Axtarış

The search found 105830 results in 0.026 seconds.

Search results

  1. Rusiyanın böyük çölü qanayır, amma hələ Vaşinqtonun istədiyi qanlı qırğın başlamayıb... ABŞ-RUSİYA MÜHARİBƏSİNƏ ADDIM-ADDIM

     https://inosmi.ru/, Mysl Polska 

    Muxalifet3 - 19-11-2019

  2. Türkiyə Suriyada yenidən əməliyyatlara başlaya bilər

    ABŞ və Rusiya Suriyanın şimalı ilə bağlı razılaşmanın tələblərini hələ tam şəkildə yerinə yetirməyib. “Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Parlamentinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib. Türkiyənin xarici işlər naziri Ankaranın terror təşkilatı YPG / PKK yaraqlılarının Suriyanın şimalından tamamilə çıxarılmasında qətiyyətli olduğunu vurğulayıb. Nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.

    Muxalifet - 19-11-2019

  3. Pompeo: "İsrailin məskunlaşma fəaliyyətləri beynəlxalq qanun pozuntusu deyil"

    Amerika Birləşmiş Ştatları keçmiş prezident Barak Obama administrasiyasının İsrailin Qərb sahilində və Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının beynəlxalq qanunun pozulması olaraq verdiyi bəyanatı rədd edib.

    Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

    Muxalifet - 19-11-2019

  4. İtaliya Ermənistana 9 qolla qalib gəldi - Video

    AÇ-2020-nin seçmə mərhələsində sonuncu turun oyunları davam edir.

    Muxalifet.az xəbər verir ki, J qrupunun lideri İtaliya sonuncu turda Ermənistan millisini qəbul edib.

    Bunadək 9 oyunda qələbə qazanan İtaliya yığması 10-cu matçında da 3 xalı aktivinə yazdırıb.

    Roberto Mançininin yetirmələri Ermənistanı 9:1 hesabı ilə darmdağın edib.

    Qeyd edək ki, İtaliya qrup mərhələsini 30 xalla başa vurub. Ermənistan yığması isə 10 xalla qrupda sondan ikinci olub.

    Muxalifet - 19-11-2019

  5. İran ÇALXALANIR: Qan tökülməsi yalnız bu yolla dayana bilər - Politoloq ŞOK DETALLARI AÇDI

    Xəbər verdiyimiz kimi, İranda benzinin bahalaşması ilə bağlı baş verən etirazlar davam edir. Aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında baş verən insident zamanı bir polis ölüb. İrandakı hadisələrin arxasında xarici qüvvələrin dayandığı iddia edilir. Qonşu ölkədəki vəziyyəti Publika.az-a şərh edən politoloq Fikrət Sadıqov da hesab edir ki, ABŞ etirazçıları dəstəkləyir: "Çünki ABŞ İrana qarşı bir sıra sanksiyalar tətbiq edib. İranı nüvə silahı əldə etməkdə, uranı zənginləşdirməkdə günahlandırır. Təbii ki, bunun arxasında müəyyən motivlər var.

    Muxalifet - 19-11-2019

  6. “Nikol Paşinyan əsir götürülüb” – SENSASİON İDDİA

    “Nikol Paşinyan əsir götürülüb. Sorosçular əsir götürüblər. Onlar baş nazirə öz iradələrini diktə edir və onu cəfəngiyyat danışmağa vadar edirlər”.

    Bunu “VETO” erməni ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan Facebook-da canlı yayımda deyib.

    Muxalifet - 19-11-2019

  7. Köklü islahatların zəruri olduğu sahə - məhkəmə sistemi

    Hüquqşünas: “Ədalətli mühakimə olmadıqda, bazar iqtisadiyyatının təməl prinsiplərinin heç biri işləyə bilmir”

    Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları ciddi sahələri əhatə edir. Həm hökumətin iqtisadi blokunda yenidən strukturlaşma aparılır, həm də dövlət idarəetmə sistemində ciddi kadr dəyişiklikləri reallaşdırılır.

