Axtarış
The search found 105830 results in 0.118 seconds.
Search results
"Onunla razılaşma əldə etmək daha asan ola bilər..." - Bəxtiyar Hacıyev Paşinyan barədə
Sosial media tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin Avropadakı tədbirlərindən birində Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi suallardan, ona qələm uzatmasından danışır.
Muxalifet.az xəbər verir ki, "Yeni Müsavat” B.Hacıyevdən Paşinyanla görüşü və digər məsələlər barədə müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:
- Bəxtiyar bəy, siz hara səfər etmişdiniz, məqsədi nə idi?Muxalifet - 18-11-2019
Tbilisidə etirazçılar deputatları parlamentə buraxmırlar - FOTO
Tbilisidə ölkə parlamentinə bütün girişləri ötən gün axşamdan bloklayan etirazçılar deputatların qanunverici orqana daxil olmalarına imkan vermirlər. Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının deputatı Revaz Arveladze bu günə təyin olunan komitə iclasında iştirak etmək üçün parlamentə gəlib. Aksiyaçılar parlament üzvünü fitlə qarşılayaraq onun binaya daxil olmasına icazə verməyiblər. Etirazçılar R.Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar.
Muxalifet3 - 18-11-2019
Bakıda avtomobil hasara çırpılıb – Ölən var
Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
İlqar Əliyev idarə etdiyi “Mitsubishi- Pajero” markalı avtomobili hasara çırpıb. Nəticədə avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Tacirə Daşdıyeva aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Muxalifet - 18-11-2019
Kombilərdə bunu edin - qaza və işığa 35 faiz qənaət edəcəksiz - VİDEO
Mövsüm səbəbi ilə demək olar ki, hər kəs kombiləri işə salıb. Mütəxəssislər isə xəbərdarlıq edir. Bir neçə nüansa diqqət etməklə kombi üçün istifadə edilən qaza və ya elektrik enerjisinə qənaət edə bilərsiz. Hətta sərfiyatı 30-35 % azaltmaq da olar. Ən vacib məsələ isə sistemi əvvəlcədən təmizləməkdir.
Muxalifet - 18-11-2019
Artıq biletləri onlayn geri qaytarmaq mümkün olacaq - Sərnişinlərin DİQQƏTİNƏ
Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir. Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?
Muxalifet - 18-11-2019
ABŞ Rusiyaya necə hücum planı qurduğunu açıqladı
ABŞ Hərbi Hava Qüvvələrinin 16-cı Hava Ordusu digər bölmələrlə birlikdə Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinə hücum ssenarisinə sahibdir.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın “C4İSRNET” nəşri yazıb.
Muxalifet3 - 18-11-2019
Abdulbari Gözəlin ailəsinə məxsus şirkət İraq Mərkəzi Bankının yeni binasını inşa edir - FOTOLAR
"Azersun Holdinq"in prezidenti, tanınmış iş adamı Abdulbari Gözəlin ailəsinə məxsus olan "DAAX Construction" MMC İraq Mərkəzi Bankının yeni binasının tikintisini həyata keçirir. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Məlumata görə, 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək. "DAAX Construction" MMC 2006-cı ildə "DİA Holdinq"in ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə Abdulbari Gözəlin ailəsinə məxsus olan ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir.
Muxalifet - 18-11-2019
"Ağdam, Füzuli və digər 3 rayon qaytarılır, bundan sonra...” – Politoloq / Video
"Ağdam, Füzuli və digər 3 rayon qaytarılır, bundan sonra...” – Politoloq / Video
Muxalifet3 - 18-11-2019
“FÖVQƏLNAZİR”in Bosniyadakı biznesində ciddi axsamalar yarandı - ŞOK FAKTLAR
Fövqəladə Hallar Nazirinin Kəmaləddin Heydərovun biznesində ciddi axsamalar yaranıb. O, Bosniyadakı 30 milyon avroluq şirə zavodunu heç cür başa gətirə bilmir.
Muxalifet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənli bildirib ki, 2014-cü ildə təməli atılan və 2017-ci ildə istifadəyə verilməli olan zavodun tikintisi nəzərdə tutulan tarixdən daha iki il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb:Muxalifet - 18-11-2019
Güney Azərbaycan şəhərlərində keçirilən aksiyalarda onlarla etirazçı saxlanılıb
Xəbər verdiyimiz kimi, İranda benzinin üçqat bahalaşmasına etiraz olaraq cümə günü başlayan etiraz aksiyaları təhlükəsizlik qüvvələrinin zorakılığı ilə müşaiyət olunur. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Qoşaçay, Mərənd, Xoy və Salmas şəhərlərində də geniş etiraz aksiyaları keçirilib. Şənbə günü keçirilən aksiyalar gecə saatlarına qədər davam edib, bəzi şəhərlərdə polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Etirazlar zamanı onlarla soydaşımızın saxlandığı bildirilir.
Muxalifet - 18-11-2019
BAKIDA ŞOK OLAY: 5 maşın toqquşdu, düşüb sürücünü vəhşicəsinə döydülər - VİDEO
Bakıda baş vermiş qəza anı kameraya düşüb.
Hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılır. Digər avtomobil isə “Toyota”ya dəyir. Bütün bu hadisələrin fonunda 5-ci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulur.
