Axtarış
The search found 105839 results in 0.126 seconds.
Search results
Ulduz futbolçular yanaqlarını qırmızıya boyadılar - Qadınlar üçün...
Məşhur futbolçular qadına şiddətə etiraz etmək üçün yanaqlarında qırmızı boya ilə matça çıxıblar. Publika.az xəbər verir ki, İtaliya A Seriyasının 13-cü həftəsində İtaliya şirkətinin təşkil etdiyi kampaniyaya əsasən, bütün matçlara oyunçular və hakimlər üzlərinə qırmızı boyayla xətt çəkərək meydana çıxıblar. Liqa rəhbərliyi mövzu ilə əlaqədar verdiyi açıqlamada bu fikirləri qeyd edib: "Ən əhəmiyyətli qırmızı kart qadına yönəlmiş şiddətə qarşı olan kartdır".
Muxalifet4 - 26-11-2019
Məşhur azərbaycanlı prodüser vəfat etdi - Foto
Kino prodüser İlqar Musayev vəfat edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə prodüserin yaxın dostları məlumat veriblər. Əldə edilən məlumata görə, prodüser beyin xərçəngindən əziyyət çəkirmiş. Qeyd edək ki, İlqar Musayev Azərbaycanfilm Kinostudiyasında çalışırdı. /unikal.org Allah rəhmət etsin!
Muxalifet - 26-11-2019
Antalyada 2 azərbaycanlı qadın güllələndi - 1-i öldü
Türkiyənin Antalya şəhərində azərbaycanlı qadınlardan birinin ölümü, digərinin yaralanması ilə nəticələnən cinayət hadisəsi baş verib.
“Qafqazinfo”nun Türkiyə mediasına isitnadən məlumatına görə, 75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi 51 yaşlı azərbaycanlı qadın Məhəbbət Cəfərova və həyat yoldaşının qohumu Firdus Əliyeva ilə mübahisə edib. Mübahisə Hüseynin var-dövlətinin miras qoyulması üstündə düşüb.
Muxalifet - 26-11-2019
Nərimanovda yaşayış binada yanğın - onuncu mərtəbəsində...
Nərimanovda hündürmərtəbəli binada yanğın olub.
Muxalifet.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində ümumi sahəsi 198 m² olan 4 otaqlı mənzilin mətbəxində mebel 1 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 26-11-2019
Bakıda növbəti ŞOK OLAY: Daha 6 tələbə zəhərləndi, 4-ü... - YENİLƏNDİ
Bakıda kirayə qaldıqları evdə zəhərlənən 6 tələbə qızdan 4-ü evə buraxılıb.
Digər iki qız müalicələrini davam etdirir. /trrend
***
08:35
Xəzər Universitetinin tələbələri zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Kliniki Tibbi Мərkəzin Toksikologiya şöbəsinə Təcili Tibbi yardım avtomobili ilə Xəzər Universitetinin 6 tələbəsini gətiriblər.
Onların dəm qazından zəhərləndiyi ehtimal edilir. Çağırış saat 4:47-də olub.Muxalifet - 26-11-2019
"WhatsApp"da yeni funksiya yaradılacaq
"WhatsApp" istehsalçıları müəyyən vaxt sonra istifadəçinin mesajlarını avtomatik silməyə imkan yaradan yeni funksiyanı yoxlayırlar.
Bu barədə "Report" "WABetaInfo" portalına istinadən xəbər verir.
Bildirilir ki, mesajların silinməsi seçimi "Android" əməliyyat sistemi üçün "Beta messencer 2.19.348" versiyasında çıxıb. Bu funksiya qismən əvvəlki proqramın beta versiyası üzərində reallaşdırılıb.
"Messencer"in test versiyasında funksiyanı "Əlaqələr haqqında informasiya" proqramına və ya "Çatın qrup kökləmələri"nə daxil etmək olar.
