Axtarış

The search found 105830 results in 0.054 seconds.

Search results

  1. Prezidentə sui-qəsddə ittiham olunan sabiq polkovnikin cəzası ŞOKA SALDI - FOTO

    Türkiyədə 15 iyul 2016-cı il tarixində dövlət çevrilişinə cəhdin iştirakçısı olmuş sabiq polkovnik Murat Koçyiğit məhkəməyə çıxarılıb.

    Muxalifet - 18-11-2019

  2. Tbilisidə parlament önündə gərginlik davam edir /FOTO

    Paytaxt Tbilisidə Parlamentin girişləri dünən axşam saatlarından etibarən etirazçılar tərəfindən bloklanaraq olduğu kimi qalmaqdadır. Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, etirazçılar "Gürcü Arzusu"nun deputatlarını tələbləri yerinə yetənədək parlamentə buraxmayacaqlarını bildirirlər. Məlumata əsasən, parlament binasına daxil olmaq istəyən hakim partiyanın bir neçə deputatı gərginlik səbəbindən polis tərərəfindən uzaqlaşdırııb. Etirazçılar hakim partiya deputatlarına "qullar" deyə fitə basıblar. Muxalifet.az

    Muxalifet3 - 18-11-2019

  3. "Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım" - Xalq artisti

    Muxalifet.az kulis.az-a istinadən Xalq artisti, aktrisa Səfurə İbrahimova ilə olan müsahibəni təqdim edir: - Səfurə xanım, ailəniz imkanlı olsa da, ötən əsrin ortalarında sürgün olunmusunuz. Xeyli əziyyətli uşaqlığınız və yeniyetməliyiniz olub. Bu qədər əziyyətin içərisində aktrisa olmaq istəyi necə yarandı? - Atam Bakıda mülk, mağaza sahibi olub. Ticarətlə məşğul olduğuna görə onun var-dövlətini əlindən alıblar, bizi də ölkənin ən ucqar kəndlərindən birinə sürgün ediblər. Kəndin camaatı hədsiz dərəcədə avam, savadsız, vəhşi idilər. Günün günorta çağı ər arvadının ayağını baltalamışdı.

    Muxalifet - 18-11-2019

  4. Dəbdəbəli toylarla gündəmə gələn məmurlar – Bəs onlarla vergi məsələsi necə müəyyənləşdiriləcək?

    Xəbər verdiyimiz kimi, Milli Məclisin bir neçə gün əvvəl keçrilən iclasında deputat Qüdrət Həsənquliyev müğənnilərə tətbiq olunan vergi məsələsinə toxunub. Millət vəkili həmin verginin artırılmalı olduğunu deyib:

    “Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat?! Bu nə dərəcədə ədalətli vergi qoymadır?”

    Muxalifet - 18-11-2019

  5. Peskov "Normand formatında" keçiriləcək sammitlə bağlı BƏYANAT verdi

    Rusiya prezidentinin mətbuat katibi Peskov təsdiq edib ki, dekabrın 9-da Normand formatında sammit keçiriləcək.
    Onun sözlərinə görə, hazırlıqlar tamamlanma mərhələsindədir. Peskov sammitin nəticələrinə dair proqnoz verməkdən imtina edib. O, qeyd edib ki, nə gözləntiləri həddən çox şişirtmək, nə də ümidsizliyə qapılmaq lazımdır.     
    Muxalifet.az

    Muxalifet3 - 18-11-2019

  6. ​İrandakı aksiyaları onlar təşkil edir - Rusiyadan ŞOK AÇIQLAMA

    İrandakı hadisələrin arxasında xarici qüvvələr dayana bilər.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
    Nazirliyin İkinci Asiya İdarəsinin sədri Zamir Kabulov bildirib ki, İranda hadisələr çətin və kritikdir və bu əsnada xarici qüvvələr aktiv şəkildə çalışır. Buna görə də bütün faktorlar gərginliyin artmasına təsir göstərir.

