Axtarış

The search found 105828 results in 0.03 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: Siyəzəndəki dəhşətli qəzada həlak olanların FOTOLARI

    Xəbər verdiyimiz kimi, dünən gecə Siyəzən rayonu ərazisində ağır yol qəzası baş verib. “Yeni Sabah” bildirir ki, qəza zaçanı rayonun Çiləgir kənd sakini, 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və Yeni Həyat qəsəbə sakini Əliyeva Oksana Gülağa qızı həlak olub. Tibb müəssisəsindən xəsarət alan Çiləgir kənd sakini, sürücü Savalanov Hümbət Şayəddin oğlunun vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edək ki, dünyasını dəyişən Günay Savalanova sürücünün həyat yoldaşıdır.

    Muxalifet - 18-11-2019

  2. İki alimimizdən BÖYÜK UĞUR

    Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. Sözügedən azərbaycanlı alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur. Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib. Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.//apa

    Muxalifet - 18-11-2019

  3. BAKIDA TOYDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Bəy və gəlinin halı pisləşdi

    Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, hadisə “Şahənşah” şadlıq sarayında qeydə alınıb. Noyabrın 13-də baş tutan toydan sonra qonaqlarda mədə pozuntusu, qızdırma, ishal və qusma halı baş verib. Qonaqlarla yanaşı, bəy və gəlində də bu hallar müşahidə olunub. Qeyd edək ki, zəhərlənənlər arasında uşaqlar da olub. Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.

    Muxalifet - 18-11-2019

  4. ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi - TEHRANDAN SƏRT REAKSİYA

    ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyir və nümayişçilərə qarşı güc tətbiq olunmasını pisləyir.

    Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Ağ Evin mətbuat katibi Stefan Qrişemin bəyanatında belə deyilir.

    "Birləşmiş Ştatlar İran xalqının rejimə qarşı dinc etirazlarını dəstəkləyir. Biz nümayişçilərə qarşı tətbiq edilən, ölümlə nəticələnən güc tətbiqini və sərt məhdudiyyətləri pisləyirik" - Ağ Evin açıqlamasında qeyd edilir.

    Muxalifet - 18-11-2019

  5. Bakıda qısqanc ər 25 yaşlı həyat yoldaşını amansızlıqla öldürdü

    Bakıda qətl törədilib.
    Muxalifet.az
    xəbər verir ki, noyabrın 16-da Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən həyət evində kirayə yaşayan 1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Oktyabr küçəsi 30 ünvanında həyat yoldaşı, 1994-cü il təvəllüdlü Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.
    D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib və atası onu Gəncə Şəhər Baş Polis İdarəsinə gətirərək istintaqa təhvil verib.

    Muxalifet - 18-11-2019

  6. Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana gəldi - FOTO

    Görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri ilk dəfə Azərbaycana gəliblər.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, onları Bakıya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dəvət edib. 

    Martin və Pşemislav Cavanşiri noyabrın 18-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar, xatirəsini ehtiramla anıblar.

    Muxalifet - 18-11-2019

  7. Deputata təhqir yazanı “facebook” profilindən tapdılar! - İKİNCİ HƏBS!

    Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından yalan olaraq yazılan fikirlər sosial şəbəkələrdə paylaşılır.Yanlış olaraq yayılan bu fikirlərə rəy olaraq ” facebook” sosial şəbəkəsində şəxsiyyətin şərəf və ləyaqətini alçaldan ifadələr işlədilir.

    Timenews xəbər verir ki, deputatı təhqir edən növbəti vətəndaşı da ” facebook” profilindən tapıblar. Şəxsin deputat tərəfindən məhkəməyə veriləcəyi qeyd olunur

    Qeyd edək ki, bundan əvvəl də deputatı təhqir edən vətəndaşlardan biri tapılıb,onun barəsində məhkəmə şikayəti olunmuşdu.

