Axtarış

The search found 105844 results in 0.03 seconds.

Search results

  1. Pərvin Abıyevaya görə işdən çıxarılan polislə bağlı YENİ XƏBƏR

    Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyeva ayrılıb. 
    Muxalifet.az
    qafqazinfo-ya istinadən xəbər verir ki, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə müasibətinə nöqtə qoyub. 
    Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsində azad edildikdən sonra gəlib. 

    Muxalifet - 29-11-2019

  2. Bağçalara qəbul elektron qaydada olacaq - Valideynlərin DİQQƏTİNƏ

    Gələn ilin yanvar ayından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada həyata keçiriləcəkdir.

    Muxalifet.az xəbər verir ki, bu haqda Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məlumat verib.

    Muxalifet - 29-11-2019

  3. Gələcəkdə işsiz qalmaq istəməyənlər hansı ixtisaslara yiyələnməlidirlər? - SİYAHI

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə qeyd etdi ki:

    "Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik".

    Muxalifet.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirərək gələcəyin ixtisaslarını sadalayıb.

    Muxalifet - 29-11-2019

  4. Cümşüd Nuriyev Azərbaycan qadınlarından üzr istədi - VİDEO

    "3D” verilişinin budəfəki qonağı qalmaqallı politoloq Cümşüd Nuriyev olub.

    Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, o, həmin gün Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərinin ünvanına səsləndirdiyi ifadələrə aydınlıq gətirib.

    Muxalifet - 29-11-2019

  5. YAP-çı deputatların müraciəti Milli Məclisə daxil oldu

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların parlamentin buraxılması ilə bağlı müraciəti Milli Məclisə daxil olub. 
    Muxalifet.az
    unikal.org-a istinadən xəbər verir ki, müraciət artıq parlamentdədir.
    Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

    Muxalifet - 29-11-2019

  6. “Vaqner qrupu” Afrikada nə axtarır? - PUTİNİN ÖZƏL ORDUSU BÖYÜK İTKİLƏR VERİR

    Muzdlu rusiyalı döyüşçülər Mozambikdəki yaraqlı cihadçıların təzyiqi altında geri çəkilirlər. Onlar getdikcə intensivləşən münaqişənin gedişində adamlarını və tutduqları ərazini itirirlər. Həm də böyük ehtimalla bu muzdluların qələbə əldə etmələri mümkünsüzdür. Kremllə bağları olan özəl hərbi şirkət – “Vaqner Qrupu”nun 200 nəfərə yaxın döyüşçüsü uğursuz əməliyyatlar və düşmən pusqusu nəticəsində 9 nəfər itki verərək geri çəkiliblər. Bəzi döyüşçülərin başları kəsilib.

    Muxalifet - 29-11-2019

  7. Elton Məmmədov kollektivə təqdim edildi - FOTO

    Bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib. E.Məmmədovu kollektivə AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov təqdim edib. YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

    Muxalifet - 29-11-2019

  8. SON DƏQİQƏ: Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR - Sabahdan...

    Sabahdan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək.

    Muxalifet - 29-11-2019

  9. Öncə “Trabzonspor”, sonra “Qarabağ”...

    Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA statistik məlumatları açıqlayıb.

    Muxalifet.az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" ən çox qayda pozuntusuna məruz qalan ikinci komanda olub.

    Belə ki, Ağdam klubunun futbolçuları keçirilən 5 matçda 82 dəfə qayda pozuntusuna məruz qalıb.

    İlk sırada isə Türkiyənin "Trabzonspor" klubu dayanır. Qaradəniz təmsilçisinin oyunçuları 84 dəfə kobudluqla qarşılaşıb. Üçüncü pillədə Fransa "Renn"i (81) dayanır.

    Muxalifet - 29-11-2019

  10. ​Azərbaycanda aeroport yaxınlığında BOMBA TAPILDI

    Gəncədə hərbi sursat tapılıb.
    Muxalifet.az
    apa-ya istinadən xəbər verir ki, şəhərin Poçt qəsəbəsi Gəncə Hava Limanın yaxınlığında hərbi sursat tapılması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal hadisə yerinə ANAMA və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları çıxıb. Əraziyə baxış keçirilərkən 31 ədəd təlimə yararsız təlim bombası aşkar olunub.

