Axtarış

The search found 105839 results in 0.036 seconds.

Search results

  1. Bakıda şirniyyat sexində iyrənc mənzərə - FOTO

    Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhimov Zaur Kərim oğluna məxsus unlu qənnadı və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı aşkar olunub.

    Muxalifet - 25-11-2019

  2. ​SON DƏQİQƏ: 4-cü kurs tələbəsi dəm qazından BOĞULUB ÖLDÜ - FOTO

    Dəm qazı daha bir can alıb. Muxalifet.az BakuPost.az-a istinadən xəbər verir ki, İqtisad Universitetinin IV kurs tələbəsi Ramil Məhyəddinov dəm qazından boğularaq dünyasını dəyişib. Allah rəhmət eləsin!

    Muxalifet - 25-11-2019

  3. Cəlilabad sakini tüfənglə özünü güllələdi

    Cəlilabad rayon sakini özünü güllələyib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 24-də saat 23 radələrində Cəlilabad rayonunun Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş O.Sadıqovun vəziyyəti orta-ağırdır. Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16“ markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

    Muxalifet - 25-11-2019

  4. İVANİŞVİLİYƏ QARŞI İTTİFAQ - Saakaşvili rəqibləri ilə birləşdi

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kiyevdə özünün keçmiş rəqibləri Qubaz Sanikidze və Valeri Gelbaxiani ilə görüşüb. Muxalifet.az xəbər verir ki, tərəflər Müqəddəs Georgi Günü dini bayramı və Qızılgül inqilabının 16 illiyi münasibətiylə bir araya gəliblər. Saakaşvili onu siyasi rəqibləri ilə bir araya gəlməyə Gürcüstana olan sevgilərinin məcbur etdiyini bildirib. Hər üç siyasətçi yaydıqları bəyanatda Gürcüstan xalqının birləşmək vaxtının çatdığını bəyan ediblər.

    Muxalifet - 25-11-2019

  5. ​Rusiyada 40-dan çox məktəbli qazdan zəhərləndi

    Rusiyanın Nijni Novqorod vilayətindəki məktəblərin birində 45 nəfər qazdan zəhərlənib.
    Unikal.org-un məlumatına görə, onlardan 44 nəfəri məktəblidir.
    Qeyd olunur ki, hadisəyə səbəb məktəbin yaxınlığında yerləşən qazpaylayıcı stansiyada qaz sızması olub.
    Şagirdlərdən bəzilərinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Qeyd olunur ki, 23 nəfər müayinədən sonra evə buraxılıb.
    Məktəbdə dərslər dayandırılıb.

    Muxalifet - 25-11-2019

  6. “Liverpul” qarşısıalınmaz görünür" - Qvardiola

    “Liverpul” qarşısıalınmaz görünür. Mənim komandam həmişə sona qədər savaşır, ancaq rəqibimiz bizdən güclü olanda bunu qəbul etməyi də bacarırıq".
    Muxalifet.az
    xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Britaniya mətbuatına açıqlamasında deyib.

    Muxalifet - 25-11-2019

  7. SON DƏQİQƏ: Bakının mərkəzində ikimərtəbəli bina uçdu - VİDEO / FOTO

    Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib. “Qafqazinfo”nun məlumatına görə, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Bühbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. Həmin binada 20-yə yaxın ailənin yaşadığı bildirilir.

    Muxalifet - 25-11-2019

  8. VƏTƏNDAŞLARA “AYAQÜSTÜ” XİDMƏT - Və yaxud “Bakcell” üçün 1 dəqiqə nə vaxtdan 120 saniyə olub? / FOTO

    Bu gün ən çox vətəndaş məmnunluğundan, insanlara xidmətdən söz açılır. Məmnunluğun, xidmətin gəlişigözəl sözlər olması isə acı gerçəkdir. Özəlliklə mobil operatorların istehlakçı hüquqlarını kobud şəkildə pozmasını hamı öz təcrübəsində sınayıb. Bu pozuntular getdikcə daha şiddətlə davam edir. Ölkənin ilk mobil operatoru kimi tarixə düşən “ Bakcell”in istehlakçı hüquqlarını kobud pozması adi danışıq “sayğacı”nda özünü açıqca göstərir. Təsəvvür edin, “Bakcell”in hesablamasına görə, bir dəqiqə 60 saniyə yox, 120 saniyədir.

    Muxalifet4 - 25-11-2019

  9. Almaniya ŞOKDA: əsrin soyğunu baş verdi

    Almaniyanın Drezden şəhərində tarixi “Qreen Vault” muzeyindən dəyəri 1 milyard avro olan oğurluq edilib. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, oğrular muzeydən bahalı eksponatları və tarixi əsərləri oğurlayıblar. Oğurlanan eksponatların dəyəri 1 milyard avro civarında qiymətləndirilir. Soyğun səhər saat 05:00 radələrində gerçəkləşib. Oğrular əvvəlcə muzeyin işıqlarını kəsib, daha sonra şüşəni qıraraq içəri daxil olublar. Soyğunu həyata keçirəndən sonra lüks avtomobillərdə qaçdıqları deyilir.

    Muxalifet - 25-11-2019

  10. “Uşaqların məktəbə getməsi müşkülə çevrilib…” – MASALLI SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

    Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Masallı rayon sakini Sakit Süleymanov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə  Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Admistrasiyasının rəhbəri Samir Nuriyevə, Baş nazir Əli Əsədova və Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet4 - 25-11-2019

  11. Bakıda QANLI OLAY: Kürəkən qaynını bıçaqladı

    Bakıda qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.

