Axtarış
The search found 105830 results in 0.027 seconds.
Search results
ABŞ İranda etirazçılara internet verməyə çalışır – Xüsusi elçi Vaşinqtonun planlarını açıqladı
Vaşinqtonun İran üzrə xüsusi elçisi Brian Hook deyib ki, Birləşmiş Ştatlar iranlıların total internet qadağasından yan keçməsinə kömək etməyə çalışır. Ötən həftə benzin bahalaşandan sonra İranda kütləvi etirazlar başlanıb və dini isteblişment əhalinin internetə çıxışını kəsib. Hook noyabrın 19-da Radio Farda-ya müsahibəsində deyib ki, ABŞ iranlıların internetə çıxışına kömək etmək üçün “dolayı yol” axtarır. Dünyada internetə çıxışın monitorinqini aparan NetBlocks son günlər İranda internet bağlantısının adi səviyyənin 5 faizinə düşdüyünü bildirib.
Muxalifet - 19-11-2019
"Putinin sədaqətli lakeyi və ya Putini yamıslayan təlxək İvanişvili"- gürcü Putini olmağa nail olacaqmı?
Washington Examiner, Tom Rogan
Tbilisidə oliqarx Bidzona İvanişvili “Gürcü Arzusu” partiyası ilə bir yerdə Putini təqlid etməyə cəhd edir.Muxalifet3 - 19-11-2019
DƏHŞƏTLİ HADİSƏ: Yol aralandı, maşın su qaynayan ÇUXURA DÜŞDÜ - Ölənlər var - ANBAAN VİDEO
Rusiyanın Penza şəhərində avtomobil qaynar su çuxuruna düşüb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Qəzanın baş verdiyi ərazidə suyun verilişində fasilə yaranıb.
“Penzanın istilik sistemi şirkəti”nin texniki direktoru Vasili Juravlev bildirib ki, səhər saatlarında hadisə yerində buxarlanma olmayıb: “Biz vəziyyəti daim nəzarətdə saxlayırıq. Boru normal işləyirdi. Hadisəyə görə təəsüf edirik”.Muxalifet - 19-11-2019
Bakıda evdən çürümüş kişi meyiti tapılıb
Bakıda evdən meyit tapılıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1970-ci il təvəllüdlü Qafarov Vüqar Rəmzi oğlunun çürümüş meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkar edilib.
V. Qafarovun hansı səbəbdən və nə zaman öldüyü araşdırılır.
Muxalifet - 19-11-2019
Novruz Məmmədov prorektor təyin olundu
Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub. Muxalifet.az bildirir ki, bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmlər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun Universitetdə təqdimatı olacaq.
Muxalifet - 19-11-2019
İsgəndər Həmidov siyasətdən GETDİ
Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.
Muxalifet.az bildirir ki, bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib. O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:
"Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.
Muxalifet - 19-11-2019
“Ermənistandan gələn də, ora gedən də qələt eləyir” - AQİL ABBAS
Son bir neçə gündür ki, Ermənistan jurnalistlərinin Azərbaycana, həmçinin azərbaycanlı jurnalistlərin Ermənistana səfər etdikləri barədə məlumat yayılıb. Doğrudur, hələlik rəsmilər bu məlumatı təsdiqləməsə də, məsələ ətrafında müzakirələr səngimir.
Muxalifet - 19-11-2019
Əmək pensiyaları və sosial yardım alanların NƏZƏRİNƏ - Dəyişiklik
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib.Muxalifet - 19-11-2019
Şəkidə və Qaxda minlərlə hektar meşə torpağında fındıq əkənlər kimlərdir... - NAZİRLİYİN AÇIQLAMASI
Bir neçə gündür sosial şəbəkələrdə Şəki və Qax bölgəsində iki min hektardan çox meşə ərazisinin qırılaraq şumlanması ilə bağlı videogörüntülər yayılıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 49 illik icarəyə verilən bu torpaqlarda fındıq bağlarının salınması planlaşdırılır.
Muxalifet - 19-11-2019
YPG terrorçuları Suriyada rus hərbçilərinə "Molotov kokteyli" atdılar/Video
YPG/PKK-nın terrorçuları Suriyanın Ayn al-Arab bölgəsində türk hərbçiləri ilə birgə patrul həyata keçirən rus hərbi maşınlarını “Molotov kokteyli” atəşinə tutaraq təxribat törətmək istəyiblər.
