Axtarış
The search found 105839 results in 0.05 seconds.
Search results
Azərbaycan millisi Rusiyaya uduzub
16 yaşadək qızlar ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatında üçüncü matçını keçirib.
Apasport.az saytının məlumatına görə, Emin Əbilovun rəhbərlik etdiyi komanda Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda Rusiya ilə gücünü yoxlayıb.
A qrupunda yer alan voleybolçularımız ilk 2 matçdakı kimi məğlubiyyətə üzülüblər. Rusiyalılar təmsilçimizə göz açmağa imkan verməyiblər. Yığmamız heç bir setdə top sayını 10-a belə çatdıra bilməyib – 7:25, 9:25, 8:25.
Muxalifet - 26-11-2019
Bu şəxslər Suriyada əsir düşərgələrində olan yaxınlarını axtarırlar - ADLAR
Suriyada Azərbaycanlı qadın və uşaqlara təkcə Əl-Hool düşərgəsində deyil, həm də Roj və Ayn-İssadakı düşərgələrdə rast gəlmək olur.
Muxalifet - 26-11-2019
Pentaqon rəsmisi John C. Rood bu gün İraqa səfər edib
Müdafiə Nazirinin Siyasi işlər üzrə müavini John C. Rood bu gün İraqda oldu, burada Baş nazir Adel Abd-əl-Mehdi və Bağdad və Ərbildəki digər yüksək səviyyəli rəsmilərlə görüşdü.
Muxalifet.az bu barədə Pentaqonun rəsmi saytına istinadla xəbər verir.Muxalifet3 - 26-11-2019
“Facebook”da bunu etsəniz pul qazana bilərsiniz - YENİLİK
"Facebook" sosial şəbəkəsi araşdırma və sorğularda işatirak edən, eləcə də tapşırıqları yerinə yetirəcək istifadəçilərə pul ödəyəcək Viewpoints tətbiqetməsini təqdim edib.
Muxalifet.az xəbər verir ki, Amerika şirkəti bununla da "Facebook"un və onun köməkçi xidmətləri olan İnstaqram, Votsap, Portal və Okulusun yaxşılaşdırılması üçün qarşılıqlı əlaqə yaratmaq istəyir.Muxalifet - 26-11-2019
Toydan sonra yoxa çıxan kişinin meyiti şadlıq sarayının yaxınlığındakı qamışlıqdan tapıldı - FOTO
Salyanda iki gün əvvəl toya gedərək itkin düşmüş şəxsin cəsədi kənddəki şadlıq evinin yaxınlığındakı qamışlıqdan tapılıb.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1984-cü ildə anadan olmuş Qabil Valeh oğlu Paşayev iki gün əvvəl qonşu Yenikənd kəndində yerləşən şadlıq evində sünnət toyunda iştirak etdikdən sonra itkin düşüb.
Bu gün səhər saatlarında isə Q.Paşayevin cəsədi şadlıq evinin yaxınlığındakı qamış basmış baxımsız yerdən tapılıb.Muxalifet - 26-11-2019
Ətin qiymətiylə bağlı VACİB XƏBƏR: Yanvarın 1-dən…
Yeni irəli sürülmuş layihəyə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.
“ƏDV azad olunan sahələr əsasən əhalinin ərzaq təlabatının ödənilməsi sahəsində vacib məsələdir”.
Muxalifet.az bildirir ki, unu Redaktor.az-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib.
Onun sözlərinə görə, bu, son illər bu sahədə yeni yaradılmış müəssisələrə dəstək məqsədi daşıyır:Muxalifet - 26-11-2019
Ağ Evdə təhlükə siqnalı - Qapılar bağlandı, qırıcılar havaya qalxdı
ABÇ-ın paytaxtı Vaşinqtonda hava məkanının pozulması ilə bağlı xəbərdarlıq siqnalı verilib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, təhlükəsizlik qüvvələri dərhal Ağ Evi bağlayıb, havaya qırıcı təyyarələr qaldırılıb. Saray bağlandığından brifinqdə olan jurnalistlər də zalda qalmalı olublar.
