Axtarış
The search found 105839 results in 0.042 seconds.
Search results
ABŞ-da ezamiyyətdə olan Başkənd Tibb Universitetinin azərbaycanlı dosenti - FOTOLAR
Müəllim ailəsində böyüyüb, boya-başa çatıb. Atası Rəşid Bünyatov uzun illər Bakının müxtəlif orta məktəblərində tarix müəllimi işləyib. Anası Fatma xanım Bünyatova isə məşhur “İdrak məktəbi“nin təsisçisi, Konstruktiv Təlim Mərkəzinin yaradıcısıdır...
Muxalifet - 24-11-2019
Norveç səfiri Quranla bağlı qalmaqala görə Pakistan XİN-ə çağırıldı
Kristiansann şəhərində "Norveçin İslamlaşdırılmasını dayandıraq" təşkilatının üzvləri tərəfindən Quranın təhqir edilməsi hadisəsinə görə bu ölkənin İslamabaddakı səfiri Kell-Qennar Eriksen Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Pakistan xalqının və hökumətinin dərin narahatlığını ifadə etmək üçün Norveç səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb", - Pakistanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Muxalifet - 24-11-2019
Türkiyə şəhid verdi
“Sülh çeşməsi hərəkatı” çərçivəsində zirehli texnikanın vurduğu zabit Mustafa Akkaya dünyasını dəyişib.
Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, yaralı halda xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi Tvitter hesabında şəhidə rəhmət diləyərək ailəsinə başsağlığı verib, Türkiyə xalqına səbir diləyib.Muxalifet - 24-11-2019
Vəndamdakı heykəlini Facebook-da paylaşan Van Damme Azərbaycana dəvət olundu - AKTYORUN STATUSUNA YAZILAN ŞƏRHLƏR
Belçika əsilli tanınmış Hollywood aktyoru Jean-Claude Van Damme Qəbələnin Vəndam kəndində ona qoyulmuş abidənin fotosunu paylaşaraq öz minnətdarlığını bildirib. Vəndam kəndinin girişində yerləşdirilmiş abidədə Van Damme odunların üzərində şpaqat açmış şəkildə təsvir edilib. "Azərbaycanın Vəndam kəndində növbəti eyni ölçülü JCVD (Jean-Claude Van Damme) heykəli!.. Minnətdaram", aktyor Facebook-da yazıb. Bu isə xüsusə ilə Azərbaycandan olan Facebook istifadəçilərinin marağına səbəb olub. Sosial media istifadəçiləri aktyora paylaşma görə minnətdarlıqlarını bildirib, ona təriflər yağdırıblar.
Muxalifet4 - 24-11-2019
Trampın vəkili əlində Baydenə qarşı dəlillər olduğunu açıqladı
ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani keçmiş vitse-prezident Cozef Baydenin Ukraynadakı korrupsiyada iştirakını təsdiqləyən dəlillərin olduğunu söyləyib. O, bunu “Fox News”a verdiyi müsahibədə bəyan edib.
Culiani Baydenin günahkar olduğunu təsdiqləyən sübutların dörd il ərzində Vaşinqton mediası tərəfindən gizlədilib. Trampın vəkili Baydenin cinayətlərdə iştirakını təsdiq edə biləcək dörd ukraynalı şahid üçün viza almaq niyyətindədir. Onun sözlərinə görə, onların Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin də günahkar olmasına dair sübutları var.
Muxalifet4 - 24-11-2019
Övladını 8-ci mərtəbədən aşağı atan ana tutuldu
Vladivostokda yenidoğulmuş övladını qətlə yetirən ana saxlalınıb.
Rusiya mətbuatı bildirir ki, istintaq 37 yaşlı qadının övladını 8-ci mərtəbədən aşağı atdığını müəyyənləşdirib. 30 metrlik hündürlükdən düşən körpə elə yerindəcə ölüb.
Qatil ana psixoloji ekspertizadan keçiriləcək.
Bundan başqa polislərin hadisəyə münasibəti də istintaq mövzusudur. Çünki hadisə vaxtı evdə olmayan ata polisə həyat yoldaşının övladı üçün təhlükə yaratdığını bildirib. Lakin polislər məsələyə laqeyd yanaşıblar.
