Axtarış
The search found 105830 results in 0.031 seconds.
Search results
Putin Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşəcək - Kremldən RƏSMİ AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin 22 noyabrda Rusiyaya səfər etmiş Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüş keçirəcək.
Muxalifet.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.Muxalifet - 21-11-2019
"Azərbaycan Dövlətinə, Xalqına, Prezidentinə bundan artıq təhqir ola bilməzdi!" - Aslan İsmayılov Ata Abdullayevin hərəkətini PİSLƏDİ
Bütün dünya erməniləri Ata Abdullayevin şəkillərini (insanları sürüdüyü yerdə, İlham Əliyevlə) bu başlıqla paylaşırlar: "Milanda ermənilərin toplaşdığı kilsəyə girərək Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ barədə sual verən Azərbaycanlı bərədə". Azərbaycan Dövlətinə, Xalqına, Prezidentinə bundan artıq təhqir ola bilməzdi!
Muxalifet - 21-11-2019
“Məlumatlıyam, rahat olun” – Elmira Süleymanova açıqlama verdi
Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyinin irəli sürülməsinə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə E.Süleymanova "Report"a açıqlamasında namizədlərin irəli sürülməsi məsələsindən jurnalistlərdən əvvəl məlumatlı olduğunu deyib.
"Jurnalistlər də bu məsələ haqqında kifayət qədər məlumatlanıblar. Ona görə də rahat olun", - deyə E.Süleymanova bildirib.
Muxalifet - 21-11-2019
Rusiya Türkiyəyə Su-57 qırıcılarını bir şərtlə verəcək-Türkiyə...
Rusiya beşinci nəsil Su-57 qırıcısını satın alma şərti ilə, Türkiyəyə dördüncü nəsil qırıcı Su-35 satacaq. Bu barədə “Rostexa”nın beynəlxalq əməkdaşlıq üzrə direktoru Viktor Kladov, Dubai Airshow 2019 sərgisində Defense News xəbər agentliyinə bildirib.
Muxalifet3 - 21-11-2019
Nadir Qafarzadə: "Afaq Aslan "Xalq artistləri"nin yanında toya getməlidir" - VİDEO
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Nadir Qafarzadə olub.
Muxalifet.az xəbər verir ki, sənətçi həmkarlarını tənqid edib:Muxalifet - 21-11-2019
Zaxarovadan Qarabağ açıqlaması
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir.
Muxalifet.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını və Dağlıq Qarabağa qayıtmalarını şərh edərkən deyib.Muxalifet - 21-11-2019
Yevda Abramov xəstəxanaya yerləşdirildi
Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya deputatın oğlu məlumat verib.
O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.
Muxalifet - 21-11-2019
İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi - HÖKUMƏTİ FORMALAŞDIRMAQ ÜÇÜN
İsrail Prezidenti Ruven Rivlin müxalif “Kahol-Lavan” blokunun lideri Beni Hansın və Baş nazir Binyamin Netanyahunun uğursuzluğundan sonra koalisiya hökuməti formalaşdırmaq üçün parlament deputatlarına 21 gün vaxt verib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, ölkə prezidenti Qüds şəhərindəki iqamətgahında keçirilən xüsusi mərasimdə bu barədə Knessetin spikeri Yuliya Edelşteyni rəsmən məlumatlandırıb.
Hökuməti formalaşdırmaq hüququnun Knesset deputatlarına verilməsi İsrail üçün misli görünməmiş hadisədir.Muxalifet - 21-11-2019
İtkin düşmüş sabiq deputatın meyiti TAPILDI
İranda itkin düşmüş sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki. bu barədə Kohkuliyə-Boyer Əhməd əyalətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil bildirib.
Onun sözlərinə görə, axtarış zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasuc şəhərinin Əbuzər xiyabanında yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib.
Deputatın ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, sabiq deputat 3 gün öncə itkin düşüb.
