Axtarış

The search found 105830 results in 0.042 seconds.

Search results

  1. ​SON DƏQİQƏ: Tanınmış şou-men Murad Dadaşovun obyektində ÖLÜM - FOTO

    Dünən xalq artisti, tanınmış şou-men Murad Dadaşova məxsus “Côte d`Azur” şirniyyat mağazasında ölüm hadisəsi qeydə alınıb. Muxalifet.az mediapress.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, 60-a yaxın yaşı olan qadın işçinin qəflətən ürəyi tutub. Həmkarları təcili yardıma zəng vurublar. Həkimlər özlərini yetirsələr də, şirniyyat mağazasının işçisinin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı əks tərəfin mövqeyini də dinləməyə hazırıq.

    Muxalifet - 20-11-2019

  2. BENZİN QİYMƏTİNİN OD VURDUĞU İRAN: etirazlardan sonra ölkə dinc həyata dönür?

    Hökumət benzin subsidiyalarına mübahisəli bahalaşma tətbiq etdikdən beş gün sonra da İranda təhlükəsizlik tədbirləri və internet qadağası davam edir. Çünki sərt iqtisadi planla bağlı narazılıqlar qısa müddətdə hökumət əleyhinə nümayişlərə, böyük etirazlarına səbəb olub. Nümayişlərdə təhlükəsizlik qüvvələri ilə vətəndaşlar arasında gərgin qarşıdurmalar müşahidə edilib, hökumət binalarına od vurulub və ictimai əmlaka böyük ziyan dəyib. Çoxsaylı xəbərdə bildirilir ki, təhlükəsizlik qüvvələri döyüş silahlarından atəş açıb, etirazçılar arasında ölənlər var.

    Muxalifet - 20-11-2019

  3. Sabiq nazirin qızı klinika açır? - FOTOLAR

    Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda AFN-də bir neçə dəfə yazı dərc edilib. Hətta bir neçə ay öncə saytımız yazdıqdan sonra sabiq nazirin qanunsuz işlədilən dayanacağı ləğv olunub. Xatırladaq ki, mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması haqda məlumat vermişdik.

    Muxalifet - 20-11-2019

  4. Zatulindən SƏRSƏM BƏYANAT: "Azərbaycan Qarabağı tanımalı, Laçın və Kəlbəcəri də verməlidir" / VİDEO

    "Azadlıq" radiosunun erməni xidməti yazır ki, noyabrın 18-də Rusiya 1-ci kanalının "Pozner" müsahibə proqramında aparıcı Vladimir Pozner və Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Qarabağ münaqişəsini də müzakirə ediblər. Pozner həmsöhbətinə xatırladıb ki, bu yaxınlarda Dağlıq Qarabağa səfərinə görə Zatulini Azərbaycanda kəskin tənqid ediblər. Muxalifet.az bu barədə "Azadlıq" radiosuna istinadla xəbər verir. Bunun ardınca Pozner Zatulindən onun bu münaqişənin həllinə dair fikrini soruşub.

    Muxalifet3 - 20-11-2019

  5. İranın ŞOK PLANLARI ifşa olundu: qırıcı təyyarələri və ballistik raketləri hazırdır, müharibəyə az qaldı...

    İranda benzinin bahalaşmasına qarşı etiraz aksiyaları davam edərkən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Kəşfiyyatı Agentliyi (SIA) ilk dəfə İranın hərbi gücü ilə bağlı sənəd yayımlayıb.

    Muxalifet - 20-11-2019

  6. Ukraynada soyğunçuluqla məşğul olan azərbaycanlılar tutuldu

    Ukraynanın Xarkov şəhəri ərazisində soyğunçuluqla məşğul olan azərbaycanlı və dağıstanlılardan ibarət dəstə saxlanılıb. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, cinayət törətməkdə şübhəli bilinən dəstə 27-38 yaş arasında olan gənclərdir. 18 noyabrda dörd kişi 39 yaşlı Vyetnam vətəndaşının evinə hücum edib. Cinayətkarlar hələ təyin olunmayan alətlə qurbanlarına bir neçə zərbə vuraraq onun 20 min dollarını və dörd min qrivenini (250 manat) oğurlayıblar. Hadisədən dərhal sonra cinayəti törətmiş şəxslər “Mazda” avtomobilinə əyləşərək, hadisə yerindən uzaqlaşıblar.

    Muxalifet - 20-11-2019

  7. Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəticəsinə xalça hədiyyə etdi - FOTO

    AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.
    Akademiyadan Muxalifet.az-a verilən məlumata görə, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

    Muxalifet - 20-11-2019

  8. İran Suriyada baza qurur: Minlərlə əsgər... - Foto

    İran Suriyada qurduğu yeni hərbi bazaya minlərlə əsgərini yerləşdirməyi planlaşdırır.
    Muxalifet.az  xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb.

    Muxalifet3 - 20-11-2019

  9. Azərbaycanlı məşhurun evini əlindən aldılar – Nazirə müraciət etdi - Foto

    Xəbər verdiyimiz kimi, “Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb. Ssenarist apellasiya məhkəməsinə yenidən müraciət etsə də, qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.

    Muxalifet - 20-11-2019

  10. İvanişvili gürcü müxalifətinin planını məhv etdi - Rus ekspert

    Gürcüstanda aksiyalara baxmayaraq, hakimiyyət hələ də güclüdür.
    Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Nikolay Silayev deyib.

