Axtarış
The search found 105839 results in 0.032 seconds.
Search results
Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunan Rüfət Məmmədov kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib. Muxalifet.az Yeniavaz.com-a istinadən xəbər verir ki, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə magistr təhsili alıb.
Muxalifet - 25-11-2019
Şadlıq evində İzzət Bağırova hücum - Manaf Ağayev işə qarışdı və... -VİDEO
Xəbər verdiyimiz kimi, bir müddət öncə şadlıq evlərindən birində keçirilən ad günü mərasimində müğənni İzzət Bağırova görə dava baş vermişdi.
Redaktor.az xəbər verir ki, sonradan İ.Bağırova hücum çəkən məclisdəki bir qrup qonaq və ev sahibi Novruz Aslanlı müğənni ilə görüşüblər. Görüşdə tərəflər biri-birini dinləyib və ədavətə son qoymağa qərar verilib. İ.Bağırov da sözügedən şəxslərdən şikayətçi olmayacağını söyləyib. Hər iki tərəf mübahisənin anlaşmazlıqdan baş verdiyini bildirib və barışıq əldə olunub.Muxalifet - 25-11-2019
Tbilisidə parlament binası yaxınlığında aksiya keçirilib
Tbilisidə müxalif partiyaların nümayəndələri parlament binası yaxınlığında yürüş keçiriblər.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Tbilisidə Birinci Respublika meydanına toplaşan Vahid Milli Hərəkat, Avropalı Gürcüstan partiyalarının liderləri və tərəfdarları, eləcə də müstəqil millət vəkilləri parlamentə doğru yürüş ediblər.
Etirazçılar parlament binasını yenidən mühasirəyə alacaqlarını və parlamentin sabahkı plenar iclasa millət vəkillərini buraxmayacaqlarını bildiriblər.
Muxalifet - 25-11-2019
SON DƏQİQƏ: Tbilisidə kütləvi etiraz aksiyası BAŞLADI - FOTOLAR
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya başlayıb.
Muxalifet.az "24News.ge"saytına istinadla xəbər verir ki, hazırda müxalifət liderləri bir qrup aksiya iştirakçısı ilə birgə Birinci Respublika Meydanından parlamentə qədər yürüş edir.Muxalifet3 - 25-11-2019
Abel Məhərrəmov orden almasından danışdı: "Mükafatı gözləməzlər"
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmasından danışıb. A.Məhərrəmov Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Mükafatı gözləməzlər. Amma çox sağ olsun ki, cənab Prezidentə bizə bu qiyməti verir. Allah ondan razı olsun ki, bizi yaddan çıxartmayıb. Bu, bizə qarşı böyük diqqət və hörmətdir".
Muxalifet - 25-11-2019
Mamuka Mdinaradze: "Parlamentin bloklanmasına icazə verilməyəcək"
"Sabah parlament iclası digər hallarda olduğu kimi keçiriləcəkdir. Dövlət binasını bloklamağa və Gürcüstan Parlamentinin işinə mane olmağa imkan verilməyəcək".
Muxalifet.az-ın verdiyi xəbərə göre, bu sözləri parlament çoxluğunun lideri müxalifətin qanunverici orqanda planlaşdırılan piket aksiyası ilə əlaqədar deyib.Muxalifet3 - 25-11-2019
"Barbi"yə oxşamaq üçün cinsiyyətini dəyişdi
170-dən çox plastik əməliyyat keçirən amerikalı Rodriqo Alves cinsiyyətini dəyişib.
Publika.az xəbər verir ki, o, bunu "Barbi"yə oxşamaq üçün edib. Alves əməliyyatdan sonrakı fotoları sosial şəbəkədə paylaşıb. Rodriqonun yeni görünüşü izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.Muxalifet - 25-11-2019
Qurban Qurbanov reytinqdə Dieqo Maradonanı QABAQLADI
Baş məşqçilərin dünya reytinqi açıqlanıb.
