Axtarış

The search found 105839 results in 0.031 seconds.

Search results

  1. "Cümşüd Nuriyevi orada sürüyəcəkdim..." - ARAZ ƏLİZADƏ

    Milli Məclisin deputatı Araz Əlizadə sabiq millət vəkili Cümşüd Nuriyevin Qarabağ müharibəsində iştirak edən qadınları ötən gün AzTV-də "əxlaqsız" və "küçə qadınları" adlandırmasına sərt şəkildə münasibət bildirib. 

    A.Əlizadə demokrat.az-a açıqlamasında deyib ki, Cümşüd Nuriyev qeyri-ciddi və məsuliyyətsiz adamdır:

    Muxalifet4 - 27-11-2019

  2. Satışlar kəskin azala bilər - Azərbaycan avtomobil bazarında böhran olacaq?


    “Fitch Ratings” reytinq agentliyi bu ilin sonuna qədər dünyada 2008-ci ildən bəri qlobal avtomobil satışında ən böyük enişi (3,1 milyon azalma) görəcəyini proqnozlaşdırır. Bu, dünya avtomobil bazarında baş verən neqativ proseslərin davam etməsi, xüsusən də avtomobil istehsalının azalmasının intensivləşməsi deməkdir. 

    Dövlət Gömrük Komitəsinin 2020-ci ildən etibarən istehsal müddəti 7 ildən yuxarı olan, istifadə olunmuş və Azərbaycana idxal olunan avtomobillərə aksiz vergisini artırmaq planları da gündəmdədir. 

    Muxalifet - 27-11-2019

  3. FHN dəm qazı zəhərlənmələri ilə bağlı əhaliyə müraciət etdi - VİDEO

    Qış mövsümü ilə əlaqədar olaraq əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır.
    Muxalifet.az
    xəbər verir ki, bununla bağlı FHN əhaliyə müraciət edib. Müraciətdə deyili:
    Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:
    qaz cihazı saz və standartlara uyğun olmalı;
    cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;
    havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    Muxalifet - 27-11-2019

  4. “Türkiyə NATO üçün çox mühümdür” - MERKEL

    Almaniyanın baş naziri Angela Merkel Türkiyənin NATO üzvlüyü ilə əlaqədar müzakirələri tənqid edib. O, Federal Məclisdəki çıxışında deyib: “Türkiyənin alyansda qalmasına çalışmalıyıq. O, NATO üçün mühüm dövlətdir, böyük geosiyasi əhəmiyyətə malikdir”.

    Muxalifet - 27-11-2019

  5. ​SON DƏQİQƏ: Sürücülük vəsiqəsi imtahanı DYP-dən alınır?

    Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bildiyimiz kimi, sürücülük vəsiqəsi almaq üçün imtahanlar Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən aparılır. İmtahan 2 mərhələdən ibarət olub, birincisi test, ikincisi isə praktik yolla aparılır. Lakin imtahanının test mərhələsi heç də şəffaf şəkildə aparılmır. Buna görə də irəli sürülən təkliflərə əsasən sürücülük vəsiqəsi imtahanının DYP-dən alınıb Dövlət İmtahan Mərkəzinə (DİM) verilməsi məqbul hesab edilir.

    Muxalifet - 27-11-2019

  6. “Qoca”nın qaçışı: təşkilatçı Fədayə Laçını da buraxdılar, amma Tural Platxanov içəridədir… - “OĞLUMUN TƏQSİRİ OLMAYIB…”

    “Oğlumla birlikdə həbs olunanların biri azadlığa buraxıldı, o birisi də gələn il martda buraxılacaq. Hətta bu işin təşkilatçısı olan Fədayə Laçın belə azadlığa çıxdı. Heç bir günahı olmayan, səhhətində ciddi problemlər yaranan oğlum isə hələ də həbsxanada cəza çəkir” Bunu virtualaz.org-a açıqlamasında “Qoca” ləqəbli kriminal avtoritetin qaçmasına yardım etməkdə təqsirləndirilən və hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Penitensiar xidmətin konvoy taborunun sabiq əməkdaşı Tural Platxanovun atası Oktay Platxanov deyib.

