Axtarış
The search found 105839 results in 0.028 seconds.
Search results
BDU-nun yataqxanasında zəhərlənən qızların SON VƏZİYYƏTİ
"Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır". Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, zəhərlənməyə səbəb barədə məlumat Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ictimaiyyətə çatdırılacaq. Xatırladaq ki, tələbələrin yaxın günlərdə evə buraxılması gözlənilir. Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar.
Muxalifet - 25-11-2019
“Pokrov Məhərrəm” Azərbaycana belə deport edildi - VİDEO
Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.
Qeyd edək ki, Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə avtoritetin ölkədən kənara çıxarılmasına qərar verib.Muxalifet - 25-11-2019
İraq təhlükəsizlik qüvvələri tərəfindən 5 etirazçı öldürülüb
İraq polisi və tibb işçilərinin bildirdiyinə görə, təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda etirazlar zamanı nümayişçilərə atəş açması nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb. Bağdad və İraqın cənubundakı şəhərlərdə artıq həftələrdir etirazlar davam edir.
Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.Muxalifet3 - 25-11-2019
Sumqayıtda evdə GÜCLÜ PARTLAYIŞ: Xəsarət alanlar var
Sumqayıtda evdə partlayış olub. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində ev sahibləri – 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 25-11-2019
İranın İnqilab Keşikçiləri etirazların liderlərinə “maksimum cəza” istəyir
İranın İnqilab Keşikçiləri korpusunun yüksək rütbəli komandiri ədliyyə orqanlarını keçən həftə yanacaq qiymətlərinin qalxmasına etiraz olaraq keçirilən aksiyalarda iştirak edən “muzdlulara” maksimum cəza verməyə çağırıb.
“Biz Amerikaya işlədiklərini açıq şəkildə etiraf edən muzdluları ələ keçirmişik və İnşallah, ölkənin ədliyyə sistemi onlara maksimum cəzalar verəcək” – Ədliyyə Nazirliyinin Mizan veb səhifəsində İranın İnqilab Keşikçiləri Korpusunun komandir müavini, kontr-admiral Əli Fədavinin açıqlamaları yerləşdirilib.Muxalifet3 - 25-11-2019
Yeni Ombudsman seçiminin vaxtı uzadıldı
Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Unikal.org-un məlumatına görə, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi noyabrın 29-na təyin edilib. Qeyd edək ki, bu vəzifəyə 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı, Abıyeva Kəmalə Nəbi qızı, digər namizəd Kəmalə Əliyevanın namizədliyi irəli sürülüb. Xatırladaq ki, namizədlərdən biri Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. S.Əliyeva Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini vəzifəsində çalışır.
Muxalifet - 25-11-2019
Öz anasının dəfninə gedib ağlamayan, milyonlarla insanın anasını ağladan “çar” – Stalinin qorxusu
Məlum olduğu kimi, 1900-cü illərin əvvəllərində həbsxana və qaçaqlıq həyatını yaşayan İosif Stalin oktyabr inqilabından sonra Moskvada məskən salıb. Leninin vəfatından sonra hakimiyyəti ələ alan və birincilik kürsüsünü saxlamaq üçün ən amansız tədbirləri həyata keçirən Stalin 30 illik hakimiyyəti dövründə paytaxt Moskvadan çox az hallarda çıxıb, hətta Tiflisdə yaşayan anası ilə də çox nadir hallarda görüşüb. Bu illər ərzində o, anasına, Yekaterina Cuqaşviliyə cəmisi 18 məktub yazıb.
Muxalifet - 25-11-2019
Dünyanın GÖZLƏDİYİ GÜN gəlib çatdı: Türkiyə bu silahlarını İŞƏ SALIR
Türkiyə Rusiyadan aldığı S-400 zenit raket kompleksini bu gün sınaqdan keçirməyə başlayır. Muxallifet.az xəbər verir ki, bu barədə “Milliyet” hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, F-16 qırıcıları və digər uçuş cihazları müdafiə sistemlərinin radarları çərçivəsində test uçuşları keçirəcək. Təyyarələr keçmiş adı “Akıncı” bazası olan Mürtəd Hava Meydanı Komandanlığında yerləşdirilmiş S-400 batareyaları üzərində uçacaq və sistemlərlə tanış olacaq. Sınaqların növbəti günlərdə daha genişmiqyaslı olacağı gözlənilir.
