Axtarış

The search found 105830 results in 0.029 seconds.

Search results

  1. DEPUTATLA MOK-un VİTSE-PREZİDENTİ ARASINDA 500 MİNLİK QALMAQAL – İbrahimovlar onları üz-üzə qoyub

    Deputat Adil Əliyev iddia edir ki, 11 il əvvəl mənzil və obyekt almaqdan ötrü yarım milyon manatdan çox pul xərcləsə də, aldadılıb. Deputat bu məsələ ilə əlaqədar son iki ildə məhkəmə yollarında qalıb. Onun şikayətinə bir dəfə Nərimanov rayon Məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb.

    Muxalifet4 - 20-11-2019

  2. SON DƏQİQƏ: İlham Əliyev icra başçısını İŞDƏN ÇIXARDI VƏ...

    Prezident İlham Əliyev Rafil Hüseynovun Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Rafil İsrafil oğlu Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Digər bir sərəncamla Rafil İsrafil oğlu Hüseynov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Muxalifet - 20-11-2019

  3. Prezident Şahin Məmmədovu Masallının İCRA BAŞÇISI TƏYİN ETDİ

    Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Şahin Kərim oğlu Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər bir sərəncamla Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Muxalifet - 20-11-2019

  4. İlham Əliyevin Masallıya icra başçısı təyin etdiyi Şahin Məmmədov kimdir? - DOSYE

    Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb. 1975-1983-cü illərdə "Azelektromontaj" idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

    Muxalifet - 20-11-2019

  5. Konqresmenlər ABŞ-ı Azərbaycana hərbi yardım siyasətinə yenidən baxmağa çağırdı

    ABŞ Konqresmenləri Frenk Peloun, Jeki Spir və Adam Şif ABŞ Dövlət Departamenti və Pentaqona açıq məktub göndərərk Azərbaycan və Ermənistana göstərilən hərbi yardım siyasətinə yenidən baxmağa çağırıblar. Muxalifet.az bu barədə "az.armradio.am"-a istinadla xəbər verir. Amerikadakı erməni milli komitəsi bildirir ki, konqresmenlər Ermənsitan və Azərbaycana göstərilən hərbi yardımda bərabərliyi qorumağa çağırıb. “Şübhəsiz ki, Azərbaycana göstərilən hərbi yardımın həcminin artması bölgədə bərabərsizlik yaradaır.

    Muxalifet3 - 20-11-2019

  6. Qarakənd faciəsindən 28 il ötür - TARİXİN İZİ İLƏ... / VİDEO

    Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 28 il ötür.
     
    Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.
     

    Muxalifet4 - 20-11-2019

  7. Azərbaycan dünyada İLKƏ İMZA ATDI

    Azərbaycanda dünyada bir ilk olan ictimai işlərə nəzarət qurğusu fəaliyyətə başlayıb.
    Bu sözləri Ədliyyə Nazirliyinin “Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar” mövzusunda keçirdiyi ictimai təqdimatda nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

    Muxalifet - 20-11-2019

  8. Televiziya rəhbəri vergidən yayınır?

    Ötən il Türkiyənin gəlir vergisi rekordçuları siyahısında 42-ci pillədə yer alan aparıcı və televiziya rəhbəri Acun Ilıcalı bu il 83-cü sırada qərarlaşıb. 

    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcının 41 pillə birdən geriləməsi birmənalı qarşılanmayıb. Onun vergidən yayındığı iddia edilir.

    Xatırladaq ki, bir müddət əvvəl jurnalistlərin “Aylıq gəliriniz nə qədərdir?” sualına Acunun cavabı maraqlı olmuşdu. "Bunu 6 saat hesablamalıyıq. Yaxşı qazanıram deyək”, - deyə televiziya rəhbəri bildirmişdi. 

    Muxalifet - 20-11-2019

  9. EVLƏRİN DAMINDAN, VERTOLYOTLARDAN ATƏŞ AÇIBLAR... - İran etirazlarından dəhşətli xəbərlər

    Beynəlxalq Amnesty International hüquq-mudafiə təşkilatının açıqladığı məlumatda İranda noyabrın 15-dən başlayan etirazlarda 106 nəfərin öldürüldüyünü bildirib. Təşkilatının əldə etdiyi etibarlı məlumatlara görə, 21 şəhərdə ən az 106 etirazçı öldürülüb. Amnesty International hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və bəzi məlumatlara görə 200 nəfərin öldüyü ehtimal olunur.

    Muxalifet - 20-11-2019

  10. Azərbaycanda bu telekanalın yayımı birdəfəlik dayandırıldı

    Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

    Muxalifet - 20-11-2019

  11. Ölkənin bir nömrəli iş adamı jurnalistin qətlinə görə saxlanıldı - FOTO

    Bu gün səhər Maltada məşhur iş adamı Yorgen Fenech jurnalist Daphne Caruananın qətlə yetirilməsinə görə saxlanılıb.

    Yorgen Fenech Maltanın bir nömrəli enerji biznesmeni kimi tanınır. O, yerli Tumas Groupun, çirkli pulyuma əməliyyatalrında adı keçən Dubay şirkəti – “17 Black”in sahibidir. Biznesmen səhər erkən yaxtasında keçirilmiş əməliyyat zamanı saxlanılıb.