Muxalifet - 26-11-2019
SON DƏQİQƏ: Avropa silkələnir - 8 ölkə təşviş içindədir
Albaniyada güclü zəlzələ olub.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, paytaxt Tiranın 34 km şimal-qərbində 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 03:54-də baş verən zəlzələ çox sayda binaya zərər vurub.
Bundan 9 dəqiqə sonra 5,3 bal gücündə daha bir zəlzələ olub.
Sarsıntılar Yunanıstan, İtaliya, Monteneqro, Bosniya və Hersoqovina, Şimali Makedoniya, Xorvatiya və Serbiyada hiss olunub.Muxalifet - 26-11-2019
İrəvanda Azərbaycan bayrağı və... Qarabağdakı “barıt çəlləyi”
Xalqların sülhə hazırlanması prosesinə start verilib - ilginc iddiaların arxasındakı sərt gerçək; Rusiyanın nüfuzlu nəşri: “Əgər yuxarılar anlaşa bilmirsə...” Azərbaycan və Ermənistan jurnalistlərinin 4 günlük (17-21 noyabr) qarşılıqlı, bir az da yarım məxfi səfəri Qarabağ gündəmində özünəməxsus iz buraxdı. Bir sıra sərt, ancaq yetərincə obyektiv tənqidlərə rəğmən, prosesdə hansısa pozitiv “rüşeym” axtaranlar da var. Bu da yəqin ki, problemin dinc yolla nizamlana biləcəyinə bağlanan kövrək ümidlərlə bağlıdır. Söz yox ki, müharibəni heç bir normal insan arzulamaz.
Muxalifet - 26-11-2019
Nümayişçilər Gürcüstan рrezidentini mühasirəyə aldılar və fitə basdılar - VİDEO
Tbilisidə nümayişçilər Gürcüstan Рrezidenti Salome Zurabişvilini restoranların birində mühasirədə saxlayıblar.
“Gürcüstan Online” xəbər verir ki, Рrezident bir saata yaxın restorandan çıxa bilməyib.
Zurabişvilini parlamentə yaxın bir restoranda nahar etdiyi zaman görüblər və tezliklə bura etiraz aksiyasının iştirakçıları toрlaşıblar. Onlar Рrezidenti ölkədə baş verənlərə biganəlikdə ittiham ediblər.Muxalifet - 26-11-2019
SON DƏQİQƏ: Gürcü maşınlarının qadağasına ETİRAZ AKSİYASI - VİDEO
Bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar. Son günlər Gürcüstandan Azərbaycana gələn avtomobillərə məhdudiyyət tətbiq olunması ilə bağlı məsələ gündəmdədir. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi mətbuata verdiyi açıqlamada "nəzarəti gücləndirdiyi" qeyd etsə də əslində məhdudiyyət tətbiqi həyata keçirilir. Belə ki, bəzi sürücüləri depozit qoymağa məcbur edir, bəzilərinə isə süni maneələr yaradırlar. Buna görə də sürücülər yığışıb kütləvi etirazlar keçirir.
Muxalifet - 26-11-2019
İranda DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: 143 nəfəri belə öldürdülər - FOTOLAR
İranda benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında ən az 143 nəfər ölüb. Muxalifet.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının açıqlamasında yazılıb. Məlumatda həlak olan şəxslərin, demək olar ki, hamısının odlu silahla vurulduğu, 1 nəfərin gözyaşardıcı qazdan, digər 1 nəfərin isə aldığı zərbədən həyatını itirdiyi bildirilib. Əlavə olunub ki, ölü sayının daha çox olması ehtimalı qüvvədədir.
Muxalifet - 26-11-2019
BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxıldı - AĞIR XƏSARƏT ALIB - Foto
Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, fəlsəfə elmləri namizədi, 78 yaşlı Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.