Ağ Evin boşaldılma qərarı hava məkanı tam nəzarətə götürüldükdən 30 dəqiqə sonra ləğv edilib. Detallar araşdırılır.Muxalifet - 26-11-2019
Yadplanetlilərlə bağlı SENSASİON FAKT: Nüvə silahlarını...
“Paradiqma” Uçan Naməlum Obyektləri araşdırma qrupu inanılmaz iddia ilə çıxış edib.
Muxalifet.az xəbər verir ki, yeni iddia Böyük Britaniyanın “Daily Star” qəzetində yer alıb.
Araşdırma qrupunun məlumatına görə, yadplanetlilər dünyadakı nüvə silahları ilə oynayırlar. Onlar güclərini insanlara nümayiş etdirmək üçün nüvə silahlarını açıb-bağlayırlar.Muxalifet - 26-11-2019
Evlərini qızdırmaq üçün görün hansı üsuldan istifadə edirlərmiş - Reyddə aşkarlandı - VİDEO
Bir neçə metr dərinlikdən keçən qaz borusuna qanunsuz olaraq qoşulmalar aşkarlanıb.
Muxalifet - 26-11-2019
Daha bir sərsəm erməni BƏYANATI: Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb
Erməni parlamentinin dekabrın 1-də Dağlıq Qarabağı Ermənistana birləşdimək barədə qərarının 30-cu ildönümü münasibətilə Xankəndində keçirilən konfransda qondarma “DQR”in qondarma xarici işlər naziri Masis Mayilyan belə deyib: “Bu müzakirə ciddi geosiyasi dəyişikliklər və “Azərbaycan-Qarabağ” münaqişəsinin tənzimlənməsi ətrafında yeni çağırışlar kontekstində baş verir. Muxalifet.az bu barədə "lragir.am" saytına istinadla bildirir.
Muxalifet3 - 26-11-2019
SON DƏQİQƏ: Millət vəkili qəzaya düşdü - İKİ YARALI
Bu gün Bakının Nərimanov rayonunun Ağa Neymətulla küçəsindən zəncirvari avtomobil qəzası baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə şahidlərinin "Qafqazinfo"ya verdiyi məlumata görə, qəzada iştirak edən maşınlardan biri - 10-XJ-003 dövlət nömrə nişanlı, "Lexus" markalı avtomobil millət vəkili Elman Məmmədova məxsus olub.
Hadisə ilə bağlı açıqlama verən millət vəkili Elman Məmmədov məlumatı təsdiqləyib:Muxalifet - 26-11-2019
Bakıda ev sahibi qulluqçunu döydü
Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində təmizlik işləri görən Babayeva Cəmilə Manaf qızı ev sahibi tərəfindən döyülüb.
C. Babayeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.//APAMuxalifet - 26-11-2019
ABŞ-da prezidentliyə qadın namizədlər bütün maneələri aradan qaldırmağa calışır
"Voice of America"
Dünya boyu 59 ölkədə qadın ölkə başçısı seçilsə də, Birləşmiş Ştatlar hələ də prezidentliyə sabiq Demokrat namizəd Hillari Klintonun dediyi kimi “ən yüksək və ən ağır şüşə tavanı”sındırmalıdır, yəni qadlnların qarşılarına çıxan maneələri aradan qaldırmalıdır.
