Axtarış
The search found 105839 results in 0.123 seconds.
Search results
20 gündən bir ən azı 30 manat cərimələnə bilərsiniz - Yeni qaydadan xəbərdarsınız?
Cərimələrin həyata keçirilməsinə icra nümayəndələri nəzarət edəcək.
Muxalifet - 24-11-2019
Ukrayna Krım və Donbassı həmişəlik unutmalıdır
Ukrayna Krım və Donbassı əbədi unutmalı və ərazilərinin itirilməsini qanun çərçivəsində rəsmiləşdirməlidir. Radanın keçmiş millət vəkili Yevgeni Balitski "İnterVizor" YouTube kanalında belə bəyanat verdi. Muxalifet.az bu barədə "lenta.ru"ya istinadla bildirir. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti heç vaxt yarımadanın və ölkənin cənub-şərqindəki torpaqları geri qaytara bilməyəcək, çünki yerli sakinlər onları öldürən siyasətçilərə nifrət edirlər. Balitsky, Minsk prosesinin "vaxtı uzatmaq" məqsədi daşıdığına görə prosesin faydalı olacağına şübhə etdiyini bildirdi .
Muxalifet3 - 24-11-2019
"AZƏRBAYCANDA TƏCİLİ HƏLL OLUNASI İKİ PROBLEM VAR..." - Aslan İsmayılovdan Əli Həsənov haqda sərt açıqlamalar
Tanınmış hüquqşünas Aslan İsmayılov "Kanal - 13" internet televiziyasının "Müzakirə Saatı" verilişində sərt açıqlamalarla çıxış edib. Belə ki, media sahəsində mövcud olan problemlərlə bağlı ona ünvanlanan suala cavabında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu ittiham edib. Hüquqşünas bildirib ki, bu ittihamları səsləndirmək üçün əlində ciddi faktlar var və ölkə başçısı onu qəbul edərsə, həmin faktları bir-bir təqdim edə bilər. A.İsmayılovun həmin müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik:
Muxalifet4 - 24-11-2019
Azərbaycanlı məşhuru ABŞ-da maşın vurdu
Tanınmış repçi, keçmiş HOST qrupunun üzvü Orxan Zeynallı ABŞ-da yol qəzasına uğrayıb.
Kult.az xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə qeyd edib.
O bildirib ki, qəza nəticəsində beyin silkələnməsi yaşayıb və başının arxa hissəsində bir neçə çat yaranıb.
"Başımda cüzi daxili qanaxma var. 1-2 həftəlik yataq rejimindən sonra yenə normal həyata geri dönəcəm", - O.Zeynallı bildirib.
Muxalifet4 - 24-11-2019
Alimlər siçovullara maşın sürmək öyrədiblər - VİDEO
Riçmond universitetinin alimləri siçovullara maşın sürməyi öyrədiblər. Alimlərin dərc etdiyi videoçarxda siçovullar plastik şüşədən və oyuncaq avtomobillərdən hazırlanmış maşınları idarə edirlər. Gəmiricilər maşını düz istiqamətdə sürməkə yanaşı, manevrlər həyata keçirmək bacarıqlarını da nümayiş etdiriblər.
Muxalifet4 - 24-11-2019
"iPhone" sahibləri "Apple"nin mobil tətbiqlərinə 25,5 MİLYARD DOLLAR XƏRCLƏYİB
Bu il "Google Play" və "App Store" istifadəçiləri mobil tətbiqlərin yüklənməsinə, eləcə də satınalınmasına 39,7 milyarddan çox vəsait xərcləyiblər.
Muxalifet.az ted.az-a istinadən xəbər verir ki, bu haqda "Sensor Tower" şirkətinin məlumatında deyilir.
"App Store" istifadəçiləri 25,5 milyard dollardan çox, "Google Play" istifadəçiləri isə 14,2 milyarddan çox vəsait xərcləyiblər.
