Axtarış
The search found 105839 results in 0.029 seconds.
Search results
“FƏRHAD DEYİR Kİ, MƏNİ POLİSLƏR SAXLAMAYACAQ, ÇÜNKİ HAQLARINI VERİRƏM" - Bakı sakini keçmiş ərinin 9 ildir aliment borcunu ödəməməsindən şikayətçidir
Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Deputat küçəsi-17, ev 22-də kirayədə yaşayan Məhərrəmova Aliyə İsmayıl qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban Xanım! Şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, sabiq həyat yoldaşım Şirvan şəhər sakini Abbasov Fərhad İsmayıl oğlundan 1-uşağın saxlanması üçün hər ay 100 (yüz) manat alimentin alınıb mənə ödənilməsi barədə Səbail rayon məhkəməsi qətnamə çıxarmışdır.
Muxalifet4 - 25-11-2019
Prezidentin yüksək vəzifə verdiyi 73 yaşlı Valeh Ələsgərovun TƏRCÜMEYİ-HALI
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib. Yeniavaz.com Valeh Ələsgərovun tərcümeyi-halını təqdim edir: Valeh Ələsgərov 1946-cı ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirən V.Ələsgərov Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilib.
Muxalifet - 25-11-2019
Terror təşkilatı Paşinyanı təhdid etdi: Çevriliş olacaq!
“Amulsar” yatağı məsələsi çoxdan həll edilib, onun yenidən işlənilməsinin başladılması ilə hakimiyyət problemi həll ediləcək.
Muxalifet.az xəbər verir ki, bu bəyanatı Sasna Çrer Partiyası yayıb.
“Amulsar” məsələsi ümummilli səviyyədə həll edilib və artıq qapanıb. Onun yenilənməsi cəhdi ümumerməni miqyasında müqavimətə səbəb olacaq və hakimiyyət böhranına gətirib çıxaracaq”, – bəyanatda bildirilib.Muxalifet - 25-11-2019
Elçin Quliyev müşavirə zamanı rəisi işdən çıxardı - Yol verdiyi nöqsanlara görə
Xidməti müşavirədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb. Bu barədə qərar DSX-da dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar keçirilən xidməti müşavirədə elan olunub.
Muxalifet - 25-11-2019
Zəhərlənən tələbənin xəstəxanadan görüntüsü yayıldı - VİDEO
Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qidadan zəhərlənən 1998-ci il təvəllüdlü Dilrubə Quliyevanın görüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, görüntülər Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində çəkilib. Tələbənin əmisi Elnur İbadov bildirib ki, Dilrubə Quliyevanın bir müddət müalicəsinə davam ediləcək. Onların evə nə vaxt buraxılması ilə bağlı isə hələ dəqiq tarix müəyyənləşdirilməyib.Muxalifet - 25-11-2019
BDU-nun kafedra müdirinin polis oğlu HƏBS OLUNDU
Bakı Dövlət Universitetinin (BDU) Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmlər doktoru, professor Alış Qasımovun daxili işlər orqanlarında çalışan oğlu Azər Qasımov həbs edilib. Muxalifet.az apa-ya istinadən məlumat verir ki, A. Qasımov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. A.
Muxalifet - 25-11-2019
İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi - Yanvardan olmayacaq
2020-ci ildə ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiq olunması gözlənilsə də, məlum olub ki, sistem ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Ötən həftənin altıncı günü Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib. O təklif edib ki, İcbari tibbi sığorta yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlansın:
Muxalifet - 25-11-2019
Türkiyədə azərbaycanlı biznesmen maaşları vermədən QAÇDI - İŞÇİLƏR POLİSƏ ŞİKAYƏT ETDİ
Türkiyənin Ədirnə şəhərində azərbaycanlı biznesmenin işçilərinin iki aylıq maaşını vermədən qaçdığı iddia edilir.
İddiaya görə, şəhərdə 130 nəfərin işlədiyi 3 il fəaliyyət göstərmiş tekstil fabrikinin azərbaycanlı sahibi S.K. iki gün bundan əvvəl iş günü bitdikdən sonra bütün avadanlığı və texnikanı tırlara yükləyərək qaçıb.
O, işçilərinə həftəsonu istirahət verdiyini və axşam saatlarında maaşlarını hesablarına yatıracağını deyib. Səhər gəldikləri zaman fabriki boş görən işçilər iki ay maaşlarını almadıqları üçün polisə şikayət ediblər.//Hurriyyet.orgMuxalifet - 25-11-2019
İlham Əliyev Abel Məhərrəmovla bağlı SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şərəf” ordeni ilə
Xələfov Abuzər Alı oğlu
“Şöhrət” ordeni ilə
Babaxanov Neron Aslan oğlu
Əliyev Bəxtiyar Həmzə oğlu
Əli-Zadə Hikmət Abdul oğlu
Muxalifet - 25-11-2019
Komitə sədrindən məcburi köçkünlərə ŞAD XƏBƏR
Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Muxalifet.az xəbər verir ki, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklər üç qrupa bölünür. Bunlar anlayışlar, stilistik və sığorta olunanlarla bağlı dəyişikliklərdir.
Ə.Əmiraslanov deyib ki, icbari tibbi sığorta ilk dəfə olaraq məcburi köçkünlərə də şamil ediləcək. /oxu.az
Muxalifet - 25-11-2019
“Azəriqaz”da yenə MAAŞ DAVASIDIR: Bu dəfə Mərkəzi Aparatda...