    Muxalifet - 18-11-2019

  7. "Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" - Nadir Qafarzadədən QALMAQALLI AÇIQLAMA

    Nadir Qafarzadə Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib. Muxalifet.az xəbər verir ki, müğənni ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, əgər insanlar 700 manata bilet alıb konsertə gedə bilirlərsə, kasıblıqdan gileylənməməlidirlər: ''Mən Cem Yılmazı, ümumiyyətlə, tanımıram. Ölkəmizdə reklam olandan sonra tanımışam. Evimdə bizim telekanallara baxan yeganə insan mənəm. Deyə bilərəm ki, yeni nəsildən heç kimi tanımıram. Çünki mənə maraqlı da deyil. Mən öz sözünü demiş sənətçiləri yaxşı tanıyıram. Məsələn, Aydan Şener, Türkan Şoray kimi sənətkarlar.

    Muxalifet - 18-11-2019

  8. DİN Bakıda 4 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
    Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşun. Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
    Xəzər RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 18-11-2019

  9. "Şahənşah" restoranında zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranda baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib.
    Muxalifet.az-ın xəbərinə görə, AQTA-dan Trend-ə bildirilib ki, hadisə ilə bağlı quruma heç bir müraciət daxil olmayıb:
    "Ancaq mediada yer almış məlumatın reallığa uyğun olub-olmamasını aydınlaşdırmaq üçün araşdırma aparılır".
    Xatırladaq ki, noyabr ayının 13-də Bakıda "Şahənşah" restoranında kütləvi zəhərlənmə qeydə alınıb. Məclis sahibi Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib.

    Muxalifet - 18-11-2019

  10. “Ona deyərdim ki, yanımda əyləşmə?” - Cəfəroğlu erməni qadınla fotosundan DANIŞDI

    "Əvəllər bizim İstanbulda seminarlarımız olurdu. Qarabağdan olan azərbaycanlı və erməni qadınları yığaraq seminarlar təşkil edir, sülhün əldə ediləcəyi təqdirdə onların birlikdə necə yaşaya biləcəyini müzakirə edirdik. Əslində bu beynəlxalq təşkilatların seminarı idi, sadəcə biz də qadınlarla orada iştirak edirdik. Bu qadın özü Bayılda yaşayıb, Bakı ermənisidir. Gəlib yanımda əyləşdi, başını mənə tərəf əyərək dedi ki, sizdən Bakının qoxusunu almaq istəyirəm. Həmin vaxt fotomuzu çəkdilər. Fotodan görürsünüz ki, mən əyləşmişəm, qollarım da öz yerindədir, ermənini də qucaqlamamışam.

    Muxalifet - 18-11-2019

  11. Şamaxı Rəsədxanası NASA-nı İTTİHAM ETDİ: "Yalan məlumat yayıb"

    ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qorxunc açıqlama yayıb. NASA alimləri hər 2000 ildə bir dəfə dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda belə bir asteroidin yerə çox yaxın olduğunu deyib. NASA, “JF1” kod adı olan bu asteroidin yoluna davam edərsə, Yer kürəsinə zərbə vuracağını bildirib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib.

    Muxalifet - 18-11-2019

  12. Qardaşına, oğluna, qardaşı və bacısı oğlanlarına vəzifə verən məmurlar - SİYAHI

    Xəbər verdiyimiz kimi, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə yeni köməkçi təyin edib. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, öz qohumuna rəhbərlik etdiyi qurumda vəzifə verən məmurlar əvvəllər də olub. Qohumlarını vəzifəyə təyin edən məmurların siyahısına keçmiş Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edib. Nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olduğu illərdə qardaşına, qardaşı oğlunu, bacısı oğluna yüksək vəzifələr həvalə edib.

