Axtarış

The search found 105828 results in 0.028 seconds.

Search results

  1. Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - BABİŞƏ ULTİMATUM VERİLDİ

    Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.

    Virtualaz.org Avropa KİV-lərinə istinadən xəbər verir ki, Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.

    Muxalifet - 17-11-2019

  2. DƏHƏT: Bir ailə yol qəzasında yox oldu - FOTO

    Türkiyənin Karabük vilayətində baş verən ağır qəzada bir ailənin 4 üzvü həlak olub. Muxalifet.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə Karabükün Kızılcaörən kəndi yaxınlığında - magistral yolda baş verib. Burdurdan Karabükə qızının evinə qonaq gedən 70 yaşlı Muzayin Tezcanın sürdüyü avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, həyat yoldaşı Fetiye Tezcan, qızı və nəvəsi aldıqları xəsarətdən vəfat ediblər. Sürücünün daha bir nəvəsi isə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 17-11-2019

  3. Gürcüstanda etiraz aksiyasına Millətçi Hərəkat da qoşuldu

     Parlament və parlamentdənkənar müxalifət və vətəndaş fəalları koalisiyasının təşkil etdiyi Noyabrın 17-də Parlament binası qarşısında geniş miqyaslı etiraz mitinqinə paralel olaraq “Vətənpərvərlər Alyansının” liderləri tərəfdarları ilə birlikdə Birinci Respublika Meydanına toplaşacaqlar.
    Bu gün məlum olub ki, Vətənpərvərlər Alyansının planlaşdırdığı etiraz mitinqinə ultranationalist qruplar qoşulacaq.

    Muxalifet3 - 17-11-2019

  4. Kriminal hesablaşma, yoxsa qisas? - Keşlədə avtomatla törədilən qətlin təfərrüatı - FOTOLAR

    Paytaxtın Keşlə qəsəbəsindəki güllələnmə hadisəsinə görə məhkəmə keçirilib. Hadisənin baş verməsinin yeni təfərrüatları məlum olub.
    Muxalifet.az
    musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

    Muxalifet - 17-11-2019

  5. Tramp tibbi müayinədən keçib - nəticələr açıqlandı

    ABŞ Prezidenti Donald Tramp Merilend ştatında yerləşən Uolter Rid adına xəstəxanada tibbi müayinədən keçib. Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Trampın 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək istəməsi olub. Tibbi müayinənin nəticəsinə görə, Trampın səhhətində heç bir problem aşkarlanmayıb, sağlıq durumu qaydasındadır.

    Muxalifet - 17-11-2019

  6. Bakıda sərnişin avtobusu qəza törədib

    Bakıda sərnişin avtobusu qəza törədib. “Report” xəbər verir ki, hadisə Nizami rayonunda, “8-ci kilometr bazarı”nın yaxınlığında qeydə alınıb. “90-VS-438″ dövlət nömrə nişanlı, 49 saylı sərnişin avtobusu arxadan “90-XO-187″ dövlət nömrə nişanlı, 105 saylı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da avtobuslara ziyan dəyib.

    Muxalifet - 17-11-2019

  7. “QƏDİM DÖVRLƏRDƏ PARLAMENTƏ 70 YAŞDAN YUXARI OLANLARI SEÇİRDİLƏR…” – 74 yaşı var, yenə deputat olmaq istəyir

    “Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”.  

    Muxalifet - 17-11-2019

  8. Sabah hava dəyişkən buludlu olacaq, yağış, sulu qar yağacaq - PROQNOZ

    Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Muxalifet4 - 17-11-2019

  9. Pərvin Abıyeva elə geyindi ki, gözlərini ondan çəkə bilmədilər - VİDEO

    Dünən Türkiyənin məşhur aktrisası Demet Özdemir Azərbaycana gəlib.
    Buna səbəb serial ulduzunun “Altın Kelebek”lə bağlı təşkil olunan qapalı tədbirdə iştirak etməsidir.
    Gecəyə Demetlə yanaşı azərbaycanlı bloqqerlər, nüfuzlu mükafat gecəsinə namizəd olan tanınmışlar ( Oksana Rəsulova, Pərvin Abıyeva, Nura Suri və Sevda Yahyayeva) qatılıb.
    Onlar qırmızı xalçaya çıxaraq kameralara poza veriblər. Tədbirə xüsusi hazırlaşan məşhurlardan biri aktrisa Pərvin Abıyeva olub.

    Muxalifet - 17-11-2019

  10. İranda benzin üsyanı: ölənlərin sayı 25-i keçdi, Xameyninin heykəli aşırıldı - YENİLƏNİB

    İrana benzinin kəskin bahalaşmasına etiraz olaraq ötən günü cümə axşamından başlayan və bütün ölkəni bürüyən kütləvi nümayişlər təhlükəsizlik qüvvələr ilə toqquşmalarla müşaiyət olunur. KİV-lər xəbər verir ki, qəzəbli kütlə polis məntəqələrini, bankları, benzindoldurma məntəqələrini yandırır. İran islam inqilabının lideri Əli Xameyninin heykəlinin aşırıldığı haqda xəbərlər var. Bütün ölkə boyu internetə giriş kəskin məhdudlaşdırılıb, mobil rabitə işləmir. Son məlumatlara görə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 25-i keçib.

