Stalin türkləri sürgün edərək Qara dəniz bölgəsini təmizlədi - Detallar

Baxış sayı:
4177

"Anadolu Ajansı"
75 il əvvəl, 1944-cü il 14 noyabrda Sovet ittifağının lideri Stalin Gürcüstan - Türkiyə sərhəddində Mesxetiya bölgəsində yaşayan yerli əhali olan türkləri sürgün etdi. Onlar bir neçə saat ərzində yük vaqonlarına dolduruldu və və sürgünə göndərildi.

Mesxetiya, Türkiyə - Gürcüstan sərhədində yerləşir, 1828-1829-cu illərdə rus-türk müharibəsindən sonra sülh müqaviləsinin bağlanması nəticəsində Rusiyaya verilmişdi. Birinci dünya müharibəsindən sonra bölgə Gürcüstana birləşdirilmişdi, sonra isə Sovet İttifaqının tərkibinə daxil olundu. Bununla da SSRİ daxilindəki digər türk və müsəlmanlar kimi, Mesxeti türklərinin də əzablı-iztirablı tarixi başlandı. Onların İkinci Dünya müharibəsində iştirakına baxmayaraq, Stalin yenə də sürgün haqqında qərar verdi.

86 min Mesxeti türkü Orta Asiyanın müxtəlif regionlarına qovuldu.         
86 min türk-müsəlman bir-neçə saat ərzində özləri ilə heç bir əşyalarını götürmədən qatarlara dolduruldular və sürgünə yol bir ay çəkdi. 17 mindən çox insan aclıq, soyuq və xəstəlikdən yolda tələf oldu. Sağ qalanlar isə Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazilərində taleyin ixtiyarına atıldılar.
Sovet rəhbərliyi türkləri, o cümlədən yaşlıları, qadınları və uşaqları əmək düşərgələrində ağır şərtlər altında işləməyə məcbur etdi. Onlara şəhərlərdə məskunlaşmağa icazə vermir, yaşayış yerini xüsusi xəbrdarlıq etmədən tərk etməyə icazə vermirdilər. Qaydanı pozanları isə, valideyinləri ilə birlikdə 25 illiyə Sibirə sürgün edirdilər. Aclıq, epidemiya və yoluxucu xəstəliklər səbəbi ilə 30 min-ə qədər türk Orta Asiyanın müxtəlif regionlarında məhv oldu.

Stalinin məqsədi Qara dəniz regionunu türklərdən təmizləmək idi
Stalinin sürgünləri törətmək səbəbi kimi “türklərin İkinci Dünya müharibəsində faşistlərə kömək etməyini” bəhanə gətirdi, baxmayaraq ki, Mesxeti türklərinin bütün kişi əhalisi cəbhədə ruslarla bir yerdə döyüşmüşdü. Lakin Sovetlər dağılandan sonra əsl məqsəd üzə çıxdı. Sovet arxiv sənədlərinə görə, Krım tatarlarının və Mesxeti türklərinin deportasiyası arxasında dayanan əsl məqsəd Qara dəniz regionunun türklərdən təmizlənməsi idi.

 Türklər öz topaqlarına qayıtmaq istəyirlər      
Bu gün Mesxetiyada 20 minə yaxın insan yaşayır, lakin onların çox az hissəsini türklər təşkil edir. Onların əksəriyyəti hələ də sürgün olunduqları bölgələrdə və ya sonradan köçdükləri ərazilərdədir.
Beynəlxalq təşkilatların və başqa mənbələrin məlumatına görə, 550-600 min Mesxeti türkü bu gün öz vətənindən kənarda, əsasən Türkiyədə, Qazaxıstanda, Azərbaycanda, Rusiyada, Özbəkistanda, Qırğızıstanda, Ukraynada və ABŞ-da yaşayır.
Hazırda Sovet İttifaqı dağılandan sonra türklərin öz tarixi torpaqlarına qayıtması məsələsi gündəmdə olsada hələ ki, bunu həll etmək mümkün olmayıb. Baxmayaraq ki, 2007-ciu ildə onların öz tarixi torpaqlarına qayıdışı barədə qanun qəbul olunub, Gürcüstan rəhbərliyi bu istiqamətdə hələ də heç bir konkret addım atmayıb.
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az