Axtarış

The search found 105839 results in 0.033 seconds.

Search results

  1. Mourinyo qalibiyyətlə başladı

    Joze Mourinyonun yeni klubu "Tottenhem"də debütü uğurlu alınıb. Muxalifet.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"in qonağı olub və 3:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 17-ə yüksəldən London təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.12 oyundan 34 xalı olan "Liverpul" 1-ci, "Lester" 26 xalla 2-ci, "Çelsi" 26 xalla 3-cüdür. Qeyd edək ki, Joze Mourinyo "Tottenhem"in baş məşqçi vəzifəsində bu ay istefaya göndərilən Maurisio Poçettinonun əvəzləyib.

    Muxalifet - 23-11-2019

  2. Vilayət Eyvazovdan Sumqayıt şəhər Polis İdarəsinə YENİ TƏYİNAT

    Sumqayıt Şəhər Polis İdarəsində yeni təyinat olub.

    Bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Həsənov Hüseyn Süleyman oğlu Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini təyin edilib.

    Bu vəzifəyə qədər isə o, idarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

    Məlumatı Sumqayıt Şəhər Polis İdarəsindən təsdiqləyiblər.//Qaynarinfo

    Muxalifet - 23-11-2019

  3. Erməni jurnalistlər Bakının mərkəzindən şəkillər paylaşdılar – FOTOLAR

    Bakıda səfərdə olan Ermənistandan olan jurnalistlər paytaxtın mərkəzindən şəkil paylaşıb. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, noyabrın 17-dən 21-dək Ermənistan və Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.

    Muxalifet - 23-11-2019

  4. Suşinin ölümcül təhlükəsi - Alimlərdən ciddi XƏBƏRDARLIQ

    Bütün dünyada məşhurlaşan bu yapon yeməyi orqanizmə sağalmaz ziyan vura bilər. Muxalifet.az xəbər verir ki, dünyaca məşhur "Telegraph" nəşri suşinin insan orqanizmi üçün təhlükəsi barədə geniş material dərc edib. Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. Araşdırmalar nəticəsində suşinin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub. Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.

    Muxalifet - 23-11-2019

  5. Lukaşenko Vasif İsmayılovla bağlı sərəncam imzaladı - FOTO

    Belarus prezidenti Aleksandr Lukaşenko "Ulu Göyçə" inşaat-investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlunu fəxri ordenlə təltif edib. “BELTA” xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, biznesmen Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verdiyinə görə bu dövlət mükafatına layiq görülüb. Vasif İsmayılov Minskdə Mayakovski və Aranski küçələrinin kəsişməsində inşa olunmuş biznes mərkəzinin sərmayədarlarından biri kimi məşhurdur.

    Muxalifet4 - 23-11-2019

  6. Azərbaycan jurnalistləri Kəlbəcər və Şuşada - FOTO

    Xəbər verdiyimiz kimi, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

    Muxalifet.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Səfərə gedənlər arasında 1news.az saytının müxbiri Elşən Rüstəmov də olub.

    Muxalifet - 23-11-2019

  7. İran kredit üçün Rusiya hökumətinə müraciət edib

    “İran elektrik stansiyası, dəmir yolları tikmək və metro vaqonları almaq məqsədilə Rusiya hökumətinə 2 milyard dollar həcmində kredit üçün müraciət edib”.

    APA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

    O bildirib ki, İranın müraciəti müəyyən layihələri həyata keçirmək məqsədilə edilib: “Bununla bağlı Maliyyə Nazirliyi məsələyə baxır. İstənilən vəsait təxminən 2 milyard dollar həcmindədir”. 

    Muxalifet4 - 23-11-2019

  8. 21 yaşlı turist dünyanın bütün ölkələrini gəzib...- FOTO

    21 yaşında 196 ölkəyə səyahət etmiş ən gənc insan statusunu alan Leksi Alford səyahətsevərlər üçün 7 məsləhətini bölüşüb. Leksi Alford ilk vaxtlar yalnız fərqli yerləri görmək və dünyanı tanımaq məqsədilə səyahətlərə çıxıb. Daha sonra ətrafındakı insanlar, xüsusilə, gənc qadınlara ilham verdiyini görüb. ABŞ-ın Kaliforniya ştatında turizm agentliyi işlədən ailəsi Leksini Misir piramidalarından Dubayın bahalı hotellərinə, Kambocanın üzən kəndlərinə qədər göndərərək həyatın müxtəlif baxış bucaqlarını ona göstərib.

    Muxalifet4 - 23-11-2019

  9. Bakıda camaata pul paylayan aparatın sahibi bu şəxsdir - FOTO + TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Azərabaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan "Azpulmat" adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər. Yeniavaz.com xəbər verir ki, həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar. "Azpulmat" adlı aparatlar haqqında məlumat almaq məqsədilə "azpul.az" adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur.

    Muxalifet4 - 23-11-2019

  10. SOCAR-ın adı hallanan korrupsiya və cinayət QALMAQALI - Şok faktlar

    Noyabrın 22-də Malta polisi biznesmen Yurgen Feneki saxlayıb. O 2017-ci ilin oktyabrında jurnalist Dafna Caruana Galiziyanın öldürülməsi ilə əlaqədar saxlanılıb, dünya KİV-i məlumat verir. Fenek “ElectroGas Malta” konsorsiumunun direktorlarından biridir. Bu konsorsiumda GEM holdinq 33,34%-ə sahibdir (bu payın üçdə bir hissəsindən çoxu 19 noyabr 2019-cu il tarixinə qədər rəsmi olaraq Fenekin rəhbərlik etdiyi Tumas Malta şirkətinə, qalan hissəsi Gasan şirkətinə aiddir). Layihədə Socar Trading 33,33% paya sahibdir, digər 33,33% Siemens Projects Ventures-ə aiddir. 450 mln.

