Axtarış

The search found 105830 results in 0.088 seconds.

Search results

  1. Dünyanın ən yaxşı pasportları - Siyahıda HANSI ÖLKƏLƏR VAR?

    Dünyanın ən yaxşı pasportları açıqlanıb. "Quality of Nationality Index"in (QNI) reytinqində liderlik bu dəfə də Fransaya məxsus olub. Fransa pasportu 8-ci ildir ki, siyahıya liderlik edir. Builki göstərici 83,5% təşkil edib. Reytinqin tərtibatında dövlətin iqtisadi gücü, insan potensialının inkişaf səviyyəsi, viza əlaqələri, ümumi stabillik və nizam-intizam, eyni zamanda başqa ölkələrə iş və yaşayış üçün getmək imkanları nəzərə alınıb. İkinci yerdə 82,8%-lə Almaniya pasportu, 3-cü yerdə isə 81,7%-lə Danimarka qərarlaşıb. İsvev və Norveç 81,5%, İslandiya isə 81,4%-lə digər yerləri bölüşüb.

    Muxalifet - 20-11-2019

  2. Rusiyanın acı sonluğuna Putin belə mane ola bilməyəcək...-Təhlil

    https://inosmi.ru/ Bu yaxınlarda beynəlxalq ictimaiyyətdə Putinin varis axtardığı haqda xəbərlər yayılmışdı, hətta namizədlərin siyahısı da hazırlanmışdı. Lakin yaşına uyğun olmayan güc və enerjiyə malik Putin göstərdi ki, gənc kadrlara öz postunu güzəştə getməyəcək. Allah ona ölkəni idarə etmək üçün 20 il verdi, sanki o, bu illər ərzində yaşlanmayıb. İstefa tarixini heç vaxt açıqlamayan Putin daha 20 il işləyə bilər və sonra 500 il də göylərdə fəaliyyətini davam etdirə bilər, çünki sözdə varis indidən uğursuzluğa məhkumdur.

    Muxalifet3 - 20-11-2019

  3. Van Damm Azərbaycana təşəkkür etdi - Foto

    Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edib.

    “Heykəltaraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn JCVD (Jan Klod Van Damm) heykəli ucaldılıb. Təşəkkür edirəm", - deyə aktyor qeyd edib.

    Jan Klod Van Dam təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb.

    Muxalifet - 20-11-2019

  4. Məşhur ayaqqabı markası lağ obyektinə çevrildi - QİYMƏT DODAQ UÇUQLADIR

    “Jimmy Choo”nun yaşıl baletkaları dəsmala bənzədilib.
    Publika.az xəbər verir ki, ayaqqabı nəhəngi “Jimmy Choo”nun istehsal etdiyi yeni fıstıq yaşılı olan tüklü baletka söz-söhbət yaradıb.
    Əksər istifadəçi onu geyinməkdənsə, ayaqyalın gəzməyi üstün tutduğunu deyib.
    Merlin adı verilən baletka bir qism müştəri tərəfindən çəmənə, digər qism tərəfindən isə təmizlik dəsmalına bənzədilib. Baletkaların qiyməti 495 funt-sterlinqdir.

    Muxalifet - 20-11-2019

  5. Axtarışa verilən tanınmış meyxanaçı "TAPILDI" - HƏBS OLUNACAQ / FOTO

    Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimdən xəbər var. Milli.Az xəbər verir ki, Piterdə bir toy məclisinə yollanan Aqşin Fateh "qədim" həmkarı ilə qarşılaşıb. Köhnə dostlar uzun zamandan sonra bir araya gəliblər. 6 ildən çoxdur Rusiyada yaşayan Vahid Qədimin xarici görünüşündə ciddi bir dəyişiklik nəzərə çarpmayıb. Xatırladaq ki, 2015-ci ildə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verildiyi qeyd edilən və uzun müddətdir Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədimlə bağlı Daxili İşlər Nazirliyi ötən il reaksiya vermişdi.

    Muxalifet - 20-11-2019

  6. "Buna necə kişi demək olar?" - Elçin efirdə həmkarını BİABIR ETDİ

    "Mən o təsadüfü insanlar var e, nə onları toyda təqdim edirəm, nə də görüşürəm onlarla" Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu fikirləri Elçin Hüseynov "Hər şey daxil"in efirində adını açıqlamadığı bəzi kişi həmkarları barədə fikir bildirərkən deyib. Müğənni bəzi həmkarlarını canlı yayımda sərt tənqidi ilə diqqət çəkib: "Toyun da səhnəsi olur da. Bu gün bəh-bəhlə təqdim elədiyiniz elə müğənnilər var ki, mənim gözümün qabağında əyilib yerdən pulları elə yığır ki, ... Buna necə kişi demək olar?".