    Muxalifet - 20-11-2019

  12. Sürücülərin başına bəla olan 2 başlıca əlamət - Diqqətli olun

    “Son 25 ilin yol-nəqliyyat hadisələrini araşdıranda daha bir sabit əlamət görünür: şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur”. Muxalifet.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O, qəzaların həftənin istirahət günlərində baş verməsinin səbəblərini belə izah edib: “Həftə boyu baş verən hadisələrin təxminən 30 faizi bu iki günün payına düşür. Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır. Həmin iki gün hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var: 1.

    Muxalifet - 20-11-2019

  13. Türkiyə yenidən hərəkətə keçir? - Nazir açıqladı

    Suriyanın şimalında hələ də YPG terror təşkilatının mənsubları ola bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
    Türkiyə ilə Rusiya arasında imzalanan Soçi memorandumu haqqında danışan nazir bildirib ki, terrorçuların Suriyanın şimalından geri çəkilməsi prosesi demək olar ki, tamamlanıb. Lakin bölgədə hələ də qalanlar ola bilər.
    Lavrov həmçinin rəsmi Ankaranın Moskvaya yeni bir əməliyyata başlamaq istəyinin olmadığını bildirdiyini vurğulayıb.

    Muxalifet - 20-11-2019

  14. Qonşumuzda güclü zəlzələ BAŞ VERDİ

    Rusiyada 6,3 bal gücündə zəlzələ baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi informasiya yayıb.
    Zəlzələnin episentri Ozernovski şəhərinin 267 km şimal-qərbində, yerin 486 km dərinliyində olub.
    Oxot dənizi sahillərinə yaxın ərazidə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

    Muxalifet - 20-11-2019

  15. Dövlət xəstəxanasının təcili yardımında BİABIRÇILIQ: Həkim və tibb bacısı... - VİDEO

    Ötən həftə palatada səhiyyə işçilərinin cinsi əlaqədə olma iddiaları ilə gündəmə gələn Alaşehir Dövlət Xəstəxanasında növbəti qalmaqal yaşanıb. Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu dəfə təcili tibbi yardım xidmətdə işləyən həkim və tibb bacılarının etdikləri mətbuatın gündəminə düşüb. Belə ki həkim və tibb işçiləri "köpük partisi" ediblər. Bu da sosial şəbəkədə yayılıb. Bu görüntüləri Manisa bölgəsinin keçmiş millətvəkili, yazar Tevfik Diker paylaşıb.

    Muxalifet - 20-11-2019

  16. ​Bakıda DƏHŞƏTLİ HADİSƏ: Gəlin maşını alov alıb yandı - FOTOLAR

    Bakıda yanğın hadisəsi qeydə alınıb. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hadisə aeroport yolunda - “Baku Expo Center”in yaxınlığında baş verib. Gəlin maşını kimi bəzədilmiş avtomobil anidən yolun ortasında alışıb. Hadisə şahidlərinin bildirdiyinə görə, əraziyə polis maşını gəlsə də, hələlik orada FHN əməkdaşları görünmür. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur. Sizə həmin görünyüləri təqdim edirik:

    Muxalifet - 20-11-2019

  17. İşsizlərə ŞAD XƏBƏR - 10 min insan üçün şans yaranacaq

    Bu il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.
    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Muxalifet.az-a məlumat verilib.
    Verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb.
    Onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub.
    Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib.

    Muxalifet - 20-11-2019

  18. ​Xaricə köçən azərbaycanlılara ŞOK XƏBƏR: çox sayda vətəndaş həbs və deportasiya OLUNACAQ

    Xəbər verdiyimiz kimi, ötən günlərdə Almaniyada mühacir biznesi ilə məşğul olan xeyli sayda azərbaycanlı saxlanıb və bəziləri haqqında Almaniya məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məsələ ilə bağlı politoloq, beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev Publika.az-a açıqlama verib. Ekspert bildirib ki, indi mühacir biznesi ilə bağlı çox şey danışmaq olmaz: "Sadəcə onu demək olar ki, Almaniya qanunvericiliyində təqsirləndirilən şəxslə bağlı həbs qətimkan tədbiri seçilirsə, deməli, həmin şəxsin cinayət törətməsi ilə bağlı şübhə böyükdür.

    Muxalifet - 20-11-2019

  19. “DÜŞMƏNLƏRİMİZ GERİ ÇƏKİLDİ” - Xamenei aksiyalardan danışdı

    İran hakimiyyəti ölkənin təhlükəsizliyini təhdid edən düşmənləri geri çəkilməyə məcbur edib.
    Muxalifet.az
    yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.
    “Bizim dostlarımız və düşmənlərimiz anlamalıdırlar ki, təhlükəsizliyimizə təhdid yaradan son günlərin hadisələrinin gedişində biz düşmənlərimizi geri çəkilməyə məcbur etmişik. Bu hadisələr sadəcə cəmiyyətə yox, həm də İranda sülh məsələsinə də toxunurdu”, – deyə o bildirib.

    Muxalifet - 20-11-2019

  20. İsrailin yeni səfiri sabah Azərbaycana gəlir

    İsrailin Azərbaycandakı yeni səfiri Corc Dik noyabrın 21-də Bakıya gələcək.

    Bunu muxalifet.az-a İsrail səfirliyindən bildiriblər.

    O, bu vəzifədə 2015-ci ilin avqustundan fəaliyyət göstərən Dan Stavı əvəz edəcək.

    Qeyd edək ki, C.Dik bundan əvəllər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotemin baş müşaviri vəzifəsində işləyib.

    Nazirlikdə 2008-ci ildə işə başlayan C.Dik İsrailin Nigeriya və Norveçdəki səfirlərinin müavini olub.

    Muxalifet - 20-11-2019

Pages