Axtarış

The search found 105830 results in 0.03 seconds.

Search results

  1. “Lotu Quli”nin silahdaşı hədəfdə

    Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) ən yaxın adamlarından olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyevə (“Arman Dikiy”) şir balası bağışlanıb. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Bununla bağlı video da paylaşılıb. Lakin araşdırmalarımız zamanı məlum olub ki, həmin video 2015-ci ilə aiddir. Rusiya mediası həmçinin Arman Cumagəldiyevin dəbdəbəli həyatı barədə yazıb. İddia edilir ki, kriminal avtoritet zəngin həyat yaşayır. Hətta onun şəxsi yaxtaya sahib olduğu bildirilir.

    Muxalifet - 21-11-2019

  2. BDU-nun rektoru zəhərlənən tələbələrə görə təcili xəstəxanaya getdi

    Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsində zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib. Muxalifet.az xəbər verir ki, hazırda tələbələrdən birinin vəziyyəti daha ağırdır.

    Muxalifet - 21-11-2019

  3. SABİQ NAZİRİN OĞLUNDAN REDAKSİYAMIZA ŞİKAYƏT – “Elşən Camalov prezidentin qərarlarını nəzərə almır...”

    Fazil Hüseynov: “Bütün idarələrdə necə, bizdə də elə əməkhaqqı artırılıb”

    Nizami Rayon Mühafizə İdarəsinin bir neçə əməkdaşının redaksiyamıza şikayətinə görə, son illər bir neçə dəfə minimum əməkhaqqı artırılsa da, bu artım onlara şamil olunmur. Adlarının çəkilməsini istəməyən şikayətçilər redaksiyamıza bildiriblər ki, idarənin rəisi  mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Elşən Camalov prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı qərarlarını nəzərə almır.

    Muxalifet4 - 19-11-2019

  4. “Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?” - BNA-ya sərt tənqid

    “Ötən il bu məsələ gündəmə gələndə BNA (Bakı Nəqliyyat Agentliyi – Red.) bildirmişdi ki, bu vəsait nəqliyyatın intellektual idarəetmə sistemini qoruyub-saxlamaq və bərpa etmək üçün ayrılıb. “Bu əslində ölünü diriltməyə bənzəyirdi”. “Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. “Mövcud olmayan bir layihəyə təxminən 20 000 000 manat dövlət vəsaiti necə verilib?” – deyə sual da ünvanlayan O.

    Muxalifet - 21-11-2019

  5. ​“Türkiyə təkbaşına da olsa, öz məqsədinə çatacaq: Buna kimsənin şübhəsi olmasın!"

    Xəbər verdiyimiz kimi, türk ordusu Suriya ərazisində terrorçulardan azad etdiyi bölgələrdə irimiqyaslı sosial-humanitar layihələr həyata keçirməkdədir. Terrorçuların dağıtdığı, xarabalığa çevirdiyi qəsəbələrin yenidən salınması, evlərin inşası, məktəb və xəstəxanalaırn tikilməsi bu qəbildən olan layihələrdəndir. Hansı ki, bu cür humanitar layihələrin gerçəkləşməsi anti-terror əməliyyatı üçün böyük məbləğlər xərcləyən Türkiyə üçün əlavə maliyyə itkisi deməkdir.

    Muxalifet - 21-11-2019

  6. Azərbaycanda bu sahədə işləyənlər 4 min manat maaş alırlar - SİYAHI

    Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 603 manat 50 qəpik olub. Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarada bildirir ki, əmək haqqı neft sektorunda 3 min 68,9 manat, qeyri-neft sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.

    Muxalifet - 21-11-2019

  7. Çavuşoğlu Avropa Parlamentinin sədrini “ikiüzlü, arxaca danışan” adlandırdı! -“SİZİN YERİNİZƏ XƏCALƏT ÇƏKİRƏM”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Avropa Parlamentinin prezidenti David-Mariya Sassoli ilə görüşdən sonra onun “Tvitter” hesabındakı həqiqəti təhrif edən açıqlamasına kəskin etirazını bildirib: “Bu, Avropa İttifaqının qeyri-səmimi və ikiüzlü mövqeyinin yeni bir nümunəsidir”.

    Mövlud Çavuşoğlu AP başçısının görüşdən sonrakı açıqlamasına sosial media vasitəsilə cavab verib.

    Muxalifet - 21-11-2019

  8. ​ABŞ-ın vitse-prezidenti Mayk Pensdən İran xalqına DƏSTƏK

    ABŞ-ın vitse-prezidenti Mayk Pens İranda benzinin bahalaşmasından sonra başlanan və etirazçıların ölümünə səbəb olan aksiyaları dəstəkləyir. Muxalifet.az xəbər verir ki, Pens bu barədə fikirlərini tvitter hesabında paylaşıb. "İranlılar aksiyalar üçün küçəyə çıxanda Tehrandakı ayətullahlar zorakılıqdan istifadə etməyə və öz xalqını əzməyə davam edir. ABŞ-ın mesajı açıqdır: “Amerika xalqı İran xalqının yanındadır”,- vitse-prezident qeyd edib. Qeyd edək ki, ABŞ nüvə proqramına görə İrana sanksiyalar tətbiq edəndən sonra ölkə iqtisadiyyatı çökməyə başlayıb.

