Axtarış
The search found 105830 results in 0.03 seconds.
Search results
"ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq" - PUTİN
ABŞ NATO müttəfiqləri ilə münasibətlərini dəyişmək üçün addımlar atmalı olacaq. Vaşinqtonun onları qoruduğunu, onların isə bunun qarşılığında sadəcə pul ödəməli olduğunu bildirmək kifayət etmir.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Muxalifet4 - 20-11-2019
Süni yolla qolunu şişirtdi, az qala ölürdü - FOTO
Rusiyalı Kirill adlı gəncin əzələ sevdası az qala onun sonu olacaqdı.
Muxalifet.az medicina.az-a istinadən bildirir ki, o böyük əzələyə sahib olmaq üçün 10 gün ərzində qollarına sintol adlı maddə vurub. Bundan sonra gəncin qolları getdikcə şişməyə başlayıb. LakinKirillin qoluna vurduğu maddə orqanizminə ziyan vurmağa başladı. Öncə qolu öz reflekslərini itirməyə başladı, daha sonra şişib və qaralmağa başlayıb.
Muxalifet4 - 20-11-2019
Tehran ABŞ-a nota GÖNDƏRDİ
İran ABŞ-a etiraz notası verib.
Muxalifet.az xəbər verir ki, ABŞ-ın İranda mənafeyini qoruyan İsveçrə səfiri bu gün İran XİN-ə çağırılıb və Amerikanın İranın daxili işlərinə müdaxiləsinə dair etiraz notası ona təqdim olunub.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo və Donald Trampın İran üzrə nümayəndəsi Brayan Huk İrandakı etirazlar və iğtişaşları dəstəklədiklərini bildiriblər.
ABŞ səfirliyi 1979-cu ildən İranda fəaliyyət göstərmir. /Unikal.org/Muxalifet - 20-11-2019
Avropadan Azərbaycana 1 000-dən çox insan deportasiya olunacaq - VİDEO
Yaxın zamanlarda Avropadan Azərbaycana 1 000-dən çox insan deportasiya olunacaq. Muxalifet.az bildirir ki, bu haqda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov REAL TV-yə müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
Muxalifet4 - 20-11-2019
Bələdiyyə sədri məhkəmə zalında həbs edildi - TERRORÇULARLA ƏLAQƏDƏ İTTİHAM OLUNUR
Türkiyənin Şanlıurfa bələdiyyə sədri, HDP-li Hatice Çevik həbs edilib.
“Qafqazinfo” “Hürriyet”ə isitnadən xəbər verir ki, Çevik “terror təşkilatına üzv olmaq”, “terror təşkilatının təbliğatını aparmaq” itithamları ilə məhkəmə zalındaca tutulub.
Xatırladaq ki, bələdiyyə sədri noyabrı 15-də saxlanılmışdı. Onun yerinə Kənan Aktaş vəzifəyə gətirilmişdi.
Muxalifet4 - 20-11-2019
Qarakənd üzərində vertolyotu kim vurdu? – Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI
“Bu gün Qarakənd faciəsindən 28 il ötür, amma hələ də bu faciə ilə əlaqədar dəqiq məlumat yoxdur və bir nəfər də olsun, qanun qarşısında cavab verməyib. Bu faciənin sirri hələ də açılmamış qalır”.
Demokrat.az-ın məlumatına görə, bu sözləri tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib.
O qeyd edib ki, hadisə yerində Mais Məmmədov, Çingiz Mustafayev və özü (Vahid Mustafa yev) çəkiliş aparıb.
Muxalifet4 - 20-11-2019
Azərbaycan neftinin qiyməti aşağı düşüb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.
Muxalifet4 - 21-11-2019
İranda azərbaycanlı fəallar saxlanıldı
Güney 0azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi saxlanılıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Meşkinşəhrdə İran polisi tərəfindən saxlanılan fəal məhkəməyə çıxarılıb.