    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

    Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 26 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseynağa oğlu eyni ünvanda yaşayan yeznəsi və eyni zamanda bibisi oğlu olan 1964-cü il təvəllüdlü Ələkbərov Müslüm Əmir oğlu ilə mübahisə edib.

    Muxalifet - 25-11-2019

  12. Məşhur xanım müğənni evində ÖLÜ TAPILDI - FOTO

    “K-pop” qrupunun 28 yaşlı iştirakçısı Qoo Hara evində ölü halda tapılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 6 ay əvvəl intihara cəhd edən müğənni və aktrisa pərəstişkarlarından üzr istəmişdi. Ulduzun ölüm səbəbi bəlli deyil. Xatırladaq ki, bir neçə gün əvvəl Sulli adlı cənubi koreyalı başqa bir müğənni də evində ölü halda tapılmışdı.

    Muxalifet - 25-11-2019

  13. “İcra başçısı Asif Əsgərovun Sizin islahatlarınızdan və fərmanlarınızdan ibrət götürmək fikri yoxdur” - PREZİDENTƏ AÇIQ MƏKTUB!

    Tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə Açıq məktub ünvanlayan şikayətçinin məktubunu dərc edirik: Möhtərəm Prezident! Hər gün mətbuatda çıxışlar edir, yeni icra başçıları təyin edirsiniz. Şahidi olmuşuq ki, yeni təyin etdiyiniz kadrlara “rüşvət almayın” söyləyirsiniz.

    Muxalifet4 - 25-11-2019

  14. “Azərbaycanı Rusiyanın ağuşuna sürükləyən “beşinci kolon” nümayəndələri yerində oturdulmalıdır” – MÜXALİF PARTİYADAN XALQA MÜRACİƏT

    Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlərin müzakirəsinə dair növbəti toplantısı keçirilib.
    Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, tolantı iştirakçıları ilk növbədə qonşu İranda baş verən olaylar baradə fikir mübadiləsi aparıb və bu olayların arxasında dünyada baş verən qlobal iqtisadi böhranın və ABŞ başda omaqla, bir sıra Qərb dövlətlərinin İrana tətbiq etdiyi iqtisadi embarqoların durduğunu diqqətə çatdırıb.

    Muxalifet4 - 25-11-2019

  15. Nazirliyin daxili nəzarət və audit, yoxsa “daxili rüşvət” idarəsi? - Heybət İmanov Qarabağ əlilinin pensiyasının kəsilməsini “qanuni” sayıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasını yarıqat edib, “Rəvan” sığorta şirkətinə ödəməsindən il yarım keçsə də, hələ də savaş əlilinin pensiyası bərpa olunmayıb. Maraqlı olduğu qədər də absurddur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu edilən ƏƏSMN illərdir borcunu ödəməkdən imtina edir.

    Muxalifet4 - 25-11-2019

  16. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gəlir

    Kremlin mətbuat katibi Peskov Rusiya prezidenti Vladimir Putinin 202-ci il yanvar ayının ilk günlərində Türkiyəyə rəsmi səfərə gələcəyini bəyan edib.
    Peskovun verdiyi açıqlamada Putinin “Türk axını” təbii qaz kəmərinin açılış mərasimi üçün gələcəyi bildirilib.
    Yenilənir...
    Muxalifet.az

    Muxalifet3 - 25-11-2019

  17. Məşhurların olduğu təyyarə qəzaya uğradı - Onlarla ölü və yaralı var

    Konqo Demokratik Respublikasının Qoma şəhərində göyərtəsində məşhurların olduğu özəl təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
    Bir neçə nəfər xəsarət alıb.
    Muxalifet.az xəbər verir ki, “Busy Bee” şirkətinə məxsus layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, evlərin üzərinə düşüb. Ardınca güclü yanğın baş verib.

    Muxalifet3 - 25-11-2019

  18. “DSMF-dən bildirdilər ki, get, 67 yaşın olanda gəlib müraciət edərsən” – 65 YAŞLI BAKI SAKİNİNƏ PENSİYA NİYƏ VERİLMƏYİB...

    Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 12-də qeydiyyatda olan, Xəzər rayonu, Bilgəh qəsəbəsi, Həci Hacağa küçəsi ev 36-da yaşayan Canbaxışov Cavanşir Kamal  oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

    Muxalifet4 - 25-11-2019

  19. Gürcüstanda müxalifət parlamentin iclaslarını boykot edib

    Parlamentin müxalifət partiyalardan olan deputatları, eləcə də müstəqil millət vəkilləri parlamentin 26-29 noyabr tarixlərinə planlaşdırılan plenar iclasları boykot edib.
    Muxalifet.az "24News.ge" saytına istinadla bildirir ki, bu barədə Parlamentin sədri Arçil Talakvadze məlumat verib.

    Muxalifet3 - 25-11-2019

  20. Polis mayoruna YÜKSƏK VƏZİFƏ VERİLDİ

    Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daşkəsən rayon Dövlət Yol Polis Bölsinə yeni rəis təyin edilib.
    Verilən məlumata görə, əmrə əsasən polis mayoru İldırım Əliyev Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin edilib.
    Yeni rəis bu vəzifəyə qədər Şəmkir rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkcisi vəzifəsində çalışıb. //baku.vs

    Muxalifet - 25-11-2019

Pages