Muxalifet4 - 24-11-2019
Azərbaycanlı Rusiyada “07”-ni qaçırıb 30 maşını əzdi — VİDEO
Moskvada noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə azı 30 avtomobili əzib, polislə tarana gedib, nəticədə polis ona qarşı silah işlədib.
Muxalifet.az virtualaz.org-a istinadla xəbər verir ki, Moskvaya qazanc dalınca getmiş azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.
Muxalifet4 - 24-11-2019
Kürdəmirdə ağır qəza: ölənlər var
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "QAZ-2410" markalı avtomobilin sürücüsü Əhmədov Mehman Surxay oğlu idarə etdiyi nəqliyyat vasitəsini "KamAZ" markalı yük maşınına çırpıb. Nəticədə M.Əhmədov və onun sərnişini İbadov Vüqar Arif oğlu hadisə yerində ölüb. Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə yerləşdirilib.
Muxalifet4 - 24-11-2019
Bu gün rekord həcmdə qaz qəbul olunub - "AZƏRİQAZ" AÇIQLADI
Bu gün “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərin qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb. “Azəriqaz” İB-dən verilən məlumata görə, ilk dəfədir ki, noyabr ayında belə göstərici qeydə alınıb. Belə ki, bu gün Birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kub metrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kub metr, regionların payına isə 14 milyon 699 min kub metr düşüb. Ötən il noyabr ayının 23-də "Azəriqaz" İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kub metr olub.
Muxalifet4 - 24-11-2019
Məşhur mafiya lideri Ayvaz qızı ilə birlikdə tutuldu
Məşhur mafiya lideri Ayvaz Qorxmaz İstanbulda keçirilən əməliyyat zamanı saxlanılıb.
Azvision.az xəbər verir ki, uzun müddət axtarışda olan A.Qorxmaz gecə saatlarında İstanbulda yerləşdiyi villada aşkar edilib.
Xüsusi əməliyyat nəticəsində Qorxmazla yanaşı onun qızı və "sağ əli" hesab olunan şəxs ələ keçirilib. Onun gizləndiyi evdən bir ədəd sənədsiz tapança, 690 ədəd narkotik tərkibli preparat götürülüb.Muxalifet4 - 24-11-2019
Türk ordusu daha bir şəhid verdi - MUSTAFA AKKAYA "BARIŞ PINARI"NDA YARALANMIŞDI
"Barış Pınarı" əməliyyatında yaralanan zabit Mustafa Akkaya müalicə olunduğu xəstəxanada şəhid oldu.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralı halda xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyi "Twitter" hesabında şəhidə rəhmət diləyərək ailəsinə başsağlığı verib, Türkiyə xalqına səbr diləyib.
Muxalifet4 - 24-11-2019
Alimlər Yupiterin peykində böyük su buxarı aşkar ediblər
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin “Europa” təbii peykində böyük su buxarı aşkar ediblər.
Muxalifet4 - 24-11-2019
SSRİ kosmonavtları kimə güllə atırdı? - İLGİNC FAKTLAR
SSRİ kosmonavtları uçuş zamanı kimə güllə atırdı? Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hətta Yuri Qaqarinin kosmosa uçuş zamanı üzərində odlu silah olub. Məlumata görə ona Makarov tipli tapança SSRİ Baş Dizaynerlər Şurasının sədri Sergey Pavlov Korolyovun göstərişi ilə verilib. Silah planlaşdırılmamış eniş zamanı təcili vəziyyət üçün nəzərdə tutulmuşdu. Maraqlısı isə odur ki, sonradan Sovet kosmonavtları fəaliyyətləri dövründə heç olmasa bir dəfə xidməti silahlardan istifadə etmişdilər.
Muxalifet - 24-11-2019
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub. Muxalifet.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istintaq bölməsinin rəisi işləyib. /oxu.az
Muxalifet - 24-11-2019
Vəzifəli şəxsə verilməli olan gizli qutu və müəmmalı 105 min dollar: Nərimanov tanışını niyə güllələyib?
