Axtarış

The search found 105839 results in 0.029 seconds.

Search results

  1. SON DƏQİQƏ: Oqtay Şirəliyev bu Mərkəzin direktorunu İŞDƏN ÇIXARDI

    Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru işdən çıxarılıb.
    Məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə, Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin direktoru Əkbər Ağayev vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
    Nazirin digər əmri ilə həmin vəzifəyə Tural Rzayev təyin edilib. T.Rzayev bu təyinata qədər 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri işləyib.
    Xəbəri Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzindən Unikal.org-a təsdiqləyiblər.

    Muxalifet - 27-11-2019

  2. Azərbaycanda 19 yaşlı tələbə qız oğurlandı

    Şəki şəhərində tələbə qız oğurlanıb.

    Trend-in məlumatına görə, hadisə Şəki Tibb Kollecində baş verib.

    Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

    Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 27-11-2019

  3. Avtomobillərin gömrük rüsumları azaldılmalıdır - Gürcüstanda 23 min, Azərbaycanda 35 min dollara - VİDEO

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35457 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri idxal olunub. Bunlarında 32 mini minik avtomobilləridir. Bu rəqəm illik təlabata yaxın olsa da, idxal edilən minik avtomobillərinin əksəriyyəti ikinci maşınlardır.

    Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

    Muxalifet - 27-11-2019

  4. Paşinyan Ramil Səfərovdan danışdı - Unudulmayan göz dağı

    Ermənistanın baş naziri, son vaxtlar dəmir alveri ilə gündəmə gələn Nikol Paşinyan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində Azərbaycan ordusunun zabiti Ramil Səfərovdan bəhs edib.

    Muxalifet - 27-11-2019

  5. ​SON DƏQİQƏ: Dəhşətli zəlzələ 23 nəfərin həyatına son qoydu, 659 yaralı var​

    Albaniyada ötən gün gecə saatlarında baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkənlərin sayı artıb.
    Muxalifet.az xəbər verir ki, zəlzələdən sonra yaranan dağıntılar 23 nəfərin ölümünə, 659 nəfərin xəsarət almasına səbəb olub.

    Muxalifet - 27-11-2019

  6. ABŞ KORRUPSİYAYA QARŞI "DÖYÜŞÜ" UDUZUR – Tramp Amerikanın səylərini heçə endirib

    Son iki həftə ərzində Konqresə ifadə verən diplomatlar Donald Trampın impicmenti prosesinin fundamental əlamətlərini qeyd ediblər: bu, Şərqi Avropada Amerikanın korrupsiyaya qarşı mübarizəsindən başlayıb. Əvvəlcə Dövlət Departamentinin məmuru Corc Kent izah edib ki, Ukraynadakı inqilabdan sonra (2004) Amerika Birləşmiş Ştatları (ABŞ) korrupsiyaya Rusiya təsirinin mühüm instrumenti kimi baxmağa başlayıb. Bu zaman qanunun aliliyinin irəli aparılması təkcə insan haqlarının müafiəsi olmadı. Bu proses Amerika təhlükəsizlik siyasətinin açar rolunu oynadı.

    Muxalifet - 27-11-2019

  7. Bakıda daha bir ev ÇÖKDÜ - FOTO

    Bakıda daha bir ev çöküb.

    Muxalifet.az "Trend"ə istinadən bildirir ki, hadisə Yasamal rayonu, Əli bəy Hüseynzadə küçəsi, ev 10 ünvanında qeydə alınıb.

    İkimərtəbəli evin mətbəxinin uçması nəticəsində daşlar həyətyanı sahəyə tökülüb.

    Sakinin bildirdiyinə görə, ev əvvəllər də qəzalı vəziyyətdə olub, aramsız yağan yağışlardan sonra bu hadisə baş verib.

    Qəza ilə bağlı lazımi qurumlara müraciət edilib.

    Muxalifet - 27-11-2019

  8. Nəticələr açıqlandı - Ən pis göstəricilər bu qurumlara məxsusdur

    “Bakı şəhər İcra Hakimiyyəti ən aşağı göstərici ilə sonuncu yeri tutub”.

    Muxalifet.az xəbər verir ki, bu barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məlumat verib. O, noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİ) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirməsinin nəticələrini açıqlayıb: 

    Muxalifet - 27-11-2019

  9. “Uber” dünyada ləğv olunur - bəs Azərbaycanda?

    Rəqib taksi şirkəti barədə bilmədiklərimiz - işin pərdəarxası...

    Dünyanın ən böyük onlayn taksi xidməti olan “Uber”in Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərmək üçün lisenziyası ləğv edilib. Bu barədə şəhərin nəqliyyat idarəsinin bəyanatında bildirilir. Açıqlamada həmçinin deyilir ki, idarə “Uber”in fəaliyyətində sərnişinlərin təhlükəsizliyini risk altında qoyan müxtəlif pozuntular müəyyən edib.

    Muxalifet - 27-11-2019

  10. ŞOK XƏBƏRDARLIQ: Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq – VİDEO

    Təcili tədbirlər görülməzsə, güclü yağışlardan sonra belə dağıntılar yenə olacaq. Bu sözləri İctimai TV-nin efirində ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, Bakıda uçqunların qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır: “Mənzil fondunun hər kvadrat metrinə hər ay 1,39 AZN xərcləmək lazımdır ki, fondun özünün ömür müddətində effektiv istismar etmək mümkün olsun. Nə sovetlər dövründə, nə də müstəqillik dövründə biz bu pulları xərcləməmişik. Belə fəsadlar daha sürətlə olacaq. Mənzil fondunun böyük bir hissəsi çoxdan qocalıb, ömrünü başa vurub”.

