Axtarış
The search found 105839 results in 0.026 seconds.
Search results
Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİNİN CAZİBƏDAR NƏVƏSİ - FOTO
Xalq artisti Ramiz Novruzun stilist övladı Şəfəq Novruzovanın özündən gözəl qızı görənləri heyran edir. Milli.Az xəbər verir ki, məşhur stilistin qızı Ayan da anası Şəfəq kimi bu sahədə özünü sınayır. Anasına çox bənzəyən Ayanın fotolarını təqdim edirik: Qeyd edək ki, Xalq artisti Ramiz Novruzu sevdiyi qızdan (həyat yoldaşı Xoşavaz xanım) uzaq durması üçün əmisi oğlu bıçaqlayıb. Lakin cütlüyün sevgisi yekunda qalib gəlib və onlar 40 ildir ki, evlidirlər.
Muxalifet - 29-11-2019
Qarabağın işğalı ilə bağlı ermənilərin etirafı... - VƏ AZƏRBAYCANIN RUSİYADAN ÇƏKİNGƏN "QARABAĞ SİYASƏTİ" / Təhlil
Hrant Baqratyan: "Rusiyanın baş naziri olmasaydı, Qarabağ ermənilərin olmazdı" Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bir müddət əvvəl Dağlıq Qarabağın Rusiyanın dəstəyi ilə işğal edilməsi faktını etiraf etmişdi. Hansı ki, bu açıqlama Azərbaycanda ictimai müzakirələrə səbəb olmuşdu. Xatırladaq ki, 1990-cı illərdə Ermənistanın Baş naziri olmuş Baqratyan Ermənistan televiziyasındakı "Profil" verilişinə verdiyi müsahibədə Rusiyanın o vaxtkı baş naziri Yeqor Gaydar olmasaydı, ermənilərin hazırda Qarabağa sahib olmayacağını söyləmişdi.
Muxalifet4 - 29-11-2019
Tramp gözlənilmədən Əfqanıstana səfər edib
ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstanda səfər edib.
Muxalifet.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, ABŞ dövlət başçısı Əfqanıstan prezidenti ilə görüşüb.
Muxalifet3 - 29-11-2019
Həbs edilən gənc müəllimə göz yaşlarını saxlaya bilmədi: "Ailəm dağıldı, uşağım tələf oldu" - TƏFƏRRÜAT
Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham edilən gənc müəllimə hakim qarşısına çıxarılıb. O, göz yaşlarını saxlaya bilməyib. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1985-ci il təvəllüdlü Leyla Əliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bu zaman Leyla Əliyeva göz yaşlarını saxlaya bilməyib.
Muxalifet - 29-11-2019
Makron NATO-nu böyük strateji müzakirələrə çağırır
Fransa prezidenti Emanuel Makron günü deyib ki, NATO liderləri hərbi alyansın gələcəyi və Rusiya ilə əlaqələrin necə yaxşılaşdırıla biləcəyi barədə dərin bir müzakirə aparmalıdır.
Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla bildirdi.Muxalifet3 - 29-11-2019
Abşeronda Avropa kafesində güllələnmə - "Makarov" tapança ilə...
Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.
Muxalifet.az-ın məlumatına görə, hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.
Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1981-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib.
K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 29-11-2019
Sosial kirayə müqaviləsi ilə bağlı Baş Nazirdən VACİB QƏRAR
Nazirlər Kabineti Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən edib. Muxalifet.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kvadratmetr müəyyən olunub. Bu norma Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq müəyyən edilib.
Muxalifet - 29-11-2019
“XALQIN EHTİYACLARI İLƏ MARAQLANMADI...” - İnqilab Keşikçilərinin generalı prezidentin həbsini tələb etdi
İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan və bütün ölkəni bürüyən üsyanın yatırılmasından sonra İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda bu korpusun bölmələrindən birinin komandiri olan general Məhəmməd Əli Cəfəri prezident Həsən Ruhaninin həbsini tələb edib.
Muxalifet - 29-11-2019
Bakıda 23 yaşlı oğlan küçədə sevgilisini vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT/YENİLƏNDİ
Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb.
Muxalifet - 29-11-2019
“Xruşşovka”larda yaşayanlara BƏD XƏBƏR
Bakı şəhərində istismar müddəti bitmiş yaşayış binalarının (əsasən “Xruşşovka”ların) sökülərək yenilərinin tikilməsi məqsədilə həyata keçirilən “Pilot layihələr” faktiki olaraq dayanıb. Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bununla bağlı tikinti sektorundan redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Səbayel rayonları ərazisində başlanan söküntülər tamamilə dayandırılıb, bir çox yerlərdə sökülən binaların yerində yenisinin tikintisi başlanmır.
Muxalifet - 29-11-2019
Bakının son müharibə hazırlığı, İrəvanın savaş gözləntisi
Rusiyalı tanınmış politoloqdan müharibə anonsu; Azərbaycan heç vaxt öz torpaqlarını öz torpaqlarına dəyişməyəcək - jurnalistlərin qarşılıqlı səfərinin əsas nəticəsi...
“Jurnalistlərin birgə səfərləri, ekspertlərin diskussiyaları - xalqlar arasında əlaqə qurmaq üçün yaxşı təşəbbüslərdir. Ancaq bu, Dağlıq Qarabağ konfliktinin həllinə heç cür təsir etmir”.
Muxalifet - 29-11-2019
SON DƏQİQƏ: ABŞ-dan İrana qarşı ŞOK PLAN - 3 min 500 silahlını...