Unikal.org xəbər verir ki, planetin 1000 ən yaxşı mütəxəssisi sırasında yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb.
Bu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 1017 xala malik mütəxəssis dünyada 586-cıdır. O, ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.
Həmyerlimizin qabaqladığı məşhurlar arasında əfsanəvi argentinalı Dieqo Maradona da var. “Ximnasiya Esqrima”nın çalışdırıcısı 996 xalla 591-cidir.
Muxalifet - 25-11-2019
"Tehranın “qırmızı xəttlərini” keçərsə, ABŞ və müttəfiqlərini məhv edəcəyik" - Hüseyni Salami
İran, Tehranın “qırmızı xəttlərini” keçərsə ABŞ və müttəfiqlərini məhv edəcək. Ölkənin elit silahlı qüvvələri sayılan İnqilab Keşikçiləri Korpusunun rəhbəri, hökumət əleyhinə mitinqlər barədə çıxışında yanacaq qiymətinin artması ilə əlaqədar ötən həftə baş vermiş şiddətli etirazları pisləyib. Muxalifet.az bu barədə "Aljazeera"ya istinadla bildirir. Bu gün paytaxtda minlərlə nümayişçiyə müraciət edən general Hüseyni Salami ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanını İranın təhlükəsizlik qüvvələrinin çox sayda üzvlərinin öldürüldüyü iğtişaşları yaratmaqda günahlandırdı.
Muxalifet3 - 25-11-2019
“İsrail İranın kütləvi hücumuna hazır olmalıdır!..” - Yəhudi general
“Hər an İsrailə minlərlə raket düşə bilər və hərbi qüvvələrin çox sayda hava hücumundan müdafiə sisteminə sahib olmasına baxmayaraq, ölkənin bütün ərazisini müdafiə edə bilməz. İsrail hakimiyyəti İran və onun nəzarətində olan yaraqlıların geniş hücumuna hazır olmalıdır”.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu fikri Hava Hücumundan müdafiə qüvvələrinin keçmiş komandiri, briqada generalı Zvika Haymoviç "The Jerusalem Post" a verdiyi müsahibəsində söyləyib.Muxalifet - 25-11-2019
Xalq artistinin gizlətməyə çalışdığı yaşı ilk dəfə AÇIQLANDI: TƏƏCCÜBLƏNDİRDİ - FOTO
Bu il 50 illik yubileyini qeyd edəcəyik.
Milli.Az xəbər verir ki, bu açıqlamanı Xalq artisti Gülyanaq Məmmədova "Şou ATV"nin efirində bacısı Gülyaz barədə danışarkən deyib.
Hər zaman efirlərdə yaşını gizlədən Gülyaz Məmmədova bacısının bu açıqlamasından məmnun görünməyib.
Aparıcı Nanə Ağamalıyeva xalq artistinin yaşını eşidərkən "Amma deməzsən, heç. Yəni, sizin 50 yaşınız olacaq? Maşallah!" ifadələri ilə reaksiya verib.Muxalifet - 25-11-2019
Türkiyə bu ölkələrdə əməliyyatları davam etdirir
Suriyada aparılan “Barış bulağı” antiterror əməliyyatı nəticəsində bu günə qədər 2 mindən çox mina və bomba zərərsizləşdirilib.
Virtualaz.org türk bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Tel-Abyadda terrorçulardan aviasiya əleyhinə 11 qurğu götürülüb. Rəsul-Aynda isə PKK/YPG terror təşkilatlarına məxsus silah təmiri sexindən 683 raket gilizi və 93 ədəd bomba üçün nəzərdə tutulan qab ələ keçirilib. İraqın şimalında həyata keçirilən “Pəncə-1” və “Pəncə-2” antiterror əməliyyatlarında 90 terrorçu məhv edilib.Muxalifet - 25-11-2019
Abu-Dabidə Fars Körfəzinə nəzarət etmək üçün Baş Ştab yaradıldı
Fransa Müdafiə naziri Florensiya Parley, Fars körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək üçün Avropa missiyasının qərargahının, Abu Dabidə (BƏƏ) yaradılacağını söylədi.
