Axtarış
The search found 105839 results in 0.049 seconds.
Search results
BACIOĞLU ƏZİZOVU İŞƏ SALDI - İcra başçısının təyinatı qalmaqal yaradıb
Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi müzakirələrə səbəb olub. Başçının bu təyinatını korrupsiya adlandıranlar da az deyil. Qeyd edilir ki, M.Ağayev bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayevin əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində Əziz Əzizovun sürücüsü olduğu bildirilir.
Muxalifet - 22-11-2019
SON DƏQİQƏ: “San Remo” restoranında ATIŞMA - “qanuni oğru” GÜLLƏLƏNDİ
Suxuminin mərkəzində “San Remo” restoranında atışma qeydə alınıb. Muxalifet.az xəbər verir ki, bu barədə Abxaziya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, baş verən atışma nəticəsində kriminal avtoritet hadisə yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Agentliyin məlumatına görə, üç maskalı naməlum şəxs maşınla Maxadjir sahilinə gələrək restoran yaxınlığında masada oturan şəxslərə atəş açıb. Ofisiant və üç nəfər xəstəxaya çatdırılıb.
Muxalifet - 22-11-2019
Bakı-Sumqayıt yolu genişləndirilir – VİDEO
Bakı - Sumqayıt yolunda sürücülərin səbirsizliklə gözlədiyi layihənin icrasına başlanılıb. Muxalifet.az xəbər verir ki, burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentiliyinin sözçüsü Anar Nəcəfli deyib ki, yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar. Yolun üzü paytaxt istiqamətində 2 zolağının genişləndirilməsi nəzərdə tutulur.
Muxalifet - 22-11-2019
“Qarabağ”ın 390 günlük rekord seriyası qırılıb
Ağdamın “Qarabağ” klubunun Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Muxalifet.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri XII turun “Sumqayıt”la səfər matçında 1:2 hesabı ilə uduzub.
Bu, Ağdam klubunun mövsümdə ilk məğlubiyyəti olub. Ümumilikdə isə “Qarabağ” 31 oyun idi uduzmurdu. Bu, Azərbaycan çempionatları tarixinin rekordudur.
Muxalifet - 22-11-2019
Putin Mehriban Əliyevanı mükafatlandırdı - FOTO
Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordenini təqdim edib.
V.Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.
Muxalifet4 - 22-11-2019
Berluskoni selfi zamanı yıxıldı - SABİQ BAŞ NAZİR XƏSTƏXANALIQ OLDU
İtaliyanın keçmiş Baş Naziri Silvio Berluskoni Zaqrebdə Avropa Xalq Partiyasının konqresi zamanı yıxılıb və xəstəxanaya yerləşdirilib.
“RİA Novosti” xəbər verir ki, 83 yaşlı Berluskoni onunla selfi çəkdirmək üçün insanların sıxlıq yaratması səbəbindən yıxılıb. Keçmiş Baş Nazirin omba, körpücük sümüklərinin sındığı xəbərləri yayılsa da, Berluskonin qərargahından verilən açıqlamada məlumat təkzib olunub.
Siyasətçinin yüngül zədələr aldığı qeyd edilib./Qafqazinfo
Muxalifet4 - 22-11-2019
50 il sürücülük vəsiqəsi olmadan maşın idarə etdi, İLK DƏFƏ CƏRİMƏLƏNDİ
İtaliyada yerli sakinlərdən biri 50 ildir avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı qadının vəsiqəsinin olmaması isə Trevizo şəhərində 3 maşının toqquşması zamanı üzə çıxıb. Polis yoxlamalar zamanı sürücünün heç bir sənədinin olmadığını aşkarlayıb. O, 5,11 min avro cərimələnib, avtomobilinə isə həbs qoyulub. Qadın isə israrla sənədlərinin qaydasında olduğunu və günahsızlığını sübut edəcəyini deyib.
Muxalifet4 - 22-11-2019
Tofiq Yaqublu ilə Gülağa Aslanlı arasında mübahisə - "SAXTA ARAYIŞ" QALMAQALI
Müsavat Partiyasının başqanlığına namizəd olmuş partiya üzvü Tofiq Yaqublu hazırkı başqan Arif Hacılı və partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlını mühacirlərə saxta arayış verilməsi ilə bağlı ittiham edib. APA-nın məlumatına görə, bu barədə Tofiq Yaqublu özünün "Facebook" səhifəsində yazıb.
Muxalifet4 - 22-11-2019
Azəri ABŞ-ın “qara siyahı”sına düşdü - İNTERNET ÜZƏRİNDƏ NƏZARƏT VƏ SENZURA SƏBƏBİNDƏN
ABŞ hökuməti İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromiyə qarşı sanksiya tətbiq edib. ABŞ-ın Maliyyə Nazirliyi xəbər verir ki, buna səbəb nazirin ölkəsindəki internet üzərində geniş nəzarət və senzuranın tətbiqindəki roludur.
Muxalifet4 - 22-11-2019
NATO-ya XƏBƏRDARLIQ: "Rusiya ilə müharibəyə hazır ol!"
NATO-ya Rusiya ilə sərhədlərdə müdafiəni gücləndirmək tövsiyə edildi. Bu barədə İsveç Müdafiə Nazirliyinin İsveç Müdafiə Tədqiqatları İnstitutuna sifarişi əsasında hazırlanmış hesabatında deyilir.
Muxalifet.az bu barədə "lenta.ru"-ya istinadla xəbər verir.
