Rusiya XİN Lavrov Kuril adalarını Yaponiyaya qaytarmaq üçün ŞƏRT QOYDU

Moskva və Tokio arasında sülh müqaviləsinin bağlanmasına Yaponiya və ABŞ arasında hərbi ittifaq mane olur.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib.
"ABŞ ilə hərbi ittifaq əlbəttə ki, Rusiya-Yaponiya münasibətlərinin yeni daha keyfiyyətli mərhələyə keçməsinə problem yaradır" Lavrov dedi. O xatırlatdı ki, 1956-cı ildə SSRİ və Yaponiya sülh müqaviləsinin icrası üçün şərtlər ABŞ-ın bölgədəki hərbi mövcudluğuna son qoyulmasıdır.
Rusiyalı nazir əlavə etdi ki, Rusiya XİN-dən ABŞ qoşunlarının yaratdığı təhlükəsizlik ilə bağlı "Rusiyanın xüsusi narahatlıqlarının" siyahısı yapon həmkarlarına təhvil verildi. "Onların cavabını gözləyib müzakirəni davam etdirəcəyik", deyə davam etdi.
Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi 70 ildən çoxdur ki, imzalanmır. Tokio Iturup, Kunashir, Shikotan və Habomai adalarının geri qaytarılmasını sülh müqaviləsi üçün şərt qoyur. Moskva hesab edir ki, bu adalar İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və Rusiyanın onların üzərindəki suverenliyi şübhə altına alına bilməz.
19 oktyabr 1956-cı il tarixində SSRİ və Yaponiyanın birgə bəyanatına əsasən, Moskva Cənubi Kuril adalarının dördündən ikisini Xabomai və Şikotan adasını "faktiki olaraq Yaponiya ilə sülh müqaviləsi bağlandıqdan sonra verilməyinə" razıdır.
Muxalifet.az