Axtarış
The search found 105839 results in 0.084 seconds.
Search results
Çilidəki son iğtişaşlarda 100-dən çox insan yaralanıb
Noyabrın 23-də Çilidə keçirilən etiraz aksiyalarında ən az 127 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, zərərçəkənlər arasında həm asayiş keşikçiləri, həm də mülki şəxslər var. Etirazçılar mitinqlər zamanı binaları yandırıb və polis bölmələrinə hücum ediblər. Ümumilikdə noyabrın 23-də ölkə daxilində polis tərəfindən 300-ə yaxın nümayişçi saxlanılıb.
Muxalifet - 24-11-2019
"İSİD onları təxminən 15 dəqiqə sonra..." - ABŞ-ın SURİYADAN ÇIXMAMASININ SƏBƏBİ...
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayan Suriya hakimiyyətinin Fərat çayının kənarındakı neft yataqlarını İŞİD-dən qorumağa hazır olduğuna şübhə edir.
Muxalifet.az trend-ə istinadən bildirir ki, Kanadada keçirilən təhlükəsizlik forumunda R.O'Brayandan ABŞ-ın Suriyanın şərqindəkı neft yataqlarını İŞİD-dən qorumaq üçün qoşunlarını saxlamağını bildirən prezident Donald Trampın sözlərinə aydınlıq gətirilməsi istənildi.
Muxalifet4 - 24-11-2019
Dövlət Departamentindən "Facebook", "İnstagram" və "Twitter"ə İRANLA BAĞLI ÇAĞIRIŞ...
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk "Facebook", "İnstaqram" və "Twitter" sosial media şəbəkələrini İranın hakimiyyət orqanlarının səhifələrini bağlamağa çağırıb. Muxalifet.az trend-ə istinadən bildirir ki, B.Huk "Twitter" hesabında yerləşdirdiyi çıxışında deyib: "Bu, həddindən artıq ikiüzlü rejimdir. Hökumət sosial şəbəkələrdəki bütün hesablardan istifadə etməyə davam edərkən İnterneti söndürür.
Muxalifet4 - 24-11-2019
Mikroavtobus yük maşını ilə toqquşub, beş nəfər ölüb
Rusiyada mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb, üç nəfər xəsarət alıb.
Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Orenburq vilayətinin Çistıy kəndinin yaxınlığında baş verib.
Belə ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində biri uşaq olmaqla beş nəfər ölüb. Xəsarət alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, mikroavtobusda Özbəkistan və Tacikistan vətəndaşları olub. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 24-11-2019
Metroda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB
Noyabrın 24-də saat 05:41 dəqiqədə "Həzi Aslanov - Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stansiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.
Muxalifet4 - 24-11-2019
İrandakı aksiyaların 180-ə yaxın təşkilatçısı saxlanılıb
İranın hüquq-mühafizə orqanları etiraz aksiyalarının 180-ə yaxin liderini saxlayıb. Muxalifet.az trend-ə istinadən bildirir ki, saxlanılanlar bankları yandırmaqda, əmlaka ziyan vurmaqda, hüquq-mühafizə orqanlarının obyektlərinə hücumlarda və digər qanunsuz hərəkətlərdə ittiham olunurlar. Xatırladaq ki, İranın bir sıra şəhərlərində son günlər benzin qiymətinin kəskin artması səbəbindən etiraz aksiyaları keçirilib. Nümayişlərin bəziləri silahlı iğtişaşlara çevrilib.
Muxalifet4 - 24-11-2019
50 min qadın zorakılığa YOX dedi - ETİRAZ AKSİYASI
Parisdə qadın zorakılığına qarşı keçirilən etiraz aksiyasında təxminən 50 min insan iştirak edib. Muxalifet.az bildirir ki, kişilər və qadınlar "seksizmə, cinsi təcavüzə və qadın zorakılığına son ver" şuarları ilə nümayiş keçirdiblər. Aksiyada Müriel Robin, Jüli Geyyo, Aleksandra Lami kimi məşhur şəxslər iştirak ediblər və etirazçıların ön cərgələrində yer tutublar. Fransanın Lil, Bordo, Ren, Strasburq və Tuluza şəhərlərində də oxşar aksiyalar keçirilib. Qeyd edək ki, Fransada ötən il 121, bu il ən az 116 qadının məişət zorakılığından öldüyü bildirilir.