    Muxalifet - 20-11-2019

  7. Yerevanda etiraz aksiyası

    Yerevanda etiraz aksiyası keçirilir.
    Muxalifet.az xəbər verir ki, Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında “VETO” erməni ictimai-siyasi hərəkatının 50-dək üzvü toplaşaraq həmin təşkilatın Ermənistanda bağlanmasını tələb edirlər.

    Muxalifet - 20-11-2019

  8. Avtomobil uşağı vuraraq ÖLDÜRDÜ

    Lənkəran şəhərində piyada vurulması hadisəsi baş verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, şəhərin "Su səkkiz" kimi tanınan ərazisində, Şəhidlər xiyabanı küçəsində yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nihad Çingiz oğlu Kazımzadəni avtomobil vurub. Sürücü özü piyadanı xəstəxanaya çatdırmaq istəsə də, yaralı yolda dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda sürücünün kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 20-11-2019

  9. "AQTA hər yay Gədəbəyə gedib obyektlərdən 50-100 manat rüşvət alıb gəlir" – Rəşid Mahmudovdan ŞOK İTTİHAMLAR

    Xəbər verdiyimiz kimi toylarımızda zəhərlənmə hadisələrini sayı getdikcə çoxalmaqdadır. İnsanlar isə bundan narahatdır. Sonuncu dəfə “Şahənşah” restoranında keçirilən toy mərasimində 50 nəfər insan zəhərlənib. Muxalifet.az xəbər verir ki, Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov əlaqədar qurumların bu istiqamətdə ciddi addım atmasını bildirib: “Müvafiq qurumlar toylarımızdakı zəhərlənmə hallarını araşdırmalıdır. Bu toydan qalan yeməyi, o biri toyda verəndə əlbəttə ki, insanlar zəhərlənəcək.

    Muxalifet - 20-11-2019

  10. “ONUN KRİMİNAL AVTORİTETLƏRLƏ ƏLAQƏSİ VAR” - Erməni deputat Sarkisyan barədə

    Ermənistan parlamentinin deputatı Suren Qriqoryan keçmiş prezident Serj Sarkisyanla bağlı video haqqında danışıb.
    Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.
    Məlumata görə, deputat videodakı görüntülərdə keçmiş prezidentin kriminal aləmin avtoritetləri ilə bir stol arxasında oturduğunu deyib.

    Muxalifet - 20-11-2019

  11. Məşhur içki şirkətinin işçiləri şirkəti məhkəməyə verdi - SƏBƏB

    Məşhur fransız içki istehsalçısı "Pernod Ricard" ın işçiləri "İçki içməkdən xəstə olduq" deyərək çalışdıqları şirkəti məhkəməyə verib. 
    Muxaləfet.az
    xəbər verir ki, satış şöbəsinin bir işçisi həddindən artıq içki içərək xəstə olduğu üçün sentyabr ayında sözügedən şirkəti məhkəməyə verib. Bundan sonra çalışanlar iş saatlarında içki içməyə məcbur edildiklərini, bu səbəblə də sağlamlıq problemləri yaşadıqlarını bildirərək narazılıq ediblər.

    Muxalifet - 20-11-2019

  12. Ronaldo “Yuventus”dan gedir

    Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo mövsümün sonunda klubunu dəyişə bilər. Muxalifet.az xəbər verir ki, ispaniyalı həmkarlarımız hücumçunun İtaliya “Yuventus”undan ayrılmaq ehtimalı ilə bağlı iddia ilə çıxış ediblər. Bildirilir ki, Turin təmsilçisi K.Ronaldonu saxlamaq üçün Çempionlar Liqasının qalibi olmalıdır. Əks halda, forvard əvvəllər də çıxış etdiyi İngiltərə təmsilçisi “Mançester Yunayted”ə qayıdacaq. Baş məşqçi Maurisio Sarri ilə aralarındakı narazılıq da ulduz futbolçunun klubdan ayrılmasına təsir edəcək.

    Muxalifet - 20-11-2019

  13. Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu – FOTO

    Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəsmləri olan xatirə pul nişanı (0 avro) çap olunub.
    Bununla bağlı deputat Fazil Mustafa sosial şəbəkədə paylaşım edib.
    Qeyd olunub ki, xatirə pulu tədavüldə olan gerçək avronun çap olunduğu Fransanın Obertur mətbəəsində çapdan çıxıb. 
    Bildirilir ki, bu işin memarı Türkiyəli iş adamı Özgür Honçadır.