Məhkəmədə ifadə verən Siyamək Seyfinin İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasına aparıldığı bildirilib.
Azərbaycanlı fəalın hansı səbəbdən saxlanıldığı hələlik dəqiqləşməyib.
Budan əlavə, Urmiyada Əli Əzizi və Salar Tahirinin də Əfşar ETTELAAT əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparıldığı deyilir.
Muxalifet4 - 21-11-2019
Lukaşenkodan idmançılara xəbərdarlıq - “UDUZSANIZ, ÖLKƏYƏ QAYITMAYIN!”
Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Olimpiya Komitəsinin iclasında uğursuz çıxış edən idmançılar haqqında danışıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Lukaşenko bildirib ki, 2019-cu ildə belarus idmançıları dünya çempionatlarında Olimpiya proqramına aid olan növlər üzrə cəmi 8 medal qazanıblar. Baxmayaraq ki, idmançılar üçün hər cür şərait yaradılıb. Sonra o, idmançıların başqa nəyə ehtiyacı olduğu ilə maraqlanıb.
Muxalifet4 - 21-11-2019
NATO-nun baş katibi: "Alyansa üzv olmaq üçün Gürcüstana dəstək oluruq"
"Qara dəniz regionu Gürcüstan üçün çox önəmlidir. Bizim burada üç ölkəmiz, Türkiyə, Rumıniya və Bolqarıstan həmçinin iki önəmli müttəfiqimiz - Ukrayna və Gürcüstan var".
Muxalifet.az 24News.ge saytına istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltonberq Alyansın Xarici İşlər Nazirlərinin görüşündə bildirib.Muxalifet3 - 21-11-2019
AVRO-2020: Azərbaycan yığmasının şərəfini 26 futbolçu qoruyub
Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini uğursuzluqla başa vurub.
Apasport.az saytının məlumatına görə, keçirdiyi 8 oyunda cəmi 1 xal toplayan yığmanın şərəfini tsikl ərzində 26 futbolçu qoruyub.
Martda başlayıb, noyabrda başa çatan seçmə mərhələnin qarşılaşmalarında baş məşqçi Nikola Yurçeviç bu qədər oyunçuya güvənib. Bu oyunçulardan yalnız ikisi tsiklin bütün matçlarında meydana çıxıb.
Muxalifet4 - 21-11-2019
Putin təkid edir-Belorusiya və Rusiya mini SSRİ yolunda
https://inosmi.ru/
65 yaşlı Aleksandr Lukaşenko artıq əsrin dörddə biri qədər Belorusiyaya rəhbərlik edir, bu onun beşinci prezidentlik müddəti olsa da hakimiyyəti əlindən vermək istəmir. Hələ ki. Amma Rusiya bu kiçik qonşusuna təzyiqi gücləndirir. Gözlənilən parlament seçkiləri Belorusiya dövlətinin tarixində sonuncu ola bilər-bu yalnız Minskdəki müxalifətçilərin mövqeyi deyil.Muxalifet3 - 21-11-2019
İranı da Osmanlı İmperiyasının aqibəti gözləyir, ermənilər 100 il əvvəl... - ŞOK TARİXİ FAKTLAR
Dünyanın hər yerində neft var. Lakin istehsal qiyməti Yaxın Şərqə nisbətən 5-6 dəfə bahadır. Neftin qiyməti aşağı düşdükcə Yaxın Şərq başda olmaqla, qara qızılla zəngin ölkələrdə gərginlik artır. Ya neftin istehsalını məhdudlaşdırıb qiymətləri yüksəldirlər, ya da Qərb aşağı qiymətə neft istehsal edən ölkələrə şərik çıxır. Dünya Müharibəsində həm Yaxın Şərq, həm də neft Osmanlı İmperiyasından qoparıldı. II Dünya Müharibəsinin sona çatmasında neft əhəmiyyətli rol oynadı. Yaponlar Şərqi Hind adalarındakı neft qaynaqlarını əllərində saxlamaq üçün Perl Harbora hücum etdi.