    Muxalifet - 18-11-2019

  8. ƏRDOĞAN TRAMPDAN NƏ QOPARA BİLDİ? – “Təsdiq olundu: Əsas problem “S400”-dür”

    İlk baxışda prezident Ərdoğanın ABŞ-a səfəri heç bir nəticə vermədi. Əslində bu, belə də gözlənilirdi. Deyə bilərik ki, liderlər bizə məlum olan bəyanatları təkrarladılar. Lakin nə vaxt ki, biz sətirlər arasını diqqətlə oxumağa çalışırıq, onda tamamilə başqa mənzərəylə qarşılaşırıq. Ankara və Vaşinqton arasında gərginlik yaradan ən böyük problem heç də “YPG”, Fətullah Gülənin (FETÖ) terror təşkilatı, Vaşinqtonda “general” adlandırılan terrorist Mazlum Kobani, Suriyadakı təhlükəsizlik zonası və ya Trampın təhqiredici məktubu deyil. Başlıca problem “S-400” raketləridir.

    Muxalifet - 18-11-2019

  9. “SİZİ EVİNİZDƏN OĞURLATDIRARAM VƏ...” - Paytaxt başçısı jurnalistləri məhv etməklə və “geyə çevirməklə” hədələyir

    Özbəkistan baş prokurorluğu internetdə yayılan və paytaxt Dəşkəndin icra hakiminə aid olduğu bildirilən qalmaqallı səs yazısını araşdırdığını bildirir. Həmin səs yazısında şəhər başçısı Cahongir Artıkxocayev onun biznesindən yazan jurnalistləri təhqir edir, onları evlərindən oğurladıb məhv etməklə hədələyir, üstəlik “geyə çevirəcəyinə” deyir.

     Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, səs yazısının harada və nə zaman qeydə alındığı məlum deyil. Amma o məlumdur ki, şəhər başçısı jurnalistlərlə danışır.

    Muxalifet - 18-11-2019

  10. NASA-dan QORXUNC XƏBƏRDARLIQ - Yer kürəsinə 15 atom bombası gücündə cisim yaxınlaşır

    NASA-da fəaliyyət göstərən elm adamları dünyanı narahat edəcək bəzi açıqlamalar veriblər. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu açıqlamalarda alimlər hər 2000 ildən bir dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda bir asteroidin Yerə çox yaxın məsafədə olduğunu deyib. NASA, “JF1” kod adlı bu asteroidin yoluna davam edərsə, Yerə zərbə vuracağını deyib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib.

    Muxalifet - 18-11-2019

  11. ​Bakıdakı DƏHŞƏTLİ QƏZADA bir ailənin 4 üzvü öldü - ADLAR

    Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 
    Muxalifet.az
    apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub. 
    Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

    Muxalifet - 18-11-2019

  12. ​SON DƏQİQƏ: Nazir Səlim Müslümovun dayısını İŞDƏN QOVDU

    Ağsu rayon Pambıq Məntəqəsinin müdiri Mirfazil Seyidəliyev vəzifəsindən azad edilib.
    Axar.az-a daxil olan özəl məlumata görə, M.Seyidəliyev işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
    Qeyd edək ki, M.Seyidəliyev Ağsu Rayon İcra Haimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyevin qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.
    M.Seyidəliyev uzun müddət Ağsu Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

    Muxalifet - 18-11-2019

  13. Abşeronun bu kəndlərində işıq olmayacaq

    Bu gün saat 12:00-dan 15:00-a qədər Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinə elektrik enerjisinin verilməsində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, fasiləyə səbəb 35/6 kVt-luq yarımstansiyada aparılan yenidənqurma işləridir.

    Muxalifet - 18-11-2019

  14. “Qələt etmişəm, keçin günahımdan” - Cemi yıxıb-sürüyən Nadir fikrini dəyişdi

    Xəbər verdiyimiz kimi müğənni Nadir Qafarzadə "Instagram" səhifəsində marağa səbəb olan fikirlər paylaşıb.