O əlavə edib ki, Avropa missiyası bölgədə təhlükəsizliyi təmin etmək üçün ABŞ tərəfindən yaradılmış daha bir koalisiya ilə yaxından əlaqələndiriləcəkdir.Muxalifet3 - 25-11-2019
İranda etirazçılar belə güllələnib - "Amnesty International" ŞOK VİDEO PAYLAŞDI
İranda baş qaldıran xalq etirazlarının ardından hakimiyyətin bütünlüklə blokladığı internet bir həftə sonra müxtəlif vilayətlərdə tədricən bərpa edilməyə başlayıb. Lakin siyasi fəallar internet bağlantısının etirazlardan əvvəlki vəziyyətə dönəcəyinə şübhə ilə yanaşırlar. Artan benzin qiymətinə qarşı noyabrın 16-da baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalarda, beynəlxalq insan haqları qruplarına istinadən, minlərlə etirazçı saxlanılıb, yüzdən artıq vətəndaş isə həlak olub.
Muxalifet4 - 25-11-2019
“Donald Trampı məğlub etmək və Amerikanı yenidən qurmaq üçün prezidentliyə namizədliyimi irəli sürürəm” - Maykl Blumberq
Maykl Blumberq Birləşmiş Ştatlarda prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Muxalifet3 - 25-11-2019
Livanda hökumət əleyhinə etirazçılara hücum edilib
Bazar ertəri Hizbulla və Amal hərəkatlarının tərəfdarları Beyrutda hökumətə qarşı nümayişlərdə iştirak edən etirazçılara hücum edib. Araya girən Livan ordusu gərginliyi azaltmağa çalışıb.
Yerli televiziya ilə bazar günü gecə yarısından bir az əvvəl piyada və skuterlərdəki insanların etirazçıların bağladıqları əsas küçəyə doğru irəlilədikləri nümayş etdirilib.
Etirazçılara hücum etməzdən əvvəl həmin insanlar Hizbulla və Amal şiə təşkilatlarını dəstəkləyən şüarlar səsləndirmişlər.Muxalifet3 - 25-11-2019
SON DƏQİQƏ! Tiflisdə vəziyyət gərginləşib - Etirazçılar parlamentin binasını bloklamağa başlayıblar
Tiflisdə etirazçılar parlamentin binasını bloklamağa başlayıblar.
Muxalifet3 - 25-11-2019
Polis zabiti 17 yaşlı oğlanı maşınla vurdu
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində olub.
Rayonun Düz Qırıqlı kənd sakini, 1997-ci il təvəllüdlü Həsənov Saleh Ələddin oğlu idarə etdiyi "KİA" markalı 99AV917 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2002-ci il təvəllüdlü Ələkbərov Süleyman Çingiz oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən S.Həsənov Tovuz rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantıdır.
Muxalifet4 - 26-11-2019
Astarada ev yandı
Astaranın Ovala kəndində yanğın hadisəsi baş verib.
Kənd sakini Bəylər Məcidova məxsus evdə yanğın baş verib. Əsasən taxta konstruksiyadan ibarət olan üç otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibəsi və üç uşağı evdə olub. Xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 26-11-2019
Fədayə Laçının Tacirlə gözlənilməz dueti — “Səni deyirlər” / VİDEO
Bu yaxınlarda azadlığa çıxan Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə yenidən bir araya gəlib.
Duet ortaqları ötən ilin məşhur “Səni deyirlər” mahnısını ifa edib.
Tacir Fədayənin həbsxana həyatından sonra yenidən bir araya gəlməyəcəklərini istəyənlərə cavab da verib:
“Kim nə deyir, kim nə yazir, kim nə pozur fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda Nömrə 1 duet ortağı olmuşuq və dünənki məclisimizdə gözəl bir duetimiz alındı”.
Muxalifet4 - 26-11-2019