Muxalifet - 18-11-2019
Şimali Koreyadan ABŞ prezidentliyinə namizəd Co Baydenə BƏYANAT: "Bayden kimi quduz itin qaçmağına icazə verilsə çox sayda insana zərər verə bilər"
ABŞ prezidenti Donald Trump deyir ki, Şimali Koreya lideri Kim Jong Un, Pxenyanın nüvəsizləşdirilməsi ilə bağlı iki tərəf arasında dayandırılmış danışıqlardan sonra gecikmədən ABŞ ilə razılaşma əldə etmək üçün hərəkətə keçməlidir.
Muxalifet3 - 18-11-2019
Cəbhə xəttindəki hərbi hissədə ardıcıl partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA
Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığının silah anbarında meydana gələn partlayışla bağlı rəsmi açıqlama verilib.
Muxalifet.az publika.az-aistinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi partlayışla bağlı görüntüləri analiz edib və hadisə şahidlərini dindirib.
Hesabata görə, partlayış xarici səbəblərdən qaynaqlanmayıb. Sursatlar mövsümi dəyişikliklər və mövcud depolama şərtlərinin təsirlərinə məruz qalaraq kimyəvi reaksiyaya girib və bununla da hadisə baş verib.
Qeyd edək ki, hadisə 13 noyabrda baş vermişdi.Muxalifet - 18-11-2019
Belorusiya ilə Avropa Birliyi arasında viza rejimi sadələşdirilir
Avropa Şurası Belorusiya ilə viza rejiminin sadələşdirilməsi barədə qərarı təsdiq edib. İttifaqın rəsmi jurnalında dərc edilmiş sənədə görə, AŞ vizanın sadələşdirilməsi üzrə saziş bağlamağa hazırdır.
Muxalifet3 - 18-11-2019
İranda yanacağın kəskin bahalaşması bizdə də qiymət artımına səbəb olacaq - DİQQƏT
Xəbər verdiyimiz kimi, İranda benzinin qiymətini gözlənilmədən qaldırması və satışına məhdudiyyət qoyulması ilə bağlı qərar qəbul edilib. Bu da qonşu ölkədə iğtişaşlara səbəb olub.
Muxalifet - 18-11-2019
SON DƏQİQƏ: Asma körpü çökdü, ÖLƏN VƏ YARALANANLAR VAR
Fransada asma körpü çöküb.
“Report” xəbər verir ki, hadisə Tuluz şəhərinin şimalında qeydə alınıb.
Belə ki, "Mirepoix-sur-Tarn et Bessières" asma körpüsünün qırılması nəticəsində bir yük maşını və iki minik avtomobili çaya düşüb. Ölən və yaralananların olduğu bildirilir.
İlkin məlumata görə, yük maşını asma körpüyə icazə veriləndən artıq yüklə daxil olub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 18-11-2019
Bakıda rəisin qardaşı faciəvi şəkildə öldü - MEYİTİ AXTARILIR
Xəzər dənizində neftçi itkin düşüb.
Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.
Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.
Muxalifet - 18-11-2019
Şirəliyev TSEK-ə “Forma 88” göndərilməsini qadağan edib? - 7 SAYLI POLİKLİNİKANIN BAŞ HƏKİMİNİN NÖVBƏTİ ÖZBAŞINALIĞI
Səhiyyə müəssisələrinin “piştaxta bazarı”na çevrilməsi, az qala adi sidik-qan analizi verməyə xaricə üz tutulması bu günün mövzusu deyil. Bu “bazar”da poliklinikaların özəl özbaşınalıq, korrupsiya payı lap çoxdandandan gündəmdədir. Faktiki olaraq poliklinikaların ayrı-ayrı məqsədlər üçün ödənişli arayış verməkdən özgə bir funksiyası da yoxdur. Ödənişin məbləği isə 5 manatdan 5 min manata kimi dəyişir. Bəli, ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Mərkəzinə (TSEK) əlilliyin müəyyən edilməsinə “Forma 88” arayışının göndərilməsi bəzən 5 min manatdan da baha başa gəlir...
Muxalifet4 - 18-11-2019
BORİS NAVASARDYAN ERMƏNİ JURNALİSTLƏRİNİN BAKIYA SƏFƏRİ HAQDA - “Hansısa aydın olmayan səbəblərdən bu proses məxfi keçir...”
Ötən həftə belə xəbərlər yayıldı ki, Ermənistan və Azərbaycan jurnalistlərinin çoxdan müzakirə olunan qarşılıqlı səfərləri başlayır. Belə ki, noyabrın 17-də bir qrup erməni jurnalistinin Bakıya gələcəyi, bu gün noyabrın 18-də isə azərbaycan jurnalistlərinin Yerevana səfər edəcəyi haqda xəbərlər yayılmışdı. Lakin nə rəsmi Yerevan, nə Bakı bu xəbərləri şərh etməyib, jurnalist qruplarının tərkibinə kimlərin daxil olacağı və digər detallar açıqlanmayıb.
Muxalifet - 18-11-2019
Tanınmış aktyor erməniləri sərt tənqid etdi - VİDEO
"Adanalı", "Sakarya Fırat", "Deli Yürek", "Kurtlar Vadisi" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" seriallarında yaratdığı obrazlarla tamaşaçıların qəlbini fəth edən Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca maraqlı açıqlamalarla çıxış edib.
Oktay Kaynarca "A Haber"ə müsahibəsində erməniləri sərt tənqid edib.Muxalifet - 18-11-2019