Axtarış

The search found 105839 results in 0.028 seconds.

Search results

  1. Erməni deputatlar Bakıya gəlir: Qadağa qoyulan da var...

    Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərindən sonra iki ölkənin deputatlarının da qarşılıqlı səfərləri müzakirə edilir. Muxalifet.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, artıq bununla bağlı ilkin müzakirələr aparılıb. Bakının artıq Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyanın ölkəyə gəlişinə veto qoyduğunu və bunun Zöhrabyanın Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrlə bağlı olduğu da bildirilib. Zöhrabyan özü isə Ermənistan XİN-in müzakirələr zamanı bu şərti qəbul etməyəcəyinə ümid etdiyini söyləyib.

    Muxalifet3 - 27-11-2019

  2. Putinlə Zelenski Parisdə təkbətək görüşəcəklər?

    “Kommersant” qəzeti “Normand sammiti” çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Vladimir Zelenskinin ayrıca ikitərəfli görüş keçirəcəklərini bildirib.

    Nəşrin məlumatına görə, Parisdə “Normand dördlüyü” formatında keçiriləcək danışıqlardan sonra dekabrın 9-da dövlət başçıları ikilikdə danışıq apacaqlar. Nəşrə məlumat verən mənbə təkbətək görüşün keçirilmə ehtimalının demək olar ki, 100% olduğunu qeyd edib. Həmçinin, Zelenskinin Moskvaya, faşizm üzərində qələbənin 75 illik bayram tədbirinə dəvət ediləcəyi də iddia edilir.

    Muxalifet - 27-11-2019

  3. SON DƏQİQƏ: Daha bir Avropa ölkəsində güclü ZƏLZƏLƏ BAŞ VERDİ

    Yunanıstanın Egey dənizində yerləşən Krit adası sahillərində güclü zəlzələ olub.
    Publika.az xəbər verir ki, adada 5,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:23-də qeydə alınıb.
    Sarsıntılar Türkiyə, Misir, Yunanıstan, İtaliya və Liviyada hiss olunub.

    Muxalifet - 27-11-2019

  4. Şamaxıda arvadına şər atan ərdən ETİRAF: "Azyaşlı qızım dedi ki, anamın yanına..." - VİDEO

    Ötən gün Amil Xəlilin «Gəl dərdini danış» sosial-kriminal layihəsində daha bir faktın üstü açılıb.

    Verilişə müraciət edən iki uşaq anası Arəstə kəndinin içində biabır olduğunu bildirib. Onun sözlərinə görə əri Ceyhun kəndə gələrək keçmiş arvadından ayrıldıqdan sonra onun pozğunluq etdiyini bildirib. Bu xəbər süətlə kəndə yayılıb. Hətta qardaşı belə Arəstəni evdən qovub. Bir ailəni məhv edən bu xəbərin izinə düşən teleaparıcı Amil Xəlil Məlikçobanlı kəndində olub. Göz yaşları tökən xanım heç bir səhv etmədiyini bildirib.

    Muxalifet - 27-11-2019

  5. İran Azərbaycanının zəlzələ bölgələrinə yardımlar dayandırılıb

    Noyabrın 8-də İran Azərbaycanında baş verən zəlzələ bölgələrinə yardım göndərmək İranda etirazların genişlənməsi və internetin kəsilməsi ilə çətinləşib.
    Muxalifet.az-ın "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, bəzi azərbaycanlı fəallar İranda yanacaq qiymətinin artırılması ilə ölkədə baş qaldıran etirazlara görə zəlzələ bölgələrinə yardımların kəsildiyini bildirir.

    Muxalifet3 - 27-11-2019

  6. "Beş min qadınla rus tanklarının qarşısına çıxmışam” - Nuriyevin təhqir etdiyi Xəlilova

    “5 min qadınla rus tanklarının qarşısına çıxmışam”.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, bu sözləri sabiq millət vəkili Cümşüd Nuriyevin təhqir etdiyi,  Xalq Cəbhəsinin dövründə batalyon komandiri olan Xanım Xəlilova deyib. 

