Rüfət Məmmədova yüksək vəzifə verildi - SƏRƏNCAM
25-11-2019 19:46
Baxış sayı:
21226

Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib. Qeyd edək ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışırdı.