İlham Aslanov naməlum şəraitdə bıçaqlandı
24-11-2019 22:27
Baxış sayı:
3685

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Əmircan qəsəbəsində 1969-cu il təvəllüdlü Aslanov İlham Hüseyn oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamani onun döş qəfəsində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb.
Yaralı əməliyyat olunub.
Cinayətin təfərrüatı Suraxanı Rayon Polis İdarəsində araşdırılır.