    Muxalifet - 19-11-2019

  8. “Belə ittifaq Belarusa lazım deyil.…” - Lukaşenko Rusiya ilə «yaxınlaşmaqdan» imtina etdi​

    Belarus prezidenti Aleksandar Lukaşenko bəyan edib ki, konstitusiya və fundamental prinsiplərlə ziddiyyət təşkil edən heç bir inteqrasiya sənədini imzalamayacaq («BelTA»). Onun sözlərinə görə, Belarus üçün başlıca prinsiplər müstəqillik və suverenlikdir. Prezident əlavə edib ki, karbohidrogen tədarükü və Rusiya bazarlarının Belarus məhsullarına açılması üzrə prinsipial məsələlər həll olunmayınca, «yol xəritələri» imzalana bilməz. Belarus hər il 9 milyard dollar itirir. Bu pullar Rusiya bazarlarında qazanılmalıdır.

    Muxalifet - 19-11-2019

  9. İrandakı etiraz aksiyaları Azərbaycana necə təsir edəcək?

    “İranda getdikcə artan sosial etirazlar davamlı xarakter alarsa, ölkəni siyasi və iqtisadi böhrana sürükləyə bilər. Belə ki, idarəolunmaz formata keçən xalq etirazları qurbanlarının sayına, iştirakçıların kütləviliyinə və coğrafı əhatə dairəsinə görə son illərin ən şiddətli aksiyalarından sayılır”. Bu fikirləri ADR sədri, iqtisadçı ekspert Qubad İbadoğlu qonşu ölkədəki prosesləri və onun Azərbaycana mümkün təsirlərini şərh edərkən bildirib.

    Muxalifet - 19-11-2019

  10. Bakı-Sabunçu qatarı işləməyəcək - SƏBƏB

    Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
    “Azərbaycan Dəmir Yolları” QSC-dən Muxalifet.az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
    “Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, - deyə QSC-dən bildirilib.

    Muxalifet - 19-11-2019

  11. Allahşükür Paşazadənin nəvəsinin toyundan - VİDEO

    Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ailəsində toy olub.

    Muxalifet.az "Qafqazinfo"ya istinadən məlumatına görə, şeyxin böyük qızı Əmanət Paşazadənin oğlu Xanlar ailə həyatı qurub. O, Türkiyə vətəndaşı olan xanımla evlənib.

    Qeyd edək ki, bu gün toyu olan Xanların atası, yəni şeyxin kürəkəni Adış Məmmədov diplomatik fəaliyyətlə məşğuldur. O, 2018-ci ilin sonlarınadək Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 

    Muxalifet - 19-11-2019

  12. SON DƏQİQƏ: Sabiq Baş nazirə bu gün yeni VƏZİFƏ VERİLƏCƏK

    Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir.
    N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq.
    Qeyd edək ki, keçmiş Baş nazir fransız dili üzrə mütəxəssisdir.
    Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

    Muxalifet - 19-11-2019

  13. Gürcüstanın arzusu “Gürcü Arzu”suna qarşı - qonşu ölkə çalxalanır...

    Tiflisdə erkən seçki və proporsional sistemin tətbiqi tələbi ilə nümayişlər keçirilir, parlament binası blokadadadır, ABŞ və Aİ etirazları dəstəkləyir, hökumət isə müxalifətlə dialoqdan imtina edir

    Muxalifet - 19-11-2019

  14. Maşınlarda pərdə və plyonka qadağası qanundan çıxarılır

    Çingiz Qənizadə: “Qanunvericilikdə bununla bağlı dəyişikliklərin edilməsi üçün iş aparılır” Ölkədə qüvvədə olan absurd qanunlar sırasında ilk yerdə nəqliyyat vasitələrinə arxa və yan şüşələrinə pərdə və plyonka vurulmasını mövsümi olaraq yasaqlayan qanundur desək, yanılmarıq. İllərdir ki, bu məsələ gündəmdən düşmür. Deputatlar, vəkillər, ictimaiyyət nümayəndələri bu qadağanın, sadəcə, acı gülüş doğurduğunu söyləməkdən yorulublar.