    Xanım Xəlilova hesab edib ki, türk qadını hər zaman qəhraman olur:

    Muxalifet - 27-11-2019

  7. Azərbaycanlı müğənni efirdə yıxıldı - VİDEO

    Müğənni Aynur Dadaşovanın başına iş gəlib.
    Muxalifet.az
    axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Space"də yayımlanan "Onda başladıq" proqramına qonaq olub. Mahnı oxuyan zaman Aynur yıxılıb. Verilişin aparıcısı Almaz Ələsgərova və digər qonaqlar ona kömək edərək, ayağa durğuzublar.
    Dadaşova mahnısını oxumağa davam edib. O, daha sonra gülərək "Göz dəydi" sözlərini söyləyib.

    Muxalifet - 27-11-2019

  8. "Diplom heç nədir, bilin, bilik olmalıdır" - "Bu olmasa ölkəmizin gələcəyi olmayacaq"

    Prezident İlham Əliyev bu gün BDU-nun 100 illiyinə həsr edilmiş mərasimdəki çıxışında tələbələrə bilikli, savadlı olmaq çağırışı edib.

    İlham Əliyevdən daha bir sitatı təqdim edirik:

    Muxalifet4 - 27-11-2019

  9. Naxçıvana gedənlərə ŞAD XƏBƏR - Ləğv edildi

    Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib. Bu barədə İranın Naxçıvan Muxtar Respublikadakı Baş konsulluğu məlumat yayıb. Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər. Azərbaycanın digər rayonlarına səfər üçün isə viza rejimi qüvvədədir. Azərbaycanın Xarici İşlər Nazirliyi faktı təsdiq edib. Məlumat üçün deyək ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği də azaldılıb. //trend

    Muxalifet - 27-11-2019

  10. Azərbaycanda dəfn mərasimləri ilə bağlı qaydalar DƏYİŞİR - ARTIQ HƏR KƏS...

    "Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. Bunlardan biri qanun qəbul etməklə bunun qarşısının sərt formada alınması, digəri isə təbliğat yoludur. Hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir".

    Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

    Muxalifet - 27-11-2019

  11. Ermənilər Xocavəndə terrorçu Montenin adının verilməsini tələb edir… – Rusiya mediası

    İşğal altındakı torpaqlarımızda, xüsusən Xocavənd rayonu mərkəzi  və kəndlərində sülənən ermənilər arasında adı çəkilən Azərbaycan(!) bölgəsinə terrorçu Monte Melkonyanın adının verilməsini tələb edənlər var.
    Bu həyasız təşəbbüslə Rusiya mediasındakı son yazısında erməni blogeri David Simonyan da çıxış edib. Onun yazısının bu mövzuda olan əsas hissəsinin tərcüməsini nəzərinizə çatdırırıq:

    Muxalifet - 27-11-2019

  12. Salyanda hamilə qadın dəm qazından BOĞULUB ÖLDÜ - FOTO

    Salyanda iki aylıq hamilə olan gəlin dəm qazından boğulub.

    Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, 24 yaşlı Zəkirə Bədəlova yaşadıqları mənzildə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O, qaynı övladının ad gününə getmək üçün hazırlanırmış. Ailə üzvləri gəlinin uzun müddət vanna otağından çıxmadığını görərək, hamama keçəndə onun meyitini aşkarlayıblar. Mərhum bir il öncə ailə həyatı qurub.

    Salyanda hamilə qadın dəm qazındanboğulub öldü

    Muxalifet - 27-11-2019

  13. Azərbaycandan xaricə gedən bu şəxslər geri qaytarılır - DİQQƏT

    Hər il Azərbaycanda təhsil sisteminə təxminən 70 min vətəndaş daxil olur. Ancaq onlardan təxminən 50 mini təhsilini davam etdirmir və sözsüz ki, əmək bazarında da özünə layiqli iş tapa bilmir. Burada da layiqli iş tapa bilmədikdə, onlar hansısa yollarla xaricə gedirlər. Həmin ölkələr isə bu şəxsləri kvalifikasiyasız olduğu üçün geri qaytarırlar.

    Muxalifet - 27-11-2019

  14. Jurnalistlərin ardınca Ermənistan və Azərbaycan deputatlarının qarşılıqlı səfəri gözlənilir - NAİRA ZÖHRABYANI ÇIXMAQLA...

