Axtarış

The search found 105839 results in 0.027 seconds.

Search results

  1. “Nümayişlərdə 8 nəfər ABŞ casusunu yaxaladıq” - İRANDAN ŞOK AÇIQLAMA

    Muxalifet.az xəbər verir ki, İranda benzinin bahalaşması ilə əlaqədar keçirilən nümayişlərlə əlaqadar 8 nəfər Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency – CIA) agenti olduğu ittihamı ilə həbs edilib. İranın Təhlükəsizlik Nazirliyi tərəfindən verilən yazılı açıqlamada bu şəxslərdən 6-nın mitinqlərdə CIA-nın təlimatlarını yerinə yetirdiyi, 2 nəfərin isə xaricə məlumat ötürdüyü, jurnalist kimi fəaliyyət göstərən bu şəxslərin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən maddi dəstək aldıqları iddia edilir.

    Muxalifet - 28-11-2019

  2. Vatsapdan daha bir YENİLİK

    Məşhur mesajlaşma platforması Vatsap “iOS” əməliyyat sistemində yenilənmə edib.
    Muxalifet.az
    xəbər verir ki, bundan sonra “iOS” istifadəçiləri gələn zəngi gözlədə biləcək.
    Normal telefon zəngində olduğu kimi, bir zəng davam edən zaman daha bir zəng gələrsə, ikinci zəng gözləyəcək.
    Vatsap bundan başqa, istifadəçilərin mesajlarına sürətli şəkildə baxa bilməsi üçün söhbət ekranı dizaynını da yeniləyib.

    Muxalifet - 28-11-2019

  3. “AZƏRBAYCANLA İKİTƏRƏFLİ İQTİSADİ İNKİŞAF DAVAM ETDİRİLİR” - Ruhanidən mühüm mesaj

    İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir. Yerli KİV-lər xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı çıxış edərkən deyib. O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur: “İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək. Ölkəmiz Azərbaycanla da əlaqələri inkişaf edəcək. Bununla bağlı danışıqlar aparılır.

    Muxalifet - 28-11-2019

  4. ​Şəhla Hümbətova Vəkillər Kollegiyasından xaric edildi

    Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünənki iclasında bir vətəndaşın şikayəti əsasında Şəhla Hümbətovanın qanun pozuntusuna yol verməsi barədə məhkəməyə müraciət olunub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Şəhla Hümbətovanın vəkilllik fəaliyyəti məhkəməyə uydurma sübutlar təqdim etdiyi üçün dayandırılıb. Bundan əlavə, o, altı aydan çoxdur ki, Vəkillər Kollegiyasına üzvlük haqqı ödəməyib.

    Muxalifet - 28-11-2019

  5. Müxalif deputatlar vəzifələrindən istefa veriblər - GÜRCÜSTANDA PARLAMENT BÖHRANI

    Gürcüstan parlamentinin “Avropalı Gürcüstan” partiyasından olan millət vəkilləri parlament vəzifələrindən kütləvi istefa veriblər. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, millət vəkilləri artıq istefaları ilə bağlı parlamentə müraciət ediblər. Məlumata görə, partiyanın üzvü Sergi Kapanadze həm parlament spikerinin müavini, həm də Təhsil, Elm və Mədəniyyət Komitəsindən istefa verib. Millət vəkili Elene Xoştaria isə İnsan haqları və Mülki İnteqrasiya komitəsindən istefa verib.

    Muxalifet - 28-11-2019

  6. ​Konstitusiyaya görə Milli Məclis bu hallarda buraxılır - ÇIXARIŞ

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu gün təcili iclas keçirib.
    İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.
    Bildirilib ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi Prezientin son vaxtlar həyata keçirdiyi islahatlara dəstək məqsədi daşıya bilər.

    Muxalifet - 28-11-2019

  7. Sərhədi keçən avtomobillərin sayı artıb: SƏBƏB NƏDİR?

    Bu ilin 10 ayında gömrük sərhəd buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrinin sayında ötən ilin müvafiq dövrünə nisbətən 639 min 439 artım olub.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov "Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə deyib.

    Muxalifet - 28-11-2019

  8. ABŞ və Rusiya Türkiyənin "qırmızı xəttini" keçirmi: TÜRKİYƏYƏ İKİTƏRƏFLİ XƏYANƏT - Detallar

    Preizdent Ərdoğanın ABŞ-a səfərindən bir-neçə həftə öncə Respublikaçılar və Demokratlar partiyasından ABŞ Dövlət Departamentinə terrorçu YPG-nin başçısı Mazlum Kobani kimi tanınan Fərhad Abdi Şahinə vzia verilməsinin tezləşdirilməsi tələbi ilə məktub göndərildi.
    Ərdoğanın ABŞ-a səfərindən sonra “erməni genosidi” qərarının Senatda baxılmasını bloklayan Lindsey Grahamın da imza atdığı məktubda deyilirdi ki, Konqressdə Şahinin özündən baş verənləri dinləmək daha faydalı olardı.

    Muxalifet3 - 28-11-2019

  9. YAP-çı deputatlar iclasa çağırıldı - FOTOLAR

    Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan deputatlarının iclası keçiriləcək.