    Muxalifet - 29-11-2019

  11. Baş nazir və nazirlər Milli Məclisə TOPLANDI - İCLAS BAŞLADI

    Milli Məclisin plenar iclası başlayıb.
    Muxalifet.az
    xəbər verir ki, iclası parlamentin sədri Oqtay Əsədov aparır.
    Gündəlikdə 23 məsələ var. Bunun 11-i 2020-ci il dövlət büdcəsi və büdcə zərfinə daxil olan məsələlərlə bağlıdır.
    Azərbaycanın Baş Naziri Əli Əsədov və hökumətə daxil olan nazirlər də iclasda iştirak edir.

    Muxalifet - 29-11-2019

  12. Kardaşyanın az pul verməsi Paşinyanı əsəbləşdirdi - VİDEO

    Dünən "Hayastan" Ümumerməni Fondu tərəfindən növbəti - 22-ci "xeyriyyə" telemarfonu keçirlib. 

    Muxalifet - 29-11-2019

  13. Lənkəran polisinə yeni rəis təyin olundu - Nazirdən əmr - Foto

    Ləkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat-Statistika İdarəsinin rəisi, polkovnik Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ-nin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə gətirilib.

    Muxalifet - 29-11-2019

  14. SON DƏQİQƏ: Rusiya bu türk ölkəsinə nüvə raketi göndərdi - VİDEO

    Rusiya Strateji Raket Qüvvələri Müharibə Batalyonu Astraxanda “Topol-M” nüvə başlıqlı qitələrarası ballistik raketlərini sınaqdan keçirib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
    Məlumatda bildirilib ki, “Kapustin Yar” kosmik bazasından gecə saatlarında buraxılan raket Qazaxıstanın “Sari Şaqan” raket test sahəsindəki hədəfi uğurla vurub.

    Muxalifet - 29-11-2019

  15. Biznesmenlər, qocalar, susanlar və dava edənlər... - Məclisdə köklü dəyişiklik

    Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Yada salaq ki, hakim partiya dünən bununla bağlı Siyasi Şuranın toplantısını keçirib. Toplantıda YAP-ı Milli Məclisdə təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı ölkə başçısına müraciət etmələri barədə tövsiyyə qərarı qəbul edilib. Hakim partiya bu addımı ölkədə aparılan islahatların qanunverici orqanı da əhatə etməsinin zəruriliyi ilə izah edir.

    Muxalifet - 29-11-2019

  16. Spikerlə xanım deputat arasında QALMAQAL: "İmkan ver, hamı danışsın"

    illi Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Muxalifet.az xəbər verir ki, plenar iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirə olunub. Milli Məclisin vitse-prezidenti Bahar Muradova namizədlər haqqında məlumat verib. Sonra millət vəkilləri namizdələr haqqında fikirlərini bildiriblər. Çıxış üçün söz alan millət vəkili Elmira Axundova sabiq İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında fikirlərini bildirib.

    Muxalifet - 29-11-2019

  17. ​SON DƏQİQƏ: Yeni Ombudsmandan ilk AÇIQLAMA: "səylərimi əsirgəməyəcəm”

    “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”. 
    Muxalifet.az
    unikal.org-a istinadən xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında 104 səslə Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) seçilən Səbinə Əliyeva deyib.

    Muxalifet - 29-11-2019

  18. SON DƏQİQƏ: Milli Məclis BURAXILMADI

    Milli Məclis buraxılmayıb. Muxalifet.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov bildirib. O, deyib ki, Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə Prezident İlham Əliyevə müraciət edib: “Mən də bu təşəbbüsə dəstək vermişəm. Hakim çoxluğun müraciəti parlamentə daxil olub. Bu məsələ dekabrın 2-də müzakirə ediləcək”.

    Muxalifet - 29-11-2019

  19. "Mançester Siti"nin rəhbərliyi 8-ci futbol klubunu ALDI

    İngiltərə təmsilçisi "Mançester Siti"nin rəhbərliyi Hindistanın "Mumbai Siti" klubunun 65 faizini alıb.

    Muxalifet.az-ın  məlumatına görə, Hindistanın əsas çempionatında çıxış edən komanda "City Football Group" korporasiyasına daxil edilən 8-ci klub olub.

    Şirkət "Mançester Siti" ilə yanaşı, "Nyu-York Siti" (ABŞ), "Melburn" (Avstraliya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Yokohama Marinos" (Yaponiya), "Siçuan" (Çin) klublarına da sahibdir.

    Muxalifet - 29-11-2019

  20. Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər

    Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq. Bakı şəhərinin Baş Planı üzrə yanaşmalar zamanı bir sıra müzakirələr gedib. Müzakirələr zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev universitetlərin Xocəsən və Mərdəkana köçürülməsi məsələsinən də bəhs edib.

    Muxalifet - 29-11-2019

Pages