Axtarış
The search found 105839 results in 0.109 seconds.
Search results
Odlar Yurdu Universitetinin müəllimi borca görə həbs olunub
Odlar Yurdu Universitetinin gənc müəllimi Leyla Əliyeva borca görə həbs olunub. “Qafqazinfo”ya müraciət edən L.Əliyevanın anası Nüşabə Məmmədova deyib ki, qızı etdiyi səhvin ucbatından indi dəmir barmaqlıqlar arxasındadır. Belə ki, Füzuli rayonundan məcburi köçkün olan L.Əliyeva bir neçə il əvvəl ailəsindən boşanıb və 4-5 min manat borcu olub: “Bu borcu ödəmək üçün tanış mağazadan qızıl götürüb lombarda qoyub, orada da qızılı yarı qiymətinə alıblar. Pulu borcunun bir hissəsinə verib, sonra isə lombarda pulu ödəyə bilmədiyi üçün mağazaya borclanıb.
Muxalifet - 26-11-2019
SON DƏQİQƏ: 2 helikopter TOQQUŞDU - 13 əsgər öldü
Malidə iki helikopter bir-birilə toqquşub.
Publika.az xəbər verir ki, hadisə nəticəsində 13 Fransa əsgəri ölüb.
Fransa Prezident Administrasiyasından verilən açıqlamaya görə, helikopterlər Afrikada Mali ordusu ilə birgə aparılan əməliyyatlarda iştirak edib.Muxalifet - 26-11-2019
Dövlət bankları İmamoğluna borc vermir - Ərdoğan rəqibinə əl uzadacaqmı?
Prezident Rəcəb Tayyib Ərdoğanın partiyası ölkənin ən böyük şəhərinə nəzarəti itirdiyinə görə Türkiyənin dondurulmuş infrastruktur layihələri üçün pul tapmaq çətinləşib və bələdiyyə başçısı xarici banklara üz tutmağa məcbur olub. 16 milyon əhalisi olan şəhər metro və digər layihələrini bitirmək üçün 20 milyard lirəyə (3.48 milyard dollar) ehtiyac duyur, ancaq dövlət mülkiyyətində olan banklar İstanbula və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzarətində olan digər bələdiyyələrə hətta qısa müddətli kredit verməni dayandırıb.
Muxalifet - 26-11-2019
İlham Əliyev BDU-nun yubiley mərasimində - FOTO / YENİLƏNİR
Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış etdilər.
Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.Muxalifet - 26-11-2019
"Qadın bilmir ki, ona alt paltarı lazımdır?"
Mən niyə avropalı olmalıyam ki? Bəyəm, Allaham ki, yeni xalq yaradım?
Milli.Az bildirir ki, bu sözləri İctimai televiziyasında yayımlanan "3D" verilişinə qonaq olan Xalq artisti Əbdül Mahmudov söyləyib.
Rejissor televiziyaların fəaliyyətindən, küçədəki reklamlardan şikayətlənib. O bildirib ki, bütün kanallardakı şou proqramlara konkret olaraq nəzarət edilməlidir.
"O gün küçəynən gedirdim. İndiki Azərbaycan prospekti... Orda qoyulan iri lövhədə qadınların alt paltarları reklam olunur.Muxalifet - 26-11-2019
“Araz” marketlərdə satılan daha bir saxta məhsul - VİDEO
“Araz” marketlər şəbəkəsində satışda olan daha bir qida məhsulu ilə bağlı narazılıq yaranıb. Bu narazılığa səbəb məhsulun istehsal müddəti ilə bağlıdır.
Muxalifet - 26-11-2019
Əfqanıstana qoşun yeridilməsinə qarşı çıxan marşal – Oqarkovun enişli-yoxuşlu karyerası
Onun marşal rütbəsi almasının əsas təşəbbüskarı Nikolay Podqornı olub. Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlədiyi sonuncu il, 1977-ci ildə Nikolay Oqarkova bu ali rütbənin verilməsini Leonid İliç Brejnevlə çox çətinliklə razılaşdırıb. Sonralar Brejnev Oqarkovun ölkənin ordu quruculuğundakı fəaliyyətini yüksək qiymətləndirsə də, baş katiblə marşalın arasında fikir ayrılıqları da olub.
Muxalifet - 26-11-2019
Bakıda DƏHŞƏT: 2 qadın maşının altında qalıb öldü
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
Muxalifet.az xəbər verir ki, noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Muxalifet - 26-11-2019
Azərbaycanda 7 yaşlı qız məktəbdə öldü
Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.Muxalifet - 26-11-2019
SENSASİYA: 17 min erməni "yoxa çıxdı" - İşğalçı ölkənin mövcudluğu sual altında
2019-cu ilin yanvar-sentyabr aylarında 285 min əcnəbiyə Rusiya vətəndaşlığı verilib. Onlardan 17 mini Ermənistan vətəndaşıdır.
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiya vətəndaşlığı alanlar arasında ukraynalılar ilk pillədə qərarlaşıb (146) min. Qazaxıstan ikinci (35 min), Tacikistan üçüncü (30 min), Ermənistan isə dördüncü (17 min) yerdədir.
Muxalifet - 26-11-2019
İranda nazir istefa verdi
İranın Kənd Təsərrüfatı naziri Mahmud Hüccəti istefa verib.
“Röyters” xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə bildirib.