Məlumata görə, ötən ilə nisbətən "Google Play"yə xərclənən vəsait 19,6%-dən, "App Store"ə isə 13,2%-dən çox artım müşahidə olunub.Muxalifet4 - 24-11-2019
İŞİD terrorçularını öz ölkələri qəbul etmir, Türkiyəyə təslim olurlar
Suriyanın şimalındakı Ayn İsa düşərgəsindən 6 uşaqla birlikdə qaçan Belçikalı İŞİD üzvü Tatiana Wielandt və Bouchra Abouallal Türkiyədə saxlanılıblar.
Bildirildiyinə görə, öz ölkələri tərəfindən geri istənilməyən İŞİD üzvləri geri dönmək üçün Türkiyə hakimiyyətinə təslim olmağı üstün tuturlar.
Belçika mediasının məlumatına görə, Suriyanın şimalındakı Ayn İsa düşərgəsində uşaqları ilə birlikdə qalan Tatiana Wielmadt və Bouchra Abouallal Türkiyənin "Barış Pınarı" əməliyyatından sonra qaçmağa nail olublar.
Muxalifet4 - 24-11-2019
Bakıda 3 nəfəri avtomobil vurub - İKİSİ UŞAQDIR
Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib.
Naməlum avtomobil 4 yaşlı Məmmədov Əmir Dmitri oğlunu, 5 yaşlı Məmmədova Emiliya Dmitri qızını və 1978-ci il təvəllüdlü Məmmədova Elmira Aslan qızını vuraraq qaçıb. Hər üç yaralının vəziyyəti ağırdır.
Muxalifet4 - 24-11-2019
Əli İnsanovun HƏP-i haqda müxtəlif fikirlər, SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞILAN STATUSLAR...
Sabiq səhiyyə naziri Əli İnsanovun qurduğu Haqq və Ədalət Partiyası(HƏP), eləcə də onun idarə heyətindəki şəxslərin kimliyi sosial şəbəkədə geniş müzakirə mövzusu olub. Musavat.com xəbər verir ki, cəmiyyətin tanınmış simaları, siyasətçilər, jurnalistlər, ictimai fəallar HƏP barədə ironiyalı, gülüş doğuran statuslar yazıblar. Onlardan bir neçəsini nəzərinizə çatdıraq.
Muxalifet4 - 25-11-2019
Elnur sirkə turşusu içib, İNTİHARA CƏHD ETDİ
Hacıqabul sakini sirkə turşusundan zəhərlənib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Rəsul oğlu əsəbiləşərək sirkə turşusu içib. E. Mehdiyev ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Muxalifet4 - 25-11-2019
Metroda yenə problem yarandı
Bu gün səhər saatlarında metronun "Xalqlar Dostluğu" stansiyasında böyük sıxlıq yaranıb.
Muxalifet.az Modern.az-a istinadən xəbər verir ki, buna səbəb qatarlararası intervalın müəyyən edilmiş limitdən çox olmasıdır. Belə ki, saat 08:20 radələrindən etibarən qatarlarlar 6-7 dəqiqəlik intervalla işləyib. Bu isə platformoda çox sayda sərnişinin toplanmasına və sıxlığa səbəb olub.Muxalifet - 25-11-2019
Xırdalanda DƏHŞƏT - Qısqanc qardaş bacısının başını kəsdi
Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib. Unikal.org-un əldə etdiyi məlumata görə, dünən qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nigahdan bir yaşında övladı olub. A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı sonra oradan ayrıldığı bildirilir.
Muxalifet - 25-11-2019
Bakıda yağışdan sonra DƏHŞƏTLİ MƏNZƏRƏ – Video
Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında yenidən torpaq qatı sürüşüb. Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib. Qeyd edək ki, ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib.
Muxalifet - 25-11-2019
Avropadan Ermənistan haqda ifşaedici sənəd - “Problemlərin problemi Qarabağ...”