    Muxalifet - 21-11-2019

  9. BDU tələbələrinin nədən zəhərləndiyi bəlli oldu

    "Məndə olan məlumata görə tələbələrimiz ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan, süd məhsullarından istifadə etdiklərinə görə zəhərləniblər".

    Muxalifet.az bildirir ki. bunu təhsil eksperti Kamran Əsədov bildirib. 

    Muxalifet - 21-11-2019

  10. Prezidentdən Sumqayıtın icra başçısı ilə bağlı SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovla bağlı sərəncam imzalayıb.

    Sərəncamda deyilir:

    Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

    Muxalifet - 21-11-2019

  11. BDU-nun yataqxanasında zəhərlənən Həmidənin FOTOLARI

    BDU-nun yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır olaraq qalır. Hazırda hər iki tələbə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sonxeber.az xəbər verir ki, onlardan biri, 1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidədir. Qeyd edək ki, Həmidə İbadova Balakən rayonundandır. O, Leykemiya ilə Mübarizə İctimai Birliyi adlı yerdə könüllü müəllim vəzifəsində çalışır.

    Muxalifet - 21-11-2019

  12. Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir... - SİDNEYDƏ MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır. Virtualaz.org Avstraliya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan hava karqosu ilə göndərilən və yumşaq materiala bükülü olan, beş bağlamadan ibarət həmin narkotik maddə 2019-cu il sentyabrın 8-də Sidney aeroportunda ələ keçirilib. Avstraliya sərhəd qoşunlarının vəzifəli şəxsləri bağlamalardan birini açanda orada metamfitamin tərkibli narkotik maddənin gizlədildiyini müəyyən ediblər.

    Muxalifet - 21-11-2019

  13. ​Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı sahəsində mühüm işlər aparılır.

    Muxalifet - 21-11-2019

  14. “Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” – Aqil Abbas

    Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi və qrupda sonuncu yeri tutması futbol ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Hamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xərcələyi böyük pulların batmağına etiraz edir…

    Milli komandamızın Avropada hamı üçün “qapazaltı” olması AFFA rəhbərliyinə yönəlmiş tənqidlərin dozasını artırıb.

    Milli Məclisin deputatı Aqil Abbas da futbolumuzdakı biabırçı vəziyyətə etiraz edənlərdəndir.

    Muxalifet - 21-11-2019

  15. Prokurorluq zəhərlənən tələbə qızlarla bağlı məlumat yaydı

    Noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

    Muxalifet - 21-11-2019

  16. MƏN HEÇ VAXT BUNU DEMƏMİŞƏM” – “Xocalı faciəsi birbaşa Ermənistanın təcavüzünün nəticəsidir”

    “Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin”.

    Bu sözləri Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

    “Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib”, – deyə A.Mütəllibov bildirib.

    Muxalifet - 21-11-2019

  17. “Ermənistan tərəfi güzəştə getmirsə, dini liderlərin görüşündən nə gözləmək olar?” - POLİTOLOQ

     “ABŞ səfirinin Azərbaycan və Ermənistan dini liderlərinin görüşünü təşkil etməsi barədə təklifi münaqişənin həlli istiqamətdə müsbət irəlləyişə gətirməyəcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

    “Dini liderlərin görüşü əsirlərin qaytarılmasına müsbət irəlləyiş gətirə bilər”

    Muxalifet - 21-11-2019

  18. Prezidentdən deputatla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

    Muxalifet - 21-11-2019

  19. SON DƏQİQƏ: Yeni Ombudsman kim olacaq? - Prezident Milli Məclisə namizədlər göndərdi

    Milli Məclis (MM) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) seçəcək.
    Prezident İlham Əliyev parlamentə 3 namizəd təqdim edib. Onlardan biri Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevadır. Digər 2 namizəd də xanımdır. Onlardan biri Ali Məhkəmənin, o biri isə Konstitusiya Məhkəməsinin hakimidir.
    Yaxın günlərdə Milli Məclisin plenar iclası keçiriləcək, 3 namizəddən biri seçiləcək. 
    Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var. //Pravda.az

    Muxalifet - 21-11-2019

  20. Türkiyə səfiri ABŞ diplomatını kürsüdən endirdi

    Rumıniyanın Konstansa  şəhərində baş tutan bir tədbirdə maraqlı hal yaşanıb.
    Muxalifet.az xəbər verir ki, danışmaq üçün kürsüyə yaxınlaşan ABŞ diplomatını Türkiyə səfiri kürsüdən endirib.
    Hadisə Türkiyənin Konstansa səfirliyi tərəfindən hazırlanan “Mevlidi Nəbi” tədbirində baş verib.
    Tədbirdə ABŞ-ın Buxarest səfirliyinin diplomatlarından Abigail Rupp danışmaq üçün kürsüyə yaxınlaşıb.Türkiyənin Konstansa səfiri Sülhi Turan vəziyyətə müdaxilə edib. Proqramda belə bir çıxışın yer almadığını bildirərək diplomata mədəni formada xəbərdarlıq edib.

    Muxalifet - 21-11-2019

Pages