    Muxalifet - 18-11-2019

  13. Rusiya Ukrayna gəmilərini qaytardı

    Muxallifet.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, Moskva ələ keçirdiyi Ukrayna gəmilərini qarşı tərəfə qaytarıb.
    Diplomatik idarədə bildirilib ki, “Rusiya tərəfi öz sərhədlərində istənilən provokasiyanın qarşısını almaq niyyətindədir”. Xatırladaq ki, 2018-ci ildə Kerç boğazında Rusiaya və Ukrayna gəmiləri arasında baş vermiş insident zamanı Rusiya Ukraynaya məxsus olan 3 gəmini zəbt etmişdi.
    Muxalifet.az   

    Muxalifet3 - 18-11-2019

  14. ​"Beynimi ən yüksək qiymətə sığortalandıracam” - Telli Borçalı

    Aşıq Telli Borçalı ATV-də yayımlanan "Ən yaxşısı” proqramında qonaq olub.
    Muxalifet.az xəbər verir ki, saz ifaçısı veriliş zamanı aparıcı Mətanət Əliverdiyevanın "Cennifer Lopez bədəninin müəyyən yerini sığortalayıb. Sən niyə beynini sığortalamırsan” sualını cavablandırıb.
    O, "Yaxşı yadıma saldın. Gərək edim. Ən yüksək qiymətə - 100 milyon manata sığortalandıracam” deyə, aparıcıya cavab verib.

    Muxalifet - 18-11-2019

  15. İrəvan qorxuya düşdü: Bakı ilə...

    Ermənistanın yeganə yolu Qarabağ problemini həll edib, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır. 
    Muxalifet.az bildirir ki, bu məlumatı “Politik.am” saytı yayıb. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib:

    Muxalifet3 - 18-11-2019

  16. SON DƏDİQƏ: Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR

    Ölkədə aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların ləğv edilməsi həm idarəetmədə çoxşaxəliliyi aradan qaldıra, keyfiyyəti artıra, həm də dövlət xərclərinin azalmasına səbəb ola bilər. 

    Muxalifet - 18-11-2019

  17. İlham Əliyev Vasif Talıbovu QƏBUL ETDİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

    Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham Əliyev dedi:

    Muxalifet - 18-11-2019

  18. İranda etirazlar: şahbanu Fərəh Pəhləvi Xameneyinin ittihamlarına cavab verdi - YENİLƏNİB

    İranın keçmiş şahbanusu Fərəh Pəhləvi ölkənin Ali dini lideri Əli Xamneyinin (Ali Khamenei) ittihamlarına cavab verib. Xameneyi keçmiş şah ailəsini İranı bürümüş etirazlara görə ittiham etmişdi. Fərəh Pəhləvi noyabrın 17-də Radio Farda-ya müsahibəsində deyib ki, “hər şeydən öncə Xameneyi bu etirazların başlanma səbəbləri üzərində düşünməlidir”. Xameneyi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvini və mühacirətdəki dissident qrupu olan Mücahidin Xalq Təşkilatını küçə etirazlarını qızışdırmaqda, islamçı isteblişmentə meydan oxumaqda suçlayıb.

    Muxalifet - 18-11-2019

  19. Bu şəxslərin sürücülük hüququ əlindən alına bilər - Tibbi müayinə geri qayıdır?

    Türkiyədə dekabrın 1-dən etibarən bəzi sürücülərin testdən keçirilməsi məcburi olacaq. Kommersiya məqsədli, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrini idarə edən sürücülər psixotexnologiya testindən keçiriləcəklər. Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər. Belə bir qərarın qəbul edilməsində məqsəd baş verəcək qəzaların sayını azaltmaqdır. Azərbaycanda da qəzaların il ərzində yüzlərlə can aldığı məlumdur. Bizdə də oxşar tədbirlər görülə bilərmi?

    Muxalifet - 18-11-2019

  20. “Türkiye” qəzetində Mehriban Əliyeva haqqında məqalə dərc olundu

    Azərbaycan Türküstana qədər uzanan yolun ən vacib halqasıdır

    Türkiyənin “Türkiye” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.

    APA-nın xəbərinə görə, jurnalist Yücel Koçun qələmə aldığı məqalə “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı” (KARDEŞ ÜLKEDE NELER OLUYOR? Mihriban Aliyeva ile Azerbaycan’da değişim rüzgârı) adlanır.

    Muxalifet - 18-11-2019

Pages