Almaniyanın dövlət qurumundan işğalçı ölkə ilə bağlı qara statistika; “Dünyanın ən monoetnik ölkəsi xarici yardımların ümidinə qalıb”; erməni nəşri: “Paşinyan xalqın başını qatmaq üçün yeni tamaşalar hazırlayır...” Ermənistanın “məxməri” baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişindən ilyarımdan çox ötsə də, ölkədə iqtisadi durum acınacaqlı olaraq qalır. Baş nazirin xaricdə, daha dəqiqi, aparıcı Qərb ölkələri və Çində israrlı sərmayə axtarışları da nəticə verməyib. Çünki heç bir ciddi investor, maliyyəçi Rusiyanın forpostu olan bir ölkəyə sərmayə yatırmaq istəmir.
Muxalifet - 25-11-2019
SON DƏQİQƏ: Bakıda tanınmış rəqqasə HƏBS EDİLDİ - Cinayət işi açıldı
Bakıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb. News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır. Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək.
Muxalifet - 25-11-2019
İrandakı aksiyalarla bağlı ŞOK FAKTLAR üzə çıxdı: etirazları alovlandıran ölkələrin məqsədi...
İranda benzinin bahalaşmasından sonra başlayan etiraz aksiyalarına xaricdən dəstək olub. Publika.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran polisinin Din və Siyasət Qurumunun sədri Əli Rza Edyani danışıb. Sədr etiraz aksiyaları zamanı saxlanılan şəxslərin dindirildiyini və onların xarici ölkələrlə əlaqələrinin aşkar olduğunu deyib: “Bəzilərinin Səudiyyə Ərəbistanı, Xalqın Mücahidləri Təşkilatı və Şah tərəfdarları ilə əlaqələri olduğu ortaya çıxdı. Aksiyalara rəhbərlik edən 182 nəfəri düşmənlər istiqamətləndirib.
Muxalifet - 25-11-2019
Fəzail Ağamalı da istefa verməyə hazırlaşır – AÇIQLAMA
“Biz artıq partiyaya yeni qüvvələri gətirməyə çalışırıq, artıq buna start vermişik, dayanmaq fikrində deyilik. Çalışacağıq ki, partiyanın bütün idarəçiliyinə, onun faəliyyətinin bütün tərəflərinə yeniliklər gətirək”.
Muxalifet.az xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bildirib ki, bunun üçün yetişmiş, formalaşmış yeni insanların gətirilməsinə xüsusi əhəmiyyət verir.Muxalifet - 25-11-2019
SON DƏQİQƏ: İcra başçısının müavini QƏZAYA DÜŞDÜ - Xanımı və sürücüsü öldü, oğlu...
Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb. Bu barədə Axar.az-a daxil olan məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər. Məlumata görə, hadisə gecə saatlarında baş verib. “Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının həlak olduğu deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, - deyə icradan bildirilib. Məlumatda sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.
Muxalifet - 25-11-2019
EKS-PREZİDENT BENZİN ÜSYANINI DƏSTƏKLƏDİ VƏ RUHANİNİ SƏRT TƏNQİD ETDİ - “Görün siz bu ölkənin başına nə oyun açdınız!”
Bir neçə gün əvvəl İranı bürümüş və benzinin bahalaşmasına etiraz olaraq başlamış etirazlara keçmiş prezident Mahmud Əhmədinejad dəstək verib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, özünün videomüraciətində Əhmədinejad indiki prezident Həsən Ruhanini də kəskin tənqid edib. Əhmədinejad habelə İran təhükəsizlik qüvvələrinin etirazçılara qarşı qeyri-proporsional gücdən istifadə etdiyini bildirib.
Muxalifet - 25-11-2019
Ötən gün İraqda keçirilən aksiyalarda 13 nəfər həlak olub
Bazar günü İraqın cənunbunda aksiyaçılarla polis arasında baş verən toqquşmalar zamanı azı 13 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyətinə istinadən "Associated Press" agentliyi bildirib.Muxalifet3 - 25-11-2019