÜAT

    Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən tələbə hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cümşüd Balabəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda göstərilir ki, 18 yaşlı Cümşüd Balabəyov oxuduğu Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Qalib Əsgərovla mübahisə edib. Mübahisə zamanı Qalib Əsgərov Cümşüdlə dava edib.

    Muxalifet - 18-11-2019

  4. Vilayət Eyvazov plyonka ilə bağlı TAPŞIRIQ VERDİ

    Bir neçə gündür ki, Azərbaycanda sürücülərə ştorka və jalüzdən istifadə üçün verilmiş mövsümlük icazə müddəti başa çatsa da, heç bir inzibati tənbeh görülmür. Muxalifet.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən bir çox sürücü “biz plyonkanı sökməsək, həqiqətən cərimə etməyəcəklər?” deyə sual ünvanlayıblar. Bu ildən etibarən bu qadağanın aradan qalxacağı, daha sürücülərin cərimə olunmayacağı deyilsə də, vətəndaşlar hələ də bu məsələyə şübhəli yanaşırlar.

    Muxalifet - 18-11-2019

  5. Britaniya ordusunun İraqda törətdiyi iyrənc əməllər: MƏHBUSLARA TƏCAVÜZ, UŞAQ QƏTLLƏRİ

    Britaniya ordusunun İraq və Əfqanıstanda törətdiyi hərbi cinayətləri ört-basdır elədiyi iddia olunur.
    "Sunday Times" və "BBC"də yer alan xəbərlərə görə, Hərbi Hava Qüvvələri 2012-ci ildə Əfqanıstanda evlərində çay içən 3 uşaq və gənci güllələyib:
    "Onların əməlləri rəhbərlik tərəfindən gizlədilib. Britaniya hərbçiləri İraq və Əfqanıstanda qətllərlə yanaşı, məhbuslara işgəncə verərək onlara təcavüz edib. 2003-cü ildə Bəsrə həbsxanasında 2 iraqlı aldığı zərbələrdən ölüb. Həmin ildə İraq polisinin qətlə yetirilməsi də gizli saxlanılıb".

    Muxalifet - 18-11-2019

  6. İran etiraz lövhələri: ABŞ SANKSİYALARI NƏTİCƏ VERDİ-ÇÖKÜŞ BAŞLAYIRMI?

    Son günlər hakimiyyətin ABŞ-ın sanksiyalarının ölkə iqtisadiyyatına təsirini qarşısını almaq üçün gördüyü tədbirlər çərçivəsində benzinin qiymətini qaldırması qərarından sonra İran daxilində etiraz aksiyaları başladı.
    Noyabrın 15-i gecə yarısında elan edilən qərar normativ sxem və subsidiyaları aşaraq, qiymətləri ən az 50 faiz qaldırdı.
    Dəyişikliklər İranın ən kasıb vətəndaşlarına nağd kömək üçün vəsait toplamaq məqsədi daşıyır, lakin artan inflyasiya ilə mübarizə aparan bir çox İranlılar yeni siyasətə etiraz edirlər.

    Muxalifet3 - 18-11-2019

  7. Xaçmazda evli kişiyə qoşulub qaçan 22 yaşlı tələbə tapıldı - ŞOK TƏFƏRRÜATI

    Xəbər verdiyimiz kimi 22 yaşlı Yeganə Abbasova anasının müdirəsinin həyat yoldaşı ilə birlikdə qaçıb.
    Sonxeber.az-ın məlumatına görə, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişində axtarılan 4-cü kurs tələbəsi Yeganə Abbasova tapılıb.
    Aparıcı bildirib ki, biz Yeganəni Xırdalanda anasının müdirəsinin həyat yoldaşı İntiqamla birlikdə bir evdə tutduq.
    Qeyd edək ki, Yeganə Abbasova Pedaqoji Universitetin Quba filialında oxuyur.

    Muxalifet - 18-11-2019

  8. Tbilisiyə etirazçıları dağıtmaq üçün xüsusi təyinatlılar yeridilidi- FOTO

    Xüsusi təyinatlılar Gürcüstan parlamenti binasının qarşısında keçirilən etiraz aksiyasını dağıtmaq üçün gətirilib. Muxalifet.az RİA Novostiyə istinadən xəbər verir ki, əvvəlcə gücdən istifadə edilməsə də, dubinkalarla kütləni dağıdılması qeydə alınıb. Mitində iştirak edənlərin bir qismi xüsusi təyinatlılara mane olmaq üçün asfaltın üstünə üzanıblar. Muxalifet.az

    Muxalifet3 - 18-11-2019

  9. SON DƏQİQƏ: İranı çalxalayan aksiyada Ruhanidən GÖZLƏNİLMƏZ QƏRAR

    İranda benzinin bahalaşmasından əldə olunan gəlirin bir qismi xalqa veriləcək.
    Muxalifet.az
    xəbər verir ki, rəsmi Tehran etiraz aksiyalarına səbəb olan benzin bahalaşmasından qazanılan gəlirdən ailələrə 55-205 min tümən arasında yardım ayıracaq.
    Ötən gün Nazirlər Kabinetinin toplantısından sonra açıqlama verən prezident Həsən Ruhani daha əvvəl vəd edilən subsidiyaların bu gündən etibarən hesablara yatırılması üçün Büdcə və Planlaşdırma Qurumuna təlimat verib.

    Muxalifet - 18-11-2019

  10. Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir - "ODUR Kİ, SUALLAR ÇOXDUR...”

    Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya alınır, növbəti mərhələdə isə bütün məlumatlar Bakı şəhəri İcra Hakimiyyətinə təqdim ediləcək. Bu barədə virtualaz.org-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib. Onun sözlərinə görə, hər rayon üzrə nə qədər evin sənədsiz olması, həmin evlərin sənədləşdirilə bilmə imkanları araşdırılır: “Hazırda proses bitmədiyindən nə qədər evin sənədləşdiriləcəyini demək tezdir.

