Axtarış
The search found 105839 results in 0.032 seconds.
Search results
Arvadına xəyanət edən kişi yarıçılpaq şəkildə ağaca çıxdı - VİDEO
Braziliyada maraqlı hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kişi həyat yoldaşından qaçaraq yarıçılpaq şəkildə ağaca dırmaşıb.
Qadın isə onun arxasınca gələrək həyat yoldaşını axtarır. Ətrafdakıların təəcübündən sonra kişi yarıçılpaq şəkildə ağacdan düşərək arvadı ilə evə qayıdır.
Bildirilir ki, kişinin yarıçılpaq şəkildə küçəyə qaçmasına səbəb arvadına xəyanət etməsidir və qadın ərini başqa xanımla biryerdə tutub.Muxalifet - 23-11-2019
ABŞ-da lobbi fəaliyyətinə dair kəşfiyyat sənədləri yayıldı - Merkel hökuməti Rusiyaya “satılıb?”
“Şimal axını – 2” ətrafında vəziyyət qızışır. İndi Almaniyanın qaz kəmərinə dəstək kampaniyası Avropanın xüsusi xidmət orqanlarından birini də aktivləşdirib. Bu barədə “Bild” tabloidi məlumat verir. Qərbi Avropanın xüsusi xidmət orqanlarından birinin sənədi nəşrin əlinə keçib.
Muxalifet - 23-11-2019
Gömrük Komitəsi xaricdən gətirilən avtomobillərlə bağlı MƏLUMAT YAYDI
Xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür.
Bu fikirlər Dövlət Gömrük Komitəsindən Muxalifet.az-a daxil olan açıqlamada yer alıb.Muxalifet - 23-11-2019
Vilayət Eyvazovdan yeni təyinat
Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub.
Muxalifet.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən polis polkovnik-leytenantı Həsənov Hüseyn Süleyman oğlu Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini təyin edilib. Bu vəzifəyə qədər isə o, idarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məlumatı Sumqayıt Şəhər Polis İdarəsindən Qaynarinfo-ya təsdiqləyiblər.
Muxalifet - 23-11-2019
İlin sonunda əfv sərəncamı imzalana bilərmi? - Əfv Komissiyasının üzvündən AÇIQLAMA
Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb. Sonuncu əfv sərəncamı bu ilin mart ayının 14-də imzalanıb və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunub.
Muxalifet - 23-11-2019
Roza Zərgərli oriental rəqs etdi - VİDEO
Müğənni Roza Zərgərlinin rəqs edərkən maraqlı görüntüləri yaylıb. Muxalifet.az Day.Az-a istinadən xəbər verir ki, oriental rəqs etməyə çalışıb. Müğənnin bu rəqsi instagram-da diqqət çəkib. Videonu minlərlə insan bəyənib.
Muxalifet - 23-11-2019
Türkiyənin Diyanət İşləri Başqanı İlham Əliyevə məktub göndərdi
Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Ali Erbaş Prezident İlham Əliyevə məktub göndərib.
Muxalifet3 - 23-11-2019
Türkiyə-Suriya sərhədində hücum: 4 ölü, 26 yaralı - FOTO
PKK/PYD terror təşkilatı Türkiyə-Suriya sərhədində terror aktı törədib.
Muxalifet.az xəbər verir ki, Türkiyə ordusunun “Sülh Çeşməsi” əməliyyatı nəticəsində təmizlənən Tel Abyad bölgəsində səhər saatlarında partlayıcı maddələrlə yüklənmiş avtomobil partladılıb.PKK/PYD tərəfindən təşkil edilən terror aktı nəticəsində 4 nəfər həlak olub, 26 nəfər yaralanıb.
Məlumata görə, yaralılar Türkiyə xəstəxanalarına gətirilib.
Muxalifet.azMuxalifet3 - 23-11-2019
Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlandı
Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.Muxalifet3 - 23-11-2019
"ÜTT-da islahatlar vacibdir" - G20 Xarici İşlər nazirləri
Noyabrın 22-23 tarixlərində Naqoyada keçirilən G20 ölkələri Xarici İşlər nazirlərinin görüşündə bu gün Afrikada iqtisadi artımla yanaşı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların keçirilməsi məsələsi diqqət mərkəzində olub.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, görüş iştirakçıları ÜTT-də islahatların zəruriliyi ilə razılaşıblar.Muxalifet3 - 23-11-2019
Azərbaycanla Rusiya arasında əməkdaşlığa dair sənədlər imzalanıb
Moskva şəhərində keçirilən X Rusiya – Azərbaycan regionlararası forum çərçivəsində ikitərəfli sənədlər imzalanıb. “Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycan ilə Rusiya hökumətləri arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Sazişi Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya tərəfindən imzalanıb.