Muxalifet - 25-11-2019
Naxçıvan sakini Bakıda qətlə yetirilib - RƏSMİ
Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Muxalifet - 25-11-2019
Türkiyə Rusiya ilə əməkdaşlıq etsə, NATO dağılacaq - EKSPERT RƏYİ
Donald Tramp və Ərdoğanın noyabr görüşü, Türkiyənin S-400 alışı ilə bağlı qərarını dəyişdirmədi. Şəxsi araşdırma - kəşfiyyat şirkəti Stratforun hərbi təhlilçisi Ömər Lamraninin sözlərinə görə, Ankaranın Rusiya raketdən müdafiə sistemlərini alması NATO daxilində ciddi dəyişikliklərə səbəb oldu.
Muxalifet3 - 25-11-2019
“Borc aparatları” bağlandı - Dövlət qurumları əməliyyat keçirdi
Bakıda “Azpul" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.
Muxalifet.az Pravda.az-a istinadən xəbər verir ki, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.
Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.
Muxalifet - 25-11-2019
Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ - Bu yollardan keçməyin - ÜNVANLAR
“Bakı-Salyan yolunun “Bibiheybət” kimi tanınan ərazisində torpaq sürüşməsi baş verdiyindən təhlükəsizlik təmin edilməsi üçün əsaslı təmir-tikinti işlərinə başlanılıb”.
Bu barədə bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə də, həmin ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb:
Muxalifet - 25-11-2019
“Media varlı olmalıdır" - Əflatun Amaşov
“Hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir”.
Bunu Milli Məclisin iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O, deputat həmkarlarının da çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirdiyini bildirib:
“Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.
Ə. Amaşov qeyd edib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq:
Muxalifet - 25-11-2019
Məhkəmədən Rafael Cəbrayılovun 4.1 milyon borcu ilə bağlı YENİ QƏRAR
Sumqayıt Apellyasiya Məhkəməsi sabiq deputat Rafael Cəbrayılova qarşı bir neçə milyon manatlıq kredit borcu ilə bağlı iş üzrə yeni qərar qəbul edib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Şəmsəddin Abasovun sədrlik etdiyi iclasda Rəfael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilib.
Muxalifet - 25-11-2019
“Azərbaycanda pensiya yaşı yüksəkdir” - Deputat
“Azərbaycanda pensiyaya çıxmaq üçün yaş həddi yüksəkdir. Bu məsələdə ortaq məxrəcə gəlinməlidir”. Muxalifet.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, Statistika Komitəsinin verdiyi rəqəmlər var: “Ancaq bu rəqəmlər BMT-nin verdiyi rəqəmlərlə fərqlidir. Biz qonşu ölkələrlə də müqayisə edə bilərik. Hesab edirəm ki, yaşlı insanların sosial yükünü dövlət üzərinə götürməyi bacarmalıdır. Biz pensiya yaşı məsələsində ortaq məxrəcə gəlməliyik”. Deputat həmçinin “uşaq pulu” verilməsi məsələsini yenidən qaldırıb.
Muxalifet - 25-11-2019
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik Anar Ələkbərov Göygöl Rayonu Rolis Şöbəsində əməliyyat işləri üzrə müavini təyin edilib.
Qeyd edək ki, A.Ələkbərov bundan əvvəl Ucar Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsində çalışıb.//oxu.azMuxalifet - 25-11-2019
Ramiz Mehdiyev sərəncam imzaladı – KADR DƏYİŞİKLİKLƏRİ…
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev Akademiyanın Rəyasət Heyəti aparatının strukturunun və kadr təminatının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet - 25-11-2019
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Hacımurad Qatsalovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilsin".
Muxalifet - 25-11-2019
Naxçıvana ayrılan dotasiya azaldılır - PREZİDENT VASİF TALIBOVA YERLİ GƏLİRLƏRİ ARTIRMAQ MESAJI VERMİŞDİ...
2020-ci il üçün dövlət büdcəsinin xərclər hissəsində Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan dotasiya azaldılır. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı məlumat verib.
Muxalifet - 25-11-2019
Nazirlik sağalmaz xəstəyə əlillik dərəcəsi vermir... – ƏLİ SƏMƏDOVUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
Gülnaz Səmədova: “Övladımın xəstəliyi dünyanın heç bir ölkəsində müalicə olunmur, nazirlik stasionar müayinə və müalicəyə ehtiyac olduğunu deyib”
Muxalifet4 - 25-11-2019