    Muxalifet3 - 20-11-2019

  11. Qan donduran olay: 52 çantadan 25 cəsəd tapıldı

    Meksikada  fermadan tapılan 52 çantadan 25 cəsəd çıxarılıb.
    Muxalifet.az
    xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin ən güclü narkotik kartellərinin olduğu Jalisko əyalətində baş verib.
    Əyalət prokurorluğunun açıqlamasına görə, cəsədlərdən altısının kimliyi müəyyən olunub. Onların əvvəllər məhkumluğu olduğu üzə çıxarılıb.
    Olayın üstü əyalətdəki Toluquilla səmtində bir anbara basqın zamanı açılıb.
    Hadisəylə bağlı araşdırma davam etdirilir.

    Muxalifet - 20-11-2019

  12. Novruz Məmmədov kollektivə təqdim olundu

    Azərbaycan Dillər Universitetinin (ADU) Elmi məsələlər üzrə yeni prorektoru Novruz Məmmədov kollektivə təqdim olunub.

    Muxalifet.az xəbər verir ki, onu universitetin professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib. Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib:

    Muxalifet - 20-11-2019

  13. Təranə Səmədova: Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim - VİDEO

    Ötən həftəsonu populyar müğənni Kərim Abbasovun qalmaqallı açıqlamaları ilə yadda qaldı. O, əvvəlcə teleaparıcı və jurnalist Elçin Əlibeyli haqda şok iddialar səsləndirdi. Tərəflər arasında gərginlik pik həddə çatdı.
    Müğənninin iddiasına görə, aparıcı Elçin Əlibəyli onunla cinsi əlaqədə olmaq istəyib. İddiaya görə, Əlibəyli onunla cinsi əlaqəyə girmək üçün illər öncə Kərimlə müqavilə imzalayıb. Kərim isə müqaviləni cırdığına görə Elçin və müğənninin keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova əlbir olaraq ona qarşı oyun oynayıblar.

    Muxalifet - 20-11-2019

  14. Almaniya Bundestaqının deputatları Qarabağa gedən yollardan yığılmır

    Almaniyanın İrəvan səfiri Mixayil Bantshafini erməni parlamentinin sədri Ararat Mirzoyan qəbul edib və Bundestaqın müxtəlif deputatlarının Dağlıq Qarabağa səfərini alqışlayıb.
    Muxalifet.az bu barədə "az.armradio.am"-a istinadla xəbər verir.

    Muxalifet3 - 20-11-2019

  15. Əfqan Abdullayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ

    Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

    “Report” xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, professor Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin edilib.

    Xatırladaq ki, Ə.Abdullayev bundan əvvəl ADU-nun rektor əvəzi və Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

    Muxalifet - 20-11-2019

  16. İki nüfuzlu azərbaycanlı oliqarxın SEÇKİ MARAĞI... - ŞOK İDDİA

    Redaksiyamıza qarşıdan gələn parlament seçkiləri ilə bağlı ilginc informasiya daxil olub. Belə ki, mötəbər mənbənin Diaz.az-a söylədiklərinə görə, qarşıdan gələn 2020-ci il Parlament seçkiləri digərləri ilə müqayisədə daha qaynar atmosferdə keçəcək ki, bunu da şərtləşdirən yetərincə məqamlar var:

    Muxalifet - 20-11-2019

  17. SON DƏQİQƏ: Ölkə qan gölünə döndü - 13 ÖLÜ, 5 YARALI

    Əfqanıstanda hərbi bazaya hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 13 üzvü həlak olub.
    Muxalifet.az
    xəbər verir ki, "Taliban"silahlılarının Kunduz şəhərində yerləşən bazaya hücumu nəticəsində 5 yaralı var.
    Qeyd edək ki, Əfqanıstanda "Taliban" radikal hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir.
    Ölkədə İŞİD-in təsir qüvvəsi də artıb.//Publika

    Muxalifet - 20-11-2019

  18. “Bakı” klubunun sabiq futbolçusu HƏBS EDİLDİ

    “Bakı” klubunun sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.
    Muxalifet.az
    AFP-yə istinadən xəbər verir ki, 36 yaşlı veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. “Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.

    Muxalifet - 20-11-2019

  19. Azərbaycanda İNANILMAZ YENİLİK: 22 noyabrdan başlayır

    Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır.

    Bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

    Muxalifet - 20-11-2019

  20. Yüksək cərimələr qapıdadır? - Daha bir sahədə qanunvericilik sərtləşdirilə bilər

    Türkiyədə heyvanları qoruyan yeni qanun qəbul ediləcək. Qanun layihəsində öz heyvanlarını küçəyə atanlara 10 min lirə ( təxminən 2300 manat) dəyərində cərimə, heyvanlarla pis rəftar edənlərə isə 2 il müddətində həbs cəzası kimi müddəalar yer alıb. 

    Məlumdur ki, Azərbaycanda da heyvanlara, xüsusən də itlərə və pişiklərə qarşı münasibət ürək açan deyil. Sosial şəbəkələrdə quyruğu və yaxud qulağı kəsilmiş, müxtəlif işgəncələrə məruz qalmış heyvanların foto və videolarına tez-tez rast gəlirik. Xüsusilə də itlərin kütləvi şəkildə güllələnməsi də adi hal alıb.

    Muxalifet - 20-11-2019

Pages