Axtarış
The search found 105830 results in 0.05 seconds.
Search results
Seda Sayan açıq-saçıq fotosu ilə göz qamaşdırdı
Türkiyəli müğənni Seda Sayan İnstagram-da paylaşdığı fotolarla göz qamaşdırıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hamam xalatı ilə makiyaj edilərkən ayaqlarını masaya uzadan Sayan həmin anları İnstaqram hesabında paylaşıb.
Fotolar izləyicilərin uzun müzakirəsinə səbəb olub
Muxalifet - 19-11-2019
İranda aksiyalarda ölənlərin sayı 100-ü keçdi
İranda benzinin qiymətinin 50%-dək artmasına etiraz olaraq keçirilən aksiyalarda 106 nəfər dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, ölənlərdən 3-nün təhlükəsizlik xidmətinin əməkdaşı olduğu deyilir. 1000-dək etirazçı isə həbs edilib. Ölkədə internetin verilişində problemlər yaranıb.
Qeyd edək ki, 21 şəhərdə keçirilən aksiyalarda ölənlərin sayının 200-ü keçəcəyi istisna edilmir.
Muxalifet - 19-11-2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
Terror qruplaşmalarının dinc sakinlərə qarşı həyata keçirdiyi hücumların qəbul edilən heç bir tərəfi yoxdur. Onları dayandırmaq məsuliyyəti Rusiya və ABŞ-ın üzərinə düşür.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
“Rusiya və ABŞ razılaşma üzrə öhdəliklərini icra etməlidir. Bu yöndə yenidən onlara çağırış edirik”, - deyə Qalın bildirib.
Qalın əlavə edib ki, Ərdoğan NATO sammitinə ciddi hazırlıq görərək yollanacaq.
Muxalifet - 19-11-2019
İranda İğtişaşlardan SON GÖRÜNTÜLƏR / Video
İranda İğtişaşlardan SON GÖRÜNTÜLƏR / Video
Muxalifet3 - 20-11-2019
İranda iğtişaşlar dayanmır / Video
İranda iğtişaşlar dayanmır / Video
Muxalifet3 - 20-11-2019
"İŞİD terrorçuları tamamilə məhv edilib"
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisindəki İŞİD terrorçularının məhv edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, ölkənin şərqindəki Nəngərhar əyalətinin Cəlalabad şəhərində yerli ağsaqqallar və rəsmilər qarşısında nitqi zamanı dövlət başçısı deyib ki, bir il əvvəl nə vaxtsa İŞİD-i məhv edəcəyimizə heç kəs inanmazdı: "Hazırda İŞİD yaraqlıları təslim olur, mən onların ailələrini mərhəmətlə müalicə etmək barədə rəsmilərə tapşırıq vermişəm”.Muxalifet - 20-11-2019
Türkiyə-İran sərhədində zəlzələ
Türkiyə-İran sərhədində 3,1 bal gücündə zəlzələ baş verib. Muxalifet.az xəbər verir ki, yeraltı təkanların episentri Türkiyənin Van əyalətindən 94 kilometr şərqdə və İranın Təbriz şəhərindən 165 kilometr qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Muxalifet - 20-11-2019
Soyuq havada maşını qızdırmağa ehtiyac yoxdur – Video
"Qışda avtomobilin mühərrikini mütləq qızdırın". Bu avto mütəxəssislərin ən dəyərli məsləhətlərindən biridir.
Araşdırmalar müasir maşınlarda bu cür isitməyə ehtiyac olmadığını göstərir. Əsas səbəblərdən biri budur ki, bir qram belə əlavə yanacağın küçəyə atılması ekoloji tarazlığı pozur. Bu, həm də qlobal istiləşmənin "dəyirmanına su tökmək" kimi bir şeydir.
Muxalifet - 20-11-2019
Qarakənd faciəsindən 28 il ötür
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.
Muxalifet.az xatırladır ki, Qarakənd faciəsindən 28 il ötür.
Hadisə 1991-ci il noyabrın 20-də baş verib.
Hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:
Tofiq Kazım oğlu İsmayılov – dövlət katibiMuxalifet - 20-11-2019
Bakının İrəvana qarşı yəhudi “kartı” - düşmən təlaşda
Azərbaycan-İsrail əlaqələrinin inkişafı, nüfuzlu yəhudi lobbisi ilə təmasların güclənməsi, Los-Anceles “zərbəsi” işğalçı tərəfdə panik ovqat yaradıb; erməni nəşri: “Vəziyyət bizim üçün çox kritikdir...” Son illər Bakının davamlı olaraq, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi eləməsi Ermənistanı əməllicə rahatsız edib. Bu da təbiidir. Çünki belə tədbirlər Qarabağ həqiqətlərini, təcavüzkar ölkənin apardığı işğalçı və etnik təmizləmə siyasətinin iç üzünü dünyaya göstərmək üçün əlverişli tribuna, effektli platforma sayılır.
