“Türkanla pul qazanmaq üçün...” - Pərviz Bülbülədən gözlənilməz açıqlama

Baxış sayı:
21322

Meyxanaçı Pərviz Bülbülə keçmiş duet ortağı Türkan Vəlizadə haqqında gözlənilməz açıqlama verib.
Muxalifet.az
xəbər verir ki, "Ən yaxşısı" verilişində qonaq olan meyxanaçı Türkanla işbirliyinin məqsədinin dəstək yox, pul qazanmaq olduğunu bildirib: "İşdə ən önəmli məsələ puldur. Borcum yoxdur ki, gedim kiminsə qapısını döyüm, dəstək olum. Məqsədim pul qazanmaq olub. Mənim layihəm olub, Türkanı çağırdım pul qazandım. O mənə, mən ona kömək olmuşam.
Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirmişəm. Mən kim olmuşam ki? Hərənin öz istedadı var. Xoşum gəlmir kiməsə kömək edib, üstünə damğa qoymaqdan. Kişiyə yaraşan hərəkət deyil. Ayrılığın tək səbəbi dostumun məclisinə gəlməməyi deyildi. Onu əlində bayraq etmək olmaz. Başqa səbəblər də oldu".
Qeyd edək ki, Pərviz daha öncə Türkanla ayrılmasına səbəb ifaçının dostunun məclisinə getməməsini göstərmişdi.
Türkan isə toy məclisində olduğu üçün Bülbülənin istəyini reallaşdıra bilmədiyini demişdi.