Axtarış
The search found 105839 results in 0.031 seconds.
Search results
Varşavada erməni təxribatının qarşısı alındı
Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb.
Muxalifet.az AzərTAc-a isitinadən xəbər verir ki, sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.Muxalifet - 22-11-2019
Uşaqlarda bu əlamətlər SƏTƏLCƏMDƏN xəbər verir
Havalar bir az soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır. Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər. Muxalifet.az medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova açıqlama verib.
Muxalifet - 22-11-2019
Əfsanəvi boksçu rinqə qayıdır - Həbibə rəqib olacaq
Əfsanəvi amerikalı boksçu Floyd Meyvezer 2020-ci ildə idmana geri qayıdacağını bildirib. Sonxeber.Az-ın məlumatına görə, gələn ilin fevral ayında Meyvezerin 43 yaşı tamam olacaq. Amma onun boksa yox, UFC döyüşlərinə qayıdacağı güman edilir. Çünki Meyvecer Dan Uaytla fotosunu paylaşıb. Dan Uayt isə UFC rəhbəridir. “Mən Dana Uaytla birlikdə işləyirik. 2020-ci ildə əla hadisə olacaq”, - deyə Meyvezer sosial şəbəkədə yazıb. Çox güman ki, söhbət onun Həbib Nurməhəmmədovla keçiriləcək döyüşündən gedir. Çünki bu döyüş dəfələrlə müzakirə edilib.
Muxalifet - 22-11-2019
“Qalatasaray” evdə “Başakşəhər”ə məğlub olub
Türkiyə Super Liqasında XII tur başlayıb.
Apasport.az-ın məlumatına görə, ilk oyun günündə bir matç baş tutub.
İstanbul derbisində “Qalatasaray” “Başakşəhər”i qəbul edib. Matçda bir qol vurulub. İkinci hissənin sonlarında fərqlənən Qulbrandsen qonaqlara üç xal qazandırıb. Bu üç xal “Başakşəhər”in ən azı bir günlük liderliyə yüksəlməsi üçün yetərli olub.
Qeyd edək ki, turun digər oyunları noyabrın 23-25-də keçiriləcək.
Türkiyə Super Liqası
XII tur
22 noyabr
21:30. “Qalatasaray” - “Başakşəhər” – 0:1
Qulbrandsen, 78Muxalifet4 - 23-11-2019
Bakıda zəhərlənən tələbə qızların ağzından niyə qan gəlib?
Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə çoxlarının diqqətini çəkməyən bir məqam var. Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə həmin məqama diqqət yetirilməyib? Kliniki Tibbi Mərkəzin Baş toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin: "O tələbələr məgər sirkə içiblər?
Muxalifet4 - 23-11-2019
Elon Mask şizofreniya və autizm problemini həll edəcəyinə əmindir
Amerikalı iş adamı Elon Mask əmindir ki, yaratdığı "Neuralink" şirkəti, beyin funksiyasının pozulmasına dair problemlərin həllinə kömək edəcək. O, bunu müsahibəsi zamanı bildirib. "Xüsusilə autizm, şizofreniya, yaddaş itkisi haqqında danışa bilərik ... İnanıram ki, beyin və ya onurğa beyninin ciddi şəkildə zədələndiyi hallarda "Neuralink"in böyük faydası ola olacaq", - deyə Mask qeyd etmişdir.
Muxalifet4 - 23-11-2019
Bu telefonlarda “WhatsApp” işləməyəcək - TARİX AÇIQLANDI
"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir. "Yeni Sabah" "ictnews"a istinadla xəbər verir ki, "WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.
Muxalifet4 - 23-11-2019
Almaniyada məscidlərdə ibadət hansı dildə aparılmalıdır? - YENİ SƏNƏD HAZIRLANIR
Almaniya federal hökuməti bu günlərdə din xadimlərinin əməyini tənzimləyən normativ aktlara dəyişikliklər paketi işləyib hazırlayıb. AZƏRTAC xəbər verir ki, ölkə məscidlərində işləyən imamlar əvvəlcə alman dilini yetərincə bildiklərini nümayiş etdirməlidirlər. Deyilənə görə, ölkədə yalnız alman dilində ibadətə icazə verməyə hazırlaşırlar. Bu qərarın Konstitusiyaya nə dərəcədə uyğun olub-olmaması barədə ekspertlərin mübahisələri səngimək bilmir. Bununla belə, yenilik əvvəlcə Bundesratda səsverməyə qoyulmalıdır.