Muxalifet3 - 23-11-2019
BMT iclasında Böyük Britaniya və Rusiya nümayəndələri arasında "sözlü münaqişə" baş verdi
Böyük Britaniyanın BMT-də daimi təmsilçisi Karen Pierce Qərbi terrora dəstək verməkdə günahlandıran Suriya rejimi və Rusiyanı sərt şəkildə tənqid edərək, bu “qaralama” aksiyası davam edərsə qanuni yollara əl atacaqları barədə xəbərdarlıq etdi. BMT-nin Təhlükəsizlik Şurasına noyabr ayında rəhbərlik edən Karen Pierce Suriya rejimini və Rusiyanı “dinc sakinlərə qarşı hava zərbələri, xəstəxanaları bombalama və insan hüquqlarını pozmaqda” ittiham etdi.
Muxalifet.az bu barədə "Haber 7"-ə istinadla bildirir.Muxalifet3 - 23-11-2019
Avropa Birliyi İŞİD-ə bağlı vətəndaşlarından imtina edir
Alman qadın 4 uşağı ilə birlikdə Suriyaya qaytarılacaq
Almaniya mediasının xəbərində deyilir ki, “İslam Dövləti” nin üzvü olmaqda şübhəli bilinən bir alman qadın üç övladı ilə birlikdə geri qaytarılacaq. Almaniyanın ilk dəfədir ki, belə bir addım atır.
Almaniya hakimiyyəti "İslam Dövləti"nin üzvü olduğu bir alman qadının Suriyadakı düşərgədən vətəninə qaytmasını öncə icazə verib.Muxalifet3 - 23-11-2019
Bakıda 15 yaşlı oğlan özünü asıb
Bakıda intihar hadisəsi baş verib. Muxalifet.az apa-ya istinadən bildirir ki, Suraxanı rayonu Bahar qəsəbəsinin sakini, 2004-cü il təvəllüdlü, S.N. yaşadığı ünvanda özünü asıb. Onun intihar etməzdən əvvəl məktub yazıb qoyduğu bildirilir. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.
Muxalifet - 23-11-2019
Qəzada ölən ata və oğul meşədən odun yığıb qayıdırlarmış - TƏFƏRRÜAT
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Miskinli kəndində qeydə alınıb.
Dünən axşam saatlarında meşədən odun yığaraq qayıdan “Zil-131” markalı maşın çaya aşıb.
Nəticədə Qalakənd kənd sakinləri, 1964-cü il təvəllüdlü Vəliyev Şahin İsaq oğlu və onun oğlu 1990-cı il təvəllüdlü Vəliyev Etibar Şahin oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.//oxu.azMuxalifet - 23-11-2019
ABŞ-dan ŞOK ETİRAF: Putin Saakaşviliyə deyirdi ki…
ABŞ Konqresində Trampla bağlı impiçment araşdırması çərçivəsində ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Fiona Hill dindirilib.
Hill araşdırma çərçivəsində Rusiya-Gürcüstan müharibəsindən bəhs edib.
Muxalifet - 23-11-2019
“Xamneyinin etirazçıları öldürməyə verdiyi fətva batil və haramdır” - Ayətullah Əli Sistani
İraqlı nüfuzlu şiə din xadimi, ayətullah Əli Sistani küçələrdə etirazçı insanları öldürməyi batil adlandırıb. Əli Sistani bu istiqamətdə İranın “dini lider”i Əli Xamneyinin ölkədə keçirilmiş etiraz mitinqləri zamanı təhlükəsizlik qüvvələrinə etirazçı xalqı öldürməklə bağlı verdiyi fətvanı da batil və haram adlandırıb.
Muxalifet - 23-11-2019
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?
Münəccimlər gələn ilin ən şanslı bürclərini elan edib. Gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir. Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq. Bu Bürc işarəsinin bütün nümayəndələri çox istedadlı insanlardır.
Muxalifet - 23-11-2019
Gürcüstan nömrəsi ilə avtomobil sürənlərin diqqətinə - GÖMRÜK KOMİTƏSİ QARŞISINI ALACAQ!
Dövlət Gömrük Komitəsi (DGK) xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib.
Muxalifet4 - 23-11-2019
Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır
Keçmiş deputat Rafael Cəbrayılovun tikinti biznesi ilə məşğul olan qardaşı Elşən Cəbrayılov Binəqədidə inşa etdirdiyi mənzilləri dəyər-dəyməzinə satır. Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, Elşən Cəbrayılovun niyyəti ölkədən birdəfəlik getməkdir. Hazırda onun rəhbərlik etdiyi "Dərhal” MMC İstanbulun Bəylikdüzü adlanan ərazisində hündürmərtəbəli binalar inşa edir. Məlumata görə, Elşən Cəbrayılovun ölkədən getməsi həm Rafael Cəbrayılovun borc qalmaqalı, həm də rəhbərlik etdiyi MMC-nin vergi borcu ilə bağlıdır.
Muxalifet4 - 23-11-2019