Ermənistandan "Kürd Muxtariyyəti"nə DƏSTƏK: Konsulluq açırlar
23-11-2019 21:26
Baxış sayı:
11200

“Kurdistan24” kanalının verdiyi məlumata görə, Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan “İraq Kürdistanı”nda ölkəsinin diplomatik nümayəndəliyini açmaq planlarının olduğunu açıqlayıb.
Muxalifet.az bu barədə “REGNUM”-a istinadla bildirir.
“Mənim səfərim Ermənistan və İraq Kürdistanı arasında, həmçinin Duhokda yaşayan erməni vətəndaşları ilə əlaqələri inkişaf etdirmək məqsədi güdür”, deyə erməni rəsmisi bildirdi. Poladyan “Kürd Muxtariyyəti”nə dəstək verməyə sadiq olduğunu bildirib, həmçinin bölgədə yaşayan ermənilərin təhlükəsiz şəraitdə yaşadığı üçün təşəkkürünü bildirdi.
Muxalifet.az