    Muxalifet - 27-11-2019

  7. Gəncədə yüksək vəzifəyə TƏYİNAT

    “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə yeni rəis təyin olunub. 
    Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, sözügedən vəzifəyə Şöhrəddin Verdiyev təyin edilib.
    Ş.Verdiyev buna qədər həmin idarədə rəis müavini işləyib.
    Qeyd edək ki, “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinin keçmiş rəisi Vaqif Xəlilov bir neçə ay bundan əvvəl işində yol verdiyi nöqsana görə bu vəzifədən azad edilib.

    Muxalifet - 27-11-2019

  8. "Belə biabırçılıq olub, deyirdilər bəy-gəlin maşında gözləyir" - FOTO

    Tanınmış prodüser Mədinə Məlik "Hər şey daxil"in efirinə yarım saat gecikib. Milli.Az xəbər verir ki, aparıcı Tarix Əliyev (Tolik) prodüserin gecikməyinə "Toya gecikmərsən amma. Orada pul var axı. Pulunu verməzlər çünki" sözləri ilə reaksiya verib. Mədinə bir neçə dəfə toya da gecikdiyini bildirib: "Bir-iki dəfə belə biabırçılıq olub. Deyirdilər bəy-gəlin maşında gözləyir, siz yoxsunuz. Necə gəlmişəm toya Allah bilir".

    Muxalifet - 27-11-2019

  9. ​Ramiz Mehdiyevə AĞIR İTKİ

    Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə ağır itki üz verib. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, AMEA prezidentinin bacısı oğlu Vaqif Nəsirov dünyasını dəyişib. Mərhumun yas mərasimi Heydər Məscidində keçirilir. Allah rəhmət eləsin!

    Muxalifet - 27-11-2019

  10. AzTV-dən Cümşüd Nuriyevin qalmaqallı çıxışı ilə bağlı AÇIQLAMA

    “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Əsas Məsələ” verilişində ekspertlərdən biri kimi iştirak edən Cümşüd Nuriyevin çıxışı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Televiziyanın bununla bağlı yaydığı açıqlamada deyilir:

    Muxalifet - 27-11-2019

  11. Gürcüstan böhran içində demokratiyanı təxirə salır - The Washington Post

    'Gürcüstanda demokratiya böhrana doğru gedir' - Washington Post mövzu ilə əlaqədar xəbər verir. Qəzet yazır ki, hakim partiyanın lideri Bidzina İvanişvili Gürcüstan ərazilərinin 20 faizini işğal etmiş bir ölkə ilə münasibətləri normallaşdırmağa çalışır.
    Geniş yayılmış məqalədə deyilir ki, İvanişvili Kremldən çox nümunə götürüb. Bunlara media üzərində nəzarətin qurulması, siyasi rəqiblərin cinayət məsuliyyətinə cəlb edilməsi və müəssisələrə təcavüz daxildir.

    Muxalifet3 - 27-11-2019

  12. Parisdə Azərbaycan nümayəndə heyəti ilə ermənilər arasında - QALMAQAL

    Parisdə UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ermənistan təxribata əl atıb. Hadisə Azərbaycanın Mədəniyyət naziri, Əbülfəs Qarayevin çıxışından sonra olub. Nümayəndə heyəti bildirib ki, təhlükəsizlik şərtləri təmin edilmədiyindən Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş sessiyasında Ermənistanın iştirakı mümkün olmayıb. Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab verib.

    Muxalifet - 27-11-2019

  13. "“Barış pınarı" əməliyyatı başa çatmayıb – Türkiyə Milli Təhlükəsizlik Şurası bəyanat yaydı

    "“Barış pınarı" əməliyyatının sona çatdığı və Türkiyənin keçirdiyi əməliyyatla təhlükəsizlik zonasının yaradılması hədəfinə çatdığı” istiqamətində xəbər və şərhlər yayımlanmaqdadır.

