Axtarış
The search found 105839 results in 0.096 seconds.
Search results
Təranə Qumralın qızı nazirlikdə işləyirmiş - FOTO
Tanınmış müğənni Təranə Qumral "Hər şey daxil" proqramında qonaq olub.
Muxalifet.az xəbər verir ki, ifaçı efirə həyat yoldaşı və qızı Qumral ilə qatılıb. O bildirib ki, qızı Beynəlxalq əlaqələri bitirib:
"Dövlər universitetini bitirib. Nazirliklərdə, dövlət işlərində işləyib. İkinci qızım Fidan həkimdir. Üçüncü qızımız isə pianino ifa edir, həm də səsi var".
Qeyd edək ki, Təranə Qumralın qızı Qumral sosial şəbəkə fenomenidir. Onun instaqramda 200 mindən çox izləyicisi var.Muxalifet - 22-11-2019
SON DƏQİQƏ: Bakıda iki avtomobil TOQQUŞDU: Ölənlər və yaralananlar var
Bakıda ağır yol qəzası baş verib. Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1995-ci iltəvəllüdlü Kazımov Mirismayıl Davud oğlu idarə etdiyi "Mercedes" markalı 90 US 409 dövlət nömrə nişanlı avtomobillə qarşı yola çıxaraq həmin yolla hərəkətdə olan 1960-cı il təvəllüdlü Abdullayev İsmayıl Aliqulu oğlunun idarə etdiyi "Mercedes" markalı 10 ZD 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Muxalifet - 22-11-2019
İsraildə DÖVLƏT ÇEVRİLİŞİ: Baş prokuror Netanyahunu...
İsrail Baş naziri Benyamin Netanyahu barəsində 3 müxtəlif məhkəmə dosyesi tərtib edilməsi və ittiham olunmasını dövlət çevrilişi adlandırıb. Muxalifet.az xəbər verir ki, Baş nazir Qərbi Qüdsdəki ofisində məsələ ilə bağlı təşkil etdiyi mətbuat konfransında danışıb. Haqqında qaldırılan ittihamları təkzib edən Netanyahu bildirib ki, Baş prokuror Aviçay Mandelblit və İsrail polisi vaxtı xüsusilə dəqiqliklə seçib. Haqqında aparılan istintaq araşdırmaları bəzi suallar doğurur və bu da əks tərəfin etibarlılığını zədələyir. Baş nazir onu istintaqa cəlb edənlərin araşdırılmasını tələb edib.
Muxalifet - 22-11-2019
Zəhərlənən tələbələrin son durumu
Dünən Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti barədə yeni məlumat yayılıb.
Muxalifet.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənən tələbələrin vəziyyətində heç bir dəyişiklik yoxdur.
Onların vəziyyəti ağır stabil kimi qiymətləndirilir.
Muxalifet - 22-11-2019
ABŞ-dan Türkiyəyə “S-400” mesajı: “İmtina edilməlidir”
ABŞ Dövlət Departamentinin rəsmilərindən biri Türkiyənin “S-400” zenit-raket müdafiə sistemindən qurtulmalı olduğunu deyib.
Muxalifet.az xəbər verir ki, adının gizli qalması şərtiylə “Reuters”ə danışan department rəsmisi Türkiyə ilə ABŞ arasında narazılığa səbəb olan “S-400”lərlə bağlı çağırış edib.
O bildirib ki, münasibətlərdə irəliləyiş üçün Türkiyə “S-400” zenit-raket müdafiə sistemindən imtina etməlidir.
Departament rəsmisi vurğulayıb ki, Türkiyəyə buna görə sanksiya tətbiq edilə bilər.
Muxalifet - 22-11-2019
ABŞ-dan ermənilərə BÖYÜK ZƏRBƏ: Bu dəfə...
1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınmasını ehtiva edən qətnamə, demokratçı senator Bob Menendez tərəfindən ABŞ Senatına ikinci dəfə təqdim olunub. Bu dəfə Corcia ştatının senatoru Devid Perdu qətnamənin səsverməyə çıxarılmasını blok edib. Senator bildirib ki, qətnamənin müzakirəyə çıxarılması üçün doğru zaman deyil. Qeyd edək ki, sözügedən layihə daha əvvəl respublikaçı senator Lindsi Qraham tərəfindən blok olunmuşdu. Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda keçirdiyi səsvermədə 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etmişdi.//Publika
Muxalifet - 22-11-2019
Bakıda bu aparat hamıya pul paylayır - Qarşısında uzun növbələr
Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.
