Axtarış
The search found 105839 results in 0.036 seconds.
Search results
“Yeni Müsavat”ın əməkdaşı Şuşaya getdi, evinə baxdı - “Gözlərimdən yaş axırdı, qəzəb məni boğurdu: “Sizin hamınızın...”
Xankəndi ilə Şuşanı birləşdirən “Ağa körpüsü”nü keçəndə-“Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb “ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı.
Muxalifet - 25-11-2019
Azərbaycanda daha bir universitet tələbəsi ZƏHƏRLƏNDİ
Şəkidə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dərmandan zəhərlənib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, noyabrın 24-dən 25-ə keçən gecə Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Aytac Zülfüqar qızı Əhmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 19 yaşlı A.Əhmədovanın dərmandan zəhərlənməsi məlum olub. A.Əhmədovya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib. Qeyd edək ki, A.Əhmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının 3-cü kurs tələbəsidir.
Muxalifet - 25-11-2019
Trampdan ermənilərə qarşı DAHA BİR ZƏRBƏ: Ərdoğanın Ağ Evdə olduğu an...
1915-ci il hadisələrini erməni soyqırımı kimi tanıyan qətnamənin ABŞ Senatında səsverməyə çıxarılmamasını Ağ Ev istəyib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia “Axios” xəbər saytında dərc olunub.Muxalifet - 25-11-2019
Ukrayna Rusiyanı ona yönəlmiş kiberhücumlarda ittiham etdi
Ukrayna hər gün Rusiyadan gələn kiberhücumlarla qarşı-qarşıyadır. Bu barədə müdafiə nazirliyinin mətbuat xidmətindən Andrey Zaqorodnyuk bildirib.
Muxalifet3 - 25-11-2019
"Sədərək"in girişində maşınlar suyun altında qaldı - FOTO
Son günlər yağan yağışlardan sonra vətəndaşlar xeyli çətinliklə qarşılaşıb, sürücülərin işi xeyli çətinləşib. Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, "Sədərək" yarmarkasının giriş hissəsində də eyni problemlər yaşanıb. Fotolardan göründüyü kimi, bir neçə maşın suya qərq olub, "Leksus" markalı bir cip isə, demək olar, tamamilə batıb.
Muxalifet - 25-11-2019
Bakını gölə çevirən YAĞIŞ - VİDEO
Son günlər Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, aramsız yağış paytaxtın bəzi ərazilərində yaşayış evlərinə və həyətyanı sahələrə, avtomobil yollarına, metro, piyada keçidlərinə suyun dolması nəticələnib.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet - 25-11-2019
İcra başçısının qəbulunda döşəmə uçdu - İDDİA
Görüş üçün idarə binasına dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub... Gədəbəydə icra başçısı İbrahim Mustafayevin təşkil etdiyi tədbirin keçiriləcəyi binanın döşəməsi uçub, yaralılar var. Məlumata görə, hadisə rayonun Alnabat kəndində baş verib. Başçı ilə görüş üçün idarə binasına dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub, qəbula gələnlər döşəmənin altına tökülüblər. Olay zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alanlarla yanaşı əli-ayağı sınanların olduğu da bildirilir. Döşəmə uçan zaman binada 50 nəfər şəxsin olduğu haqda da xəbərlər var.
Muxalifet - 25-11-2019
Keçmiş işçisi AFFA-nın sirlərini açdı - “Dərman biznes”ni ifşa etdi
Azərbaycan millisinin sabiq həkimi Naib Abdulla maraqlı açıqlamalar verib.
Muxalifet.az xəbər verir ki, o, AFFA-da çalışdığı dönəmdə olan yeyintilərdən, özünə qarşı olan haqsızlıqlardan, futbolumuzdakı çirkinliklərdən danışıb.
Sabiq həkimin yazısını olduğu kimi sizə təqdim edirik:
Muxalifet - 25-11-2019
Nazir polislərdən arıqlamağı tələb etdi - “Heç kim 100 kiloqramı keçməsin...”
Türkmənistan daxili işlər nazirliyinin əməkdaşları hazırda attestasiyadan keçirlər. Qarşıya qoyulan tələblərdən biri əməkdaşların çəkisinin azaldılması ilə bağlıdır.
Verilən məlumata görə, hüquq-mühafizə əməkdaşlarından tələb olunan odur ki, çəkiləri 100 kiloqramı keçməsin.
Muxalifet - 25-11-2019
SON DƏQİQƏ: Füzulinin Böyük Bəhmənli kəndi yaxınlığında ATIŞMA - Sərhədçilər bir narkokuryeri öldürdü, digəri...
Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Muxalifet - 25-11-2019
Mirşahin Ata Abdullayevi müdafiə etdi
Jurnalist Mirşahin Ağayev müəllifi olduğu verilişdə bloger Ata Abdullayevin Ermənistanın baş naziri Paşinyanla dialoqundan söz açıb.
“Yeni Sabah” Real TV-yə istinadən həmin hissələri təqdim edir:
"Əcaib bir trenddən danışacam Sizə. Deməli, Azərbaycan dövlətinin üzərinə gedən, onun ən yüksək, ən ali şəxslərini təhqir etməkdən çəkinməyən internet səfilləri var da. Xaricdə, klaviatura arxasında oturublar. Bir təhqir maşını kimi işləyirlər. İndi sizə nədən danışım.