    İfaçı türkiyəli şoumen Cem Yılmaz haqda ağır ifadələr işlədib. Müğənni əvvəlcə rəylərdə onu tanımadığını yazıb. Daha sonra isə Cemin ünvanına "Bunları hardan tutub gətirirlər? Vallah, tanımıram və heç maraqlı da deyil. Bizdə qıjılar azdır, biri də gəldi" sözlərini qeyd edib.

    Səs-küyə səbəb olan məsələyə N.Qafarzadə bu gün “Hər şey daxil” verilişində aydınlıq gətirib:

    Muxalifet - 18-11-2019

  15. Tbilisidə etirazçılar parlament binası ətrafında barrikadalar qurublar /FOTO

    Paytaxt Tbilisidə etirazçılar parlament binası ətrafında qum və daşlarla dolu kisələrdən barrikadalar qurublar.
    Muxalifet.az xəbər verir ki, barrikadalar qanunverici orqana aparan yollarda yerləşdirilib.

    Muxalifet3 - 18-11-2019

  16. Erməni mətbuatı Saakaşvilinin iddia dolu çıxış etdiyini yazır: “Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilər ermənistana qaytarılmalıdır”

    Ermənistanın "arcakh24.info" saytı Mixeil Saakaşvilinin iddia dolu bir fikir paylaşdığını qeyd edir.

    Muxalifet.az 24News.ge saytına istinadla bildirir ki, sözügedən sayt Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkələrdə Naxçıvan və Kür-Araz ovalığına qədər ərazilərin Ermənistana verilməsi ilə bağlı fikir paylaşdığını iddia edir.

    Muxalifet3 - 18-11-2019

  17. Rusiya Türkiyənin qarşısına elə şərt qoydu ki... - Ərdoğan buna hiddətlənəcək

    "Beşinci nəsil Su-57 tipli qırıcı təyyarələr Rusiya Silahlı Qüvvələrinin arsenalına yetəri sayda daxil edilənə qədər Türkiyəyə satılmayacaq".

    Bunu Rusiya federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) sədri Dmitri Şuqayev deyib.

    Muxalifet - 18-11-2019

  18. Rusiya ən böyük rəqibini bu silahla vuracaq - ABŞ-a ŞOK

    "Rusiya ilə Səudiyyə Ərəbistanı arasında S-400 zenit raket komplekslərinin satışına dair aparılan müzakirələr ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun heç xoşuna gəlməyəcək".

    Bunu Rusiya Dumasının senatoru Aleksey Puşkov deyib.

    Tvitter hesabından məsələ ilə bağlı fikirlərini bölüşən Puşkov "O, (Pompeo) Amerika istehsalı "Patriot" sistemlərinin bir dəfə fasilə ilə reaksiya verdiyini izah etdikdən sonra belə bir şey gözlənilməli idi" ifadələrini işlədib.

    Muxalifet - 18-11-2019

  19. “Azərbaycanın yaşlı təbəqəsinin xeyli hissəsi Sovet dönəmində “uşaqpulu” hesabına böyüyüblər”

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli Moderator.az əməkdaşının gündəmin aktual iqtisadi mövzuları ilə bağlı suallarını cavablandırıb. 

    Muxalifet - 18-11-2019

  20. ABŞ-ın Gürcüstandakı səfirliyi bəyanat verdi

    Dinc toplaşmaq və ifadə azadlığı hüququnu tam dəstəkləyirik. Bu hüquqdan istifadə edən hər kəsi qanun və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq. Bütün tərəfləri ölkənin maraqlarına uyğun hərəkət etməyə çağırırıq. Bu barədə ABŞ səfirliyi və Aİ-nin Gürcüstandakı nümayəndəliyinin birgə bəyanatında deyilir.

    Muxalifet3 - 18-11-2019

Pages