    Muxalifet - 18-11-2019

  11. Hökumətin müxalifətə verdiyi vaxt başa catdı, toqquşmalar başlayır – CANLI YAYIM

    Bu dəqiqələrdə Gürcüstan hökumətinin meydana toplaşaraq milyarder Bidzina İvanaşiliyə bağlı hakimiyyət qüvvələrin istefasını tələb edən müxalifət tərəfdarlarına verdiyi 30 dəqiqəlik müddət başa çatır. Polis rəsmiləri bildiriblər ki, tələb yerinə yetirilməzsə, kütlə güc tətbiq edilərək dağıdılacaq.

    Muxalifet - 18-11-2019

  12. Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır

    Sinqapur alimləri insan dərisi istehsal etməyə başlayırlar. Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu addım gələcəkdə kosmetik və digər məhsulları heyvanlar üzərində sınamamaq üçün atılıb. Donorlardan və kollagendən əldə edilən dəri hüceyrələri insan dərisiylə eyni kimyəvi və bioloji xüsusiyyətlərə malikdir. Layihə Sinqapur Nanyanq Texnologiya Universiteti tərəfindən hazırlanıb. Labaratoriya meneceri Con Koh bildirir ki, məhsulları sınamaq üçün heyvan və insan dərisinə alternativ təklif edirlər. Komanda insan dərisindəki “naxışları” təqlid etmək üçün printerdən istifadə edir.

    Muxalifet - 18-11-2019

  13. DYP-nin saxladığı maşının sürücüsü və sərnişini düşüb qaçdı

    BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü və sərnişini nəqliyyat vasitəsini tərk edərək qaçıb.
    Muxalifet.az
    Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.

    Muxalifet - 18-11-2019

  14. Azərbaycanda İNANILMAZ ANLAR: helikopterlə dəvətnamə payladılar - FOTO/VİDEO

    Sumqayıt şəhərinin səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb.
    Muxalifet.az
    “Report”a istinadən xəbər verir ki, şəhərin əsas mərkəzi hisslərində bir neçə helikopter uçuş həyata keçirib. Bu zaman helikopterlərdən insanların sıx olduğu ərazilərə dəvətnamələr atılıb.

    Muxalifet - 18-11-2019

  15. Qubada maşın aşdı - 3 yaşlı uşaq ÖLDÜ

    Bu gün Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Quba-İspik yolunda qeydə alınıb. Nəqliyyat vasitəsinin aşması nəticəsində 3 yaşlı azyaşlı Poladov Polad Şaban oğlu dünyasını dəyişib.

    Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

    Muxalifet - 18-11-2019

  16. Xanım icra başçısı ilə bağlı Prezidentə müraciət

    “2014-cü ildən Abşeron rayonu Mehdiabad qəsəbəsi, Qarant y/m-də məskunlaşmışam. Qaçqınkomun balansında olan həmin ərazidə 2019-cü ildə Qaçqınkomla mənim aramda bağlanmış 5 illik müqavilə əsasında 50 km2 ərazidə "Uşaq əyləncə mərkəzi" mənim istifadəmdədir. Abşeron RİHB-nin balansında olmayan həmin əraziyə İradə Gülmmədova yaxın adamının adına saxta sərəncam verərək mənim hüquqlarımı pozubdur”. 

    Muxalifet - 18-11-2019

  17. Prezidentdən Vasif Talıbova SUAL: Sərhəddə vəziyyət necədir?

    Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edən zaman deyib.

    Muxalifet - 18-11-2019

  18. Öz toyunda zəhərlənən bəy danışdı – Gəlinin vəziyyəti ağırdır

    Bakıda “Şahənşah” restoranında baş vermiş zəhərlənmə ilə bağlı bəzi təfərrüat məlum olub. Muxalifet.az xəbər verir ki, toyu olan Elvin Şəmsəddin oğlu Məhəmmədov Oxu.Az-a bildirib ki, toyda 50 nəfərə yaxın adam zəhərlənib: “Toydan sonra bizimlə əlaqə saxlayan qohumlar özlərini yaxşı hiss etmədiklərini bildirdilər. Daha sonra xəstəxanada olduqlarını eşitdik. Hamısının da qidadan zəhərləndikləri deyilir. Toydan sonra həyat yoldaşımın, mənim və ailə üzvlərimin də vəziyyəti çox ağırdır.

    Muxalifet - 18-11-2019

  19. Serj Sarqsyan aprel döyüşləri ilə bağlı dindiriləcək

    “Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı araşdırma komissiyasına çağırılacaq”.

    “Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Koçaryan bildirib.

    “İlk növbədə, biz sualları hazırlamalıyıq. Bundan sonra Serj Sarqsyanı dəvət edəcəyik. O, komissiyaya işin sonunda dəvət ediləcək”, – deyə Koçaryan vurğulayıb.

    Muxalifet - 18-11-2019

  20. Rusiyanın yüksək rütbəli gömrük məmuru Ukraynaya qaçdı

    Rusiyanın yüksək rütbəli gömrük məmuru Maksim Mamçur Ukraynaya qaçıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya xəbər agentlikləri məlumat yayıb.

    Gələn informasiyalara əsasən, Şimal-Qərb gömrüyünün rəis müavini vəzifəsində çalışan Maksim Mamçur bu ilin noyabr ayının 14-dən işə çıxmayıb. Gömrük əməkdaşları onunla əlaqə yaratdığı zaman, o, xəstə atasına baş çəkmək üçün Kiyevə getdiyini deyib.

    Muxalifet - 18-11-2019

Pages