    Muxalifet4 - 17-11-2019

  11. Gürcüstanda müxalifətin etiraz aksiyası - FOTO

    Gürcüstanın birləşmiş müxalifət partiyaları noyabrın 17-də Tbilisinin mərkəzində yerləşən Rustaveli prospektindəki Puşkin parkından parlamentin binasına qədər yürüş keçirib. Əllərində Gürcüstan bayraqlarını və müxtəlif plakatlar tutmuş insanlar “Gürcüstanı dəyişək!” şüarı səsləndirərək, müvəqqəti keçid hökumətinin yaradılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. İki mindən çox insanın iştirak etdiyi yürüş səbəbindən Rustaveli prospekti bağlanıb, polis təhlükəsizlik tədbirləri görür.

    Muxalifet4 - 17-11-2019

  12. Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm

    Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var. 

    Muxalifet.az modern.az-a istinadən bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.

    Muxalifet - 17-11-2019

  13. Xamneyidən benzinin bahalaşmasına REAKSİYA

    İranın Ali dini lideri Əli Xamneyi ölkədə benzinin qiymətinin artmasını dəstəkləyib.

    Xamneyi ölkədəki etirazların təşkilində ölkənin düşmənlərini ittiham edərək, baş verənləri sabotaj adlandırıb.

    “Şübhəsiz, bəzi insanlar bu qərardan narahatdırlar. Sabotaj və yanğınları bizim insanlar yox, xuliqanlar həyata keçirirlər. Əks-inqilab və İranın düşmənləri həmişə sabotajları və təhlükəsizliyin pozulmasını dəstəkləyiblər və bundan sonra da dəstəkləməyə davam edəcəklər”, – o bildirib.

    Muxalifet - 17-11-2019

  14. Ermənistanda ağır cinayətlərin sayı artdı

    Ermənistan Milli Statistika Komitəsi ölkədə xüsusilə ağır cinayətlərin 30% artdığını açıqlayıb.

    Muxalifet.az bildirir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir.

    Məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayında ölkədə 18865 cinayət faktı qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 17673 olub.

    Statistikaya əsasən, bu ilin doqquz ayı ərzində Ermənistanda silahın tətbiqi ilə törədilən xuliqanlıq faktları da 50% artıb.

    Bundan başqa, mülkiyyət əleyhinə cinayətlərin də artdığı qeyd edilib.

    Muxalifet - 17-11-2019

  15. Futbolda inanılmaz hadisə - Böyükhesablı qələbəyə görə baş məşqçini qovdular

    İtaliyanın yeniyetmə futbolçulardan ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərilib. Belə qərarın səbəbi rəqibə hörmətsizlik olub. Klub prezidenti Paolo Brogelli bildirib ki, belə böyük hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləniblər: "Belə halın baş verməsindən dərin təəssüf hissi keçiririk. Bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".

    Muxalifet - 17-11-2019

  16. İcbari tibbi sığorta üçün son 44 gün: Nələr dəyişəcək? - RƏSMİ

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Muxalifet.az xəbər verir ki, mövzu ilə əlaqədar olaraq Lent.az bir neçə suala cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb.

    Muxalifet - 17-11-2019

  17. «NATO özü-özünün kölgəsinə çevrilib» – Almaniyalı deputat

    Bundestaqın deputatı Yurgen Trittin hesab edir ki, NATO hazırda «ekzistensial böhran» yaşayır. O, Fransa prezidenti Emmanuel Makronun «alyans komadadır» fikrini də dəstəkləyib. «İttifaq 90/Yaşıllar» partiyasından olan deputatın sözlərinə görə, alyans «özü-özünün kölgəsinə çevrilib» və əvvəlki mövqeyini itirib («Der Spiegel»). O, həm də bəyan edib ki, öz üzvləri arasında maraqların şaxələnməsi səbəbilə, NATO onların təhlükəsizliyini təmin edə bilmir. Bu zaman almaniyalı deputat Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını xatırladıb.

    Muxalifet - 17-11-2019

  18. Uşaqlıq dostunu öldürən Babək 17 il cəza alıb: “Salam verəndə dedi ki, sən gözlə” - TƏFƏRRÜAT

    Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
    Sinif yoldaşını ona salam vermədiyi üçün öldürən Babək 17 illik cəzadan narazı qalıb. Babək indi cəzasının azaldılmasını istəyib.

    Muxalifet - 17-11-2019

  19. “Ən məxfi general”: ABŞ-ı 1 trilyon ziyana salan azərbaycanlı

    "Çox çətinliklə dözürdüm. Mən nə ilə məşğul olduğumu belə deyə bilməzdim. Gülməli hallar olurdu. Lazımlı sənədləri almaqdan ötrü nə qədər zəhmət sərf etməli olurdun! Mən bu barədə sakit danışa da bilmirəm”. 

    Muxalifet - 17-11-2019

  20. Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko

    Polşa, Ukrayna və ya digər ölkələrə tankların yeridilməsi üçün Rusiya ilə alyans yaratmağa hazırlaşmıram.

    Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

    O, həmçinin bu iddiaları tez-tez səsləndirən Polşa KİV-lərini bu kimi bəyanatlardan uzaq durmağa səsləyib. Lukaşenko bu məsələyə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı toxunduğunu da bildirib.

    Muxalifet - 17-11-2019

Pages