Muxalifet - 22-11-2019
SON DƏQİQƏ: Bakı-Astara yolunda yanacaq daşıyan maşın YANDI - ölən və yaralanan var
Noyabrın 22-də saat 03:49-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Ələt-Astara yolunun 102-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 04:10 dəqiqədə DYMX-nın ilk yanğın avtomobili hadisə yerinə çatıb. DYMX-nın əməkdaşı hadisə yerindən, göstərilən ünvanda “KamAZ” markalı yanacaqdaşıyan avtomobilin açıq alovla yanması və avtomobildə 1 nəfərin qalması barədə məlumat verib.
Muxalifet - 22-11-2019
"Hamı pozğundursa, oxuma" - Güneldən Aqşinə
Ötən gün "Hər şey daxil" proqramının qonağı müğənni Günel Ələkbərova olub.
Muxalifet.az xəbər verir ki, ifaçı efirdə Aqşin Fatehin "Müğənnilər pozğundurlar" sözlərinə cavab verib:
“Bəlkə, o, hamıya şamil etməyib? Qardaş, hamı pozğundursa, xoşuna gəlmir, oxuma. Niyə oxuyursan? Bəyənmirsənsə, oxuma, qurban olum. Sən necə? Bir qabdan çörək yeyirsən, sən də buradan pul qazanırsan, bəyənmədiyin digərləri də. İstər-istəməz digərləri ilə üzbəüz gəlirsən, bir masa arxasında oturursan. Kim nə deyir, özü üçün desin” deyə, Günel söyləyib.Muxalifet - 22-11-2019
ABŞ Dövlət katibi İrandakı etirazçılara farsca müraciət etdi - “MİTİNQLƏRİN FOTO VƏ VİDEOLARINI BİZƏ GÖNDƏRİN”
ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində farsca İrandakı etirazçılara müraciət edib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, müraciətində ABŞ-ın insan haqlarının pozuntusuna görə İrana qarşı sanksiya tətbiq etməsi üçün etirazçılardan mitinqlərin foto və videolarını onlara göndərməyi xahiş edib. “Mən İrandakı etirazçılardan xahiş etdim ki, bizə rejimin aksiya iştirakçılarını təqib etməsini sənədləşdirəcək video, foto və informasiyalar göndərsinlər. ABŞ bunu ictimaiyyətə təqdim edəcək və pozuntulara görə sanksiya tətbiq edəcək”.
Muxalifet - 22-11-2019
Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - NAOMİ KEMPBELLƏ TOY HƏDİYYƏSİ TİKDİRMİŞDİ, QİSMƏT OLMADI - VİDEO
Rusiyalı oliqarx-milyarder Vyaçeslav Doronin Moskva ətrafındakı Barvixada (orada həm də prezident Putinin iqamətgahı yerləşir) “kosmik” üslubda tikdirdiyi malikanəni satışa çıxarıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mlyarder həmin malikanəni Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli arxitektor Zaha Hadidin (hazırda o dünyadadır) layihəsi əsasında tikdirmişdi. Bu, Zaha Hadidin layihələndirdiyi yeganə özəl yaşayış obyektidir.
Muxalifet - 22-11-2019
Rusiya Qarabağa qoşun yeridir? - Moskvadan ŞOK İDDİA
Rusiyanın “Regnum” portalı iddia edib ki, İran və Gürüstanda yaranmış vəziyyət Azərbaycanı Qarabağa Rusiya sülhməralılarının yerləşdirilməsinə icazə verməyə məcbur edəcək. Bu, münaqişənin Madrid prinsipləri əsasında həllini mümkünsüz edir.Muxalifet3 - 22-11-2019
23 TRİLYON DOLLARLIQ BORCDAN NECƏ YAXA QURTARMALI? - ABŞ etirazlarla İranda mini-çevrilişə can atır - ARAŞDIRMA
ABŞ-ı yaxşı anlamaq və məqsədinin nə olduğunu öyrənmək üçün iqtisadçıların səhnəyə çıxması lazımdır. ABŞ-ın bütün məqsədi dolları qorumaq, istifadə etmək və özünə aid olmayan pulu xərcləməyə davam etməkdir. ABŞ çox uzun müddətdir özünə aid olmayan pulu istifadə edərək, rifahını təmin etməkdədir. Bunu bilməli olan hər kəs bilir. Hazırda etməyə çalışdıqları da elə budur. ABŞ enerjiyə oktapod kimi sarılaraq, dövlətlərin “aortalarına” hökm etmək istəməkdədir. Beləliklə, II Dünya Müharibəsindən sonra qurduqları sistemin davam etməsini nəzərdə tuturlar. Motivasiyaları budur.