Klinotnun 2016-cı ildə prezident Donald Trampa məğlubiyyəti 2020-ci ildə prezidentliyə beş qadının namizədliyini irəli sürməsinə yol açıb. Lakin eyni zamanda bu məğlubiyyət ölkədəki ən yüksək vəzifəyə bir qadının seçilməsi ilə bağlı şübhələri də gücləndirib.Muxalifet3 - 26-11-2019
“Qalatasaray” “Brügge”yə qarşı - Yenilənir
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunarına start veriləcək. Muxalifet.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş baş tutacaq. Azərbaycanda da xeyli sayda azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu bu dəfə doğma meydanda mübarizə aparacaq. Qrupdan çıxmaq şansı qalmayan İstanbul təmsilçisi evdə “Brügge”ni sınağa çəkəcək. A qrupunun digər matçında isə Madrid “Real”ı PSJ ilə üz-üzə gələcək. UEFA Çempionlar Liqası Qrup mərhələsi, 5-ci tur 26 noyabr A qrupu 21:55. “Qalatasaray” (Türkiyə) – “Brügge” (Belçika) - 0:0(Birinci hissə) 00:00.
Muxalifet - 26-11-2019
PKK parçalanır, terrorçular təslim olurlar
“Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatının sıralarını tərk edənlərin sayı günü-gündən artır.
Ötən gün Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və rabitə vasitəsi ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
Muxalifet - 26-11-2019
Ərinə qarşı etdiyi bu hərəkət gündəm oldu - VİDEO
Türkiyəli fenomen Selin Ciğercinin əri, futbolçu Gökhan Çıra əməliyyat olunub.
Unikal.org xəbər verir ki, Selin ərinin xəstə yatağında yatarkən, ayağını öpdüyü anları sosial şəbəkədə paylaşıb. Onun fotosu birmənalı qarşılanmayıb. İzləyicilərin bəziləri bu hərəkətin böyük sevginin göstəricisi olduğunu yazsa da, digərləri "iyrənc" hesab edib.
Muxalifet - 26-11-2019
Azərbaycalı aparıcının hamamdan FOTOSU YAYILDI
Tanınmış aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı fotosuna görə izləyiciləri tərəfindən tənqid olunub.
BiG.AZ xəbər verir ki, uzun müddətdir Amerikada yaşayan aparıcı həm də blogerliklə məşğul olur. Dəfələrlə şəxsi instaqram hesabında paylaşdığı fotolarla diqqət mərkəzində olan Hümbətova yeni fotosu ilə də geniş tənqidlərə hədəf olub. Hamamda çəkdirdiyi foto izləyicilər tərəfindən tənqid atəşinə tutulub.
Sözügedən fotonu təqdim edirik:Muxalifet - 26-11-2019
ABŞ-dan SON DƏQİQƏ S-400 AÇIQLAMASI - Türkiyənin...
ABŞ XİN naziri Mayk Pompeo S-400 ilə bağlı açıqlama verdi. O, “Türkiyənin S-400-lərə aid addımları çox narahatlıq yaradır” dedi.
Yenilənir...
Muxalifet.azMuxalifet3 - 26-11-2019
"SİYASİ VƏ İQTİSADİ İSLAHATLAR LAZIMDIR! - "Onlara baxanda adam dəhşətə gəlir"
"Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?"
"Struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır"."Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.
Muxalifet - 26-11-2019
Rasulaynda bomba qoyulmuş maşın partladı! Ölənlər və yaralılar var..
Şanlıurfanın Ceylanpınar məntəqəsinin qarşısında yerləşən və “Sülh mənbəyi”əməliyyatından sonra terrorçulardan təmizlənmiş Suriyanın Rasulayn vilayətində terrorçu PKK/YPG bomba qoyulmuş maşın patladılıb. Hücumda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb. Hücumdan sonra Türkiyədən təcili yardım maşını kömək üçün göndərildi. Yaralıların bir hissəsi sakinlər tərəfindən ambulans maşınlarına gətirildi. Vəziyyəti ağır olanlar Ceylanpınar xəstəxanasına aparıldı. Vəziyyəti nəzarətə almaq üçün həm sərhəd xəttində, həm Rasulaynın mərkəzində təhlükəsizlik tədbirləri gücləndirildi. Muxalifet.az
Muxalifet3 - 26-11-2019