Muxalifet3 - 19-11-2019
Ziya Məmmədovun yeni imici – FOTOLAR
Bir zamanlar medianın gündəmindən düşməyən – oliqarx məmurlar sırasında öncül yer tutan Z. Məmmədov bu gün də media və cəmiyyət üçün maraqlı personadır. Turkustan.info xəbər verir ki, eks-nazirin qardaşı oğlu Aynar Məmmədov Facebook şəbəkəsində əmisi Ziya Məmmədovla olan fotolarını paylaşıb. Fotolar hansısa ailə şənliyində çəkilib. Onu da qeyd edək ki, nazir vəzifəsindən gedən Ziya Məmmədovun yeni imici də iqqəti cəlb edir. Aynar Məmmədovun paylaşdığı digər fotosu isə Ziya Məmmədovun oğlu Anar Məmmədovladır.
Muxalifet - 19-11-2019
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi - Açıqlama
Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.
Muxalifet.az bildirir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.
Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Muxalifet - 19-11-2019
Mövlud Çavuşoğlunun bəyanatına Rusiya XİN-dən cavab verildi
Türkiyə XİN Mövlud Çavuşoğlunun “Rusiyanın öz vədlərini yerinə yetirmədiyi” haqda bəyanat verib.
Muxalifet3 - 19-11-2019
35 min nəfərə ŞAD XƏBƏR - Prezident 5 milyon manat ayırdı
Prezident İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılsın. 2.
Muxalifet - 19-11-2019
Rəisin qardaşının meyiti TAPILDI - Xəzərdə
18 noyabr 2019-cu il tarixində Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında batan 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumatda bildirilib. Qeyd edilib ki, İ. Şərifovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Muxalifet - 19-11-2019
Cem Yılmaz ən bahalı biletləri Bakıda satıb – Avropadakı qiymətlər nə qədər olub?
Xəbər verildiyi kimi, məşhur türk yumoristi Cem Yılmaz ötən həftə sonu Bakıda iki gün şou göstərib. Türk yumoristinin konserti ətrafında maraq təkcə onun ilk dəfə çıxış etməsi ilə deyil, həm də konsert üçün satılan biletlərin qiymətlərillə bağlı idi. Qiymətlər 70-700 manat (41-410 dollar) arasında dəyişib. Biletlərin hamısı satılıb və tamaşaçılar şoudan razı qalıblar. Lakin Cem Yılmazın Avropa və Türkiyədəki konsertlərinin qiymətlərinin Bakıdan daha ucuz olduğu ortaya çıxıb.
Muxalifet - 19-11-2019
Nazir yeni rəisi kollektivə təqdim etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisi, polis polkovniki İslam Hümbətovu bu qurumun şəxsi heyətinə təqdim edib.
Muxalifet - 19-11-2019
ABŞ və İsraildən TƏHLÜKƏLİ OYUN: BMT və Türkiyə ayağa qalxdı
İsrailin ilhaq etdiyi Qüds və Qolan təpələrinə dair qanuna sığmayan qərarları ilə beynəlxalq topluma cəbhə açan ABŞ bu dəfə Qərbi Şəriənin statusu ilə bağlı verdiyi qərarla hədəfə çevrilib.
Türkiyə Qərbi Şəriədə salınan qəsəbələrin hüquqa zidd olmadığını iddia edən ABŞ-ın bu addımını İsrailin qeyri-leqal davranışlarının qanuniləşdirilməsi kimi dəyərləndirir.Muxalifet - 19-11-2019
“Nə olub? Azərbaycana bomba düşüb?” – AFİHİ üzvündən sərt sözlər
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi bu gün Avro-2020-nin seçmə mərhələsində son ev oyununa çıxacaq. Cəmi 1 xal toplayaraq qrupdan çıxma şansını itirən yığmamız bu gün səfərdə Slovakiyanın qonağı olacaq.
AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) İcraiyyə Komitəsinin üzvü Əfqan Talıbov “Yeni Sabah”a açıqlamasında yığmamızdakı problemlərdən, komandamızın qrupdan çıxa bilməməsindən danışıb:Muxalifet - 19-11-2019
Dünya miqyaslı daha bir offşor qalmaqalı: hakerlər bu dəfə Kayman adalarına hücum etdi - NƏHƏHG ÖLÇÜLƏRDƏ SİRLƏR AÇILDI...
Hakerlər offşor cənnətlərindən hesab edilən Kayman adalarının mərkəzi bankına hücum edərək nəhəng ölçülərdə maliyyə sənədlərini ələ keçiriblər və yayıblar.
Virtualaz.org “Exo Moskva” radiosuna istinadən xəbər verir ki, bu hücum artıq “Panama papers” qalmaqalı ilə müqayisə olunur. Həmin vaxt hakerlər Panamada offşor şirkətlərin qeydiyyatını həyata keçirən “Mossak-Fonseka” şirkətinin məlumat bazasını ələ keçirib yaymışdılar. Nəticədə bir çox ölkələrdə ciddi siyasi böhranlar yaranmışdı.
Muxalifet - 19-11-2019