    Muxalifet - 20-11-2019

  14. QARABAĞDA KRİTİK "SEÇKİ" HAZIRLIĞI - Separatçı rejimin "prezidenti" olmaq istəyən Mayilyan "Ermənistanla birləşmə" təklifi irəli sürüb...

    Nüfuzlu "Eurasianet" saytı "Ermənistandakı inqilab öz protektoratına - Dağlıq Qarabağa qədər uzanacaqmı?" - sərlövhəli yazı dərc edib. Muxalifet.az həmin yazını oxucularına təqdim edir:
    "İlk baxışdan son vaxtlar Qarabağın mərkəzi Stepanakertdə (Xankəndidə) az şey dəyişdi: yuxulu Xankəndi küçələri eyni hərbi geyimli əsgərlər və diaspor tərəfindən maliyyələşdirilən tikinti layihələri ilə doldu.

    Muxalifet4 - 20-11-2019

  15. "Qarabağ məsələsi niyə həll olunmur, milyardlıq silahları anbarlarda niyə çürüdürsünüz?" - POLİTOLOQ HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

    Politoloq Natiq Miri Qarabağ problemi ilə bağlı "Kanal -13"ə geniş müsahibə verib.

    Muxalifet.az həmin video-müsahibəni oxucularına təqdim edir:
     

    Muxalifet4 - 20-11-2019

  16. Yaşar Nurinin ailə arxivindən ÖZƏL VİDEO - Həyat yoldaşıyla rəqs edir

    Muxalifet.az bildirir ki, mərhum Xalq artisti Yaşan Nurinin həyat yoldaşı Rəhimə Nuri "ölkə.az"-a ailə arxivindən maraqlı video təqdim edib. Görüntülər 15 il öncə məclislərin birində çəkilib. Videoda Nüşabə Ələsgərli oxuyur, Yaşar Nuri isə həyat yoldaşı Rəhimə xanımla rəqs edir, ardınca isə Ələsgərli ilə duet oxuyur. Həmin görüntüləri təqdim edirik.

    Muxalifet - 20-11-2019

  17. Azərbaycanın adı terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında - REYTİNQ

    Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb.

    Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın İqtisadiyyat və Sülh İnstitutunun “Global Terrorism Index 2019” reytinqində deyilir.

    Azərbaycan bu reytinqdə 103-cü yerdə qərarlaşıb.

    Terrorçuluq səviyyəsinə görə ən təhlükəli ölkələr Əfqanıstan, İraq, Nigeriya və Suriya hesab olunub.

    Reytinqdə qeyd olunub ki, terrorçuluq nəticəsində ölüm halları dörd il ardıcıl azalmaqdadır.

    Muxalifet4 - 20-11-2019

  18. Azərbaycanlı bloger Milanda Paşinyanı torpaqları qaytarmağa çağırdı

    İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri növbəti dəfə azərbaycanlı fəalın suallarına tuş gəlib. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən özünüzü Azərbaycandan olan blogger kimi təqdim edən kişi ona suallar ünvanlayıb.

    Muxalifet4 - 20-11-2019

  19. Bəy anası azərbaycanlı müğənnini təəccübləndirdi... - VİDEO

    Müğənni Bahar Lətifqızı toyda maraqlı hadisə ilə qarşılaşıb.
    “Qafqazinfo” xəbər verir ki, sənətçi məclisdə çıxış edərkən bəyin anası ona yaxınlaşaraq sürpriz edib.
    Belə ki, Flora adlı xanım sənətçiyə qızıl üzük bağışlayıb. Bahar həmin kadrları instaqram səhifəsində paylaşaraq diqqət üçün təşəkkürünü bildirib.

    Muxalifet - 20-11-2019

  20. Zirzəmisindən 13 ton qızıl çıxan MER - Bu tədarük onu dar ağacına aparır - VİDEO

    Çin Milli Nəzarət Komissiyası Ganzhou şəhərinin keçmiş merin zirzəmisində yüz milyonlarla dollara bərabər olan təxminən 13 ton qızıl aşkarlayıb.

    57 yaşlı Zhang Qi, hər biri min kvadratmetrdən çox ərazini əhatə edən bir neçə evə də sahibdir. Keçmiş bələdiyyə başçısı bu sərvətin haradan gəldiyini izah edə bilməyib.

    Zirzəmidə qızıldan başqa külli - miqdarda dollar, avro və yuan da aşkarlanıb. Bundan əlavə orada antik əsərlərdə götürülüb.

    Buna görə, merə ölüm hökmü verilməsi gözlənilir. (ölkə.az)
     

    Muxalifet4 - 20-11-2019

Pages