“Azəriqaz” İstehsalat Birliyinin Mərkəzi Aparatında ştatda olan işçiləri oktyabr ayı üçün nəzərdə tutulmuş maaşlarını ala bilmir. İşçilərə gecikmənin səbəbini qurumun gəlirlərinin azalması ilə əlaqəli olduğu bildirilib. Muxalifet.az cebhe.info-ya istinadən xəbər verir ki, işçilər sentyabr ayında gecikən maaşlarını oktyabrın 18-də ala biliblər. Hazırda noyabrın 25-i olmasına baxmayaraq, oktyabrın maaşları verilməyib. Qeyd edək ki, əmək müqaviləsi ilə çalışan işçilər sentyabr və oktyabr ayının maaşını keçən həftə bir yerdə alıblar.
Muxalifet - 25-11-2019
Prezidentdən Ramiz Mehdiyevin xanımı və qızı ilə bağlı SƏRƏNCAM
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamda qeyd edilir ki, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin əməkdaşları təltif edilsinlər.Muxalifet - 25-11-2019
Marşrut avtobusu qəzaya uğradı - ÖLƏN VAR
Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 25-11-2019
Moskva əlində "İŞİD" kartını necə oynadır
"inosmi.ru"
Öz məqsədinə çatmaq, Suriyanın şimal – şərqində “Azad Suriya Ordusu” üçün dəhliz yaratmaq üçün Ərdoğan administrasiyası bu taktikanı tətbiq edir: həm ABŞ, həm Rusiya ilə danışıqlar aparıb ortaq məxrəci tapmaq; birini digəri üçün sövdələşmə obyekti kimi istifadə edərək, hər iki tərəfdən özünə lazım olan güzəştləri qorartmaq.Muxalifet3 - 25-11-2019
Rüfət Məmmədova yüksək vəzifə verildi - SƏRƏNCAM
Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib. Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Muxalifet - 25-11-2019
Dostunu öldürdü, meyitini yandırıb istisinə qızındı - BAKIDAKI DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI
Törətdiyi qətl hadisəsinə görə saxlanılan 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Tuqay Gündüz oğlu Bayramov soyuqdan qızınmaq məqsədilə içki yoldaşını yandırdığını etiraf edib.
Muxalifet.az xəbər verir ki, daha əvvəl verilən açıqlamada Bakı şəhəri, Nərimanov rayonu Nürəddin Süleymanov küçəsində aparılan tikinti çuxurundan Naxçıvan şəhərində qeydiyyatda olan 1964-cü il təvəllüdlü Adəm Qibləli oğlu Abdullayevin yanmış cəsədinin tapılması barədə məlumat verilmişdi.
Muxalifet - 25-11-2019
Oqtay Gülalıyevi maşınla vuran sürücü ilk dəfə DANIŞDI: Xəstəxanaya aparanda dedi ki, "düşür məni"
Bir ay öncə – oktyabrın 29-da avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev hələ də komadadır. Ailə üzvlərinin dediyinə görə, onun hazırda müalicə aldığı Türkiyə xəstəxanasının həkimləri də komadan nə vaxt çıxacağını bilmirlər. Qeyd ed’k ki? hüquq müdafiəçisinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götrüb.
Muxalifet - 25-11-2019
İcra başçısı niyə vətəndaşları qəbul etmir? - FOTOLAR
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşları qəbul etmir.
Muxalifet.az xəbər verir ki, Unikal.org-a müraciət edən rayon sakinləri bildirir ki, icra başçısı vətəndaşların problemlərini dinləmək istəmir.
Belə ki, icra hakimiyyətinin inzibati binasında rəsmi qəbul günləri qeyd edilib. Buna baxmayaraq, başçısı Qəzənfər Ağayevin qəbuluna sakinlər düşə bilmir.Muxalifet - 25-11-2019
“Türkanla pul qazanmaq üçün...” - Pərviz Bülbülədən gözlənilməz açıqlama
Meyxanaçı Pərviz Bülbülə keçmiş duet ortağı Türkan Vəlizadə haqqında gözlənilməz açıqlama verib.
Muxalifet.az xəbər verir ki, "Ən yaxşısı" verilişində qonaq olan meyxanaçı Türkanla işbirliyinin məqsədinin dəstək yox, pul qazanmaq olduğunu bildirib: "İşdə ən önəmli məsələ puldur. Borcum yoxdur ki, gedim kiminsə qapısını döyüm, dəstək olum. Məqsədim pul qazanmaq olub. Mənim layihəm olub, Türkanı çağırdım pul qazandım. O mənə, mən ona kömək olmuşam.Muxalifet - 25-11-2019
"WikiLeaks" Suriyada kimyəvi silahdan istifadəyə dair sənədlərin "yalan" olduğunu açıqladı
"inosmi.ru"
Bu gün "WikiLeaks" portalı Suriyadakı fakt araşdırma missiyasında iştirakçılardan birinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (KSQET) göndərdiyi bir e-mail dərc etdi. Məktub müəllifi, hesabatı hazırlayanlardan biri kimi redaktə edilmiş məruzədə qəsdən və qərəzli qiymətləndirmələrin olması ilə bağlı dərin narahatlığını bildirir.Muxalifet3 - 25-11-2019