Muxalifet4 - 23-11-2019
Ərdoğanı səhv başa düşən Tatlısəs hər kəsi güldürdü – VİDEO
Müğənni İbrahim Tatlısəs prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə İzmirdə xalqın qarşısına çıxıb. “Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, AKP-dən millət vəkilliyinə namizəd olan müğənni prezidentlə xatirəsini İzmir xalqı ilə bölüşüb. Tatlısəs “Prezidentimiz mənə “qeydiyyatın xeyirli olsun” dedi. Mən də yeni mahnımın qeydiyyatını başa düşdüm” deyərək insanları güldürüb. Qeyd edək ki, Tatlısəs İzmirin Narlıdərə qəsəbəsindən deputatlığa namizəddir.
Muxalifet4 - 23-11-2019
İranlakı etirazlarla bağlı qorxunc rəqəmlər - Ölənlərin sayı 250-ni keçib
İrandakı aksiyalar zamanı ölənlər barədə qorxunc rəqəmlər açıqlanıb. İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin öldüyünü, 3,7 mindən çox insanın yaralandığını, 7 mindən çox adamın isə nəzarətə alındığını iddia edib. Muxalifet.az "Haber7"ə istinadla xəbər verir ki, İranda yanacağın qiymət artımından sonra etirazlar davam edir. İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin öldüyünü, 3,7 mindən çox insanın yaralandığını, 7 mindən çox adamın isə nəzarətə alındığını iddia edib. İran mediası isə İran hökumətinə istinadla bu rəqəmlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.
Muxalifet3 - 23-11-2019
Almaniyanın Köln şəhərində HƏYƏCAN - Minlərlə insan köçürülür
Almaniyanın Köln şəhərində minlərlə insan İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə təxliyə edilir.
RIA Novosti agentliyinin məlumatına görə, bomba Solştok ərazisində tikinti işləri zamanı aşkar edilib.
Tapıntı yerinə yaxın 500 metr ərazi əhatəyə alınıb. Ərazidə xüsusi təyinatlı dəstələr cəmləşdirilib və partayış təhlükəsi ilə bağlı profilaktik iş aparılır.
Muxalifet - 23-11-2019
Erməni qızları Azərbaycan kişiləri üçün SOYUNDU - VİDEO
Sosial şəbəkələrdə erməni qızlar yeni aksiya elan edib. Erməni qadınlar açıq-saçıq şəkillərini paylaşaraq Azərbaycandan olan kişiləri şəkillərinə işarələyirlər. Bu məqam sosial şəbəkələrdə xeyli diqqət çəkib. Azərbaycan kişiləri ilə yaxından maraqlanan erməni qadınlar son günlər canfəşanlıq edir. Erməni izləyiciləri qıcıqlandıran qadınlar daha çox Ukraynada və Rusiyada yaşayan qadınlardır. Onların bu addımı hansı səbəbdən atdığı dəqiq bilinmir. /Baku.ws
Muxalifet - 23-11-2019
Onlar ömrünün yarısını icra başçısı olub – Kresloda ağaran saçlar
İqtidarın başlatdığı kadr dəyişiklikləri 20 ildən artıq icra başçısı vəzifəsini daşıyanların yeni kadrlarla əvəzlənməsilə ilə davam edə bilər. Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycanda uzun müddət icra başçısı olanların sayı o qədər də az deyil. Bu sırada ilk olaraq Xocavəndin icra başçısı Eyvaz Hüseynovun adını çəkmək olar. O, eks-prezident Əbülfəz Elçibəyin 2 iyul 1992-ci il sərəncamı ilə bu vəzifəyə təyin edilib. Beləliklə, Eyvaz Hüseynov 27 ildir ki, (33 yaşından) icra başçısı vəzifəsini daşıyır.