Bakıda tanışını güllələyən şəxs hakim qarşısına çıxarılıb. Prokuror həbs edilən şəxsə ağır cəza istəyib. Hadisənin ilginc səbəbləri var.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı törətdiyi əmələ görə Rafət Nərimanovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Muxalifet - 24-11-2019
BAKIDA AĞARTI ADINA HƏR CÜR ZİR-ZİBİL SATANLAR - Quru süd tozu və nişasta, üstündə salfet, oldu “camış qatığı”...
Azərbaycanın qida bazarında uzun illərdir mənşəyi və hansı şəraitdə hazırlandığı məlum olmayan ağartı məhsulları, xüsusilə də “camış qatığı”, pendir, süd, nehrə yağı satılır. Virtualaz.org araşdırıb ki, ölkədə camışçılıq təsərrüfatının sayı son bir neçə ildə dəfələrlə azalıb, fərdi təsərrüfatlar isə məhv olmaq üzrədir. Bir-iki iri təsərrüfat qalıb ki, onlar da sərfəli olmadığından məhsulu birbaşa bazara çıxarmır, yağ, qaymaq istehsal edən müəssisələrə satırlar.
Muxalifet - 24-11-2019
Erməni jurnalist Bakı haqda - "ERMƏNİLƏRƏ NEQATİV MÜNASİBƏT YOXDUR"
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri misli görünməmiş bir şeydir. Virtualaz.org bildirir ki, bunu bu yaxınlarda Azərbaycana səfər edən erməni jurnalisti, "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. "Belə bir görüş iki ölkə liderlərinin razılığı, təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə, ilk dəfə keçirildi ..." deyən Yerkanyan qeyd edib ki, erməni jurnalistlərin sıravi azərbaycanlılarla birbaşa ünsiyyət qurmaq üçün bir sıra imkanları olub.
Muxalifet4 - 24-11-2019
Roma Papası Naqasakidən dünyanı sülhə və nüvə silahının ləğvinə çağırdı - FOTO
Noyabrın 24-də 1945-ci il avqustun 9-da atom bombardmanına məruz qalmış Naqasaki şəhərində çıxış edən Roma Papası Fransisk beynəlxalq ictimaiyyəti nüvə silahının ləğvinə çağırıb.
Noyabrın 23-də axşama saatlarında Tokionun “Haneda” aeroportuna çatan Roma Papasını Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso və digər rəsmi şəxslər qarşılayıblar. Xatırladaq ki, bu, Roma Papasının 38 ildən sonra Gündoğar ölkəyə ilk səfəridir.
Muxalifet4 - 24-11-2019
SON DƏQİQƏ: Dəhşətli yanğında 19 nəfər öldü
Konqo Demokratik Respublikasında dəhşətli hadisə baş verib.
Publika.az xəbər verir ki, təyyarənin Homa şəhərində qəzaya uğraması nəticəsində 19 nəfər ölüb. Onlardan on yeddisi sərnişin, ikisi isə ekipaj üzvü olub.
Məlumata görə təyyarə havaya qalxandan 3 dəqiqə sonra evlərdən birinin üzərinə düşərək yanmağa başlayıb. Yanğın artıq söndürülüb.
Hadisə nəticəsində yerli sakinlərin ölüb-ölmədiyi hələ ki, bilinmir.Muxalifet - 24-11-2019
İranda etiraz aksiyalarında 900-dən çox bank şöbəsi yandırılıb
İranda benzinin qiymətinin artması ilə bağlı keçirilən etiraz aksiyalarında 900-dən çox bank şöbəsi və 3 mindən çox ATM dağıdılıb. Məlumatı “Həmşəhri onlayn” yayıb. Məlumata görə, İsfahanda 36, Xürrəmabadda 40 bank şöbəsi yandırılıb. Ən çox dağıntıya məruz qalan bank şöbələri paytaxt Tehrandadır. Məşhəd şəhərində isə heç bir bank şöbəsi və ATM dağıdılmayıb. İran Mərkəzi Bankının məlumatına görə, ölkədə ümumilikdə 21 min 319 bank şöbəsi fəaliyyət göstərir.
Muxalifet4 - 24-11-2019