Muxalifet4 - 24-11-2019
Boliviya Parlamenti Moralesin seçkilərdəki qələbəsini ləğv etdi
Boliviya Parlamenti 20 oktyabr Prezident Seçkilərində Evo Moralesin qələbəsini ləğv edən qanun qəbul edib.
Muxalifet4 - 24-11-2019
Rusiyanın peyki orbitdən çıxaraq atmosferdə yanıb
Rusiyanın "Kosmos-2422" kosmik aparatı orbitdən çıxaraq Sakit okeanı hövzəsi üzərində atmosferin sıx qatlarını keçən zaman alışaraq hissələrə bölünüb. TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Bu kosmik aparat qitələrarası ballistik raketlərin atışlarını izləyə və bu məlumatları Yerə ötürə bilirdi. Qeyd edək ki, sözügedən peyk fəzaya 2006-cı ildə "Plesetsk” kosmodromundan buraxılmışdı.
Muxalifet4 - 24-11-2019
"Tesla" yeni elektrik avtomobili üçün 146 min sifariş alıb
"Tesla şirkəti ilk "Cybertruck” elektriklə çalışan pikap avtomobili üçün 146 min sifariş qəbul edib”.
Bunu şirkətin rəhbəri İlon Mask Los-Ancelesdə "Cybertruck”avtomobilinin ilk nümayişi zamanı bildirib.
O, qeyd edib ki, bu qədər sifarişin alınmasına rəğmən heç bir reklam kampaniyasına ehtiyac olmayıb.Maskın sözlərinə görə, müştərilərin 42 faizi ikimühərrikli, 41 faizi üçmühərrikli, 17 faizi isə birmühərrikli pikap almaq niyyətində olduqlarını bildiriblər.
Muxalifet4 - 24-11-2019
Bakıda yük maşını yandı - FHN-dən AÇIQLAMA
Bakı şəhərinin Qaradağ rayonunda "MAN" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet4 - 24-11-2019
286 dəfə evləndi, polis tərəfindən yaxalandı
Banqladeşdə Zakir Hossain Bapari adlı şəxsin 286 dəfə evləndiyi üzə çıxıb. Gununsesi.org xəbər verir ki, 38 yaşlı Baparinin 12 il ərzində qadınları özünə aşiq edərək dini nikahla evləndiyi və sonradan onlara qarşı dələduzluq etdiyi bəlli olub. Paytaxt Dakkada bir qadının təcavüzə uğraması və dolandırılmasından sonra məhkəməyə müraciət etməsi nəticəsində hadisənin üstü açıb. Zakir Hossain Bapari dindirilmə zamanı törətdiyi əməlləri etiraf edib.
Muxalifet4 - 24-11-2019
İki uşaq anası olan 23 yaşlı gəlin özünü binadan atdı – DƏHŞƏT
Bərdədə 2 uşaq anası özünü 4-cü mərtəbədən atıb.
Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınmış 7 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Həmin binada yaşayan 1996-cı il təvəllüdlü Bayramova Məlahət intihar etmək istəyib.
Ağır xəsarətlər alan qadın Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 24-11-2019
Sevildiyini hiss etmək qadını gözəlləşdirir - ARAŞDIRMA
Türkiyənin məşhur sağlam qidalanma məsləhətçisi Könül Ateşsaçan sağlam dərinin əslində sağlam bir bədənin təzahürü olduğunu bildirib.
