Axtarış

The search found 105830 results in 0.054 seconds.

Search results

  1. Orta pensiya məbləği 293 manat olacaq – Nazirdən AÇIQLAMA

    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
    Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
    Nazir sosial yönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişlənəcəyini diqqətə çatdırıb.

    Muxalifet - 19-11-2019

  2. “Müəllimlərə ipoteka verilsin, tıxaclar aradan qaldırılsın” – Deputat hökumətə müraciət etdi

    Deputat Qənirə Paşayeva Milli Məclisin komitə iclaslarında 2020-ci il büdcə layihəsinin 2-ci oxunuşu müzakirələrində çıxışında bir sıra problemlərdən danışıb və aidiyyatı qurumlara müraciət edib.

    Muxalifet - 19-11-2019

  3. Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında - FOTO / YENİLƏNDİ

    Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışı olub. Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.

    Muxalifet - 19-11-2019

  4. Azərbaycanda zəlzələ oldu

    Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

    Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar Lənkəran, Masallı və digər rayonlarda hiss olunub. 

    Zəlzələ qısa müddət davam edib.  

    Saat 17.45 radələrində baş verən təkanlar əsasən hündürmərtəbəli binalarda hiss olunub. /report

    Muxalifet - 19-11-2019

  5. Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

    Şəkidə 50 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından yıxılaraq ağır xəsarətlər alıb. A. Zamanov yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 19-11-2019

  6. Tiflisdə etiraz aksiyası davam edir - BU GÜN MÜXALİFƏT FƏALİYYƏT PLANINI ELAN EDƏCƏK

    Bu gün Tiflisdə parlament binası qarşısında etiraz aksiyası bərpa edilib.

    Muxalifet.az xəbər verir ki, aksiyanın keçirildiyi əraziyə bu gün əlavə çadırlar quraşdırılıb. Əraziyə hüquq mühafizə orqanı əməldaşları cəlb edilib. Rustaveli prospektində avtomobillərin hərəkəti maneəsiz davam edir.
    Qeyd edək ki, bu Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişini qəbul etməməsindən sonra Tiflisdə ardıcıl 6-cı mitinqdir.  Bu gün mitinqdə müxalifətin yeni fəaliyyət planını elan etməsi gözlənilir.

    Muxalifet4 - 19-11-2019

  7. Sabiq rəisi barəsində cinayət işi BAŞLANDI

    “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi başlanıb. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, R.Dilanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb. R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Muxalifet - 19-11-2019

  8. BMT İranı etiraz aksiyalarına qarşı təmkinli olmağa çağırdı...-DETALLAR

    BMT İran mediyasının 3 təhlükəsizlik nümayəndəsinin etirazçılar tərəfindən ölümcül bıçaqlandığını bildirdiyindən sonra, İran hakimiyyətinin “benzin üsyanına” qalxan kütləyə qarşı güc tətbiq etməsinə qarşı bəyanat verib.

    Muxalifet3 - 19-11-2019

  9. Messi rəqib futbolçuya cavab verdi: "İSTƏNİLƏN VAXT HAZIRAM" - VİDEO

    Uruqvay millisinin futbolçusu Edinson Kavani Argentina yığması ilə matçda rəqib komandanın kapitanı Lionel Messi ilə aralarında baş verən mübahisəyə aydınlıq gətirib.
    Fransanın PSJ klubunun 32 yaşlı forvardı ESPN-ə dəhşətli heç nə baş vermədiyini deyib: “Belə emosiyalar futbolun bir hissəsidir. Xüsusilə Cənubi Amerikada. Buna diqqət etmək istəmirəm. Oyunun nəticəsi önəmlidir. İki qol vurmağımız yaxşıdır. Ancaq yenə də bir sıra çatışmazlıqlar üzərində işləməliyik”.

    Muxalifet - 19-11-2019

  10. Ulvira Qarayeva niyə bu günə qalıb?

    Tanınmış aparıcı Ülvira Qarayevadan xəbər var. BiG.AZ xəbər verir ki,aparıcı hamam xalatında olan fotosunu sosial şəbəkədə yayımlayıb. Sənətçinin yaxından çəkdiyi fotosunda üzünə estetik müdaxilələr etdirdiyi açıq-aydın sezilib. Ü.Qarayeva “Bu, nə gecədir” deyə, şərh yazdığı paylaşımının şərh bölməsini mənfi rəylərdən qorumaq üçün bağlayıb.

    Muxalifet - 19-11-2019

  11. Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO

    Filippinin Mindanao adasında piton udmuş nəhəng kobra öldürülüb. Bu barədə “Newsflare”  xəbər verib.
    Muxalifet.az
    Baku Tv-yə istinadən xəbər verir ki, yerli sakinlər ilanı çəltik sahəsində müəyyən ediblər. Onun ağzından hələ də tam uda bilmədiyi şikarının quyruğu görünürdü. Sürünənin özünün uzunluğu 3,6 metr idi.
    Sakinlər ilanı öldürərək yarıblar. Onun daxilindən müxtəlif mənbələrə görə  2,4-3,3 metr uzunluğunda  piton aşkar edilib.
    “Bu yerlər ilanlarla doludur, ancaq piton yeyən kobra ilə ilk dəfədir rastlaşırıq”, - deyə sakinlərdən biri bildirib.

