Axtarış
The search found 105839 results in 0.085 seconds.
Search results
Polis şöbəsində izahat verən qadın xəstəxanalıq oldu - MİNGƏÇEVİRDƏ
Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.
Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet4 - 24-11-2019
Məhərrəm İncə Kılıçdaroğlunu ittiham etdi
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə və Türkiyə Prezidenti postuna sabiq namizəd Məhərrəm İncənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi barədə mətbuatda yer alan iddia ana müxalifət partiyasında qalmaqala yol açıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu gün Yalovada evində mətbuat konfransı keçirən M. İncə R. T. Ərdoğanla görüşməsi barədə yayılan xəbərin tamamilə yalan olduğunu, ona qarış aparılan kampaniyanın arxasında CHP-dəki bir qrupun dayandığını bəyan edib.Muxalifet4 - 24-11-2019
Diqqət! Mobil telefonlarla sizi asanlıqla izləyə bilərlər
Bir proqram təhlükəsizliyi firması 100 milyon “Android” cihazına təsir göstərə biləcək önəmli təhlükə aşkara çıxarıb. Bəzi filmlərdə və seriallarda hakerlərin kompüter və mobil telefon kimi cihazların kameralarına icazəsiz giriş əldə etdiklərini bir çoxumuz görmüşük. Şirkətin apardığı araşdırmalar nəticəsində filmlərdə baş verən bu ağılasığmaz üsulun artıq reallaşdığı məlum olub.
“Android” kamerasının zəifliyinin qorxulu detalları...
Muxalifet4 - 24-11-2019
“Şəkər həkim getdikdən sonra nişanlısına zəng vurub deyib ki…” – DEPUTATLAR QUSARA GETDİ
“Bu gün Milli Məclisin deputatları – Azər Badamov, Eldəniz Səlimov və mən Qusar rayonunun Xurel kəndinə getdik. Bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin VI kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın yas mərasimində iştirak etdik, ailəsinə və yaxınlarına başsağlığı verdik”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə bir neçə gün əvvəl Bakı Dövlət Universitetində zəhərlənmədən dünyasını dəyişən tələbə qızın ailəsini ziyarət edərkən bildirib. Deputat tələbə qızın arzusundan da söz açıb.
Muxalifet4 - 24-11-2019
Yataqxanada yanğın oldu - Xəsarət alan var
Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 24-11-2019
Azərbaycanda dizel istehsalı artıb, benzin istehsalı azalıb
Azərbaycanda neft məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb. 2019-cu ilin 10 ayında ölkədə 947,6 min ton avtomobil benzini istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalı 6,1% azalıb. Əvəzində dizenl yanacağının istehsalında artım var. Muxalifet.az fed.az-a istinadən bildirir ki, ilk 10 ayda ölkədə 1 milyon 714 min ton dizel yanacağı istehsal edilib. Bu əvvəlki illə müqayisədə 6,1% artıqdır. Digər neft məhsullarının istehsalı ilə bağlı vəziyyət belədir:
Muxalifet4 - 24-11-2019
"Danışanın səsini kəsirsiniz, ağzını bağlayırsınız" - SABİQ PREZİDENT HAKİMİYYƏTƏ QAYITMAQ İSTƏYİR?
İranın keçmiş prezidenti Əhmədi Necat etirazçılara dəstək göstərib. Publika.az xəbər verir ki, Necat prezident Həsən Ruhanini, Məhkəmə sədri İbrahim Rəisini və idarəetmə orqanlarını ittiham edib. İranda korrupsiyanın Ruhaninin hakimiyyəti dövründə 10 dəfə artdığını və xalqın yoxsulluğa, sanksiyalara dözmək məcburiyyətində qaldığını deyib: "Dövlətin başına nə bəla gətirdiniz? Danışanın səsini kəsirsiniz, ağzını bağlayırsınız. Onları aşağılayır və həqarət edirsiniz. Bu dövlət hər kəsindir. Siz bu ölkənin sahibisiniz?
Muxalifet4 - 24-11-2019
Bakıda AĞIR QƏZA - Xəsarət alan var
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.
Rayondakı beton zavodunun qarşısında iki avtomobilin toqquşması nəticəsində, 1971-ci il təvəllüdlü Abdullayev Asəf Hüseyn oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 24-11-2019
Bakıda ŞOK QƏZA: 10 minlik maşın 700 minlik maşınları belə əzdi - REAL VİDEO
Bakıda baş vermiş qəza hadisəsi kameraya düşüb. Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində baş verib. "KİA Picanto" markalı avtomobilin sürücüsü nizamlanmayan yolayrıcında sola dönmə edərək sağdan gələn "Mercedes GL" markalı avtomobil ilə toqquşur. Zərbənin gücündən sağa dönmək üçün yolayrıcında dayanmış iki bahalı avtomobil - "Audi" və "Maserrati"yə dəyir. Nəticədə bütün avtomobillər ziyan çəkir.