Məlumata görə, Hüccəti noyabrın 26-da parlamentdə 38 deputat qarşısında ölkənin kənd təsərrüfatındakı ağır vəziyyətin səbəbləri barədə hesabat verməli idi. Lakin o, Prezident Administrasiyasına gedərək dövlət başçısı Həsən Ruhaniyə istefa ərizəsini təqdim edib. Ruhani də nazirin istefasını qəbul edib.Muxalifet - 26-11-2019
Ekspertdən MARAQLI TƏKLİF: "ABŞ-da olduğu kimi Azərbaycanda da..."
“Bu gün Bakıda E-kommersiya Forumu keçirilir. Belə tədbirin keçirilməsi müsbət hal olsa da, hələ ki elektron ticarətin ümumi ticarətdə payı 1 faizə belə çatmır. Bu isə ondan xəbər verir ki, bu sahədə daha sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD), iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.Muxalifet - 26-11-2019
“ƏLİ İNSANOVUN BİR ATIMLIQ BARITI VAR...” – “Hər şey hakimiyyətin mövqeyindən asılı olacaq”
Siyasi ekspertlərin keçmiş nazirin partiyasından gözləntiləri Keçmiş səhiyyə naziri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sabiq sədr müavini Əli İnsanov Haqq Ədalət Partiyası yaratdığını elan edib. Siyasi ekspertlərin 73 yaşı keçmiş nazirin bu addımından gözləntiləri nədən ibarətdir?
Muxalifet - 26-11-2019
"Məmurun nəvəsinin nişanında arvadlar üstümə şığıdı"
"İllər öncə Vaqif Gərayzadənin ansamblıdır, zamanında "bərk gedən" şadlıq sarayının birində. Məni də dəvət ediblər. Vaqif müəllimin özü də orada idi. Toy sahibləri dedilər ki, ancaq bəstəkar mahnıları olacaq. Ay Allah, nə sevinirik indi".
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bunu müğənni Nazənin "Hər şey daxil"in efirində insanların musiqi zövqündən danışarkən deyib.
Müğənni sözügedən olayın tanınmış bir məmurun nəvəsinin nişan mərasimində baş verdiyini sözlərinə əlavə edib:Muxalifet - 26-11-2019
“Rusiya Mehriban Əliyevanın hakimiyyətə gətirilməsinə razılıq verib" - ADP SƏDRİ
"Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi gələn il baş tuta bilər"
"Əli İnsanov YAP-dan uzaqlaşdırılacaq Qərbi Azərbaycan və Naxçıvan mənşəli qüvvələri qarşılamaq üçün plastarm hazırlayır"
Muxalifet4 - 26-11-2019
“Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar; Mən də istefa verəcəm” – Tağı Əhmədovla MÜSAHİBƏ
Bizi qapıda qarşıladı, belə alicənablığa görə təzəcə minnətdarlıq hissi duyurdum ki, saqqallı adamlardan zəhləsi getdiyini, onlarla görüşmədiyini, söhbət etmədiyini, hətta şəkil də çəkdirmədiyini düz üzümə dedi. Əzəmətli, qaşqabaqlı, gözünün ucuyla baxan bu adamın dediklərinin zarafat olub–olmadığını aydınlaşdırmaq çətin idi.
Düzü, heç bunu aydınlaşdırmağa ehtiyac da yoxdur. Qarşımdakı jurnalistlərə qarşı həmişə kobud rəftarı və ifadələri ilə yadda qalmış Tağı Əhmədovdur axı.
Muxalifet - 26-11-2019
Hafiz Hacıyev Əli İnsanovla əməkdaşlıq edəcək? - Partiya sədrindən AÇIQLAMA
“Azərbaycan demokratik cəmiyyətdir. Hərə bir partiya yaradır. Əli İnsanovun partiya yaratmasını da normal qarşılamaq lazımdır”.
Muxalifet.az xəbər verir ki, bu sözləri modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.Muxalifet - 26-11-2019
“Ölkədə “canavar mühiti” yaradılıb, vəziyyət acınacaqlıdır” - ƏVƏZ ZEYNALLI
“Azərbaycanda müstəqil medianın əhatə dairəsi genişləndirilməlidir. Sözə, tənqidi fikrə önəm verən bir mühit yaradılmasa, ölkədəki acınacaqlı vəziyyət davam edəcək” Son vaxtlar Azərbaycanda televiziyaların, mətbuatın, eləcə də social şəbəkələrin fəaliyyəti ilə bağlı ciddi iradlar var. Hətta televiziyalara rəhbərlik edən şəxslərin özləri də etiraf edirlər ki, bir sıra verilişlər, seriallar əxlaqsızlığı təbliğ edir. Maraqlıdır ki, milli-mənəvi dəyərlərin aşınmaya məruz qalması nə ilə bağlıdır?
Muxalifet4 - 26-11-2019
Paşinyandan çarəsiz AÇIQLAMA: “30 ildir ki, sərhədlərimiz Türkiyə tərəfindən bağlıdır”
Ermənistan heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır. Muxalifet.az “Armenpres”- ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Ankara ilə diplomatik münasibətlər barədə sualı cavablandırarkən söyləyib.
Muxalifet - 26-11-2019
Bu qurumda işləyənlərin maaşı artdı - RƏSMİ
“Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb. Bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir: 1. “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin. 2.
Muxalifet - 26-11-2019