    Muxalifet - 19-11-2019

  12. Salyanda 27 yaşlı qadın dəm qazından boğulub

    Salyan sakini dəm qazından boğulub. APA-nın məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Zəkirə Bədəlova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 19-11-2019

  13. YPG terrorçuları 800-ə qədər İŞİD döyüşçüsünü azadlığa buraxdı

    Türkiyə İŞİD terrorçularını bu ilin sonuna kimi öz ölkələrinə qaytarmağı planlaşdırır. Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla bildirir. Türkiyə DİN naziri Süleyman Soylu Ankaranın bu həftə 7 nəfər İŞİD üzvünü Niderland və İrlandiyaya göndərəcəyini deyib. O, həmçinin qeyd edib ki, Suriyanın şimalında Türkiyənin apardığı əməliyyat zamanı 278 nəfər İŞİD döyüşçüsü həbs olunub. Süleyman Soyulu Avropa ölkələrinin İŞİD döyüşçüsü olan vətəndaşlarının geri qaytarılmasına soyuq yanaşdığını bildirərək, bu dövlətlərin öz insanlarını vətəndaşlıqdan məhrum etmək haqqı olmadığını deyib.

    Muxalifet3 - 19-11-2019

  14. "Müğənnilərin əksəriyyəti kiminsə evini dağıdır" – Zaur Kamal

    "Ailə lazımdır. Amma bizim müğənnilər gedib evli kişilərlə gəzir".

    Open.az xəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu "5 də 5" verilişində söyləyib.

    O, xanım ifaçıların evli kişilərlə gəzdiyini bildirib: "Arvadı, uşağı olan kişini gətirib otuzdurur yanında. Görür başqa qadının həyat yoldaşıdır, amma əhəmiyyət vermirlər. Müğənnilərin əksəriyyəti kiminsə evini dağıdır. Çünki pulu var, onu saxlayacaq".

    Muxalifet - 19-11-2019

  15. ABŞ Rusiya sərhəddinə kəşfiyyat təyyarələri göndərdi

    Qərb aviasiya mənbələrinin monitorinq məlumatına görə, ABŞ-ın HHQ-nin 2 strateji Global Hawk pilotsuz təyyarəsi Rusiyanın Pribaltika ilə sərhədlərində kəşfiyyat üçüşü aparıb.
    Pentaqon ilk dəfə iki uzaqməsafəli kəşfiyyat dronunun eyni vaxtda uçuşunu reallaşdırıb.

    Muxalifet3 - 19-11-2019

  16. Tbilisidə aksiya bərpa edilib - Etirazçılardan açıqlama: "Parlament binası yenidən bloklanacaq"

    Paytaxt Tbilisidə parlamentin binası qarşısında etiraz aksiyası bərpa edilib.
    Muxalifet.az xəbər verir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.

    Baş tutan aksiyaya müxalifət partiyalarının liderləri də qatılıb.
    Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.
    Muxalifet.az

    Muxalifet3 - 19-11-2019

  17. Azərbaycan Ukrayna ilə heç-heçə etdi

    Azərbaycan və Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
    Muxalifet.az xəbər verir ki, “Dalğa Arena”da baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.
    Hesabı 48-ci dəqiqədə Ozan Can Kökçü açıb. Rəqibin bərabərlik qolunu isə 65-ci dəqiqədə Nazari Rusin vurub.

    Muxalifet - 19-11-2019

  18. Prezident istefa verdi

    İtaliya çempionatının A seriyasının prezidenti Qaetano Miççiçe istefa verib.

    Muxalifet.az xəbər verir ki, buna “Cenoa” klubunun sahibi Enriko Pretsiozinin ittihamları səbəb olub.

    O bildirib ki, Q.Miççiçe 2018-ci ilin martında bu posta əsasnaməni pozaraq yiyələnib. A seriyasının rəhbəri vəzifəsindən ayrılan funksioner inamsızlığa görə belə addım atdığını bəyan edib: “Postumu tərk edirəm. Mənə inam olmayan vəziyyətdə işləyə bilmərəm. Bu vəzifədə olduğum müddətdə İtaliya futbolunun həm idman, həm iqtisadi baxımdan daha yaxşı duruma yüksəlməsinə çalışmışam”.

    Muxalifet - 19-11-2019

  19. "Bunun cəzası edamdır!" - İran hökümətindən aksiya liderləri ilə bağlı ŞOK QƏRAR

    İranin dini lideri Ayətullah Əli Xameneyiyə yaxın “Keyhan” qəzeti gözlənilməz yazı dərc edib. Muxalifet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəzetdəki məlumatlara görə, benzinin qiymətinin artımı səbəbi ilə keçirilən aksiyalara liderlik edənlər edam cəzası ilə üzləşəcək: “Ölkədəki xaosun liderləri edamla cəzalana bilər. Onların etdikləri əməllər “üsyan”dır. Bunun cəzası isə hüquqi və şəriət qanunlarına görə edamdır”. Qeyd edək ki, iddialara görə etirazlar zamanı həbs edilənlər istintaq zamanı aksiya təşkil etmək qarşılığında pul aldıqlarını etiraf ediblər.

    Muxalifet - 19-11-2019

  20. ABŞ Polşadakı əsgərlərinin sayını artırır

    ABŞ Polşada hərbi kontingentini artırır. Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa Baş Naziri Mateuş Moravetskiy bildirib. Onun sözlərinə görə, kontingentin sayı 10 dəfə artırılacaq. Xatırladaq ki, ABŞ-la Polşa bu ilin yayında hərbi əməkdaşlıq haqda müqavilə imzalayıblar.

    Muxalifet - 19-11-2019

Pages