Axtarış
The search found 105839 results in 0.048 seconds.
Search results
“Vaxtı keçmiş məhsulların etiketini dəyişib, satışa çıxarırlar” - EKSPERT ZƏHƏRLƏNMƏ HALLARININ ARTMASI HAQDA DANIŞDI
Son zamanlar qida ilə bağlı zəhərlənmələrin sayı durmadan artır. Hətta elə istifadəyə yarasız qidalar olur ki, birbaşa insan ölümü ilə nəticələnir. Belə ki, srağagün Bakı Dövlət Universitetinin 3 tələbəsi qidadan zəhərləniblər və çox təəsüf ki, bir tələbəni həyata geri qaytarmaq mümkün olmayıb. Məhz bu səbəb yararsız qidalarla bağlı məsələni gündəmə gətirib.
Muxalifet.az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun Modern.az-a dediyinə görə, həqiqətən də bu gün marketlərdə çox acınacaqlı hal yaranıb:
Muxalifet4 - 23-11-2019
Rusiya XİN Lavrov Kuril adalarını Yaponiyaya qaytarmaq üçün ŞƏRT QOYDU
Moskva və Tokio arasında sülh müqaviləsinin bağlanmasına Yaponiya və ABŞ arasında hərbi ittifaq mane olur.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.Muxalifet3 - 23-11-2019
Şəhid anası oğlunun adından dələduzluq edənin həbsini istəyir
Ən uca zirvə hansıdır? Bu sualı veriləndə, ilk olaraq şəhidlik zirvəsi yada düşür. Ölümləri ilə əbədilik qazanan şəhidlərimiz, bizim qürur yerimizdir. Bəzən bu qürur yerinə saxta baxanlar da olur. Ona görə saxta deyirik ki, şəhidin adından istifadə etməklə insanlığa yaraşmayan əməllər törədirlər. Artıq bir neçə vaxtdır ki, Aprel şəhidi Mikayıl Vahabzadənin adından sui-istifadə etməklə pul yığmağa cəhd edirlər. Belə insanları insan adlandırmaq da doğru deyil. Onda gərək vicdansız olasan ki, bu cür addım atasan.
Muxalifet - 23-11-2019
Tramp: “Mən olmasaydım, 14 dəqiqəyə yer üzündən silinəcəkdi”
ABŞ prezidenti Donal Tramp Honk Konqda baş verən etiraz aksiyaları haqqında danışıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə “Fox & Friends” verlişinə telefon bağlantısı edərək deyib.
“Çin prezidenti Şi Cinping Honk Konq yaxınlığında bir milyon əsgərini ehtiyyatda saxlayır və sırf mən istədim deyə o, əsgərlərinin şəhərə girməyinə icazə vermədi. Bildirdim ki, bu ticarət razılaşmalarına mənfi təsir edəcək. Mən olmasaydım Honk Konq 14 dəqiqə ərzində yer üzündən tamamilə silinəcəkdi” – deyə, Tramp qeyd edib. /Yeniavaz.com/Muxalifet - 23-11-2019
Bakıda 25 yaşlı arvadını doğrayan şəxsin arzusu reallaşmadı
Bakı Apellyasiya Məhkəməsində Xətai rayonunda keçmiş həyat yoldaşına bıçaqlayan Vüqar Ələkbərovun şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan edilib. Hakimlər kollegiyasının qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.Muxalifet - 23-11-2019
Lukaşenko azərbaycanlı biznesmenə “Şərəf” ordeni verdi - FOTO
Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı biznesmeni “Şərəf” ordeni ilə təltif edib.
Muxalifet.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə başçısının imzaladığı əmrlə “Ulu Göyçə” tikinti və investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlu “Şərəf” ordeni ilə təltif olunub.
Muxalifet - 23-11-2019
Tərtərdə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 23-11-2019
Keçmiş nazir offşorlara 860 milyon dollar pul çıxarıb
Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun 2011-2016-cı illər ərzində 70 şirkət vasitəsilə 860 milyon dollar vəsaiti offşorlara ötürdüyü məlum olub. Muxalifet.az bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta”nın OCCCRP, İsveçin ictimai kanalı SVT və Estoniyanın “Posttimees” qəzetinin birgə araşdırmasında deyilir. Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan keçmiş nazir offşor üçün hesablar İsveçin mərkəzi bankının Estoniya bölməsində “Svedbank” – da (Swedbank) açılıb.
Muxalifet4 - 23-11-2019
ABŞ dövlət katibi Pompeo və BƏƏ XİN naziri Xəlifə bin-Zayed Vaşinqtonda İranı müzakirə etdilər
ABŞ dövlət katibi Mayk Pompeo BƏƏ-nin XİN naziri şeyx xəlifə bin Zayed əl-Nahayan ilə Vaşinqtonda görüşdü. Muxalifet.az İRNA agentliyinə istinadla bildirir ki, görüş əsnasında İranda baş verənlərlə bağlı müzakirələr aparılıb. ABŞ Dövlət Departamentinin xəbər verdiynə görə, İranın “regionda stabiliyi pozan” hərəkətlərinin qarşısını almaq üçün zəruri tədbirlərə dair məsləhətləşmələr aparılb. Həmçnin görüş gedişində Liviyada situasiya və Fars körfəzində əməkdaşlığın əhəmiyyəti bardə fikir mübadiləsi aparıldı. Muxalifet.az
Muxalifet3 - 23-11-2019
"Bəzi valideynlər uşaqlarını öldürməyi təklif edir" - BAŞ HƏKİMDƏN ŞOK AÇIQLAMA
Müasir Azərbaycan cəmiyyətində yüngül psixi xəstəliklərin artması tendensiyası müşahidə olunur. Zorakılıq və laqeydlik artıq adi emosional vəziyyətin xüsusiyyəti formasını alıb.