    Muxalifet - 19-11-2019

  15. Məşhur aktyor evi kirlədən qızının əllərini bağlayıb... - FOTOLAR

    Qalmaqalları ilə məşhur olan rusiyalı aktyor Aleksey Panin mətbəxi kirlədən qızına sərt cəza verib. Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 13 yaşlı qızının qollarını kəmərlə qaz borusuna bağlayan aktyor sözügedən görüntülərini lentə alaraq sosial şəbəkədə paylaşıb. O, qızının üstünə qışqıraraq “Nənən gəlib əllərini açacaq” deyib. 42 yaşlı məşhurun qızı ilə bu şəkildə rəftar etməsi sosial şəbəkədə tənqid edilib. Bu, aktyorun qızına tətbiq etdiyi birinci zorakılıq hadisəsi deyil.

    Muxalifet - 19-11-2019

  16. Milli Məclisin plenar iclası başlayır – Gündəlikdə 21 məsələ var

    Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

    Muxalifet.az xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxildir.

    Bunlar aşağıdakılardır:

    - "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 

    Muxalifet - 19-11-2019

  17. SON DƏQİQƏ: 3 ölkənin gəmiləri girov götürüldü - MÜHARİBƏ YENİDƏN ALOVLANIR

    Yəmənin Husi üsyançıları Qırmızı dənizdə 3 gəmini girov götürüb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Husi hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sahil Mühafizəsi Xidməti biri Səudiyyə Ərəbistanına aid olmaqla, 3 gəmini Ukban adası yaxınlığında sərhəd qanunlarını pozduqları üçün saxlayıb. Gəmilər Hudeydə rayonundakı Səlif limanına aparılıb. Qeyd edək ki, daha əvvəl Yəmən Xarici İşlər naziri Məhəmməd əl-Hədrami Husiləri, ölkənin qərbində Cənubi Koreyaya aid bir gəmi və onu müşayiət edən iki qayığı girov götürməkdə ittiham etmişdi.

    Muxalifet - 19-11-2019

  18. Azərbaycanlı qız yarım kilo qızılı və pulları götürüb sevgilisi ilə qaçdı - VİDEO

    Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində bir elan verilib. Muxalifet.az Baku.ws-ə xəbər verir ki, Əhədova Nuranə Eldar qızı evdən çıxıb və geri qayıtmayıb. Məlum olub ki, Nuranə yarım kilo qızılı və 7600 manat pulu evdən götürüb, türk sevgilisi ilə Türkiyəyə qaçıb. Ailə üzvləri qızın Instagram-da sevgilisi ilə paylaşımlar etdiyini bildirib.

    Muxalifet - 19-11-2019

  19. Alman ordusu ilə bağlı QALMAQALLI İDDİA

    Almaniya Silahlı Qüvvələrinin bir çox helikopter və tanklarının istifadəyə yararsız olması iddia edilib.

    Muxalifet.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə “Şpigel” jurnalını saytı yazıb.

    Məqalədə qeyd edilib ki, bir çox texnikanın sıradan çıxıb və onların ehtiyat hissələri tapılmır. Bu isə Almaniya ordusunun böhran vəziyyətində olması ilə əlaqələndirilib.

    Məlumata görə, Almaniya ordusu üçün 2023-cü ildə yeni model hərbi helikopterlərin alınması planlaşdırılır.

    Muxalifet - 19-11-2019

  20. ABŞ-dan Misirə xəbərdarlıq: Rusiyadan döyüş təyyarəsi alsaz...

    ABŞ Dövlət katibinin siyasi və hərbi məsələlər üzrə köməkçisi Klark Koper bildirib ki, Misir Rusiyadan döyüş təyyarəsi alarsa, ABŞ-ın sanksiyaları ilə üz-üzə qalacaq. Muxalifet.az xəbər verir ki, “Dubay Airshow”da danışan Koper belə bir addımın həm də, Misirin ABŞ-dan təchizat alışını da riskə atacağını qeyd edib. ABŞ-lı diplomat Rusiyaya da razılaşmanın riskləriylə bağlı bilgi verdiklərini söyləyib. Daha əvvəl ABŞ-ın xarici işlər naziri Mayk Pompeo və müdafiə naziri Mark Esper də məktub vasitəsiylə Misirə SU-35 təyyarələrini almaqla bağlı qərarı ləğv etmək çağırışı etmişdi.

    Muxalifet - 19-11-2019

Pages