Muxalifet - 22-11-2019
Bakıda 4 ay əvvəl işə getmək adı ilə evdən çıxan qadın itkin düşdü
Bakıda 37 yaşı qadın 4 ay əvvəl itkin düşüb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi ərazisində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Vüsalə Mirzəyeva 4 ay əvvəl işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Noyabrın 21-də isə qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.
Muxalifet - 22-11-2019
Kirayə qaldığı mənzili almaq istəyənlər bunları bilməlidir! - Bütün DETALLAR
"Gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq. Bu haqda İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb. Mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər".
Muxalifet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Muxalifet - 22-11-2019
Bu şadlıq evlərində manqalların istifadəsi qadağan edildi - SİYAHI
İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.
Muxalifet - 22-11-2019
Komitə sədri helikopterlə görüşə getməsindən DANIŞDI: Kefə, kurorta getməmişəm
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nə helikopteri, nə təyyarəsi, nə yaxtası var. Ən aşağı büdcəsi olan dövlət qurumlarından biridir.
Muxalifet.az xəbər verir ki, bunu AQUPDK-nin sədri Hicran Hüseynova Ağdamda vətəndaşlarla görüşə helikopterlə getməsinə dair yayılan məlumata münasibət bildirikən deyib.Muxalifet - 22-11-2019
SON DƏQİQƏ: Aygün Kazımovanın qardaşı azadlığa çıxdı - FOTO
Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb. Bu barədə Femida.az-a xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini böyük sevinclə təsdiqləyib. "Başda bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri doğmalarına qovuşsun". Qeyd edək ki, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib.
Muxalifet - 22-11-2019
ABŞ-ın nəhəng döyüş gəmisi İrana yaxınlaşdı: ORDU HƏRƏKƏTƏ KEÇDİ
İran ordusu Bəsrə körfəzi və Hörmüz Boğazının hava məkanında “Mühafizə Səması Müdafiəçiləri 98” adlı hərbi təlimlər təşkil edib.
Muxalifet.az xəbər verir ki, təlimlərdə yerli istehsal olan Pilotsuz Uçuş Aparatları, hava hücumundan müdafiə sistemləri və müxtəlif tipdə raketlər sınaqdan keçiriləcək.
416 min km sahəni əhatə edəcək təlimlərdə ordu ölkənin hava məkanını ehtimal edilən düşmən təhdidlərinə qarşı qoruma istiqamətindəki potensialını sərgiləyəcək.Muxalifet - 22-11-2019
Suriya kürdlərinin lideri BƏYANAT verdi: "Türkiyənin terrorçulardan qorunmağa qanuni haqqı var"
Suriyalı kürdlərin müstəqil cəmiyyətlər birliyinin rəhbəri Abd əl-Əziz Tammo, Türk İrsi Vəqfinin Vaşinqton şöbəsinin dəstəyi ilə keçirilən "Geosiyasi reallıqlar və Suriyanın gələcəyi" mövzusunda paneldə, bəyanat verdi: "Türkiyənin İŞİD-ə, PKK və YPG-yə qarşı yönəlmiş “Sülh mənbəyi” əməliyyatı tamamilə qanuni əsaslara söykənir". Muxalifet.az bu barədə "REGNUM"-a istinadla bildirir. Türkiyənin “Anadolu Ajansı”agentliyinin verdiyi məlumata görə, Əbdüləziz Tammo belə qeyd etdi: “Türkiyənin İŞİD və ya başqa bir təhlükəyə qarşı sərhədlərini terror qruplaşmalarından qorumaq hüququ var.
Muxalifet3 - 22-11-2019