Muxalifet - 23-11-2019
Məktəbli oğlan müəllimləri və şagirdləri güllələmək istədi
ABŞ-ın Los-Anceles şəhərində 13 yaşlı yeniyetmə sinif yoldaşlarını və məktəbin heyətini güllələmək təhdidinə görə həbs edilib. Bu barədə polisə istinadən "Los Angeles Times"ə bbildirib. Qeyd edilir ki, onun evində tüfəng, patronlar və şagirdlərin adları olan siyahı tapılıb. Nəşr qeyd edib ki, yeniyetmə ilə birlikdə onun ailəsinin daha bir üzvü həbs edilib. Amma yaşca böyük olan həmin şəxsin həbsinin məktəbə hücum təhdidi ilə bağlı olub-olmaması hələ məlum deyil. Şagirdlərin sözlərinə görə, cümə günü sinif yoldaşları onları güllələmə ilə hədələməyə başlayıb.
Muxalifet - 23-11-2019
Ermənilərin işi qəlizə düşür - ABŞ-dan İrəvana bəd xəbər
Saxta soyqırımı tanıma qərarını blok edən amerikalı senatorların sayı artdı; “erməni kartı” tezliklə yeşiyin uzaq küncünə atılmazsa, ən çox itirən Vaşinqton olacaq; NATO baş katibi: “Xəritəyə baxın...”
Dünən ABŞ Senatında Konqresin aşağı palatasının - Nümayəndələr Palatasının keçən ay qəbul elədiyi uydurma erməni soyqırımı qətnaməsinin müzakirəsi olub. Ermənipərəst senatorlar Robert Menendes və Ted Kruz öz həmkarlarını qətnaməyə qoşulmağa və ona səs verməyə çağırıblar.
Muxalifet - 23-11-2019
“Ankara “S-400” komplekslərindən yaxa qurtarmalıdır” – Dövlət Departamenti
Türkiyə “S-400” komplekslərini ya məhv etməli, ya Rusiyaya göndərməli, ya da hansısa başqa yolla onlardan xilas olmalıdır. Türkiyənin bundan sonra Vaşinqtonla tərəfdaşlıq şansı olacaq. Bunu Dövlət Departamenti bildirib.
ABŞ ilə danışıqları bərpa etmək üçün Türkiyə bir yolunu tapıb, Rusiyadan aldığı “S-400” komplekslərindən xilas olmalıdır. “Reuters” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
Muxalifet - 23-11-2019
BDU-nun zəhərlənən tələbələri ilə bağlı İLGİNC FAKTLAR
Noyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Onlardan biri - fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan vəfat edib. 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Muxalifet - 23-11-2019
Körpüdən aşan TIR-da ölənlərin FOTOSU
Ötən gün Bakıda ağır qəzaya uğrayan yük maşını və onun içində olan şəxslərin fotosu yayılıb.
Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, Xocahəsən qəsəbəsi “Meyvəli bazar”ın yaxınlığında körpüdən düşərək qəzaya uğrayan yük maşınının içində sürücü və bir sərnişin olub.
Onlar Masallı rayon sakinləri Yusifli Xəzər İnqlab oğlu və Əzim Məmmədovdur. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Muxalifet - 23-11-2019
Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq
Avtomobilin alın və qabaq yan şüşələrinə vurulan plyonkalar bu gündən etibarən sökülməyə başlayacaq və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sürücülər 150 manat məbləğində cərimə olunacaq.
Sürücünün kürəyindən arxada qalan şüşələrə (arxa yan şüşələrə) vurulan plyonkalara görə cərimə yazılmayacaq.
Alın və qabaq yan şüşələrə plyonkanın vurulması həm qanunvericiliklə qadağandır, həm də təhlükəlidir.
Çünki sutkanın qaranlıq vaxtı avtomobildən bayır hissə məhdud görünür.
Muxalifet - 23-11-2019
Keçmiş nazir Abızov offşorlara 860 milyon dollar pul çıxarıb - İNDİ TƏCRİDXANADA GÜNLƏRİ SAYIR...
Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun 2011-2016-cı illər ərzində 70 şirkət vasitəsilə 860 milyon dollar vəsaiti offşorlara ötürdüyü məlum olub.
Bu barədə “Novaya qazeta”nın OCCCRP, İsveçin ictimai kanalı SVT və Estoniyanın “Posttimees” qəzetinin birgə araşdırmasında deyilir.
Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan keçmiş nazir offşor üçün hesablar İsveçin mərkəzi bankının Estoniya bölməsində “Svedbank” – da (Swedbank) açılıb.
Muxalifet - 23-11-2019