    Jurnalistlərin qarşılıqlı səfərlərindən sonra Ermənistanla Azərbaycan deputatlarının qarşılıqlı səfərləri gözlənilir. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb. “Barışıq prosesi çərçivəsində ikinci mərhələdə deputatların qarşılıqlı səfərləri məsələsi müzakirə olunur. Artıq belə səfərlərin təşkil olunması üçün ilkin müzakirələr aparılıb”,-qəzet belə yazır. Mənbə bildirir ki, səfərinə Bakının veto qoyduğu yeganə deputat “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyandır.

    Muxalifet - 27-11-2019

  15. Reper Qurd həyat yoldaşına bu qadınla xəyanət edib? - Üzünü güldürən varsa... - FOTO

    Repçi Qurdun (Fərid Eminov) son paylaşımı yenidən şayiələrə yol açıb. Milli.Az xəbər verir ki, Qurd bir gənc xanımla fotosunu paylaşaraq "Üzünü güldürən varsa, hər yer sənin üçün möcüzələr aləmidir" şərhini yazıb. Xatırladaq ki, Qurd xəyanət etdiyi həyat yoldaşı ilə barışmaq istədiyini "Ümid edirəm nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Əgər bir insan səhvini etiraf edirsə, keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar" ifadələri ilə "Şou ATV"nin efirində bildirmişdi.

    Muxalifet - 27-11-2019

  16. Azərbaycan gözəlinin arxasınca qaçan gənc yıxıldı - ANBAAN VİDEO

    “Miss Azerbaijan 2018”in qalibi Səmra Hüseynova paylaşımı ilə diqqət çəkib.
    Tanınmış model həftəsonu qatıldığı tədbirin keçirildiyi məkana daxil olarkən rəfiqəsi onu videoya çəkib.
    Modelin paylaşdığı videoda arxada qaçan bir gəncin yıxıldığını görürük. Səmra sözügedən görüntülərinə “Bəzən gözəllik xilas etmir” şərhini verib.
    Bu görüntülər Səmranın "İnstagram" izləyiciləri tərəfindən gülüşlə qarşılanıb.//BAKU.WS

    Muxalifet - 27-11-2019

  17. Türkiyədə hamı bu baş məşqçidən danışır - VİDEO

    Türkiyədə əyalət çempionatındakı yerli klubların birinin baş məşqçisi görkəmi ilə müzakirə obyektinə çevrilib.
    Muxalifet.az
    baku.ws-ə istinadən xəbər verir ki, geyimi, papağı və təsbehi ilə gündəmə çevrilən məşqçi Diyarbəkirin "Seyrantepespor" klubunda çalışır.
    48 yaşlı Məzhər Təkçi baş məşqçiyə qətiyyən bənzəməsə də, özünü Joze Mourinyonun davamçısı hesab edir.
    <iframe src="http://baku.ws/video2/v.php?v=1335486"  width="640" height="360"></iframe>

    Muxalifet - 27-11-2019

  18. "Azərbaycanda əmək qabiliyyətli 290 min əlil işsizdir" - Nazirlik

    "Azərbaycanda 620 minə yaxın əlilliyi olan şəxsin 10 faizi real olaraq məşğuldurlar".

    Muxalifet.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov deyib.

    Muxalifet - 27-11-2019

  19. DYP əməkdaşlarının özbaşınalığından şikayət edən Şəki sakini döyüldü – ŞİKAYƏTİNƏ İSƏ BAXAN YOXDUR / Prezidentə müraciət

    Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova, eləcə də digər aidiyyətli qurumların rəhbərlərinə müraciət şikayətçi yazır: “Cənab Prezident! DYP işçiləri tərəfindən mənə qarşı törədilən təxribat, quldurluq və şantajların dayandırılmas üçün bir daha Sizə müraciət etmək zorunda qalmışam.

    Muxalifet4 - 27-11-2019

  20. ​Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA

    Bir neçə gündür ki, dünyanın müxtəlif ərazilərində güclü zəlzələlər qeydə alınır.
    Təkcə dünən Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində 23 nəfər ölüb. Yeraltı təkanlar nəticəsində 659 nəfər xəsarət alıb. Bu gün isə yerli vaxtla saat 09:23-də Krit adası sahillərində 5,9 ballıq zəlzələ olub. Təkan Türkiyə, Misir, Yunanıstan, İtaliya və Liviyada hiss olunub.
    Azərbaycan da seysmik zonada yerləşir və ən aktiv zəlzələ zonaları Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.

    Muxalifet - 27-11-2019

Pages