    Bu iddiaların həqiqətə uyğun olmadığı Türkiyə Milli Təhlükəsizlik Şurasının (MGK) dünən keçirilən iclasının ardından yaydığı bəyanatda vurğulanıb.

    Muxalifet - 27-11-2019

  14. İkitərəfli münasibətlər, Rusiya aqressiyası, NATO-ya inteqrasiya-Zalkaliani alman həmkarı ilə görüşdü

    Gürcüstanın xarici işlər naziri David Zalkaliani Berlində alman həmkarı Haiko Maas ilə görüşdü.

    Müzakirə olunan mövzular ikitərəfli münasibətlər, Rusiya təcavüzü, NATO-ya inteqrasiya və Gürcüstanın Avropa kursu ilə yanaşı, əsas məsələlərdən biri də işğalçı rejim tərəfindən saxlanılan həkim Qaprindaşvilinin sərbəst buraxılması idi. Nazirlər xüsusi mətbuat konfransında ortaq bir bəyanat verdilər.

    Muxalifet3 - 27-11-2019

  15. Xırdalan sakinlərinə ŞAD XƏBƏR - Prezident 3,9 milyon manat ayırdı

    Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
    Sərəncamda qeyd edilir ki, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.

    Muxalifet - 27-11-2019

  16. DƏHŞƏTLİ HADİSƏ: Məşhur aktyor çəkiliş zamanı ÖLDÜ - FOTO

    35 yaşlı çinli aktyor çəkilişdən sonra vəfat edib.
    Publika.az xəbər verir ki, "Ölüm alətləri: Sümüklər şəhəri" filmində Maqnus Beyn rolu ilə tanınan Qodfri Qao realiti-şou zamanı özünü pis hiss edirmiş. Çəkiliş meydançasından xəstəxanaya aparılan aktyor orada həyatla vidalaşıb.
    Qaonun ölümünə səbəb kimi ürəktutma göstərilir.
    Aktyor-model "Louis Vuitton" brendi ilə müqaviləsi olan yeganə asiyalı məşhur olub.

    Muxalifet - 27-11-2019

  17. DƏHŞƏT: Bakıda YPX əməkdaşını başından bıçaqladılar - VİDEO

    Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb. Hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin "Kriminal" verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub. Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub.

    Muxalifet - 27-11-2019

  18. "Türkiyə ilə daha böyük planlarımız var"- Rusiyadan BƏYANAT

    Rusiya qarşıdan gələn ilin ilk 6 ayında Türkiyəyə yeni S-400-lərin satılması barədə yeni razılaşma əldə etməyi düşünür. Bu açıqlamanı Rusiyanın dövlət silah satışı şirkəti “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev verib.
    Muxalifet.az
    bu barədə "Voice of America"ya istinadla xəbər verir.  
    O, razılaşmaların maliyyə mövzularına yönəldildiyini irəli sürdü, bundan başqa “2020-ci ilin ilk yarısındaTürkiyəylə hərbi-texniki əməkdaşlığımız yalnız S-400 ilə məhdudlaşmır. Önümüzdə daha böyük planları var” dedi.

    Muxalifet3 - 27-11-2019

  19. BDU-nun daha bir tələbəsi QƏFİL ÖLDÜ: futbol oynayarkən... - FOTO

    Bakı Dövlət Universitetinin daha bir tələbəsi dünyasını dəyişib.
    Muxalifet.az
    Modern.az-a istinadən xəbər verir ki, Coğrafiya fakültəsinin birinci kurs tələbəsi olan Vasif Hacıyev ürək tutmasından vəfat edib.

     

    Muxalifet - 27-11-2019

  20. Penitensiar xidmətə yeni səlahiyyət verildi

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətin vəzifələri artırılıb.

    Muxalifet.az xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənən və noyabrın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”də əksini tapıb.

    Muxalifet - 27-11-2019

Pages