Muxalifet - 24-11-2019
Meyxanaçı Namiq Mənanın qardaşı tanınmış aktyor imiş - FOTO
Meyxanaçı Namiq Məna ilə aktyor Ələkbər Əliyev qardaş imiş. Bu haqda onlar "Zaurla Günaydın" verilişində deyib. Qeyd edək ki, Ələkbər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur.//axşam
Muxalifet - 24-11-2019
ŞOK HADİSƏ: Azərbaycanda kişi polis bölməsində arvadını döydü
Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.
Muxalifet.az apa-ya istinadən xəbə verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib.
Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 24-11-2019
İran “Avraam Linkoln” girov götürməyə hazırlaşır? - HAZIRDA TƏYYARƏDAŞIYANA ONLARLA RAKET TUŞLANIB
ABŞ-ın bir neçə gün əvvəl Fars körfəzi sularına daxil olmuş “Avraam Linkoln” təyyarədaşıyan gəmisi İran tərəfindən girov götürülə bilər.
Muxalifet - 24-11-2019
Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.
Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.Muxalifet - 24-11-2019
BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən Şəkərin ailəsində daha bir faciə: Bu dəfə əmisi qızı...
Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib. Muxalifet.az xəbər verir ki, o, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər. Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Avtomobil yol kənarındakı nişana dəyərək, dərəyə yuvarlanıb.
Muxalifet - 24-11-2019
Ayan efirdə çətin vəziyyətə düşdü - Müğənninin ətəyi qalxdı
Müğənni Ayan Babakişiyeva Xəzər TV-də yayımlanan "Şən bazar" verilişində qonaq olub.
Verilişdə rəqs edən müğənninin ətəyi qalxıb.
Bunu görən Əməkdar artist Rafael İsgəndərov zarafat edərək ətəyinin qısa olduğuna işarə edib: "Bunu bir az uzun geyinərdin. Fırlanmaq istədi, alınmadı".
Çətin vəziyyətə düşən Ayan isə vəziyyətdən çıxa bilib. Müğənni bildirib ki, ilk dəfədir efirə belə qısa geyinir. //baku.ws
Muxalifet - 24-11-2019
Stalin türkləri sürgün edərək Qara dəniz bölgəsini təmizlədi - Detallar
"Anadolu Ajansı"
75 il əvvəl, 1944-cü il 14 noyabrda Sovet ittifağının lideri Stalin Gürcüstan - Türkiyə sərhəddində Mesxetiya bölgəsində yaşayan yerli əhali olan türkləri sürgün etdi. Onlar bir neçə saat ərzində yük vaqonlarına dolduruldu və və sürgünə göndərildi.Muxalifet3 - 24-11-2019
Əli İnsanov PARTİYA YARATDI: İlginc adlar - SİYAHI / FOTO
Sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra yaratmağı planlaşdırdığı siyasi partiya ilə bağlı ilk addım atıb. Muxalifet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. Adına yaratdığı Facebook səhifəsində Ə.İnsanov yazıb ki, bu gün, 24 noyabr 2019-cu ildə,siyasi həmfikirlərilə birlikdə toplantı keçirib və yaratmaq istədikləri Haqq Ədalət Partiyasının təşkilat komitəsi barədə müzakirə aparıblar. O, daha sonra detalları da paylaşıb: "Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik.
Muxalifet - 24-11-2019
BMT-nin avtomobili partladıldı - Ölən və xəsarət alanlar var
Əfqanıstanda BMT-nin avtomobili partladılıb.
Publika.az xəbər verir ki,hadisə zamanı azı 1 nəfər həlak olub.
Partlayış nəticəsində həmçinin daha 5 nəfər yaralanıb. Onlar yerli xəstəxanaya çatdırılıb.Muxalifet - 24-11-2019
İrandan internet kəsintisinə görə İNANILMAZ QƏRAR
İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin kəsildiyi müddətdə zərər çəkmiş şirkətlərə kompensasiya verilməsi üçün proqram hazırlayıb. Teleqraf.com xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat yayıb. O bildirib ki, bəzi şirkətlər bir ay müddətində pulsuz internetlə təmin olunacaqlar. Proqram hökumət tərəfindən təsdiq edildikdən və ölkə prezidentinin müvafiq sərəncamından sonra kompensasiyalar veriləcək.
Muxalifet4 - 24-11-2019
İlham Aslanov naməlum şəraitdə bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseyn oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamani onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.
Yaralı əməliyyat olunub.
Cinayətin təfərrüatı Suraxanı Rayon Polis İdarəsində araşdırılır.
Muxalifet - 24-11-2019