    Muxalifet4 - 24-11-2019

  11. “Azərbaycan oyaqdır, Bakı Təbrizə dayaqdır!” - BAKIDA AKSİYA KEÇİRİLİB

    Azərbaycan Xalq Hərəkatının (AXH) bir qrup fəalı İranın Azərbaycandakı Səfirliyi qarşısında İran Azərbaycanında əhalinin dinc nümayişlərinə divan tutulmasına etiraz olaraq “Azərbaycan oyaqdır, Bakı Təbrizə dayaqdır!” şüarı ilə etiraz piketi keçirib. Polisin müdaxiləsinə baxmayaraq aksiya iştirakçıları İran Səfirliyinin qarşısınadək irəliləyib və qətnamələrini oxuyub. Polis piketi dağıdıb və bir neçə fəal saxlanılıb. Fəallar bir qədər sonra polis şöbələrində xəbərdarlıq edilərək sərbəst buraxılıb.

    Muxalifet4 - 24-11-2019

  12. "İğtişaşı təşviq etdinizsə, bunun nəticələri ilə üzləşəcəksiniz" - İRAN REGİON ÖLKƏLƏRİNİ HƏDƏLƏDİ

    İranın vitse-prezidenti Eşaq Canagiri şənbə günü regiondakı ölkələrə xəbərdarlıq edib ki, əgər onların İrandakı iğtişaşa müdaxilə etdikləri sübut olunsa, onlar dəhşətli nəticələrlə üzləşəcəklər.

    Muxalifet.az "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə yarı-rəsmi Fars xəbər agentliyi məlumat verib.

    Muxalifet4 - 24-11-2019

  13. Qəbul imtahanlarında güzəştlər tətbiq olunacaq?

    2020-ci ildə təşkil olunacaq qəbul imtahanlarının dəqiq tarixləri hələ müəyyən olunmayıb. Ən çox verilən suallardan biri imtahanda hansı kateqoriyadan olan abituriyentlərə güzəştlərin edilməsiylə bağlıdır. Abituriyentlər buraxılış və ya qəbul imtahanlarında hər hansı güzəştin nəzərdə tutulub-tutulmamasıyla bağlı çoxsaylı suallar ünvanlayırlar.

    Muxalifet4 - 24-11-2019

  14. İran Ceyson Rzaiyana 180 milyon dollar təzminat ödəməyə məhkum edilib

    Amerikanın Federal Məhkəmələrindən biri İranı Ceyson Rzaiyana 180 milyon dollar ödəməyə məhkum edilib. Qərara əsasən, rəsmi Tehran jurnalist kimi fəaliyyət göstərən Rzaiyan və xanımını həbs etməklə, ona və ailəsinə vurduğu mənəvi zərərlərə görə təzminat ödəməlidir. “Amerika Birləşmiş Ştatları ilə aparılan müzakirələrə təsir göstərmək üçün 1 insanı əsir götürmək və ona işgəncə vermək rüsvayçılıqdır. Belə mexanizmi tətbiq edənlər cəzalandırılmalı və onların bu addımlarının qarşısının alınması üçün tədbirlər görülməlidir”, - deyə məhkəmə qərarında vurğulanır.

    Muxalifet4 - 24-11-2019

  15. ​SON DƏQQƏ: Bakıda metronun bu stansiyaları BAĞLANDI

    “Bakı Metropoliteni” QSC səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb. Muxalifet.az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır.

    Muxalifet - 24-11-2019

  16. Pens İraqdakı ABŞ bazasına sürpriz səfər edib

    ABŞ vitse-prezidenti şənbə günü İraqa gözlənilmədən səfər edib. Bu, ABŞ prezidenti Donald Tramp iki ay öncə ABŞ qüvvələrinin Suriyadan geri çəkilməsinə göstəriş verəndən sonra Amerikanın yüksək səviyyəli rəsmisinin İraqa ilk səfəridir.
    Muxalifet.az 
    bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.

    Muxalifet3 - 24-11-2019

  17. Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı

    Gürcüstanda Ermənistan vətəndaşları saxlanılıb. Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, şübhəli şəxslər Gürcüstanda sərhədçilər tərəfindən Ermənistana gedən avtobusda saxlanılıblar. Buna onların qadağan edilmiş yük aparmaları səbəb olub. Faktı Ermənistanın Gürcüstandakı səfirliyi də təsdiqləyib. Səfirliyin əməkdaşları sərhəddəki nəzarət-buraxılış məntəqəsinə gəliblər. Bundan əvvəl isə yerli mətbuat gömrük buraxılış məntəqəsində kokain və həşişin aşkarlandığını bildirib. Hazırda faktla bağlı istintaq aparılır.

    Muxalifet4 - 24-11-2019

  18. FHN Bakıda halsız vəziyyətdə qalan şəxsi xilas etdi

    Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Xilasedicilər vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet4 - 24-11-2019

  19. Erməni ordusu mövqelərimizi 7 istiqamətdən ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet4 - 24-11-2019

  20. Salyanda bir ailənin 7 üzvü zəhərləndi: 4-ü uşaqdır

    Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb. Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb. Nəticədə 7 nəfər zəhərlənib. Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı Mehralıyeva Günül Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 24-11-2019

Pages