Geri çəkiləcəyini açıqlayıb bəzi hərbi bazaları Rusiyaya verən, Suriyada qalmağa qərarlı olan ABŞ PKK/YPG ilə birlikdə yeni bir İŞİD teatrını ortaya qoyur. Muxaləfet.az publika.az-a istənadən xəbər verir ki, PKK/YPG düşərgə və həbsxanalarda saxladığı İŞİD-çiləri azadlığa buraxarkən, ABŞ İŞİD-in qalıqlarına qarşı genişmiqyaslı əməliyyat başlatdığını elan verib. Qərb ölkələrinin Suriyadakı yeganə qalmaq səbəbi olan İŞİD ona verilən təlimatları yerinə yetirərək İran dəstəkli milislərə qarşı basqınlar təşkil edir.
Muxalifet - 29-11-2019
AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev mətbuata son açıqlamasında istehsal tarixindən 7 il keçən avtomobillərin idxal rüsumlarının artırılması ilə bağlı hökumətə müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, ekoloji tələblər nəzərə alınaraq təklif edilib ki, 7 ildən köhnə avtomoillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək – böyük rüsumlar tətbiq edilməlidir. Bu, o deməkdir ki, avtomobilin istehsalından ötən 7 il nəzərdə tutulur, yəni illər dəyişdikcə, rüsuma cəlb edilən avomoibllərin ili də yüksələcək.
Muxalifet - 29-11-2019
Rusiyanın ballistik raketi Bakı səmasında göründü - ŞOK VİDEO
Dünən Bakının üzərindən uçan naməlum obyektin balistik raket olduğu deyilir. Məlumata görə, dünən axşam radələrində Bakının üzərindən böyük işıq halında havadan uçan naməlum obyekt hər kəsin təəccübünə səbəb olub. Sosial şəbəkələrdə sözügedən obyektin Rusiyanın qitələrarası "TOPOL M" ballistik raketi olduğu deyilir. Тополь-М, NATO adlandırması (SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir.
Muxalifet - 29-11-2019
Paşinyan Azərbaycanın Kollektiv Təhlükəsizlik üçün "təhlükəsindən" danışıb
Ermənistanın baş naziri Paşinyan Kollektivv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitindəQarabağ münaqişəsindən söz açıb və bildirib ki, Azərbaycan rəhbərliyinin hazırda tutduğu mövqe təkcə Cənubi Qafqaz üçün yox, bütünlükdə KTMT ölkələri üçün təhlükəlidir.
Muxalifet.az bu barədə "Azadlıq" radiosuna istinadla xəbər verir.
Muxalifet3 - 29-11-2019
Azərbaycanda kabinetdə 28 yaşlı oğlanı güllələyib öldürdülər
Abşeron rayonunda qətl törədilib.
Muxalifet.az xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən "Avropa" kafesində 1984-cü il təvəllüdlü Orxan Gərayov tanışı, 1991-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib. Ağır xəsarət alan K.Xəlilov hələlik istintaqa məlum olmayan şəxslər tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada ölüb.Muxalifet - 29-11-2019
SON DƏQİQƏ: Ağcabədidə dəhşətli qəza - İKİ NƏFƏR YANARAQ ÖLDÜ
Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 29-11-2019
ABŞ-ın hərbi yardımı Ukrayna üçün çox mühümdür
Prezident Donald Tramp üzərində impiçment araşdırması çərşivəsində Ağ Evin Ukrayna lideri prezidentə siyasi lütf etməyə razılaşmadığı təqdirdə Ukraynaya hərbi yardımını ləngidib-ləngitmədiyi təhqiq olunur. Rusiya 2014-cü ildə Ukraynanın şərqini işğal, Krım ərazisini də qanunsuz olaraq ilhaq edib. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. Birləşmiş Ştatlar o zamandan bəri Ukraynaya Donbas regionunda Rusiyanın dəstəklədiyi separatçılarla silahlı münaqişədə özünü güclü qonşusu olan Rusiyaya qarşı müdafiə etməsi üçün ümumilikdə 1.6 milyard dollarlıq yardım göstərib.
Muxalifet3 - 29-11-2019
Şimali Koreya qısa mənzilli iki raket atıb
Cənubi Koreya ordusunun məlumatına əsasən, Şimali Koreyanın hərbi qüvvələri cümə axşamı çoxsaylı "super böyük" raket buraxma qurğularından qısa mənzilli iki raket atıb. Bu, Şimali Koreyanın Cənubi Koreya ilə mübahisəli dəniz sərhədində ordusunun təlimlər keçirdiyi bildirməsindən üç gün sonra bölgədəki vəziyyətə gərginlik əlavə edib.
Şimali Koreyanın raket sınağını Pxenyanın nüvə danışıqları üçün qoyduğu bir il müddətində son möhlətin bitməsinə bir neçə gün qalmasından öncə keçirib. Muxalifet3 - 29-11-2019
Qadınları sevindirəcək bu qərar Azərbaycanın yaxınına kimi gəlib çıxdı – Bizdə də mümkündür?
Dünyanın bəzi ölkələrində qadınların xüsusi günləri ilə əlaqədar (Menstruasiya) onlara icazə verilməsi haqqında qərar imzalanıb. Bu sırada İndoneziya, Çin, Filippin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin adlarını qeyd edə bilərik. Bildirilir ki, İndoneziyada istər dövlət məmuru, istərsə də özəl sektorda çalışan qadınlar həmin vaxt ilk iki gün rəsmi icazə alırlar. Həmin günlər qadınlar işə getməsələr belə, onların pulu ödənilir. Bəzi ölkələrdə bu icazə ilə əlaqədar testlər və ya analizlər tələb olunur. Bildirək ki, artıq bu məsələ bizim yaxınımıza qədər gəlib çıxıb.
Muxalifet - 29-11-2019