    Muxalifet - 27-11-2019

  11. "Rusiya hərbçiləri Ermənistandan çıxarılsa, Türkiyə ordusu iki saat sonra İrəvanın mərkəzində olacaq” - Qriqorian

    Aprel müharibəsinin başlamasından bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Talış kəndi ərazisinə gizli şəkildə keçərək, meşədə gizləniblər və döyüş fəaliyyətləri başlayan kimi arxadan hücuma keçiblər.
    Muxalifet.az xəbər verir ki, bunu “168 Jam”a müsahibəsində Qarabağ Müharibəsi Veteranları İttifaqının sədri Qriqor Qriqoryan deyib.

    Muxalifet3 - 27-11-2019

  12. Pensiyaya çıxmaq üçün yaş həddi haqqında xəbər var

    "Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir", bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: "Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik".

    Muxalifet - 27-11-2019

  13. Bu gündən etibarən Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək

    Bu gündən etibarən Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Muxalifet3 - 27-11-2019

  14. Rusiya idmaçılarına Dopinq ŞOKU: 4 il ərzində...

    Rusiyaya anti-dopinq idarəsi ilə əməkdaşlığa davam etmədiyi üçün qlobal idman tədbirlərində, o cümlədən gələn il Tokio Olimpiyadasında iştiraka dörd illik qadağa qoyulur. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla məlumat verir. Çərşənbə axşamı Dünya Anti-Dopinq Agentliyinin (DADA) tələblərə əməl etmə qrupunun qadağa haqda tövsiyələri açıqlanıb. Bu tövsiyələr araşdırma zamanı rusiyalı məmurların idmançıların həqiqi narkotik maddələrdən istifadə testlərini saxtalaşdırmasından sonra ictimaiyyətə təqdim edilib.

    Muxalifet3 - 27-11-2019

  15. BAKIDA QORXULU ANLAR - Əcənbiyə hücum çəkib dişlədilər

    Bakıda əcnəbi sahibkar qarət olunub.
    Muxalifet.az
    “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.
    H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Waqar Basherat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.
    Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

    Muxalifet - 27-11-2019

  16. İran ölkədəki etirazları yayımlayan TV kanala qarşı hərəkətə keçir

    İran qərərgahı Londonda yerləşən telekanalla əlaqəli hökumət əleyhinə etirazların videolarını yayan şəxslərə qarşı cəza tədbirləri tətbiq edir.
    Muxalifet.az
     bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.

    Muxalifet3 - 27-11-2019

  17. ABŞ Dövlət Departamenti Tbilisidə baş verənlərlə əlaqədar bəyanat yaydı

    ABŞ Dövlət Departamentinin nümayəndəsi "Amerikanın Səsi" portalına Tbilisidə baş verənlərlə əlaqədar müsahibə verib.
    Muxalifet.az  "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, müsahibədə ifadə azadlığının qorunmasının önəminə diqqət çəkilərək, tərəflər dialoqa dəvət edilib.

    Muxalifet3 - 27-11-2019

  18. ÇİN DÜNYANIN ƏN SÜRƏTLİ RAKETİNİ SINAQDAN KEÇİRDİ - Saatda 34 min kilometr sürət!

    Çin hipersəs sürətli raketlər sahəsində Rusiyanı da geridə buraxaraq dünya lideri olub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu ölkə sürəti saatda 34 min kilometrə çatan (28 MAX) DF-41 raketini sınaqdan keçirib. Nəticədə raket Rusiyanın bu yaxınlarda sınaqlarını başa vurduğu və dünyada ən sürətli raket hesab edilən “Avanqard” qanadlı blokunu geridə qoyub. Rusiyanın “Avanqard” qanadlı döyüş blokunun elan edilən sürəti saatda 28 min kilometr (27 MAX) təşkil edir.

    Muxalifet - 27-11-2019

  19. Kəmaləddin Heydərov sürüşmə yerinə niyə getmədi? - Nazirlikdən REAKSİYA

    Noyabrın 24-də Bibiheybət qəsəbəsində baş verən torpaq sürüşməsindən dərhal sonra Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər səlahiyyətlilər ərazidə oldu, problemin aradan qaldırılması istiqamətində göstərişlər verdilər. Diqqətçəkən məqam isə ölkədə bu kimi fövqəladə hallarda həmişə ön sıralarda olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun gözə dəyməməsi oldu...
    Kəmaləddin Heydərovun olay yerində görünməməsi sosial şəbəkələrdə bəzi müzakirələrə yol açıb.

    Muxalifet - 27-11-2019

  20. Sabiq deputat Qarabağ müharibəsində iştirak edən qadınları ƏXLAQSIZ ADLANDIRDI - VİDEO

    “Xalq Cəbhəsinin (AXC) Xanım Xəlilovanın baçılığı ilə qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınları var idi, onların hamısı kişi söyüşləri ilə orda idilər”.
    Muxalifet.az xəbər verir ki, bunu AzTVdə yayımlanan “Əsas məsələ” adlı Tok Şouda sabiq deputat Cümşüd Nuriyev deyib. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 27-11-2019

Pages