Axtarış
The search found 105844 results in 0.031 seconds.
Search results
Əli Həsənov bundan sonra hansı işlə məşğul olacağını AÇIQLADI
Əli Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, prezident köməkçisi vəzifəsindən azad olunması ilə bağlı açıqlama verib.
Əli Həsənov facebook səhifəsində yazıb:
Muxalifet - 29-11-2019
Məşhur aktyor Bakıda izdihama düşdü - FOTO
Jurnalistlərin suallarını cavablandırdıqdan sonra aktyor Oktay Kaynarcanın Park Bulvar AVM-də imza günü keçirilib.
Muxalifet.az xəbər verir ki, Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Kiğılı" mağazasının açılışında iştirak edən Oqtay Kaynarca sevənləri ilə görüşüb.
Qeyd edək ki, aktyorun pərəstişkarları ilə görüşündə inanılmaz izdiham yaşanıb.Muxalifet - 29-11-2019
"VAZ 2107" qəza törətdi - ölən və yaralı var
Göyçayda yol-nəqliyyat hadisəsi olub. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Göyçay-Ucar avtomobil yolunda, Hüngütlü kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkət edən "QAZEL" markalı yük avtomobilinin arxa tərəfinə çırpılıb. Hadisə zamanı minik avtomobilində olan bir nəfər ölüb, digəri isə yaralanıb. Həmin şəxslərin qardaş olduğu deyilir. Faktla bağl Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 29-11-2019
SON DƏQİQƏ: Gənclik stansiyası bağlandı - FOTOLAR
Bakı Metropolitenin "Gənclik" stansiyası bağlandı.
Muxalifet.az xəbər verir ki, modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Gənclik" metrostansiyasına sərnişinlərin daxil olması məhdudlaşdırılıb. Stansiyada həddindən artıq sərnişin sıxlığı olduğu üçün, insanların platformaya daxil olması çətinləşib.Muxalifet - 29-11-2019
Azərbaycanda sərnişin avtobusunda qadına qarşı ŞOK CİNAYƏT
Hacıqabul rayonunda sərnişin avtobusunda oğurluq əməli törədilib.
Muxalifet.az xəbər verir ki, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muğan qəsəbəsi ərazisində sərnişin avtobusunda Ağdaş rayon sakini olan qadının çantasından 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş H.Bəkirov saxlanılıb.
Araşdırmalar davam etdirilir.Muxalifet - 29-11-2019
"Arsenal" Unay Emerini istefaya göndərib
İngiltərənin "Arsenal" klubu baş məşqçisi Unay Emerini istefaya göndərib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə uğursuz çıxışlara görə yollar ayrılıb.
Qeyd edək ki, Unay Emeri 2018-ci ildən "Arsenal"a rəhbərlik edib. London təmsilçisi bu il Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4.
Muxalifet - 29-11-2019
Ərdoğandan Makrona ŞOK SÖZLƏR: Beynini...
Cənab Makron, Türkiyədən deyirəm, NATO sammitində də deyəcəm: Sən əvvəlcə öz “beyin ölümü”nü yoxlatdır!
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “NATO-nun beyin ölümü baş verib” deyən Fransa Prezidenti Emmanuel Makrona cavabında deyib.
“Türkiyəni NATO-dan çıxarıb-çıxarmamaq... Sənin nə həddinə? Bununla bağlı sənin qərar vermək səlahiyyətin varmı?
Makron çox təcrübəsizdir. Terrorizmlə qarşı mübarizə nədir, bilmir. Ona görə də "Sarı jiletlilər" Fransanı işğal etdi”, - deyə Ərdoğan bildirib.Muxalifet - 29-11-2019
Siqaret, spirtli və energetik içkilərin qiyməti dəyişəcək
Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.
Muxalifet.az xəbər verir ki, bu məsələ bu gün Milli Məclis tərəfindən təsdiq olunmuş “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Muxalifet - 29-11-2019
Anar Ələkbərov Mehriban Əliyevanın köməkçisi vəzifəsindən azad edilib – SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Sahib oğlu Ələkbərovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Muxalifet - 29-11-2019
“Sağlamlığım bu günlə sabah arasında, mövcudluğum Allaha bağlıdır” – Əli Həsənovla MÜSAHİBƏ
Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənov “BBC News Azərbaycancaya” müsahibə verib. Muxalifet.az müsahibəni təqdim edir: – Əli müəllim, prezidentin sizi işdən azad etməsi qərarını necə qarşıladınız? – Cənab prezidentin qərarı müzakirə olunmur. Bundan sonra mən həmin düşərgədə prezidentin köməkçisi kimi yox, yaradıcı bir insan kimi yaradıcılığımı davam etdirəcəm. Əliyevçi olaraq qalıram. Əliyevçi olaraq da bundan sonrakı fəaliyyətimi davam etdirəcəm. - Əli müəllim, nə işlə məşğul olacaqsız? Bir planınız varmı?
Muxalifet - 29-11-2019
SON DƏQİQƏ! Kutaisi qarışdı - İqtidarla müxalifət arasında süpürgə və yumurta davası (FOTO)
Kutaisi şəhərində hakim "Gürcü Arzusu" və müxalif "Vahid Milli Hərəkat" (VMH) partiyasının tərəfdarları arasında fiziki qarşıdurma baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə "Gürcü Arzusu"nun tərəfdarlarının əllərində etiraz əlaməti olaraq yumurta və süpürgə VMH partiyasının Kutaisidəki ofisinin qarşısına gətirdikdən sonra başlayıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunsada hələlik tam olaraq asayiş bərpa edilməyib.Muxalifet3 - 29-11-2019
Müxalifət liderindən sərt açıqlama: "Hakimiyyət anlamalıdır ki, müxalifətlə deyil, vətəndaşlar ilə danışır"
"Hakimiyyət bir şeyi yaxşı anlamalıdır ki, müxalifətlə deyil, Gürcüstan vətəndaşları ilə danışır". Muxalifet.az xəbər verir ki, o, sabah müxalifət və iqitidarın sabah keçiriləcək olan görüşü şərh edərkən bildirib. O deyib ki, bu görüş sadəcə dialoq çərçivəsində qalmamalıdır nəticə verici olmalıdır: "Proporsional seçki sistemi sadəcə bizim deyil, bütün xalqın istəyidir. Bu qərarı qəbul etmək hökumətin arzusuna buraxılmamalıdır, bu Gürcüstanın götürdüyü Beynəlxalq öhdəlikdir".