Müəlliflər alyansın Rusiyanın Baltikyanı bölgəyə hücumuna necə cavab verə biləcəyini təhlil etdi. Onlar NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun yeritməsi üçün ümumiyyətlə yeddi-səkkiz həftə lazım olacağını vurğulayırlar. Ancaq Moskva daha sürətli mübarizə aparır: bir-iki həftə içində.Muxalifet3 - 22-11-2019
Azərbaycanda 26 yaşlı oğlan faciəvi şəkildə öldü
Bərdə rayonunda 26 yaşlı oğlan qızdırmadan ölüb.
Rayonun Qaradəmirci kənd sakini, 1993-cü il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəflətən 42 dərəcəyə qalxıb.
O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.//ReportMuxalifet - 22-11-2019
Dəhşətli qətl: Arvadını öldürdü, meyitini ətçəkən maşından keçirdi
Türkiyənin Mersin şəhərində arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkün məhkəməsi olub.
Muxalifet.az xəbər verir ki, Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib, sonra ətçəkən maşından keçirib.
Mustafa Ərtürkün məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın gəlib.Muxalifet - 22-11-2019
Azərbaycanda 15 yaşlı yeniyetmə məktub yazıb intihar etdi
Bu gün səhər saatlarında Bakının Suraxanı rayonunda 15 yaşlı yeniyetmə oğlan intihar edib. Muxalifet.az baku.ws istinadən xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Sadıqlı Nail yaşadıqları evdə özünü asıb. Onun intihardan əvvəl valideynləri üçün məktub yazdığı bildirilib. Qeyd edək ki, Sadıqlı Nail ailənin ikinci övladıdır. Onun özündən böyük bacısı var. Ailəsində problem yoxdur. Hadisənin baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.
Muxalifet - 22-11-2019
İsveç Rusiya gəmisini icazəsiz onun ərazi sularına girməkdə ittiham etdi
İsveç “Rusiya dövlət gəmisini” öz ərazi sularına icazəsiz girməkdə ittiham etdi. Bu barədə TASS məlumat verir.
Krallığın silahlı qüvvələrinin məlumatına görə, gəmi noyabrın 17-də qanunsuz olaraq dəniz sərhəddini keçib. Bu Geteburqun qərbində baş verib. İsveç hadisəni ərazi sularının pozulması kimi qiymətləndirir, çünki "gəminin etibarlı icazəsi yox idi".
Hadisə barədə hökumətə məlumat verilib. İsveç hakimiyyəti məlumatı şərh etməkdən imtina etdi.
Muxalifet.azMuxalifet3 - 22-11-2019
Tanınmış müğənni yataqxanaya köçdü - səbəbi isə...
Müğənni-aktrisa Harika Avcı haqqında yayılan xəbərlər sevənlərini məyus edib. Muxalifet.az xəbər verir ki, sənətçinin müflis olduğu və yaşadığı evi də sataraq, yığılan borclarını ödədiyi bildirilir. "Harika Avcı yataqxanaya köçüb, orada yaşayır. Maddi çətinliklər səbəbilə sahib olduğu hər şeyi və hətta yaşadığı evi də satan müğənninin yataqxana pulunu belə Avstraliyada yaşayan bir fanatı ödəyib. Müğənnilik etdiyi vaxtlarda evində darıxdığı zaman məşhur otellərin lüks otaqlarına gedib, bir ay orada qalırdı" deyə, Avcıya yaxın olan mənbə bildirib.
Muxalifet - 22-11-2019
ABŞ-dan iranlı nazirlə bağlı QADAĞA
ABŞ daha bir iran rəsmisinin adını "qara siyahı"ya salıb.
Muxalifet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin bu gün yaydığı məlumatda İranın rabitə və texnologiyalar naziri Məhəmməd cavad Azəri Cehrominin adı sanksiya siyahısına salınıb.
Qərar verilməsinə İrandakı son aksiyalar zamanı ölkədə internetin kəsilməsi və rabitə əlaqələrinə yaradılan maneələr əsas kimi göstərilib.Muxalifet - 22-11-2019
Tramp gələn il prezident seçkilərinə Maykl Penslə gedəcəyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp özünün vitse-prezidenti kimi Maykl Pens ilə birlikdə 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o, “Fox & Friends” televerilişində verdiyi müsahibəsində belə bir açıqlama ilə çıxış edib.
“O mənə yaxın bir insandır, mənim dostumdur”, - deyən prezident Tramp qeyd edib ki, vitse-prezident Maykl Pens “işinin öhdəsindən fantastik şəkildə gəlir”.Muxalifet - 22-11-2019
Masallı sakini Bakıda odlu silahla yaxalandı
Paytaxtda silahlı şəxs yaxalanıb. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Polisə rayon ərazisində silahlı şəxsin olması barədə məlumat daxil olandan sonra ərazidə əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində Yasamal rayonu, İnşaatçılar prospekti 36 saylı binanın qarşısında Masallı rayonu, Mollaoba kənd sakini, 1975-ci il təvəllüdlü Əliyev Famil Xanəli oğlu saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 12 kalibrli, qundağı və lüləsi kəsilmiş İJB-47 model qoşalülə ov silahı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 22-11-2019
"Dedim baş prokuror vəzifəsindən başqasını istəmirəm" - TANINMIŞ VƏKİL AXC HAKİMİYYƏTİ HAQDA: “Elçibəy dedi ki, bizim hərəkat yüzilliklər üçün nəzərdə tutulub”
1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatının nəticəsində Azərbaycan Xalq Cəbhəsi yaradılıb.
1989-cu ildə təsis edilən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirib. AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub. Həmin vaxt sovet Azərbaycanın rəhbərliyi də AXC ilə hesablaşmağa məcbur olub.
Muxalifet4 - 22-11-2019
Xaçmazda güclü YANĞIN
Bu gün Xaçmaz rayonunda yanğın qeydə alınıb.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 63 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan köməkçi tikili yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 22-11-2019