Muxalifet - 25-11-2019
Saleh Məmmədov sürüşmədən DANIŞDI: "Bu, bir günün işi deyil"
Xəbər verdiyimiz kimi, Bakının Bibiheybət yolunda sürüşmə hadisəsi baş verib və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Sürüşmə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov Unikal.org-a eksküluziv açıqlamasında bildirib ki, sürüşmə ilə bağlı araşdırma aparılır:
Muxalifet - 25-11-2019
Azərbaycanda aptek müdiri saxlanıldı
Mingəçevir Şəhər Polis Şöbəsinə şəhərdə fəaliyyət göstərən apteklərdən birində güclü təsiredici xüsusiyyətlərə malik dərmanların qanunsuz şəkildə satılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dərman preparatlarını qanunsuz olaraq satdığı üçün aptekin müdiri Eldəniz Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 25-11-2019
Bakıda daha bir narkoşəbəkənin üzvləri həbs edilib – aralarında qadın da var
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha bir narkoşəbəkənin üzvləri həbs ediliblər. Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı əvvəlcə qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Muxalifet - 25-11-2019
"Qayınanası mənə dedi ki..." - 20 yaşlı qızın dəhşətli qətlində QANDONDURAN TƏFƏRRÜATLAR
Abşeronda 20 yaşlı qızın qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilməsi günün müzakirə mövzusuna çevrilib. Hadisə ilə bağlı Publika.az-a danışan Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə bildirib ki, öldürlən Aytənin cənazəsi hazırda morqdadır, qardaşı isə həbs olunub: “Bir neçə il öncə Aytənin anası və bacısı Yasamalda doqquzuncu mərtəbədən özlərini ataraq intihar etmişdilər. Bu hadisədən sonra Aytənin atası onları ölüm həddinə çatdırmada ittiham olunaraq 4 il həbs cəzası almışdı. Çünki o evdə ata tərəfindən şiddət var idi.
Muxalifet - 25-11-2019
Bu da Pərvin Abıyevanın "paqonlu" sevgilisi - Oğlanın ad günündən GÖRÜNTÜLƏR
Pərvin Abıyeva sevgilisinin doğum günündə mahnı ifa edib. Publika.az xəbər verir ki, dünən kino ulduzunun sevgilisinin doğum günü münasibəti ilə ziyafət təşkil olunub. Məclisdə aktrisa sevgilisinin şərəfinə müğənni Elnarə Xəlilovanın "Məhəbbət payı" nəğməsini ifa edib. Daha sonra isə ulduz sevgilisi üçün məclisə rəqqasə dəvət edib. Sözügedən görüntüləri Pərvin Abıyevanın yaxın rəfiqəsi instaqramda paylaşıb. Qeyd edək ki, bu yaxınlarda şəxsi həyatı haqqında müsahibə verən aktrisa sevgilisinin heç bir vəzifəli şəxsin oğlu olmadığını söyləyib.
Muxalifet - 25-11-2019
“GÖMRÜYÜN YARATDIĞI RƏZALƏT...” - Gürcü maşınlarına qoyulan qadağaya ETİRAZLAR ARTIR
“Gömrük Komitəsi növbəti dəfə məntiqsiz, öz fəaliyyətlərinin nədən ibarət olduğunu hələ də anlamadığını və ya anlamaq istəmədiyini sübut edən açıqlama yayıb”. “Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O deyib ki, komitə amıqlama yayaraq ölkəyə xarici nömrə ilə maşınların daxil olub 90 gün qalma icazəsindən sui-istifadə edənlər var və buna görə də bu məsələyə nəzarəti gücləndirəcəyini bildirib: “Azərbaycan müstəqillik qazanandan sonra iş adamlarına, vətəndaşlara dağ çəkmək üzrə lider olan qurum həmişə Gömrük Komitəsi olub.
Muxalifet - 25-11-2019
Gürcüstan nömrəli avtomobillərə qoyulan qadağa QANUNSUZDUR – Nazirlər Kabinetinin bu haqda QƏRARI YOXDUR!
Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı yaranan problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülməkdə ittiham olunur.
Muxalifet4 - 25-11-2019
"Bibiheybətdə təmir-bərpa işləri bir neçə ay davam edəcək" - Anar Nəcəfli
"İki gün bundan öncə bu ərazidə çatlar əmələ gəlmişdi. Bizim əməkdaşlar tərəfindən əraziyə baxış keçirildi və nəzarət altında saxlanıldı. Ötən gün axşam saatlarından etibarən ərazidə çatların böyüməsi müşahidə edildi və aidiyyəti üzrə məlumat verildi, dərhal ərazidə hərəkətin dayandırılması qərara alındı. Axşam 7-8 radələrində sözügedən ərazidə avtomobillərin hərəkəti tam məhdurlaşdırıldı. Səhərə yaxın, saat 5-6 radələrində bu ərazilərdə çökmə hadisəsi baş verdi".
Muxalifet - 25-11-2019
ABŞ sosial media şəbəkələrini İran liderlərinin hesablarını bağlamağa çağırır
Birləşmiş Ştatlar sosial media nəhəngləri olan Facebook, Instagram və Twitter-i İran hökumət liderləri ilə əlaqədar hesabları ölkədə internet tam bərpa olunana qədər bağlamağa çağırıb. “Bu, olduqca riyakar bir rejimdir. İnterneti bağlayır, hökumət isə bütün sosial media hesablarından istifadə etməyə davam edir” - deyə, ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk (Brian Hook) Dövlət Departmentinin Twitter səhifəsində yerləşdirilmiş müsahibədə bildirib.
Muxalifet3 - 25-11-2019