    Muxalifet.az xəbər verir ki, iclas partiyanın mərkəzi qərargahında saat 14:00-da başlayacaq.
    Toplantıda YAP Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilən qərar müzakirə ediləcək. Artıq partiyanın Milli Məclisdə təmsil olunan üzvləri mərkəzi qərargaha gəlirlər.//azvision.az

     

    Muxalifet - 28-11-2019

  10. Prokuror Eldar Mahmudovun əmisi oğluna cəza istəyib

    Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifet.az
    APA-ya istinadla xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, Dövlət Təhülkəsizliyi Xidməti təqsirləndirilən şəxsə qaldırmış mülki iddia geri çəkib və hər hansı bir tələbi yoxdur.
    Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

    Muxalifet - 28-11-2019

  11. Sergey Lavrov Azərbaycana gəlir

    Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Azərbaycana səfər edəcək.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

    O qeyd edib ki, səfər zamanı S. Lavrov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

    Muxalifet - 28-11-2019

  12. ​SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq

    Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti noyabrın 29-dan etibarən qismən məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq. Bu üzdən sürücülərdən AAYDA sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

    Muxalifet - 28-11-2019

  13. ÖLKƏMİZDƏ İŞIĞIN QİYMƏTİ UCUZLAŞA BİLƏR - “Bu addımın atılması özlüyündə pozitiv yanaşmadır”

    Xəbər verdiyimiz kimi, Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrindən ən irisi – gücü 1 300 MVt olacaq, Ələt qəsəbəsinin 2 km cənubunda yerləşəcək günəş elektrik stansiyasıdır.

    Muxalifet - 28-11-2019

  14. ​Məşhur azərbaycanlı yazıçı vəfat etdi

    Güney Azərbaycanın məşhur yazıçı, şair, tərcüməçi və araşdırmaçılarından olan ustad Əziz Möhsüni vəfat edib.
    Muxalifet.az
    Kult.az-a istinadən xəbər verir ki, azərbaycanlı şair 95 yaşında Amerikada dünyasını dəyişib.
    Qeyd edək ki, Ə. Möhsüni məşhur “Varlıq” dərgisinin yazıçılar şurasıın üzvü olub. O, mərhum Dr. Cavad Heyət və dərginin digər yazıçıları ilə uzun illər əməkdaşlıq edib.

    Muxalifet - 28-11-2019

  15. "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylər artırılmalıdır" - Türkiyə səfiri

    ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib beynəlxalq təşkilatdır". Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Onun sözlərinə görə, ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir: "Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Biz tezliklə həll yolunun tapılması üçün daha çox səylərin göstərilməsini istəyirik". "Təəssüflər olsun ki, uzun müddətdir problem öz həllini tapmayıb. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün parametrlər bəllidir.

    Muxalifet - 28-11-2019

  16. Keçmiş nazir Fəzail Ağamalının MÜAVİNİ OLDU - FOTO

    Keçmiş maliyyə naziri Fikrət Yusifov Ana Vətən Partiyası (AVP) sədrinin müavini təyin edilib. Muxalifet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a AVP-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, Fikrət Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini postunu tutub. Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də anadan olb.

    Muxalifet - 28-11-2019

  17. Paşinyan İngilis ekspertlərini necə aldatdı və çaş-baş qoydu... - Detallar

     Paşinyan hökumətinin işləri o qədər pisdir ki, “saman çöpündən yapışan hakimiyyət” boğulmaqdan xilas olmaq üçün Ermənistanın müsbət şəkildə göstərildiyi hesabatlardan və reytinqlərindən yapışır. Beləliklə, bu həftə baş nazir sosial şəbəkədəki səhifəsində sevinclə “Ermənistan Çiçəklənmə İndeksində postsovet dövlətlərin əksəriyyətini qabaqladı”, deyə elan etdi.
    Muxalifet.az 
    "armenianreport"a istinadla erməni jurnalist Tevos Arşakyanın dilindən Ermənistanda real vəziyyəti şərh edir.

    Muxalifet3 - 28-11-2019

  18. Rusiya-Azərbaycan sərhədində əməliyyat - 69 nəfər tutuldu

    Azərbaycan və Rusiyanın Daxili İşlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 18-dən 23-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

    Muxalifet - 28-11-2019

  19. Yeni sərəncamla Xırdalanda ancaq bu yol təmir ediləcək - Rəsmi AÇIQLAMA

    "Xırdalanın yollarının əsaslı təmirinə yaxın günlərdə başlanılacaq, hazırda bunun üçün hazırlıq işləri gedir".

    Muxalifet - 28-11-2019

  20. "PARLAMENT ÖLKƏDƏKİ DƏYİŞİKLİKLƏRƏ UYĞUNLAŞDIRILACAQ" - "Bu qərar parlamentdə əsasən yeni nəslin olacağından xəbər verir"

    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisdə təmsil olunan deputatlarını geri çəkmək haqda qərar qəbul edib. Bundan sonra isə YAP Siyasi Şurası parlamentin buraxılması  və öz səlahiyyətlərindən istifadə edərək növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib. Beləliklə, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcək.

    Muxalifet - 28-11-2019

Pages