Muxalifet - 20-11-2019
Bakının bu ərazilərdə qaz olmayacaq
Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq. Bu barədə Muxalifet.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək. Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.
Muxalifet - 20-11-2019
İranda azərbaycanlılar Xomeneyinin tərəfinə keçdilər
Qonşu ölkədə sosial iqtisadi etirazlar siyasi çalar alır; ekspertlər deyir ki... İranda benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar bir qədər səngisə də, hələ dayanmayıb. Sosial yöndə başlayan və onlarla etirazçının həyatını itirdiyi aksiyalar artıq siyasi müstəviyə adlamaqdadır. Bu arada məlumat yayılıb ki, etirazları sakitləşdirmək üçün hökumət benzinin qiymətinin qalxmasından əldə etdiyi gəlirin bir hissəsini vətəndaşlara paylayacaq. Cebhe.info xəbər verir ki, bunu İranın “Təsmin” xəbər agentliyi yayıb.
Muxalifet - 20-11-2019
Vilayət Eyvazovdan QƏRAR - “102”yə məlumat verən polisə çağırılmayacaq
“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.
Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.Muxalifet - 20-11-2019
BAKIDA DƏHŞƏTLİ HADİSƏ: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.
Muxaləfet.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.
Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 20-11-2019
Stoltenberq NATO-nun büdcəsini Rusiya ilə müqayisə edib
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın müdafiə xərcləri ilə müqayisədə alyansın yüksək hərbi xərclərini izah edib. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. O qeyd edib ki, NATO-nu “effektiv ordularla” “effektiv ittifaq” hesab edir. Bundan başqa, Stoltenberq NATO-nun büdcəsini Rusiyanın xərcləri ilə müqayisə edərək, “daha yüksək həyat standartı” haqqında bildirib. “Əgər NATO və Rusiya üzrə müttəfiqlərin arasında maaşları və xərcləri müqayisə etsək, onda, əlbəttə xərclərin səviyyəsi yuxarı olar.
Muxalifet - 20-11-2019
Pentaqondan SKANDAL İDDİA: Türkiyə İŞİD-ə kömək edib, ABŞ isə... - FOTO
İŞİD terror təşkilatı Pentaqonun Suriyanın şimalından çəkilməsindən və Türkiyənin “Sülh çeşməsi” hərəkatının başlatmasından faydalanıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentagon) baş müfəttişi Qlinn Fayn bu iddianın yer aldığı hesabat hazırlayıb.
Muxalifet - 20-11-2019
“Həyat yoldaşım bərk əsəbləşib...” – Elçin Əlibəyli
“Mənim yoldaşım Türkiyənin İstanbul şəhərində magistratura təhsili alır. İki gündür ki, ölkəyə qayıdıb və hələ ki, iş-güc əlindən biz bir-birimizin üzünü düz-əməlli görə bilməmişik. Saytlarda yazılanlar yalandır. Bunun konkret qüvvələr edir. Həyat yoldaşım da yayılan bu məlumatdan bərk əsəbləşib, hazırda onu sakitləşdirməyə çalışıram”.
Muxalifet.az xəbər verir ki, bu sözləri teleaparıcı Elçin Əlibəyli musavat.com-a həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Muxalifet - 20-11-2019
Milli Məclisin iclasının vaxtı DƏYİŞDİ
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub. İclas əvvəlcədən məlumat verildiyi kimi, noyabrın 26-da keçirlməyəcək.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu modern.az-a bildirib ki, növbəti iclas noyabrın 25-də keçiriləcək:
“İclas zamanı büdcə müzakirələri də aparılacaq”.
Muxalifet - 20-11-2019
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı YENİ QAYDALAR
Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu ilə yeni qaydaların icrasına başlanılıb. Bununla əlaqədar Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.
Muxalifet - 20-11-2019
İsraildən İrana mesaj: “Biz Səudiyyə Ərəbistanı deyilik”
İsrailin xarici işlər naziri Yisrael Katz ölkəsinin Səudiyyə Ərəbistanı olmadığını, İrana qarşı heç bir zəiflətmə savaşına başlamayacaqlarını açıqlayıb. Muxalifet.az xəbər verir ki, nazir Qolana Suriyadan dörd raket zərbəsi endirilməsiylə bağlı açıqlama verərək hücumda İranı təqsirləndirib. Yerli qəzetlərdən birinə danışan Katz hücumun təkrarlanmasına izn verməyəcəyini, ölkəsinin sərhədlərindəki təhdidlərdən narahatlığını ifadə edib. Nazir açıqlamasında “İsrail dövləti öz siyasətinə uyğun hərəkət etməyə davam edəcək.
Muxalifet - 20-11-2019