Bununla yanaşı cəmiyyətimizdə psixi pozğunluqlar mövzusu o qədər tabulaşıb ki, insanlar adicə müalicə almağa qorxurlar. Bəs cəmiyyətimizdə normal sayılan insanlar arasında ən çox hansı psixi pozğunluqlara rast gəlinir? Hansı halda həkimə müraciət etmək lazımdır?
Muxalifet4 - 23-11-2019
Polis azərbaycanlı sürücünü 10 kilometr təqib etdi - ATƏŞ AÇMAĞA MƏCBUR OLDU
Moskvada bu gün noyabrın 23-də Azərbaycan vətəndaşı qaçırdığı VAZ 2107 markalı avtomobillə azı 30 avtomobili əzib, polislə tarana gedib, nəticədə polis ona qarşı silah işlədib.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvaya qazanc dalınca getmiş azərbaycanlı qaçırdığı avtomobili sərxoş halda idarə edib.Muxalifet - 23-11-2019
İcbari tibbi sığorta ölkə üzrə mərhələli şəkildə tətbiq olunacaq - QANUN
Bu gün Milli Məclisin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Muxlifet.az xəbər verir ki, iclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələ daxildir.
Muxalifet - 23-11-2019
Azərbaycan jurnalistləri Ermənistanda və Dağlıq Qarabağda olublar - NAZİRLİKDƏN AÇIQLAMA
ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.Muxalifet - 23-11-2019
Brilliant Dadaşovanın ŞIDIRĞI RƏQSİ - VİDEO
Xalq artisti Brilliant Dadaşova el məclislərinin birində şıdırığı rəqs etdiyi anın videosunu sosial şəbəkədəki səhifəsində paylaşıb. Muxalifet.az Lent.az-a istinadən bildirir ki, müğənni görüntüyə "Ən gözəl idman rəqsdir. Dostlara məsləhət görürəm", - şərhini qeyd edib.
Muxalifet - 23-11-2019
Türkiyənin şərqində PKK-ya qarşı iri miqyaslı əməliyyat başladı
Anadolu Ajansının verdiyi xəbərə görə, Türkiyənin silahlı qüvvələri ölkənin şərqində PKK-ya qarşı xüsusi əməliyyat keçirdilər.
Əməliyyat üçün bölgəyə 2250 nəfər xüsusi təyinatlı göndərildi.
Muxalifet.azMuxalifet3 - 23-11-2019
Aramsız yağışlardan sonra torpaq sürüşməsi baş verdi - ÖLƏNLƏR VAR
Keniyanın şimal-qərbində torpaq sürüşməsi nəticəsində azı 37 nəfər həlak olub.
Təbii fəlakət noyabrın 23-də aramsız leysan yağışlarından sonra Qərbi Pokot dairəsində baş verib. Xilasedicilər indiyə qədər torpağın altından 15 cəsəd çıxarıb, 22 cəsədin axtarışı isə davam edir.
Nazirlər kabinetinin katibi Fred Matianq hadisənin baş verdiyi əraziyə helikopterlərin göndərildiyini, lakin əlverişsiz hava şəraitinin axtarış-xilasetmə əməliyyatına mane olduğunu bildirib.
Muxalifet - 23-11-2019
Mixail Qorbaçov bu xatirəsini yada salıb ağladı - VİDEO
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov BBC-yə verdiyi müsahibəsində müharibənin səbəb olduğu acınacaqlı həyatlardan danışıb.
Muxalifet - 23-11-2019
Konfetin içərisindən dəmir parçası çıxdı – VİDEO
Marketdən alınan konfetin içərisindən dəmir parçası çıxıb.
Bu barədə rəqqasə Renka məlumat verib. Belə ki, rəqqasə “Can” firmasına məxsus küncüt konfetlər alıb. Atası konfeti yeyən zaman içərisində bərk nəsə olduğunu anlayıb. Daha snra konfetin içərisində dəmir parçası olduğu məlum olub.
“Atam konfeti yeyəndə içərisindən dəmir parçası çıxdı. Yaxşı ki, uşaqlar yeməyib”-, deyə Renka paylaşdığı videoda bildirib.Muxalifet - 23-11-2019
Ermənistandan "Kürd Muxtariyyəti"nə DƏSTƏK: Konsulluq açırlar
“Kurdistan24” kanalının verdiyi məlumata görə, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan “İraq Kürdistanı”nda ölkəsinin diplomatik nümayəndəliyini açmaq planlarının olduğunu açıqlayıb.
Muxalifet.az bu barədə “REGNUM”-a istinadla bildirir.Muxalifet3 - 23-11-2019
Gənc qız dərmandan zəhərləndi - Azərbaycanda
Şəkidə zəhərlənmə hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, rayonun Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy axşam saatlarında zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstə müayinə olunduqdan sonra dərhal reanimasiya şöbəsinə köçürülüb. Məlumata görə, 23 yaşlı D.Məmmədsoya hansısa dərman preparatı, yaxud iynə əks təsir edib. Nəticədə gənc qız zəhərlənib. Faktla bağlı araşdırma aparılır. /report.az
Muxalifet - 23-11-2019