Muxalifet - 21-11-2019
Prezident ona general rütbəsi verdi
Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.Muxalifet - 21-11-2019
Ombudsmanlığa namizədlər - Aralarında Siyavuş Novruzovun xanımı da var
Xəbər verdiyimiz kimi, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Ombudsmanın seçilməsi məsələsinə baxılacaq. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanovanın yerinə üç xanımın namizədliyi irəli sürülüb. "Qafqazinfo" namizədlər barədə məlumatı təqdim edir: Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Muxalifet - 21-11-2019
Bakıda internetdə problem olacaq - XƏBƏRDARLIQ
Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.
Bu barədə Muxalifet.az-a “Bakı Telefon Rabitəsi” MMC-dən məlumat verilib.
“Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.
Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.Muxalifet - 21-11-2019
İcra başçısının özünə 250 minlik avtomobil alması xəbərinə - RƏSMİ CAVAB
Bu gün mediada Qazax rayonunun icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun özünə 250 min manat dəyərində olan "Range Rover" avtomobili alması haqqında xəbər yayılıb. İcra başçısının aldığı məvaciblə belə bir avtomobilə necə sahib olması sualı ətrafında polemika açan sosial şəbəkə istifadəçiləri isə icra başçısının əyri yollarla belə bir bahalı "oyuncaq" əldə etdiyinə eyham vururlar. Muxalfet.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı yayılmış xəbərlərə aydınlıq gətirilməsi üçün Qazax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Muxalifet - 21-11-2019
“Şəxsi həyatımı alt-üst etdi” - Firəngiz Mütəllimova
Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər, indi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova AzTV-də yayımlanan "Ağ və qara" layihəsində deyib: "Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu.
Muxalifet - 21-11-2019
Ata Abdullayevə diplomatik pasportu kim verib? – QALMAQAL
Ata Abdullayevin ötən gün İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla mübahisəsi müzakirə mövzüsüna çevirilib. Bəzilərinin "uğur" kimi təqdim etməyə çalışdığı bu hərəkət böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi hansı vəzifənin sahibi olduğu bilinməyən birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq, "yalvarması" ölkənin Qarabağ siyasətinə kölgə salması haqlı olaraq tənqid edilir. Bəs bu şəxs hər gün bir ölkəyə hansı pulla, hansı imkanlarla səfərlər edir? Viza məsələsi, bilet və səfər xərcləri necə qarşılanır?
Muxalifet - 21-11-2019
Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO
Bir neçə ay əvvəl dünya mediası 55 yaşlı Səudiyyə şahzadəsi Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşdüyünü yazıb.
Kral Səudun qızı ictimaiyyətin gözü qarşısında itib.
Ancaq bugünlərdə Almaniyanın Deutsche Welle televiziya kanalı şahzadənin ev həbsində olduğunu və ya Səudiyyə Ərəbistanında güclə tutulduğunu bildirib.
Muxalifet4 - 21-11-2019
Mehriban Əliyeva Dmitri Medvedevlə görüşdü - FOTO
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyevlə görüşüb.
Muxalifet.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi.Muxalifet4 - 21-11-2019
“O vaxt demişdi ki, Heydər Əliyevin başına güllə vuracam” - İLHAM ƏLİYEV
"Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı".
Muxalifet.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu fikirləri Preizdent İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.Muxalifet4 - 21-11-2019
“Porsche Cayenne”nin sürücüsü Bakıda aləmi bir-birinə vurdu — VİDEO
Bakıda böyük tıxac yaranıb.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində “Porsche Cayenne” markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib.
Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamami ilə dayanıb.
Bununlada sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərkət bərpa edilib.Muxalifet4 - 21-11-2019
İranda internet bərpa olunur
İranda internet bağlantısının bərpa olunmasına başlanılıb. Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün internetin açıldığı ölkənin cənubundakı Hormozqan ostanında “İnstagram” şəbəkəsi və “WhatsApp” mesenceri də işə düşüb. Qeyd edək ki, İranda baş verən iğtişaşlardan dolayı ölkədə internetə bağlantı kəsilmişti. Muxalifet.az
Muxalifet3 - 21-11-2019