Muxalifet - 26-11-2019
Tbilisidə gərginlik davam edir - Xüsusi təyinatlılar parlamentin binasına gətirildi - Saxlanılanlar var
Paytaxt Tbilisidə parlament binası qarşısında səhərə yaxın gərginlik davam edib. Xəbər verilir ki, əraziyə çoxlu sayda xüsusi təyinatlı qüvvələr cəlb edilib və onlar Parlamentin giriş qapılarına nəzarəti bərpa ediblər. Etiraz aksiyalarını gecə boyunca davam etdirən müxalifət liderləri və onların tətəfdarları isə heç bir yerə getməyəcəklərini və bir neçə saat sonra keçiriləcək Parlament iclasına imkan verməyəcəklərini bildirirlər. Xüsusi təyinatlılar etirazçıları parlamentin giriş qapılarından təmamilə uzaqlaşdırıblar və girişin yaxınlığındakı qurulan çadırları söküblər.
Muxalifet3 - 26-11-2019
Türkiyə rəsmən bəyan etdi: Əməliyyat sona çatdı
Suriyada aparılan “Sülh çeşməsi” antiterror əməliyyatı nəticəsində bu günə qədər 2 mindən çox mina və bomba zərərsizləşdirilib. Muxalifet.az xəbər verir ki,bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Tel-Abyadda terrorçulardan aviasiya əleyhinə 11 qurğu götürülüb. Ras əl-Eyndə isə PKK/YPG terror təşkilatlarına məxsus silah təmiri sexindən 683 raket gilizi və 93 ədəd bomba üçün nəzərdə tutulan qab ələ keçirilib. Bundan başqa, İraqın şimalında həyata keçirilən “Pəncə-1” və “Pəncə-2” antiterror əməliyyatlarında 90 terrorçu məhv edilib. Muxalifet.az
Muxalifet3 - 26-11-2019
ABŞ-da yaşayan azərbaycanlı biznes-ledi - FOTOLAR
Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər - uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib:- “Göydən yerə leysan əvəzi dürrü də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır...
Muxalifet - 26-11-2019
Bakı metrosunda maraqlı HADİSƏ: Növbətçi səhv etdi
Səhər saatlarında metronun “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarında maraqlı hadisə yaşanıb.
Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, metronun “Nizami” stansiyasında qatarın hərəkətində problem yaranıb. Buna səbəb isə sözügedən stansiyadakı növbətçinin səhvi olub. Belə ki, metrostansiyada dayanan qatarın sərnişinlərinə düşmək haqqında həyəcanlı anons verilib. Bütün sərnişinlər qatardan düşüb və gözləməyə məcbur olub.Muxalifet - 26-11-2019
Rusiya yığması və Sankt-Peterburq AVRO-2020-dən məhrum edilə bilər
Futbol üzrə Rusiya milli komandası AVRO-2020-dən də kənarlaşdırıla bilər.
"Report"un məlumatına görə, belə bir variantı Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus istisna etməyib.
Muxalifet - 26-11-2019
Bibiheybət məscidinin yaxınlığındakı yolun çökmə anının VİDEOSU
Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatının sürüşməsi və nətəcidə yolun çökməsi haqqında xəbər vermişdik.
Yeniavaz.com sözügedən təbiət hadisəsinin görüntülərini təqdim edir:
Qeyd edək ki, son günlər aramsız yağan yağışlar torpaq sürüşməsinə və o istiqamətdən keçən yolun asfalt qatının dağılmasına səbəb olub. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Hadisə nəticəsində küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb.Muxalifet - 26-11-2019
Ermənilər Azərbaycanda haranı gəzib? - Rəsmi açıqlama
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı bəyanat verib.
Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistandan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan bir qrup jurnalist bu günlərdə qarşılıqı səfərlər ediblər:
"Səfəri ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik və onun Bakı, Yerevan və Xankəndində olan nümayəndələri təşkil ediblər.Muxalifet - 26-11-2019
"Qaranquş deyilik ki, budaqda yaşayaq" - Başçının müavinindən villası ilə bağlı açıqlama
Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur: "Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir.
Muxalifet - 26-11-2019