Muxalifet3 - 29-11-2019
SON DƏQİQƏ: Bakıda dəhşətli YANĞIN - iki azyaşlı zəhərlənərək öldü
Bakı şəhərində fərdi yaşayış evi yanıb.
Muxalifet.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. //unikalMuxalifet - 29-11-2019
"Qarabağ müharibəsi yenidən alovlanarsa, fəlakətli nəticələrə gətirib çıxara bilər" - PAŞİNYAN KTMT-dən DƏSTƏK İSTƏDİ
Ermənistan Baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi "təhlükəlidir".
Onun fikrincə, Dağlıq Qarabağ müharibəsi yenidən alovlanarsa, bu, təkcə Cənubi Qafqaz regionu daxilində deyil, onun xaricində də fəlakətli nəticələrə gətirib çıxara bilər.
"Müharibə şəraitində olan Azərbaycan Suriyada öz təsirini itirib, yeni fəaliyyət əraziləri axtaran İslam ekstremistləri üçün əlverişli tramplinə çevrilə bilər", - o deyib.Muxalifet4 - 29-11-2019
ALİMLƏRDƏN QEYRİ-ADİ KƏŞF - Məlumatı birbaşa beyinə yükləmək mümkün olacaq
Elm adamları məlumatı beyinə yükləmək üçün yeni üsul tapıb. Belə ki, ABŞ-ın Kaliforniya şəhərində yerləşən HRL Laboratoriyaları, təhsilli pilotun həqiqi bir təyyarə simulyasiyasını öyrənərkən beynindəki elektrik siqnallarının məlumatlarını başqa bir təcrübəyə köçürə biləcəklərini deyib. HRL Laboratoriyalarının səlahiyyətli nümayəndələri mövzu ilə əlaqədar bu açıqlamanı verib: "Spesifik olaraq mühərrik performans sinerjisini tələb edən bir təyyarəni uçurtmağı qərara aldıq. Bir şey öyrənəndə beyin fiziki olaraq dəyişir. Neyroplastiklik deyilən bir müddətdə əlaqələr qurulur və gücləndirilir".
Muxalifet4 - 29-11-2019
Kadırovun 22 yaşlı kürəkəni yüksək vəzifəyə təyin olundu
Çeçenistan rəhbəri Ramzan Kadırovun 22 yaşlı kürəkəni Visxan Maçuyev respublika üzrə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin rəhbəri təyin edilib. “Komsomolskaya pravda” xəbər verir ki, yeni rəhbər kollektivə Çeçenistanın Daxili İşlər naziri Ruslan Alxanov tərəfindən təqdim edilib. Alxanov sözügedən təyinat nəticəsində qurumun fəaliyyətində yaxşılaşmanın qeydə alınacağına əminliyini ifadə edib. Çeçenistan DİN-in Miqrasiya İdarəsinin yeni rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırovanın həyat yoldaşıdır.
Muxalifet - 29-11-2019
Toya gedən ana və övladını maşın vurdu - BAKIDA
Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı biri uşaq olmaqla, iki nəfəri maşın vurub. APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsinin yaxınlığında baş verib. 1975-ci il təvəllüdlü Həsənova Pərvanə Bakir qızı azyaşlı qızı ilə birlikdə “Gold Baku” şadlıq sarayına gedərkən onları “Daewoo” markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 29-11-2019
Azərbaycan döyüşçüsündən möhtəşəm qələbə
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.
Muxalifet.az xəbər verir ki, 33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.
Qeyd edək ki, “Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.
Muxalifet4 - 29-11-2019
Arif Alışanov qeyri-rəsmi yaşadığı müğənniyə 100 minlik avtomobil alıbmış - ŞOK DETALLAR
AzTV QSC-nin sabiq sədri Arif Alışanov yeni ailə həyatı qurduğu müğənni Ayşən Məstanova ilə bağlı yeni faktlar ortaya çıxıb. Arif Alışanov hələ Mehriban Alışanova ilə boşanmamış Ayşən Məstanova ilə yaxın münasibətdə olub. Belə ki, Arif Alışanov 2018-ci ildə Ayşən Məstanovaya qara rəngdə "Mercedes-Benz" markalı bahalı avtomobil alıb. Avtomobilin qiymətinin 100 min manat dəyərində olduğu deyilir. Hətta, Ayşən Məstanova AzTV-yə işə də həmin avtomobillə gəlib-gedirmiş.
Muxalifet4 - 29-11-2019
Azərbaycan futbolunda biabırçı qapıçı səhvi - Video
Futbol üzrə Azərbaycan çempionatının birinci dizionunun 12-ci turunda keçirilən "Zirə-2" - "Sumqayıt-2" matçında maraqlı anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın 90+6-cı dəqiqəsində "Zirə-2"nin qapısına müzakirələrə səbəb olan penalti təyin edilib.
"Zirə-2"nin qapıçısı Səbuhi Əliyev penaltini dəf etsə də, davamında topu öz qapısına göndərib.
Qeyd edək ki, qarşılaşma qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb.
Muxalifet - 29-11-2019