K.Ateşsaçan meyvə və tərəvəzlərin dəri sağlamlığı üçün böyük əhəmiyyəti olduğunu qeyd edib. Sağlam qidalanma məsləhətçisinin sözlərinə görə, dərinin gözəlliyini qorumaq üçün detokslar etmək, antioksidant tərkibli qidalar qəbul etmək, gündə 10-12 stəkan su, beta karoten, C və E vitaminləri, bol yaşıl yarpaqlı tərəvəzlər, kələm, ispanaq, yerkökü, bibər yemək vacibdir.
Muxalifet4 - 24-11-2019
“Ağ Ev söyləyəcəklərimdən qorxduğu üçün...” - Trampın işdən çıxartdığı Boltondan ilginc iddia
ABŞ prezidenti Donald Tramp tərəfindən vəzifəsindən kənarlaşdırılan keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton uzun sürən sakitliyini pozub.
Musavat.com sozcu.com.tr-yə istinadən xəbər verir ki, sentyabr ayında vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə tvitterdəki hesabından mesaj paylaşan Bolton, Ağ Evin özünün şəxsi tvitter hesabına girişini əngəllədiyini iddia edib.
ABŞ prezidenti Donald Tramp ilə tez-tez fikir ayrılığı yaşayan keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton Tvitter-də təəccüblü açıqlamalar verib.
Muxalifet4 - 24-11-2019
Prezidentin açılışını etdiyi “Az DUTİ FRİ ŞOPS LTD” MMC 100 nəfərdən çox insanı işsiz qoydu / Şikayət
Astara sakinləri hesab edir ki, bəzi məmurlar prezident saxtakarlıq etməklə İlham Əliyevə yalan məlumatlar verirlər. Onların fikrincə, bu saxtakarlıq işsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərdə də özünü büruzə verir. Muxalifet.az-ın redaksiyasına müraciət edən sakinlər bildirir ki, yeni istifadəyə verilən, hətta prezidentin açılışını etdiyi bir sıra müəssisələrin az müddət sonra fəaliyyəti dayandırılıb. Ölkə başçısına isə məlumat veriblər ki, guya, bu müəssisələrin hər birində yüzlərlə sakin çalışır.
Muxalifet4 - 24-11-2019
Rusiyalı qadınların tez qocalma SİRRİ tapıldı - TOYDAN SONRA...
Çinli jurnalist rusiyalı qadınların çinlilərlə müqayisədə tez qocalma səbəbini özünəməxsus şəkildə izah edib.
Muxalifet.az xəbər verir ki, jurnalist "Sohu" qəzetinə müsahibəsində bildirib ki, rusiyalı xanımlar ailə qurduqdan sonra vaxtlarının əksər hissəsini ailəyə həsr edir ki, bu da erkən yaşlanmaya gətirib çıxarır:Muxalifet - 24-11-2019
Bakı toyxanalarında daha kabab verilməyəcək? - NAZİRLİK BƏZİ TOYXANALARA QADADA QOYDU, NARAZI SƏSLƏR YÜKSƏLDİ
Ötən həftə İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.
Muxalifet4 - 24-11-2019
Kəmaləddin Heydərovun biznesinə AĞIR ZƏRBƏ: 85 milyonluq iki layihəsi batdı - FOTOLAR
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 85 milyonluq iki layihəsi batıb. Muxalifet.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O bildirib ki, nazirin Tatarıstandakı iki böyük layihəsini dayandırıb: “Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı.
Muxalifet - 24-11-2019
Polislə toqquşmalarda 3 aksiya iştirakçısı öldürüldü
Ötən gecə İraqın an-Nasriyə şəhərində aksiyaçıların dağıdılması zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA-nın "Əl-Ərəbyə" telekanalına istinadən verdiyi məlumata görə, polis aksiyanı dağıtmaq üçün odlu silahdan istifadə edib.
İraqın digər şəhərlərində də aksiyalar keçirilib.
Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.Muxalifet4 - 24-11-2019