Axtarış

The search found 105844 results in 0.049 seconds.

Search results

  1. Bakıda gecə saat 3-də dəhşətli hadisə - ÖLƏN VAR

    Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, noyabrın 28-də saat 3 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini E.Gözəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Yasamal RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 29-11-2019

  2. ​SON DƏQİQƏ: İlham Əliyev Şahmar Mövsümova YÜKSƏK VƏZİFƏ VERDİ - FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib. Muxalifet.az xəbər verir ki, görüş vaxtı Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun Prezidentin köməkçisi vəzifəsinə təyin edildiyini bildirib.

    Muxalifet - 29-11-2019

  3. Prezidentin yüksək vəzifə verdiyi İsrafil Məmmədov kimdir? - DOSYE/FOTO

    Prezident İlham Əliyev İsrafil Məmmədovu Neft Fondunun icraçı direktoru vəzifəsinə təyin edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb və ixtisasca iqtisadçıdır. O, ingilis, ərəb, rus dillərini bilir, evlidir, üç övladı var. İ.Məmmədov 1995 -1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.

    Muxalifet - 29-11-2019

  4. Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE

    Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov vəzifədən azad edilib. Muxalifet.az xəbər verir ki, Prezident İlham Əliyev Ş.Mövsümovu prezidentin köməkçisi vəzifəsinə təyin edib. Qeyd edək ki, Ş.Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub, 1990 - 1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb, ixtisasca iqtisadçıdır. O, 2003 - 2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.

    Muxalifet - 29-11-2019

  5. “Dövlət Neft Fondunun idarəetmədən əldə edilən gəlirləri artır” - Prezident

    “Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıb. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir”.

    Muxalifet.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

    Muxalifet - 29-11-2019

  6. Milyardlarla dolları offşorlara ötürən Zaur Balayev Polşada tutuldu, ekstradisiya olundu - DÜNYADA ƏN SİRLİ BANKİRLƏRİNDƏN BİRİ, XƏYALƏT ADAM...

    Yüz milyardlarla rubl pulu (milyardlarla dollar) “Master-bank” üzərindən “yuyan” Ruslan Barkovski (o, həm də Zaur Balayevdir) Polşadan Rusiyaya ekstradisiya olunub. Virtualaz.org “Rosbalt”a istinadən xəbər verir ki, Barkovski-Balayev neçə vaxtdır beynəlxalq axtarışda idi. Lakin indi onu hələlik başqa əməlinə görə tutublar. İstintaq hesab edir ki, Barkovski Çeçenistan başçısının Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Sitsullayevin təşkil etdiyi adam oğurluğunda onunla əlbirdir.

    Muxalifet4 - 29-11-2019

  7. Gürcüstanın "antiRusiya" kursu - Putin "GÜRCÜ İŞĞALI"na necə haqq qazandırdı

    Gürcüstana "Rusiya hibrid təcavüzünün" öhdəsindən necə gəlməyi Litvadan öyrənmək tövsiyə olunur. ABŞ Demokratiya Milli Fondu tərəfindən maliyyələşdirilən Gürcüstan Siyasi İnstitutunun analitikləri apardıqları araşdırmada bu nəticəyə gəldilər. Mətni RT tərəfindən nəzərdən keçirilən sənəddə hər iki respublikanın Rusiyanın fərqli "təcavüz" formaları ilə qarşılaşdığı bildirilir. Rus mütəxəssislərinin fikrincə, Vilnüsün Moskva ilə münasibətlər qurmaq siyasəti Tiflis üçün ən yaxşı nümunə deyil.

    Muxalifet3 - 29-11-2019

  8. ​SON DƏQİQƏ: Əli Həsənov vəzifədən azad edildi

    Prezident İlham Əliyev Əli Həsənovun Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib. İlham Əliyev Dövlət Neft Fondunun yeni rəhbərini qəbul etdi

    Muxalifet - 29-11-2019

  9. Prezidentdən Fuad Ələsgərovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edib.
    Muxalifet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı bu gün sərəncam imzalayıb.

    Muxalifet - 29-11-2019

  10. Ermənilər ölkələri üçün telemarafonda 10 milyon dollar yığdı - Bəs biz?

    Ümumerməni “Hayastan” fonudunun 22-ci telemarafonunda 10 milyon dollar vəsait yığılıb.
    Muxalifet.az bu barədə "jam-news" saytına istinadla xəbər verir.

    Muxalifet3 - 29-11-2019

  11. Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov

    Muxalifet - 29-11-2019

  12. ​Kərəm Həsənov yüksək vəzifəyə TƏYİN EDİLDİ

    Bir qədər əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yeni vəzifə verilib.
    Muxalifet.az xəbər verir ki, o, Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib.

    Muxalifet - 29-11-2019

  13. Məhərrəm Əliyevə yüksək vəzifə verildi

    Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib. Muxalifet.az-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

    Muxalifet - 29-11-2019

  14. Qərbi Azərbaycanda edama məhkum edilən 22 müttəhim bağışlanıb

    Qərbi Azərbaycan vilayətində edama məhkum olmuş 22 məhbus qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanaraq, dar ağacından xilas olublar.

    Muxalifet3 - 29-11-2019

  15. Əliyev nazir müavini vəzifəsindən azad edildi

    Məhərrəm Əliyevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

    Muxalifet - 29-11-2019

  16. Trampın Əfqanıstana səfəri Talibanla sülh danışıqlarını bərpa edəcək- ABŞ Əfqanıstandan İrana qarşı müharibədə istifadə edəcəkmi?

    Prezident Donald Trampın Əfqanıstana gözlənilmədən səfəri və ABŞ ordusunu ziyarət etməsi, orada radikal qrupun da atəşkəsə razı olduğuna inandığını deməsindən bir gün sonra, cümə günü Taliban Birləşmiş Ştatlarla sülh danışıqlarının bərpasına hazır olduğunu bildirib. Trampın Şükran Günü Əfqanıstana səfəri prezident olandan bəri bu ölkəyə ilk və Vaşinqtonla Kabil arasında məhbus mübadiləsindən bir həftə sonra 18 illik müharibənin sona çatmasına ümidləri artıran bir səfəri idi.

    Muxalifet3 - 29-11-2019

  17. Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir, qar, güclü külək gəlir

    Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Muxalifet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

    Muxalifet - 29-11-2019

  18. İlham Əliyevin PA-da yüksək vəzifə verdiyi şəxsin TƏRCÜMEYİ-HALI

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb. Yeni şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlanır. Prezident İlham Əliyevin sərəncamı ilə Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, Ədalət Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub.

    Muxalifet - 29-11-2019

  19. Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən AZAD EDİLDİ

    Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.

    Muxalifet - 29-11-2019

  20. PA-da üç şöbəyə müdir təyinatı olmadı - SİYAHI

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında üç şöbəyə müdir təyinatı olmayıb. Muxalifet.az-ın məlumatına görə, bunlar Qanunvericilik və hüquqi siyasət şöbəsi, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi və Sənəd dövriyyəsi şöbəsidir. Bunlardan ikisi yeni yaradılan şöbələrdir.

    Muxalifet - 29-11-2019

Pages