Muxalifet - 21-11-2019
Bakıda hər gün yığılan yüzminlərlə pul kimin cibinə gedir? – Qırmızıçubuqlular...
“2018-ci ilin aprel ayından etibarən bütün parklanma yerləri, dayanacaqlar və s. Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Bakı Şəhər İcra Hakimiyyətində (BŞHİ) parklanmaya cavabdeh qurum ləğv olunub”. Muxalifet.az xəbər verir ki, bunu “AzPolitika.info”-nun informasiya sorğusuna cavabında BŞİH-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov bildirib.
Muxalifet - 21-11-2019
Paşinyandan Bakıya təklif və acı etiraf: “Münaqişə çözülmədən...”
İnqilabçı baş nazir Qarabağla bağlı yenə “üç tərəf” söhbətini ortaya atdı və... müəllimi Ter Petrosyanı unutdu; Bakıdan cavab gecikmədi... Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ probleminin münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib. Bu barədə o, Rusiya mediasına müsahibəsində bildirib. O, konfliktin həllinin Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritet olduğunu söyləyib. Paşinyanın sözlərinə görə, onun Qarabağ məsələsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir.
Muxalifet - 21-11-2019
Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşdu, YARALILAR VAR
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Səhiyyə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. İlkın məlumata görə, hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var. Yaralılar xəstəxanaya yerləşdirilib.
Muxalifet - 21-11-2019
Almaniyanı “miqrant cənnəti”nə döndərən səbəblər - araşdırma
Azərbaycanlı jurnalist: “Hazırda Almaniyada 3 milyon mütəxəssis çatışmır”
Almaniya ötən əsrin 70-ci illərindən bəri dünyanın hər yerindən mühacirləri, mirqantları cəlb edən cənnətə çevrilib. Hər nə qədər qanunlar sərtləşdirilsə belə, bu ölkəyə yerləşməyə can atanların sayı azalmaq əvəzinə getdikcə artar. Bunun səbəbi nədir? Niyə Almaniya qaçqınların, mühacirlərin daha çox yerləşdiyi ölkəyə çevrilib?
Yerli əhali sürətlə yaşlanır...
Muxalifet - 21-11-2019
Bu qurumun mətbuat katibi İSTEFA VERDİ
Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri Nəcəf Tağıyev işdən çıxıb.
Bu barədə Nəcəf Tağıyev özü məlumat verib.
O bildirib ki, öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Qeyd edək ki, N.Tağıyev 2005-ci ildən Ombudsman Aparatının Mətbuat xidməti şöbəsində çalışırdı. //reportMuxalifet - 21-11-2019
SON DƏQİQƏ: Bakıda ağır yol QƏZASI - ölənlər var
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Muxalifet.az "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İlkin məlumata görə, Biləcəri qəsəbəsində baş verən yol qəzasında bir qadın və bir kişi dünyasını dəyişib.Muxalifet - 21-11-2019
ABŞ bunu İLK DƏFƏ edir, İrana qarşı şok həmlə - FOTO
ABŞ donanmasının “USS Abraham Lincoln” təyyarə gəmisi və onu müşayiət edən döyüş gəmiləri dünyanın diqqət kəsildiyi nöqtədə peyda olub. Publika.az xəbər verir ki, gəmilər Bəsrə körfəzində doğru irəliləyib. “Röyters”in məlimatına görə, təyyarə gəmisi “HMS Defender”, “USS Farragut”, “USS Leyte Gulf” ilə birgə ilk dəfə Hörmüz boğazını keçərək Bəsrəyə girir. Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi may ayında “USS Abraham Lincoln”u Oman körfəzinə yollamışdı. Dünya yeni bir müharibənin başlayacağından narahat idi.
Muxalifet - 21-11-2019